[{"id":1,"verses":[{"id":1,"translation":"Mərhəmətli və Rəhmli Allahın adı ilə!"},{"id":2,"translation":"Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur –"},{"id":3,"translation":"Mərhəmətli və Rəhmli olana,"},{"id":4,"translation":"Din gününün Sahibinə!"},{"id":5,"translation":"Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik."},{"id":6,"translation":"Bizi doğru yola yönəlt!"},{"id":7,"translation":"Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!"}]},{"id":2,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Mim."},{"id":2,"translation":"Bu, içində heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır."},{"id":3,"translation":"O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər;"},{"id":4,"translation":"O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar."},{"id":5,"translation":"Onlar öz Rəbbindən (gələn) doğru yol üzərindədirlər. Məhz onlar nicat tapanlardır."},{"id":6,"translation":"Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməzlər."},{"id":7,"translation":"Allah onların qəlblərini və qulaqlarını möhürləmişdir, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır."},{"id":8,"translation":"İnsanlardan elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər."},{"id":9,"translation":"Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. (Halbuki) onlar, yalnız özlərini aldadır və (bunu) hiss etmirlər."},{"id":10,"translation":"Onların qəlblərində xəstəlik vardır və Allah onların xəstəliyini daha da artırmışdır. Yalan danışdıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":11,"translation":"Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq islah edənlərik!”– deyirlər."},{"id":12,"translation":"Əslində, elə onların özləri fəsad törədənlərdir, lakin (bunu) hiss etmirlər."},{"id":13,"translation":"Onlara: “İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Əslində, səfeh elə onların özləridir, lakin (bunu) bilmirlər."},{"id":14,"translation":"Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə xəlvətə çəkildikdə isə: “Şübhəsiz ki, biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər."},{"id":15,"translation":"Allah da, onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, öz zəlalətləri icində şaşqın qalarlar."},{"id":16,"translation":"Onlar doğru yol əvəzində azğınlığı satın almış kimsələrdir. Onların ticarəti qazanc gətirmədi, özləri də doğru yola yönəlmədilər."},{"id":17,"translation":"Onların məsəli (zülmət gecədə) od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də (heç bir şey) görə bilməyəcəkləri zülmətlər içərisində buraxar."},{"id":18,"translation":"Onlar kar, lal və kordurlar. Odur ki, doğru yola qayıtmazlar."},{"id":19,"translation":"Yaxud onların məsəli zülmətlər içində göy gurultusu və şimşəklə göydən yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Allah kafirləri (hər tərəfdən) əhatəyə almışdır."},{"id":20,"translation":"Şimşək az qalır ki, onların gözlərini çıxartsın. (Şimşək) hər dəfə onların yolunu işıqlandırdıqda onun işığında gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir."},{"id":21,"translation":"Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız."},{"id":22,"translation":"O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın."},{"id":23,"translation":"Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı (bütün) şahidlərinizi (köməyə) çağırın!"},{"id":24,"translation":"Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin!"},{"id":25,"translation":"İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikdə: “Bu ki, əvvəllər bizə verilən ruzilərdəndir!”– deyəcəklər. Halbuki onlara onun oxşarı verilmişdir. Onlar üçün orada pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar."},{"id":26,"translation":"Şübhəsiz ki, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlərə gəlincə, onlar bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istəyir?” Halbuki (Allah) bununla bir çoxlarını azdırır, bir çoxlarını da haqq yoluna yönəldir. O, bununla yalnız fasiqləri azdırar."},{"id":27,"translation":"O kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyini kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!"},{"id":28,"translation":"Allaha necə küfr edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O, sizi öldürəcək, sonra dirildəcək, daha sonra da siz Ona qaytarılacaqsınız."},{"id":29,"translation":"Yer üzündə olanların hamısını sizin üçün xəlq edən, sonra göyə ucalıb onu yeddi qat göy edən Odur. O, hər şeyi biləndir!"},{"id":30,"translation":"Bir zaman Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada, fəsad törədib qan tökəcək kəsmi bərqərar edəcəksən?”– demişdilər. O, buyurdu: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”"},{"id":31,"translation":"Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!”"},{"id":32,"translation":"Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Hikmətlisən!”"},{"id":33,"translation":"Allah buyurdu: “Ey Adəm, bunların adlarını mələklərə bildir!” O, bunların adlarını mələklərə bildirdikdə Allah buyurdu: “Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?!”"},{"id":34,"translation":"Bir zaman Biz mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafirlərdən oldu."},{"id":35,"translation":"Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”."},{"id":36,"translation":"Şeytan isə onları o ağaca yaxınlaşdırmaqla aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır”."},{"id":37,"translation":"Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir."},{"id":38,"translation":"Biz dedik: “Hamınız oradan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdən sonra Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”."},{"id":39,"translation":"Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!"},{"id":40,"translation":"Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın və Mənə verdiyiniz əhdi yerinə yetirin ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Və yalnız Məndən qorxun!"},{"id":41,"translation":"Əlinizdəkini təsdiqləyici olaraq nazil etdiyim Qurana iman gətirin və ona küfr edənlərin birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun."},{"id":42,"translation":"Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin."},{"id":43,"translation":"Namaz qılın, zəkat verin və rüku edənlərlə birgə rüku edin!"},{"id":44,"translation":"Siz Kitabı (Tövrat) oxuduğunuz halda, insanlara yaxşı işlər görməyi əmr edir, özünüzü isə unudursunuz?! Məgər anlamırsınız?!"},{"id":45,"translation":"Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) müti olanlardan başqa hamıya ağır gəlir."},{"id":46,"translation":"O (müti) kəslər ki, öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər."},{"id":47,"translation":"Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün tutduğumu xatırlayın."},{"id":48,"translation":"Qorxun o gündən ki, (o vaxt) heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və onlara kömək göstərilməyəcək."},{"id":49,"translation":"Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. (O vaxt) onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi."},{"id":50,"translation":"O zaman Biz sizin üçün dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında (dənizdə) batırdıq."},{"id":51,"translation":"O zaman Biz Musaya qırx gecəlik vədə verdik. Sonra siz onun ardından nəfsinizə zülm edərək buzovu özünüzə məbud qəbul etdiniz."},{"id":52,"translation":"Sonra bunun ardınca Biz sizi əvf etdik ki, bəlkə şükür edəsiniz."},{"id":53,"translation":"O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə doğru yolla gedəsiniz."},{"id":54,"translation":"O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir.” O, sizin tövbənizi qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir."},{"id":55,"translation":"O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu."},{"id":56,"translation":"Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz."},{"id":57,"translation":"Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik (və): “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– dedik. Onlar Bizə deyil, yalnız özlərinə zülm etdilər."},{"id":58,"translation":"O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin (için). Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq."},{"id":59,"translation":"Zülm edənlər özlərinə deyilən sözü başqa bir sözlə dəyişdilər. Biz də zülm edənlərə, etdikləri günaha görə göydən əzab göndərdik."},{"id":60,"translation":"O zaman Musa öz qövmü üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə su içəcəyi yeri tanıdı. (Onlara dedik:) “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yaymağa səy göstərməyin!”"},{"id":61,"translation":"O zaman siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Elə buna görə də, bizim üçün Rəbbinə dua et ki, bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından çıxartsın!” (Musa dedi:) “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz?! Şəhərə enin! Şübhəsiz ki, (orada) sizin üçün istədikləriniz vardır!” Onlara zəlillik və miskinlik üz verdi, (üstəlik,) onlar Allahın qəzəbinə düçar oldular. Bu (cəza) ona görə idi ki, onlar Allahın ayələrinə küfr edirdilər və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu (həm də) onların asi olduqlarına və həddi aşdıqlarına görə idi."},{"id":62,"translation":"Şübhəsiz ki, möminlərin, (habelə,) yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər."},{"id":63,"translation":"Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üstünə qaldırdıq və belə buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə (Allahdan) qorxasınız!”"},{"id":64,"translation":"Bundan sonra siz (yenə) üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız."},{"id":65,"translation":"Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”– dedik."},{"id":66,"translation":"Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik."},{"id":67,"translation":"Bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?!”– dedilər. (Musa:) “Cahillərdən olmaqdan Allaha sığınıram!”– dedi."},{"id":68,"translation":"Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin!” (Musa) dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə əmr ediləni yerinə yetirin!”"},{"id":69,"translation":"Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” (Musa) dedi: “Allah buyurur ki, o, tünd sarı rəngli, həm də baxanların xoşuna gələn bir inəkdir”."},{"id":70,"translation":"Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun necə bir inək olduğunu bizə bildirsin! Çünki (bu) inəklər bizə bənzər görünür. Əgər Allah istəsə, əlbəttə ki, biz düz yola yönələrik”."},{"id":71,"translation":"(Musa) dedi: “(Allah) buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilmiş, (üstəlik,) sağlam və (heç bir) ləkə-qüsuru olmayan bir inəkdir.” Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilər və onu kəsdilər. Halbuki az qala (bunu) yerinə yetirməyəcəkdilər."},{"id":72,"translation":"O zaman siz bir nəfəri öldürmüşdünüz və onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiklərinizi aşkara çıxarandır."},{"id":73,"translation":"Biz dedik: “(İnəyin) bir parçasını ölüyə vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız."},{"id":74,"translation":"Bundan sonra qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da daha sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan (yuvarlanıb yerə) düşər. Allah sizin etdiklərinizdən qafil deyildir."},{"id":75,"translation":"Onların (yəhudilərin) sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan elə bir zümrə var idi ki, Allahın kəlamını eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər."},{"id":76,"translation":"Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər?! Məgər başa düşmürsünüz?!”– deyirlər."},{"id":77,"translation":"Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?"},{"id":78,"translation":"Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar."},{"id":79,"translation":"Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, bunun sayəsində bir az qazanc əldə etsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə də vay onların halına!"},{"id":80,"translation":"Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almısınız? (Bilin ki,) Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?!”"},{"id":81,"translation":"Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!"},{"id":82,"translation":"İman gətirib saleh əməllər edənlərə gəlincə, onlar Cənnət sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!"},{"id":83,"translation":"Bir zaman Biz İsrail oğulları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!”– deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz."},{"id":84,"translation":"O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə əhd bağladıq. Sonra da siz (özünüz) şahidlik edərək (bu əhdi) təsdiqlədiniz."},{"id":85,"translation":"Siz yəhudilər o kəslərsiniz ki, bu əhddən sonra (yenə də) bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarır, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdir. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qisminə küfr edirsiniz?! Sizlərdən bunu edənin cəzası dünya həyatında ancaq rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba düçar olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir."},{"id":86,"translation":"Onlar axirət qarşılığında dünya həyatını satın alan kimsələrdir. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir."},{"id":87,"translation":"Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Hər dəfə sizə (göndərilən) elçi nəfislərinizin xoşlamadığı bir şey gətirəndə, siz təkəbbür göstərib onların bir qismini yalançı hesab etdiniz, bir qismini isə öldürdünüz."},{"id":88,"translation":"Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar."},{"id":89,"translation":"Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allahın lənəti olsun kafirlərə!"},{"id":90,"translation":"Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd apararaq Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Beləcə, onlar qəzəb üstündən qəzəbə uğradılar. Kafirlər üçün alçaldıcı bir əzab vardır."},{"id":91,"translation":"Onlara: “Allahın nazil etdiyinə iman gətirin!”– deyildikdə, onlar: “Biz (sadəcə) özümüzə nazil edilənə inanırıq!”– deyib, ondan başqasını inkar edirlər. Halbuki bu (Quran) onların özlərində olanı təsdiqləyən haqdır. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”"},{"id":92,"translation":"Musa sizə açıq-aydın dəlillər gətirmişdi. Sonra siz onun ardından nəfsinizə zülm edərək buzovu özünüzə (məbud) qəbul etdiniz."},{"id":93,"translation":"Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!” Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridilmişdi deyə, onlar: “Eşitdik və asi olduq!”– dedilər. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”"},{"id":94,"translation":"De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və bu (iddianızda) doğrusunuzsa, onda (özünüzə) ölüm diləyin!”"},{"id":95,"translation":"Onlar öz əlləri ilə etdikləri əməllərə görə heç vaxt ölüm diləməyəcəklər. Allah zalımları tanıyır."},{"id":96,"translation":"Onları insanlar içində dünya həyatına, hətta müşriklərdən də daha çox həris olduqlarını görərsən. Onlardan hər biri min il yaşamağını istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görür."},{"id":97,"translation":"De: “Cəbrailə düşmən olan kəs (bilsin ki,) Allahın izni ilə (Quranı) özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən (bir kitab) olaraq sənin qəlbinə o nazil etmişdir”."},{"id":98,"translation":"Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da kafirlərə düşməndir."},{"id":99,"translation":"Biz sənə açıq-aydın ayələr nazil etdik, onları yalnız fasiqlər inkar edərlər."},{"id":100,"translation":"Onlar hər dəfə əhd bağladıqda, içərilərindən bir dəstə onu pozmadımı? Doğrusu, onların çoxu (buna) iman gətirməz."},{"id":101,"translation":"Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə, Kitab verilənlərdən bir dəstə guya (həqiqəti) bilmirmiş kimi Allahın Kitabına arxa çevirdi."},{"id":102,"translation":"Onlar Süleymanın səltənəti barədə şeytanların oxuduqlarına uydular. (Halbuki) Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (O iki mələk:) “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş, onu heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən və faydası olmayan şeyi öyrənirdilər. Onlar bilirdilər ki, bunu satın alan kimsələrin axirətdə heç bir payı yoxdur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!"},{"id":103,"translation":"Əgər onlar iman gətirib (Allahdan) qorxsaydılar, Allahın verdiyi mükafat (onlar üçün) daha xeyirli olardı. Kaş bunu biləydilər!"},{"id":104,"translation":"Ey iman gətirənlər! Peyğəmbərə: “Raina! (Bizə qayğı göstər!)”– deməyin, “Unzurna! (Bizə nəzər yetir!)”– deyin və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı-acılı bir əzab vardır."},{"id":105,"translation":"Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəməzlər. Allah isə Öz mərhəmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf sahibidir."},{"id":106,"translation":"Biz (hər hansı) bir ayəni nəsx edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?!"},{"id":107,"translation":"Məgər bilmirsən ki, göylərin və yerin mülkü təkcə Allaha məxsusdur?! Sizin Allahdan başqa nə bir dostunuz, nə də bir yardımçınız vardır."},{"id":108,"translation":"Yoxsa daha öncə Musadan tələb edildiyi kimi siz də Peyğəmbərinizdən tələb etmək istəyirsiniz?! İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır."},{"id":109,"translation":"Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra, içlərindəki həsəd üzündən sizi, imanınızdan sonra küfrə qaytarmaq istərlər. Allah Öz əmrini verincəyə qədər (onları) əfv edib bağışlayın! Həqiqətən, Allah hər şeyə qadirdir."},{"id":110,"translation":"Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun (əvəzini) Allah yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür."},{"id":111,"translation":"Onlar dedilər: “Yəhudilərdən və ya nəsranilərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”"},{"id":112,"translation":"Xeyr! Kim yaxşı əməl sahibi olduğu halda özünü Allaha təslim edərsə, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər."},{"id":113,"translation":"Yəhudilər dedilər: “Nəsranilər doğru yolda deyillər!” Nəsranilər də dedilər: “Yəhudilər doğru yolda deyillər!” Halbuki onlar Kitabı (Tövratı və İncili) oxuyurlar. (Kitabı) bilməyənlər də onlar kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir."},{"id":114,"translation":"Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər?! Əslində, onların oraya yalnız qorxa-qorxa daxil olmaları gərəkdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır."},{"id":115,"translation":"Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü oradadır. Həqiqətən, Allah hər şeyi əhatə edəndir, O, (hər şeyi) biləndir."},{"id":116,"translation":"Onlar dedilər: “Allah (Özünə) övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir."},{"id":117,"translation":"Göyləri və yeri misilsiz xəlq edən Odur. O, bir işə hökm verdikdə ona ancaq: “Ol!”– deyər, o da olar."},{"id":118,"translation":"(Kitabı) bilməyənlər dedilər: “Məgər Allah bizimlə danışmalı, yaxud bizə bir ayə gəlməli deyildimi?!” Onlardan əvvəlkilər də, onların sözünün bənzərini söyləmişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Biz yəqinliklə inanan bir qövmə dəlilləri bəyan etdik."},{"id":119,"translation":"Biz səni haqq ilə, müjdələyən və xəbərdarlıq edən (bir peyğəmbər olaraq) göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan."},{"id":120,"translation":"Sən yəhudilərin və nəsranilərin dinlərinə tabe olmayınca, onlar səndən əsla razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyacaq nə bir dost, nə də bir yardımçı olar."},{"id":121,"translation":"Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar kitaba iman gətirənlərdir. Onu inkar edənlər – məhz onlar ziyana uğrayanlardır."},{"id":122,"translation":"Ey İsrail oğulları! Sizə verdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın."},{"id":123,"translation":"Heç kəsin heç kəsə yardım edə bilməyəcəyi, heç kəsdən bir fidyə qəbul edilməyəcəyi, heç kəsə şəfaətin fayda verməyəcəyi və onlara kömək göstərilməyəcəyi gündən qorxun."},{"id":124,"translation":"Rəbbi İbrahimi bəzi kəlmələrlə sınağa çəkdiyi zaman o, bunları tamamilə yerinə yetirdi. Allah buyurdu: “Mən səni insanlara imam edəcəyəm!” İbrahim dedi: “Nəslimdən də, imam et!” Allah buyurdu: “Mənim əhdim zalımlara yetişməz!”"},{"id":125,"translation":"Bir zaman Biz müqəddəs Evi insanlar üçün ziyarətgah və əmin-aman bir yer etdik. “İbrahimin durduğu yeri namazgah edin!” Biz İbrahimə və İsmailə buyurduq: “Evimi, təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”"},{"id":126,"translation":"Bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” Allah buyurdu: “Mən kafir olan kimsəyə bir qədər zövq almağa izin verər, sonra isə onu Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”"},{"id":127,"translation":"Bir zaman İbrahim və İsmail müqəddəs Evin bünövrəsini ucaldarkən belə dua etmişdi: “Ey Rəbbimiz! Bu əməli bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!"},{"id":128,"translation":"Ey Rəbbimiz! Hər ikimizi də Sənə təslim olan, nəslimizdən də Sənə təslim olacaq bir ümmət et. Bizə ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!"},{"id":129,"translation":"Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Hikmətlisən!”"},{"id":130,"translation":"Səfehlik edən kəsdən başqa kim İbrahimin dinindən üz çevirər?! Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də, əməlisalehlərdən olacaqdır."},{"id":131,"translation":"Bir zaman Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi."},{"id":132,"translation":"İbrahim də, Yəqub da, bunu oğullarına vəsiyyət etdilər: “Oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”"},{"id":133,"translation":"Yoxsa siz Yəquba ölüm gəldiyi zaman onun yanında idiniz? O zaman o, öz oğullarına demişdi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, ataların – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!”"},{"id":134,"translation":"Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri əməllər barədə sorğu-sual olunmayacaqsınız."},{"id":135,"translation":"Yəhudilər və nəsranilər (müsəlmanlara) dedilər: “Yəhudi və ya nəsrani olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif İbrahimin dininə tabeyik. O, müşriklərdən deyildi”."},{"id":136,"translation":"Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun nəslinə nazil olanlara, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!”"},{"id":137,"translation":"Əgər onlar da, siz iman gətirdiyiniz kimi iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşərlər. Onlardan qorunmaq üçün Allah sənə yetər. O, Eşidəndir, Biləndir!"},{"id":138,"translation":"De: “Budur Allahın dini (boyası)! Kimin dini Allahın dinindən (boyasından) daha gözəl ola bilər? Biz yalnız Ona ibadət edənlərik!”"},{"id":139,"translation":"De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!”"},{"id":140,"translation":"Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yəqubun və onun nəslinin yəhudi, yaxud nəsrani olduğunu deyirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahdan özlərinə nazil edilən şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər?! Allah sizin etdiklərinizdən qafil deyildir."},{"id":141,"translation":"Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri əməllər barədə sorğu-sual olunmayacaqsınız."},{"id":142,"translation":"Səfeh kimsələr deyəcəklər: “Müsəlmanları üz tutduqları qiblədən döndərən nədir?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldər!”"},{"id":143,"translation":"Beləliklə, siz insanlara şahid olasınız, peyğəmbər də, sizə şahid olsun deyə Biz sizi orta bir ümmət etdik. Biz, sənin əvvəl üz tutduğun qibləni, Allah rəsulunun ardınca gedənləri, ondan üz döndərənlərdən ayır etmək üçün təyin etdik. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqa hamıya ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı çox şəfqətlidir, rəhmlidir."},{"id":144,"translation":"Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, səni razı qalacağın qibləyə tərəf yönəldəcəyik. Artıq üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa, olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun özlərinin Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən qafil deyildir."},{"id":145,"translation":"Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də, onların qibləsinə üz tutan deyilsən. Onların özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə tabe olasn, onda sən də, heç şübhəsiz ki, zalımlardan olarsan."},{"id":146,"translation":"Kitab verdiyimiz kəslər Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Buna rəğmən onlardan bir dəstə bilə-bilə haqqı gizlədir."},{"id":147,"translation":"Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma!"},{"id":148,"translation":"Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuzsa olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir."},{"id":149,"translation":"Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Həqiqətən, bu, sənin Rəbbindən gələn haqdır! Allah sizin etdiklərinizdən qafil deyildir."},{"id":150,"translation":"Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin ki, insanlar arasındakı zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də, sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz."},{"id":151,"translation":"Həmçinin, öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə, bilmədiklərinizi sizə öyrədən bir rəsul göndərdik."},{"id":152,"translation":"Elə isə siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə qarşı nankor olmayın!"},{"id":153,"translation":"Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!"},{"id":154,"translation":"Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) hiss etmirsiniz."},{"id":155,"translation":"Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənləri müjdələ."},{"id":156,"translation":"O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və biz yalnız Ona qayıdacağıq!”– deyirlər."},{"id":157,"translation":"Onlara öz Rəbbi tərəfindən məğfirət və rəhmət vardır. Məhz onlar doğru yolda olanlardır."},{"id":158,"translation":"Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir. Kim (müqəddəs) Evi həcc və ya ümrə (məqsədi ilə) ziyarət edərsə, bu iki (dağ arasında) səy etməsində ona heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, (bilsin ki), Allah şükrün əvəzini verəndir, (hər şeyi) biləndir."},{"id":159,"translation":"Kitabda insanlara bəyan etdikdən sonra, nazil etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bilənlər lənət oxuyarlar!"},{"id":160,"translation":"Yalnız tövbə edənlər, (əməllərini) islah edənlər və (haqqı) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!"},{"id":161,"translation":"Küfr edib kafir olaraq ölən kəslərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!"},{"id":162,"translation":"Onlar bu (lənətin) içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz."},{"id":163,"translation":"Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur, O, Mərhəmətlidir, Rəhmlidir."},{"id":164,"translation":"Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) növbənöv heyvanları (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır."},{"id":165,"translation":"İnsanlardan elələri də var ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da, Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı görəcəkləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini biləydilər."},{"id":166,"translation":"Tabe olunmuş (başçılar) tabe olanlardan uzaqlaşacaqları zaman, (hamısı) əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir."},{"id":167,"translation":"Tabe olanlar deyəcəklər: “Kaş, bizim üçün (dünyaya) dönüş olaydı, (indi) onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə, Allah onlara özlərinin əməllərini göstərəcək və onlar (heç vaxt Cəhənnəm) odundan çıxa bilməyəcəklər."},{"id":168,"translation":"Ey insanlar! Yer üzündə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir."},{"id":169,"translation":"O sizə yalnız pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir."},{"id":170,"translation":"Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolla gedəcəyik!”– deyirlər. Bəs ataları heç bir şey anlamamış və doğru yolda olmamışlarsa, onda necə?!"},{"id":171,"translation":"Kafirlərin (və onları haqqa çağıran kimsənin) məsəli, çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayan (çobanın) məsəlinə bənzəyir. (Onlar) kar, lal və kordurlar. Odur ki, (haqqı) anlamazlar."},{"id":172,"translation":"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin! Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!"},{"id":173,"translation":"O sizə yalnız leşi, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilmiş heyvanı haram etmişdir. Hər kim təcavüz etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah sayılmaz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir."},{"id":174,"translation":"Şübhəsiz ki, Allahın nazil etdiyi kitabdan (bir şey) gizlədib onun müqabilində cüzi miqdarda qazanc əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":175,"translation":"Onlar doğru yol qarşılığında azğınlığı, bağışlanma qarşılığında isə əzabı satın alan kimsələrdir. Onlar (Cəhənnəm) oduna necə də səbirlidirlər!"},{"id":176,"translation":"Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, (haqdan) uzaq bir ziddiyyət içindədirlər."},{"id":177,"translation":"Yaxşı əməl heç də üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, (hər bir səmavi) kitaba və peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə xərcləyən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə, döyüş zamanı səbir edən şəxslərdir. Onlar (imanlarında) doğru olanlardır. Müttəqi olanlar da, elə məhz onlardır."},{"id":178,"translation":"Ey iman gətirənlər! Öldürülən şəxsə görə qisas almaq sizə vacib edildi. (Odur ki,) azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil öldürdüyü) qardaşının (varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda (varislər onunla) insafla davranmalı, (qatil də, qanbahasını) gözəl tərzdə ödəməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngüllük və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır."},{"id":179,"translation":"Qisasda sizin üçün həyat vardır. Ey ağıl sahibləri! Bəlkə (bununla Allahdan) qorxasınız."},{"id":180,"translation":"Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi varidatdan müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. (Bu,) müttəqilər üçün bir borcdur."},{"id":181,"translation":"Kim (ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!"},{"id":182,"translation":"Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib (tərəflərin) arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir!"},{"id":183,"translation":"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (Allahdan) qorxasınız."},{"id":184,"translation":"(Oruc) sayı müəyyən olan günlərdir. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir."},{"id":185,"translation":"İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Qoy sizlərdən bu aya yetişən kəslər həmin ayı oruc tutsunlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik istəməz, (əksinə), sizin üçün asanlıq istəyər. Allah istəyir ki, siz (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz."},{"id":186,"translation":"Əgər qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən (onlara) yaxınam, Mənə dua edənin duasını qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə (bununla) doğru yola yönəlsinlər."},{"id":187,"translation":"Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin (oruc gecələrində qadınlarınızla yaxınlıq etməklə) özünüzə xəyanət etdiyinizi bildi və tövbənizi qəbul edib sizi bağışladı. Artıq onlara yaxınlaşın və Allahın sizin üçün (əzəldən) təqdir etdiyini istəyin. Dan yeri söküləndə, ağ sapın qara sapdan seçildiyi sizə aydın olanadək yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın hüdudlarıdır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar."},{"id":188,"translation":"Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə, hakimləri ələ almağa çalışmayın."},{"id":189,"translation":"Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir.” Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan kəsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız."},{"id":190,"translation":"Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevməz."},{"id":191,"translation":"Onları (müşrikləri) harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidulharamın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, (bu zaman) onları öldürün. Kafirlərin cəzası belədir."},{"id":192,"translation":"Əgər onlar bu (savaşa) son qoysalar, əlbəttə ki, Allah bağışlayandır, rəhmlidir!"},{"id":193,"translation":"Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun! Əgər onlar (savaşa) son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur."},{"id":194,"translation":"Haram ay, haram ay qarşılığındadır. Toxunulmazlığı pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir."},{"id":195,"translation":"(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevər."},{"id":196,"translation":"Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizə (ziyarət etməyə) maneçilik törətsələr, müyəssər olan bir qurban kəsin. Qurbanlıq (heyvan) öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən kim xəstə olarsa və ya başında ona əziyyət verən bir şey varsa, fidyə olaraq, ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əminlik içində olduğunuz təqdirdə isə həcc vaxtına qədər ümrədən faydalanan kəs müyəssər olan bir qurban kəsməlidir. Qurbanlıq (heyvan) tapmayanlar isə həcc əsnasında üç gün, (vətəninə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdırlar. Bu da, tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir."},{"id":197,"translation":"Həcc (ziyarəti) məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc (ziyarəti) əsnasında (qadınıyla) yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Həqiqətən də, ən xeyirli azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!"},{"id":198,"translation":"(Həcc vaxtı) Rəbbinizdən lütf diləmək (ticarət etmək) sizə günah deyildir. Ərəfatdan qayıdarkən, Məşərulharamda Allahı zikr edin! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Sözsüz ki, bundan əvvəl siz azmışlardan idiniz."},{"id":199,"translation":"Sonra insanların gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanma diləyin! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir."},{"id":200,"translation":"(Həcc) ibadətlərinizi bitirdikdə, (vaxtilə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da qüvvətli şəkildə Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə (verəcəyini) elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur."},{"id":201,"translation":"Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi (Cəhənnəm) odunun əzabından qoru!”– deyənlər də vardır."},{"id":202,"translation":"Məhz onlar üçün qazandıqları (əməllərə) görə mükafat vardır. Allah tez haqq-hesab çəkəndir."},{"id":203,"translation":"Sayı müəyyən olan günlərdə Allahı yad edin. Kim iki gün ərzində (ayinləri yerinə yetirib Minadan) tez çıxarsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz. Bu, müttəqilərə aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanacaqsınız."},{"id":204,"translation":"İnsanlardan eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Halbuki, o, ən qatı mübahisəçidir."},{"id":205,"translation":"O, dönüb getdikdə, yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevməz."},{"id":206,"translation":"Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu (daha da) günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis məkandır!"},{"id":207,"translation":"İnsanlardan eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı çox şəfqətlidir."},{"id":208,"translation":"Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir."},{"id":209,"translation":"Sizə açıq-aydın dəlillər gəldikdən sonra (haqq yoldan) çıxsanız, bilin ki, Allah qüdrətlidir, hikmət sahibidir."},{"id":210,"translation":"Yoxsa onlar Allahın bulud kölgələri içində, üstəlik, mələklərin də gəlməsini və işin bitmiş olmasını gözləyirlər?! (Bütün) işlər Allaha qaytarılacaqdır."},{"id":211,"translation":"İsrail oğullarından soruş ki, Biz onlara nə qədər açıq-aydın dəlillər göndərdik. Kim özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirərsə, (bilsin ki,) Allah şiddətli cəza verəndir."},{"id":212,"translation":"Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurlar. Halbuki müttəqilər Qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər."},{"id":213,"translation":"İnsanlar tək bir ümmət idi. Allah (onlara) müjdə verən və (əzabla) qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanların ixtilafa düşdükləri şeylərə dair onların arasında hökm versin. Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı ədavət üzündən onun barəsində ixtilafa düşdülər. Allah isə Öz izni ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər."},{"id":214,"translation":"Yoxsa siz əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacağınızımı güman edirdiniz? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta, Peyğəmbər və onunla birlikdə olan möminlər: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Bilin ki, Allahın köməyi yaxındır."},{"id":215,"translation":"Səndən (Allah yolunda) nə xərcləyəcəkləri barəsində soruşurlar. De: “Xərcləyəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.”"},{"id":216,"translation":"Döyüş xoşunuza gəlməsə də, o, sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz."},{"id":217,"translation":"Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin (insanları) Allah yolundan sapdırmaq, Ona küfr etmək, (müsəlmanları) Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır.” Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar."},{"id":218,"translation":"Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah bağışlayandır, rəhmlidir."},{"id":219,"translation":"Səndən (sərxoşedici) içki və qumar barəsində soruşurlar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür.” Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –"},{"id":220,"translation":"dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, (bilin ki,) onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edə bilir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir."},{"id":221,"translation":"Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə (sizi) Öz izni ilə Cənnətə və bağışlanmağa çağırır. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar."},{"id":222,"translation":"Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) uzaq durun və heyzdən təmizlənməyincə onlarla yaxınlıq etməyin. Təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın!” Şübhəsiz ki, Allah tövbə edənləri və pak olanları sevər!"},{"id":223,"translation":"Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi yaxınlaşın. Özünüz üçün qabaqcadan (yaxşı işlər) hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. (Ey Muhəmməd!) Möminləri müjdələ."},{"id":224,"translation":"Andlarınızdan dolayı Allahı (Allahın adını) yaxşılıq etmənizə, pis işdən çəkinmənizə və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!"},{"id":225,"translation":"Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir."},{"id":226,"translation":"Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər (bu müddət içində andlarından) dönsələr, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir."},{"id":227,"translation":"Əgər onlar boşanmağa qərar versələr, şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!"},{"id":228,"translation":"Boşanmış qadınlar üç heyz görüncəyə (və ya üç kərə təmizlənincəyə qədər) gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirmişlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində (şəriətə müvafiq) haqları olduğu kimi, qadınların da kişilər üzərində (şəriətə müvafiq) haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, hikmət sahibidir."},{"id":229,"translation":"Boşama iki dəfədir. Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hüdudlarını yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hüdudlarını yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır."},{"id":230,"translation":"Əgər onu (üçüncü dəfə) boşayarsa, bundan sonra o (qadın) başqa bir kişiyə ərə getməyincə (əvvəlki ərinə) halal olmaz. Əgər (sonrakı əri) onu boşasa, Allahın hüdudlarını yerinə yetirəcəklərini güman etdikləri təqdirdə, (qadının birinci əri ilə yenidən) nikaha girməsində, ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları anlayan kimsələrə bəyan edir."},{"id":231,"translation":"Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya (şəriətə) müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vermək üçün haqsızlıq edib onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir."},{"id":232,"translation":"Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman (keçmiş ərləri ilə) öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə, o qadınlara yenidən (əvvəlki) ərlərinə ərə getməyə mane olmayın. Bu, sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz."},{"id":233,"translation":"Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi (şəriətə) müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata öz övladına görə zərər çəkməməlidir. (Atanın üzərinə düşən) bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər (ata və ana) özlərinin razılığı və məsləhəti ilə (uşağı iki ildən tez) süddən kəsmək istəsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqlarınızı (süd anasına) əmizdirmək istəyirsinizsə, verəcəyinizi (süd haqqını) müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür."},{"id":234,"translation":"Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr (yenidən ərə getmələri üçün) dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitdikdə özləri barədə (şəriətə) müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":235,"translation":"(İddə müddətini gözləyən) qadınlara elçi göndərmək istəyinizi üstüörtülü bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə sözləşməyin, onlara yalnız (şəriətə) müvafiq qayda üzrə söz deyin. Gözləmə müddəti başa çatanadək (onlarla) nikah bağlamayın. Bilin ki, Allah sizin könlünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah bağışlayandır, rəhmlidir!"},{"id":236,"translation":"Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşamanızda sizə heç bir günah yoxdur. Belə olduğu təqqdirdə onlara pay verin – varlı öz imkanına görə, kasıb da öz imkanına görə, (şəriətə) müvafiq qayda üzrə pay versin. Bu, yaxşılıq edənlər üçün bir borcdur."},{"id":237,"translation":"Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların (bunu ərlərinə) bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu (qadına) bağışlaması isə istisnadır. Sizin bağışlamanız təqvaya daha yaxındır. Aranızdakı fəziləti (bir-birinizə yaxşılıq etməyi) unutmayın. Allah sizin nə etdiklərinizi görür."},{"id":238,"translation":"Namazları, (xüsisilə) orta namazı qoruyun və Allah üçün müti olaraq (namaza) durun."},{"id":239,"translation":"Əgər (nədənsə) qorxsanız, (namazınızı) ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!"},{"id":240,"translation":"Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kəslər (sağlığında ikən), zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər o qadınlar (öz istəkləri ilə) çıxıb getsələr, özləri barədə (şəriətə) müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir."},{"id":241,"translation":"Boşanmış qadınlara (şəriətə) müvafiq qayda üzrə pay verilsin. Bu, müttəqilər üzərində bir borcdur."},{"id":242,"translation":"Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə anlayasınız."},{"id":243,"translation":"(Sayları) minlərlə olduğu halda ölüm qorxusundan dolayı yurdlarından çıxanları görmədinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etməz."},{"id":244,"translation":"Allah yolunda vuruşun və bilin ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!"},{"id":245,"translation":"Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), Allah onun üçün bunu qat-qat artırar. Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız."},{"id":246,"translation":"Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar özlərinə (göndərilmiş) peyğəmbərə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda döyüşək!” O dedi: “Sizə döyüş vacib edildikdə, ola ilsin ki, döyüşmədiniz?” Onlar dedilər: “Niyə Allah yolunda döyüşməyək ki, biz yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq?!” Döyüşmək onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla (hamısı döyüşdən) üz çevirdi. Allah zalımları yaxşı tanıyır."},{"id":247,"translation":"Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi!” Onlar dedilər: “O, necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha layiqik və ona çoxlu sərvət verilməmişdir?” O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə ona üstünlük verdi. Allah Öz mülkünü istədiyi kəsə verir. Allahın (lütfü) genişdir, O (hər şeyi) biləndir”."},{"id":248,"translation":"Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içində, Rəbbinizdən bir təskinlik, Musa və Harun ailəsindən qalan (bəzi) şeylər vardır. Onu mələklər gətirəcəkdir. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün bir dəlil vardır”."},{"id":249,"translation":"Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla sınağa çəkəcəkdir. Kim ondan içsə, o məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdi. Talut və onunla birlikdə olan möminlər çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa qarşı vuruşmağa taqətimiz yoxdur”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstə olub ki, Allahın izni ilə çox saylı dəstəyə qalib gəlib!” Allah səbir edənlərlədir."},{"id":250,"translation":"Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda, dedilər: “Ey Rəbbimiz! Bizə bollu səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”"},{"id":251,"translation":"(Möminlər) Allahın izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət bəxş etdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır."},{"id":252,"translation":"Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən."},{"id":253,"translation":"Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Allah onlardan bəzisi ilə danışmış, bəzisini isə dərəcələrlə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edər."},{"id":254,"translation":"Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə, sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin! Kafirlər, əlbəttə ki, zalımdırlar."},{"id":255,"translation":"Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, (qullarının) gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları qoruyub saxlamaq Ona ağır gəlməz. O, Ucadır, Əzəmətlidir."},{"id":256,"translation":"Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan fərqlənir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir."},{"id":257,"translation":"Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən nura çıxarar. Kafirlərin dostları isə tağutdur, onları nurdan zülmətlərə çıxarar. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar."},{"id":258,"translation":"Allahın verdiyi hökmranlıqığa görə, İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsi görmədinmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə, (Nəmrud:) “Mən də, həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də, onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz."},{"id":259,"translation":"Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsəni (görmədinmi)? O demişdi: “Görəsən, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra dirildib: “Nə qədər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və içdiyinə bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Səni belə etdik ki, insanlar üçün bir dəlil olasan. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da, onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi."},{"id":260,"translation":"Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– demişdi. (Rəbbi ona:) “Məgər sən inanmırsan?”– deyə buyurdu. (İbrahim) dedi: “Əlbəttə, (inanıram!) Lakin (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!”"},{"id":261,"translation":"Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allahın (lütfü) genişdir, O (hər şeyi) biləndir."},{"id":262,"translation":"Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər."},{"id":263,"translation":"Xoş söz (söyləmək və xətaları) bağışlamaq, ardından əziyyət gələn sədəqədən daha yaxşıdır. Allah zəngindir, həlimdir."},{"id":264,"translation":"Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə malını xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Beləsinin məsəli, üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, üzərinə bol yağış düşüb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şey əldə etməzlər. Allah kafir qövmü doğru yola yönəltməz."},{"id":265,"translation":"Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona bol yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Yox, əgər ona şiddətli yağış düşməzsə, narın yağış da (bəs edər). Allah sizin nə etdiklərinizi görür."},{"id":266,"translation":"Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, (ağacları və qəsrləri) altından çaylar axan və içində onun üçün hər cür meyvələr olan bir bağı olsun, (sonra da) ona qocalıq üz verdiyi zaman, özünün də, (o bağa) möhtac olan uşaqları olduğu halda, (bu bağa) odlu bir qasırğa düşüb (onu) yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz."},{"id":267,"translation":"Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxartdığımız şeylərin yaxşısından (Allah yolunda) xərcləyin. Özünüzə verildikdə, ancaq göz yumub aldığınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifəlayiqdir."},{"id":268,"translation":"Şeytan sizi yoxsulluqla qorxudur və sizə pis işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və lütf vəd edir. Allahın (lütfü) genişdir, O (hər şeyi) biləndir."},{"id":269,"translation":"Allah hikməti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilərsə, ona çoxlu xeyir verilmiş olar. Bundan yalnız ağıl sahibləri düşünüb ibrət alarlar."},{"id":270,"translation":"Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz."},{"id":271,"translation":"Sədəqələri aşkarda versəniz, bu çox gözəl olar. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha xeyirli olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":272,"translation":"Onların hidayətə gəlməsi sənə aid deyildir. Allah isə istədiyi şəxsi hidayətə qovuşdurur. Xeyirli şeylərdən xərclədikləriniz sizin özünüz üçündür. Siz (möminlər) onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Xeyirli şeylərdən xərclədiklərinizin əvəzi sizə tam verilər və sizə zülm edilməz."},{"id":273,"translation":"(Verəcəyiniz sədəqələr) Allah yolunda cihad edib yer üzündə (qazanc dalınca) səfərə çıxa bilməyən yoxsullar üçündür. Bu kimsələr həyalarından dolayı (dilənmədiklərinə görə) tanımayan adam onları varlı hesab edir. Sən isə onları simalarından tanıyırsan. Onlar israrla insanlardan (bir şey) istəməzlər. Xeyirli şeylərdən nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir."},{"id":274,"translation":"Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər."},{"id":275,"translation":"Sələm yeyənlər (qəbirlərindən), şeytan toxunmuş dəlinin qalxdığı kimi qalxarlar. Bu, onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha qalar. Kim yenə (sələmçiliyə) qayıdarsa, məhz onlar cəhənnəmlik olar və orada əbədi qalarlar."},{"id":276,"translation":"Allah sələmi puç edər, sədəqələri isə artırar. Allah küfr və günah işlərdə israr edən kimsələri sevməz."},{"id":277,"translation":"Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər."},{"id":278,"translation":"Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan məbləğdən vaz keçin."},{"id":279,"translation":"Əgər belə etməsəniz, Allahın və Onun rəsulunun sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar."},{"id":280,"translation":"Əgər borclu olan kəs borcu qaytarmağa qadir deyilsə, vəziyyəti düzələnə qədər (ona) möhlət verin. Kaşki (borcu) sədəqə olaraq bağışlamağınızın sizin üçün nə qədər xeyirli olduğunu biləydiz!"},{"id":281,"translation":"Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi veriləcək və onlara zülm edilməyəcəkdir."},{"id":282,"translation":"Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə, onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın. Qoy o yazsın, boynunda borc olan adam da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç bir şey əskiltməsin. Əgər boynunda borc olan kimsə səfehdirsə, yaxud (ağıldan) zəifdirsə və ya özü yazdırmağa qadir deyilsə, qoy onun himayədarı (borcu) ədalətlə yazdırsın. Aranızdakı kişilərdən də iki nəfəri şahid tutun. Əgər iki kişi tapılmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda, boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, onu (qaytarılma) vaxtı ilə (bərabər) yazmaqdan usanmayın. Belə etməyiniz, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alış-veriş etdikdə şahid tutun. Lakin katibə və şahidə zərər verilməsin. Əgər (zərər) versəniz, şübhəsiz ki, bu, sizin üçün bir fasiqlikdir. Allahdan qorxun! Allah sizi öyrədir. Allah hər şeyi biləndir."},{"id":283,"translation":"Əgər səfərdə olduqda katib tapmasanız, (borc yiyəsi yanında) girov saxlanılmalıdır. Əgər sizlərdən biri digərinə etibar edirsə, qoy etibar olunmuş kəs (ona verilmiş) əmanəti qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin! Kim onu gizlədirsə, şübhəsiz ki, onun qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir."},{"id":284,"translation":"Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Siz içinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcəkdir. O, istədiyini bağışlayar, istədiyinə də, əzab verər. Allah hər şeyə qadirdir."},{"id":285,"translation":"Allahın rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” (Həmçinin,) dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, Səndən bağışlanma diləyirik, dönüş yalnız Sənədir!”"},{"id":286,"translation":"Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yüklə yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafir qövmə qalib gəlməkdə bizə yardım et!”"}]},{"id":3,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Mim."},{"id":2,"translation":"Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur."},{"id":3,"translation":"O, bu Kitabı sənə özündən əvvəlkiləri təsdiqləyən, həm də, haqq olaraq nazil etdi. Tövratı və İncili də, O nazil etdi –"},{"id":4,"translation":"daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrinə küfr edənlərə şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam almağa qadirdir."},{"id":5,"translation":"(Sözsüz ki,) nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz."},{"id":6,"translation":"Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur, O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":7,"translation":"Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi muhkəm (hər kəsin başa düşdüyü) ayələrdir ki, bunlar, Kitabın anasıdır. Digərləri isə mutəşabih (müstəsna insanların başa düşüdüyü) ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə, mutəşabih ayələrin ardınca gedərlər. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olanlar isə deyərlər: “Biz ona iman gətirdik, hamısı Rəbbimiz tərəfindəndir”. Bunu isə yalnız ağıl sahibləri dərk edərlər."},{"id":8,"translation":"Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma. Bizə Öz tərəfindən bir mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən."},{"id":9,"translation":"Ey Rəbbimiz! Həqiqətən, (gerçəkləşəcəyinə) şübhə edilməyən bir gündə, insanları (bir yerə) cəm edən Sənsən. Həqiqətən, Allah vədinə əsla xilaf çıxmaz!"},{"id":10,"translation":"Şübhəsiz ki, kafir olanların nə malları, nə də övladları onlara Allahın hüzurunda heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar."},{"id":11,"translation":"(Onların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar ayələrimizi yalan hesab etdilər, Allah da, onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir."},{"id":12,"translation":"Kafirlərə de: “Siz məğlub olacaq və Cəhənnəmə toplanacaqsınız! Ora nə pis yerdir!”"},{"id":13,"translation":"Qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. (Möminlər kafirlərin) sayca onlardan iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır."},{"id":14,"translation":"Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanlara gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür. Halbuki gözəl qayıdış yeri Allah yanındadır."},{"id":15,"translation":"De: “Sizə bunlardan daha xeyirlisini xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında, (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görəndir."},{"id":16,"translation":"O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, günahlarımızı bağışla və bizi Od əzabından qoru!” – deyirlər."},{"id":17,"translation":"Onlar səbir edən, dürüst olan, müti olan, malından (Allah yolunda) xərcləyən və sübh çağına yaxın (Allahdan) bağışlanma diləyən kimsələrdir."},{"id":18,"translation":"Allah, mələklər və elm sahibləri də, Ondan başqa (ibadətə layiq olan) məbud olmadığına ədalətlə şahidlik etmişlər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":19,"translation":"Həqiqətən, Allah yanında (haqq) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı ədavət üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrinə küfr edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir."},{"id":20,"translation":"Əgər onlar səninlə mübahisə etsələr, de: “Mən özümü Allaha təslim etdim. Mənə tabe olanlar da, (həmçinin).” Kitab verilənlərə və savadsızlara (özlərində kitab olmayan ərəb müşriklərinə): “Siz də, təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox əgər üz döndərsələr, (bil ki,) sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görəndir."},{"id":21,"translation":"Allahın ayələrinə küfr edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları qətlə yetirənləri ağrılı-acılı bir əzabla müjdələ!"},{"id":22,"translation":"Onlar dünyada da, axirətdə də, əməlləri puç olan kimsələrdir. Onların yardımçıları da olmaz."},{"id":23,"translation":"Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm verməsi üçün Allahın Kitabına dəvət olunurlar. Sonra onlardan bir dəstə üz çevirib (geri) dönür."},{"id":24,"translation":"Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!”– demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartmışdır."},{"id":25,"translation":"(Baş verəcəyinə) şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də, heç bir haqsızlıq edilməyəcəyi zaman (onların halı) necə olacaq?"},{"id":26,"translation":"De: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin kəsə verir, istədiyindən də, onu geri alırsan; istədiyin kimsəni ucaldır, istədiyini də, alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən."},{"id":27,"translation":"Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan. Ölüdən diri çıxarır, diridən də ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”."},{"id":28,"translation":"Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kəs (bilsin ki,) Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq kafirlərdən gələ biləcək təhlükədən qorxmanız istisnadır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Dönüş də (ancaq) Allahadır."},{"id":29,"translation":"De: “Qəlblərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir”."},{"id":30,"translation":"Hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcəyi gün, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Allah qullarına qarşı çox şəfqətlidir."},{"id":31,"translation":"De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”."},{"id":32,"translation":"De: “Allaha və Onun Rəsula itaət edin!” Əgər üz döndərsələr, (bilsinlər ki,) Allah, həqiqətən də, kafirləri sevməz."},{"id":33,"translation":"Allah Adəmi, Nuhu, İbrahim nəslini və İmran ailəsini seçib aləmlərdən üstün etdi."},{"id":34,"translation":"Onlar biri digərindən olan (hənif) bir nəsil idilər. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir."},{"id":35,"translation":"Bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi bir qul olmaq üçün nəzir etdim. (Bu nəziri) məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”."},{"id":36,"translation":"(Nəhayət,) bari-həmlini yerə qoyduğu zaman dedi: “Ey Rəbbim! Mən qız doğdum” – (halbuki,) Allah onun nə doğduğunu yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm”."},{"id":37,"translation":"Rəbbi onu gözəl tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) yanına mehraba daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. Nəhayət, o: “Ey Məryəm! Bu, sənin üçün haradandır?”– deyə soruşduqda, (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir! Şübhəsiz ki, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”."},{"id":38,"translation":"Zəkəriyya orada Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir zürriyyət bəxş et! Şübhəsiz ki, Sən duaları eşidənsən”."},{"id":39,"translation":"(Zəkəriyya) mehrabda durub namaz qılarkən mələklər ona belə xitab etdilər: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”."},{"id":40,"translation":"O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də, sonsuz ikən mənim necə oğlum ola bilər?” (Allah) buyurdu: “Elədir, (lakin) Allah istədiyini edər”."},{"id":41,"translation":"O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. (Allah) buyurdu: “Sənin əlamətin, üç gün, – işarə ilə danışmaq istisna olmaqla, – insanlarla danışmamağındır. (Həmin vaxt) Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”"},{"id":42,"translation":"Bir zaman mələklər demişdilər: “Ey Məryəm, həqiqətən, Allah səni seçdi, tərtəmiz etdi və aləmlərin qadınlarından üstün tutdu."},{"id":43,"translation":"Ey Məryəm, Rəbbinə itaət et, səcdə qıl və rüku edənlərlə birlikdə rüku et!”"},{"id":44,"translation":"Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. (İsrail oğullarından) hansı birinin Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də, sən onların yanında deyildin."},{"id":45,"translation":"O zaman mələklər demişdilər: “Ey Məryəm, həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, həm bu dünyada, həm də axirətdə şan-şöhrətli və (Allaha) yaxın olanlardandır."},{"id":46,"translation":"O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaq və salehlərdən olacaqdır”."},{"id":47,"translation":"(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?” (Allah) buyurdu: “Elədir, Allah istədiyini yaradır. O, bir işin olmasını istədikdə, ona ancaq “Ol!”– deyər, o da olar”."},{"id":48,"translation":"(Allah) ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək."},{"id":49,"translation":"(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən bir möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, (bilin ki,) bunda sizin üçün bir dəlil vardır."},{"id":50,"translation":"Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyən olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Elə isə Allahdan qorxun və mənə itaət edin."},{"id":51,"translation":"Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol da, budur!”"},{"id":52,"translation":"İsa onlardakı küfrü hiss etdikdə, dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın (dininin) yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!"},{"id":53,"translation":"Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də, şahidlərlə bir yerdə yaz!”"},{"id":54,"translation":"Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah (qarşılıqlı olaraq) hiylə işlədənlərin ən xeyirlisidir."},{"id":55,"translation":"O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm."},{"id":56,"translation":"Kafirlərə gəlincə, onlara həm bu dünyada, həm də axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır”."},{"id":57,"translation":"(Allah) iman gətirib saleh əməllər işləyənlərin mükafatlarını tam verəcəkdir. Allah zalımları sevməz."},{"id":58,"translation":"Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir."},{"id":59,"translation":"Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəlinə bənzəyir. Allah Adəmi torpaqdan yaratdı, sonra ona “Ol!”– dedi, o da oldu."},{"id":60,"translation":"Haqq sənin Rəbbindəndir. Elə isə şübhə edənlərdən olma!"},{"id":61,"translation":"Sənə elm gəldikdən sonra kim səninlə (İsa barəsində) mübahisə edərsə, de: “Gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”."},{"id":62,"translation":"Həqiqətən bu (deyilənlər,) gerçək əhvalatlardır. Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Hikmətlidir."},{"id":63,"translation":"Əgər onlar üz çevirsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır."},{"id":64,"translation":"De: “Ey Kitab əhli! Bizimlə sizin aranızda olan eyni bir kəlməyə (tərəf) gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar yenə üz çevirsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”"},{"id":65,"translation":"Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? (Halbuki,) Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir. Məgər anlamırsınız?"},{"id":66,"translation":"Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barədə höcətləşirdiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barədə höcətləşirsiniz? Allah bilir, siz isə bilmirsiniz!"},{"id":67,"translation":"İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif (batildən haqqa tapınan) bir müsəlman idi və müşriklərdən də olmamışdlr."},{"id":68,"translation":"Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və (ona) iman gətirənlərdir. Allah möminlərin dostudur."},{"id":69,"translation":"Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. (Halbuki onlar,) yalnız özlərini azdırır və (bunu) anlamırlar."},{"id":70,"translation":"Ey Kitab əhli, (haqqa) şahid olduğunuz halda, nə üçün Allahın ayələrinə küfr edirsiniz?"},{"id":71,"translation":"Ey Kitab əhli, nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?"},{"id":72,"translation":"Kitab əhlindən bir zümrə (bir-birinə) dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin, günün sonunda isə (onu) inkar edin ki, bəlkə onlar (öz dinlərindən) dönələr."},{"id":73,"translation":"Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Şübhəsiz ki, doğru yol, Allahın yoludur!” Onlar yenə (bir-birilərinə) dedilər: “Sizə verilənin bənzərinin başqa bir kimsəyə verildiyinə və ya Rəbbiniz yanında (müsəlmanların) sizə dəlil gətirəcəyinə inanmayın.” De: “Şübhəsiz ki, lütf Allahın əlindədir və onu istədiyinə verir! Allahın lütfü genişdir, O (hər şeyi) biləndir”."},{"id":74,"translation":"(Allah) Öz mərhəmətini istədiyi kəsə məxsus edər. Allah böyük lütf sahibidir."},{"id":75,"translation":"Kitab əhlindən eləsi var ki, ona bir yığın (mal) əmanət etsən, onu sənə (tam) qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Ümmilərdən (cahil ərəblərdən) ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər."},{"id":76,"translation":"Xeyr! Kim əhdini yerinə yetirsə və (Allahdan) qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevər."},{"id":77,"translation":"Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kimsələrə gəlincə, onlara axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":78,"translation":"Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə, Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki, bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!”– deyirlər. Halbuki bu, Allah tərəfindən də deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər."},{"id":79,"translation":"Heç bir kəsin, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– deməsi mümkün deyil. Əksinə, (o belə) deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində rəbbani olun!”"},{"id":80,"translation":"O, sizə mələkləri və peyğəmbərləri özünüzə rəbb qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra küfr etməyi əmr edərmi?"},{"id":81,"translation":"Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəksiniz”– deyə əhd almış və (onlara): “Təsdiq etdinizmi, (bu) əhdimi öhdənizə götürdünüzmü?”– demişdi. Onlar: “İqrar etdik!”– deyə cavab vermişdilər. (Allah da) belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”."},{"id":82,"translation":"Kim bundan sonra üz döndərərsə, məhz onlar fasiqlərdir."},{"id":83,"translation":"Yoxsa onlar Allahın dinindən başqasınımı axtarırlar? (Halbuki,) göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuş və Onun hüzuruna qaytarılacaqlar."},{"id":84,"translation":"De: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun nəslinə nazil olanlara, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!”"},{"id":85,"translation":"Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar."},{"id":86,"translation":"İman gətirdikdən, (Allahın göndərdiyi) Rəsulun haqq olduğuna şahidlik etdikdən və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan kimsələri Allah necə doğru yola yönəldər? Allah zalım qövmü doğru yola yönəltməz."},{"id":87,"translation":"Onların cəzası, Allahın, mələklərin və bütün insanların lənətinə uğramaqdır."},{"id":88,"translation":"Onlar (bu lənətin içində və ya Cəhənnəm odunda) həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz."},{"id":89,"translation":"Bundan sonra tövbə edib (əməllərini) islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir."},{"id":90,"translation":"Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini daha da artıran kimsələrin tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar (doğru yoldan) azanlardır."},{"id":91,"translation":"Həqiqətən, kafir olub kafir kimi ölənlər dünya dolusu qızıl fidyə versələr belə, bu onların heç birindən qəbul edilməyəcəkdir. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onların heç köməkçiləri də yoxdur."},{"id":92,"translation":"Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmazsınız. (Malınızdan) nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir."},{"id":93,"translation":"Tövrat nazil olmamışdan əvvəl İsrailin (Yəqubun) özünə haram etdiklərindən savayı bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”"},{"id":94,"translation":"Bundan sonra kim Allaha qarşı yalan uydurarsa, məhz onlar zalımlardır."},{"id":95,"translation":"De: “Allah doğru söyləmişdir. Elə isə İbrahimin hənif dininə tabe olun. (Çünki) o, müşriklərdən deyildi”."},{"id":96,"translation":"Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı olaraq insanlar üçün ilk bina edilən ev Bəkkədəki evdir."},{"id":97,"translation":"Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Ora daxil olan kəs əmin-amanlıqda olar. Yoluna gücü çatan hər kəsin (müqəddəs) Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur."},{"id":98,"translation":"De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz Allahın ayələrini inkar edirsiniz?!”"},{"id":99,"translation":"De: “Ey Kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışaraq iman gətirənləri Allah yolundan azdırırsınız?!” (Halbuki,) Allah sizin etdiklərinizdən qafil deyildir."},{"id":100,"translation":"Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi iman gətirdikdən sonra döndərib kafir edərlər."},{"id":101,"translation":"Sizə Allahın ayələri oxunduğu halda, Onun Rəsulu da aranızda ikən, siz necə küfr edə bilərsiniz?! Kim Allaha möhkəm bağlanarsa, həqiqətən, doğru yola yönəlmiş olar."},{"id":102,"translation":"Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!"},{"id":103,"translation":"Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola yönələsiniz."},{"id":104,"translation":"Qoy içinizdən xeyrə çağıran, yaxşı işləri əmr edib, pis əməlləri qadağan edən bir camaat olsun. Məhz onlar nicat tapanlardır."},{"id":105,"translation":"Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Məhz onlar üçün böyük bir əzab vardır."},{"id":106,"translation":"O gün (neçə-neçə) üzlər ağaracaq, (neçə-neçə) üzlər də, qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!”– deyiləcəkdir."},{"id":107,"translation":"Üzləri ağ olan kəslər isə Allahın mərhəməti içərisində olacaq və onlar orada əbədi qalacaqlar."},{"id":108,"translation":"Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz."},{"id":109,"translation":"Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Bütün) işlər sonda Allaha qaytarılacaqdır."},{"id":110,"translation":"Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu azmış) fasiqlərdir."},{"id":111,"translation":"Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz."},{"id":112,"translation":"Harada olursa olsunlar, onlara zillət (damğası) vurulmuşdur. Yalnız Allahın ipinə və (ya) insanların ipinə sarılan kimsələr müstəsnadır. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara yoxsulluq üz vermişdir. Bu (cəza) ona görədir ki, onlar Allahın ayələrinə küfr etmiş və (bəzi) peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu (həm) də onların asilik etmələri və həddi aşmalarına görə idi."},{"id":113,"translation":"Onların hamısı eyni deyil. Kitab əhli içərisində (dinində) sabitqədəm bir toplum vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar."},{"id":114,"translation":"Onlar Allaha və Axirət gününə iman gətirir, yaxşı işləri əmr edib, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisaleh insanlardandırlar."},{"id":115,"translation":"Onların etdiyi yaxşılıqların heç biri inkar edilməz. Allah müttəqiləri tanıyır."},{"id":116,"translation":"Kafirlərin nə malları, nə də övladları, Allah yanında onlara heç bir fayda verməyəcəkdir. Onlar Od sakinləridirlər və orada əbədi olaraq qalacaqlar."},{"id":117,"translation":"Onların bu dünya həyatında xərclədiklərinin məsəli, özlərinə zülm edən bir qövmün əkinlərinə ziyan vurub onu məhv edən şiddətli soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm etdilər."},{"id":118,"translation":"Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş tutmayın. (Çünki) onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Qəlblərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik."},{"id":119,"translation":"Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz. Siz (nazil olmuş) kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz də, iman gətirdik!”– deyir, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah qəlblərdə olanları biləndir."},{"id":120,"translation":"Sizə bir uğur nəsib olduqda, (bu) onları kədərləndirər, sizə bir fəlakət üz verdikdə isə, ona sevinərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların hiyləsi sizə heç bir zərər verməz. Sözsüz ki, Allah onların etdiklərini əhatəyə almışdır."},{"id":121,"translation":"Bir zaman sən (Uhuddakı) döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getmişdin. Allah, (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!"},{"id":122,"translation":"O zaman sizlərdən iki dəstə (döyüşü tərk edib geri) qayıtmaq fikrinə düşmüşdü. Allah isə onların yardımçısı idi. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər."},{"id":123,"translation":"Siz zəif olduğunuz halda, Allah Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz."},{"id":124,"translation":"O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək köməyinizə çatması, sizə yetməzmi?”"},{"id":125,"translation":"Əlbəttə, əgər səbir edib Allahdan qorxsanız və onlar da elə indi sizin üstünüzə hücum etsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər."},{"id":126,"translation":"Allah bunu sizə sırf bir müjdə olsun və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Zəfər yalnız Qüdrət və Hikmək sahibi olan Allahdandır."},{"id":127,"translation":"(Allah belə etdi ki, bununla) kafirlərin bir qisminin kökünü kəssin, yaxud onları alçaltsın və beləcə, məyus halda geri dönsünlər, –"},{"id":128,"translation":"Bu işin sənə aidiyyəti yoxdur, – (müsəlman olsalar, Allah ya) onların tövbəsini qəbul edər və ya (inkar etsələr, Allah) onlara əzab verər. Çünki onlar zalımdırlar."},{"id":129,"translation":"Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhmlidir."},{"id":130,"translation":"Ey iman gətirənlər! Qat-qat artırılmış sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız."},{"id":131,"translation":"Kafirlər üçün hazırlanmış Oddan qorxun."},{"id":132,"translation":"Allaha və (Onun göndərdiyi) Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olunsun."},{"id":133,"translation":"Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin."},{"id":134,"translation":"O kəslər ki, bolluqda da, qıtlıqda da, (mallarından Allah yolunda) xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər."},{"id":135,"translation":"O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri (pis) işlərdə bilə-bilə israr etməzlər."},{"id":136,"translation":"Onların mükafatı, Rəbbindən bağışlanma və (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!"},{"id":137,"translation":"Sizdən öncə də, (bir çox belə) hadisələr olub keçmişdir. Elə isə yer üzünü gəzib (haqqı) yalan sayanların aqibətinin necə olduğunu görün."},{"id":138,"translation":"Bu (Quran) insanlar üçün bir açıqlama, müttəqilər üçün isə doğru yol göstəricisi və öyüd-nəsihətdir."},{"id":139,"translation":"Zəiflik göstərməyin və kədərlənməyin. Əgər möminsinizsə, (bilin ki,) üstün olan kəslər sizsiniz."},{"id":140,"translation":"Əgər siz (döyüşdə) yara almışsınızsa, (sizə düşmən olan) qövm də o cür yara almışdı. Biz bu günləri – (qalibiyyəti və məğlubiyyəti,) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevməz."},{"id":141,"translation":"(Bunu, həm də) Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin (deyə belə etdik)."},{"id":142,"translation":"Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri ayırd etmədən Cənnətə daxil olacağınızımı güman edirsiniz?!"},{"id":143,"translation":"Siz (düşmənlə) qarşılaşmadan öncə, (Allah yolunda) ölməyi arzulayırdınız. İndi isə siz onu gördüyünüz halda baxıb durursunuz."},{"id":144,"translation":"Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də, elçilər gəlib-getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz (dininizdən) gerimi dönəcəksiniz?! Kim geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz. Allah şükür edənləri mükafatlandıracaqdır."},{"id":145,"translation":"Allahın izni olmadan heç kəs ölümü dadmaz. (Əcəl) əzəldən müəyyən edilmiş bir yazıdır. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mükafatlandıracağıq."},{"id":146,"translation":"Neçə-neçə peyğəmbər (olmuşdur ki,) onlarla birlikdə bir çox dindarlar da vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn (müsibətlərə) görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevər."},{"id":147,"translation":"Onların sözü ancaq: “Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur."},{"id":148,"translation":"Beləcə, Allah onlara həm dünya mükafatını, həm də axirət mükafatının ən gözəlini verdi. Allah yaxşılıq edənləri sevər."},{"id":149,"translation":"Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi (dininizdən) geri döndərər və beləliklə də, siz ziyana uğramış halda geri qayıdarsınız."},{"id":150,"translation":"Halbuki, sizin himayəçiniz Allahdır. O, kömək edənlərin ən yaxşısıdır."},{"id":151,"translation":"Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağıq. Onların gedəcəkləri yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!"},{"id":152,"translation":"Siz Allahın izni ilə (düşmənlərinizi) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, (Allah) sizə istədiyiniz (qələbəni) göstərdikdən sonra siz zəiflik göstərib (Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün (üzünüzü) onlardan döndərdi. O, artıq sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır."},{"id":153,"translation":"O zaman Peyğəmbər arxanızdan – (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda, siz heç kəsə məhəl qoymadan (düşməndən) qaçırdınız. (Allah da) qəminizin üstünə qəm qoymaqla sizi cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır."},{"id":154,"translation":"Sonra bu qəm-qüssənin ardınca (Allah) sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. Bir dəstə də, öz canlarının hayına qalaraq, Allah barəsində haqsız yerə, cahiliyyə (dövründəkinə bənzər) zənnə qapılıb: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyirdi. De: “Sözsüz ki, bütün işlər Allaha aiddir!” Onlar sənə açıb demədiklərini öz qəlblərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah qəlblərdə olanları biləndir”."},{"id":155,"translation":"(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən geri dönənləri, məhz qazandıqları bəzi günahlar üzündən şeytan yoldan azdırdı. (Buna baxmayaraq) Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir."},{"id":156,"translation":"Ey iman gətirənlər! Yer üzündə səfərə çıxmış və ya döyüşə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bu (qənaəti) onların qəlblərində bir həsrət olsun deyə (belə) etdi. Halbuki, dirildən də, öldürən də, Allahdır. Allah nə etdiklərinizi görür."},{"id":157,"translation":"Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, (bilin ki,) Allahın məğfirəti və rəhməti onların topladıqları şeylərdən daha xeyirlidir."},{"id":158,"translation":"Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna toplanacaqsınız."},{"id":159,"translation":"Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onları əfv et, onlar üçün (Allahdan) bağışlanma dilə və (görəcəyin) işlər barədə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər."},{"id":160,"translation":"Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər?! Qoy möminlər Allaha təvəkkül etsinlər!"},{"id":161,"translation":"(Heç bir) peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra isə hər kəsə əməllərinin əvəzi tam verilər və onlara zülm edilməz."},{"id":162,"translation":"Allahın rizasını qazanmağa can atan kəslə, Allahın qəzəbinə gələn kəs eyni ola bilərmi?! Onun gedəcəyi yer Cəhənnəmdir. Ora nə pis qayıdış yeridir!"},{"id":163,"translation":"Onlar Allah qatında (müxtəlif) dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!"},{"id":164,"translation":"Allah möminlərə, onların öz içərisindən, özlərinə Allahın ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir Elçi göndərməklə lütf göstərdi. Halbuki, bundan öncə onlar açıq-aydın azğınlıq içərisində idilər."},{"id":165,"translation":"Siz (Bədirdə) onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, (Uhudda) başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir."},{"id":166,"translation":"(Uhudda) iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın"},{"id":167,"translation":"və münafiqləri bəlli etsin. (Münafiqlərə:) “Gəlin, Allah yolunda döyüşün, yaxud (heç olmasa) müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik”– dedilər. Onlar o gün imandan çox küfrə (daha) yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir."},{"id":168,"translation":"(Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə itaət etsəydilər, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru deyirsinizsə, elə isə ölümü özünüzdən uzaqlaşdırın!”"},{"id":169,"translation":"Allah yolunda öldürülənləri əsla ölü sanma. Əksinə, (onlar) diridirlər; onlara Rəbbi yanında ruzi verilir."},{"id":170,"translation":"Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətə fərəhlənir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və kədərlənməyəcəklərinə sevinirlər."},{"id":171,"translation":"Onlar Allahın nemətinə və lütfünə görə, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər."},{"id":172,"translation":"Yara aldıqdan sonra belə, Allahın və Onun rəsulunun dəvətini qəbul edən kimsələr, (xüsusəndə) onlardan yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır."},{"id":173,"translation":"O kəslər ki, (bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıb, onlardan qorxun!”– dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Vəkildir!”– dedilər."},{"id":174,"translation":"Beləcə, özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və lütfü sayəsində geri döndülər və beləliklə də, Allahın rizasına tabe oldular. Allah böyük lütf sahibidir."},{"id":175,"translation":"O şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Əgər möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!"},{"id":176,"translation":"Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah onlara (küfürlərindən dolayı) axirətdə heç bir pay nəsib etmək istəmir. Onlar üçün böyük bir əzab vardır."},{"id":177,"translation":"Həqiqətən də, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":178,"translation":"Kafirlər, onlara verdiyimiz möhlətin heç də özləri üçün xeyrli olduğunu güman etməsinlər. Biz onlara yalnız günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır."},{"id":179,"translation":"Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin (hazırda) olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər (ona qeybdən bəzi şeyləri öyrədər). Elə isə Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizin üçün böyük bir mükafat vardır."},{"id":180,"translation":"Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr heç də bu onların xeyrinə olduğunu güman etməsinlər. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":181,"translation":"“Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah, əlbət ki, eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürdüklərini yazacaq və (onlara) deyəcəyik: “Dadın o yandırıb-yaxan əzabı!"},{"id":182,"translation":"Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir.” Yoxsa Allah qullarına zülm edən deyildir."},{"id":183,"translation":"“(Doğrusu,) Allah bizdən əhd almışdı ki, odun yandıracağı bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq”– deyənlərə (belə) de: “Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz (qurbanla) gəlmişdilər. Əgər doğru danışırsınızsa, onda nə üçün onları öldürdünüz?”"},{"id":184,"translation":"Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl açıq-aydın dəlillər, səhifələr və nur saçan kitab gətirmiş elçiləri də yalançı hesab etmişdilər."},{"id":185,"translation":"Hər kəs ölümü dadacaqdır. Sözsüz ki, Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir."},{"id":186,"translation":"Siz mütləq malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir."},{"id":187,"translation":"Bir zaman Allah Kitab verilənlərdən: “Siz o (kitabı) mütləq insanlara açıqlayacaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə əhd almışdı. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!"},{"id":188,"translation":"Etdikləri əməllərə görə fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":189,"translation":"Göylərin və yerin mülkü Allaha məxsusdur. Allah hər şeyə qadirdir."},{"id":190,"translation":"Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır."},{"id":191,"translation":"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər (və deyərlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Cəhənnəm əzabından qoru!"},{"id":192,"translation":"Ey Rəbbimiz! Sən Oda saldığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Zalımların heç bir köməkçisi olmaz."},{"id":193,"translation":"Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılarla birgə al!"},{"id":194,"translation":"Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə vəd etdiklərini bizə ver və Qiyamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan!”"},{"id":195,"translation":"Rəbbi onlara (belə) cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz (kişi, qadın, savab və cəza baxımında eynidir). Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”."},{"id":196,"translation":"Qoy kafirlərin (rifah içində) diyarbədiyar gəzib dolaşması səni aldatmasın!"},{"id":197,"translation":"Bu, az bir mənfəətdir. Sonra isə onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis yataqdır!"},{"id":198,"translation":"Fəqət öz Rəbbindən qorxanlar üçün, Allahdan bir ziyafət olaraq, (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah yanında olan (nemətlər) yaxşı əməl sahibləri üçün daha xeyirlidir."},{"id":199,"translation":"Həqiqətən, Kitab əhlindən elələri də vardır ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirər, Allahın ayələrini ucuz qiymətə satmazlar. Məhz onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir."},{"id":200,"translation":"Ey iman gətirənlər! Səbir edin, (düşmən qarşısında) dözümlü olun, daima keşikdə durun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!"}]},{"id":4,"verses":[{"id":1,"translation":"Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib (yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah üzərinizdə nəzarətçidir."},{"id":2,"translation":"Yetimlərin mallarını (yetkinlik yaşına çatdıqda) özlərinə qaytarın və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, bu, (Allah qatında) böyük günahdır."},{"id":3,"translation":"Əgər (himayənizdə olan) yetim qızlarla (evlənəyəcəyiniz təqdirdə) ədalətlə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn (sizə halal olan başqa) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxarsınızsa, o halda (onlardan) biri ilə evlənin və ya sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyiniz üçün ən uyğun olanıdır."},{"id":4,"translation":"Qadınlara mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz istəkləri ilə onun bir qismini sizə bağışlasalar, onu nuşcanlıqla və halallıqla yeyin!"},{"id":5,"translation":"Allahın sizin üçün dolanışıq vasitəsi etdiyi mallarınızı səfehlərə verməyin. Onları o maldan yedirdib, geyindirin və onlara xoş söz söyləyin."},{"id":6,"translation":"Yetimləri həddi-büluğ yaşına çatanadək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın. (Böyüyüb mallarını geri alacaqlar deyə,) o malları israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan (qəyyum) nəfsini saxlasın, yoxsul isə (o maldan) ehtiyacı olduğu qədər yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər."},{"id":7,"translation":"Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay vardır; valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan qadınlara da pay vardır. Bu (mal) istər az olsun, istərsə də çox, (onlar üçün) müəyyən edilmiş bir paydır."},{"id":8,"translation":"Əgər bölgü vaxtı orada, (mirasdan payı olmayan) qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara da o maldan bir şey verin, özlərinə də xoş söz söyləyin."},{"id":9,"translation":"Özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər, qoy (yetimlərə haqsızlıq etməkdən də) qorxsunlar, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər."},{"id":10,"translation":"Şübhəsiz ki, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan atəşə girəcəklər."},{"id":11,"translation":"Allah sizə övladlarınız haqqında, kişiyə iki qadının payı qədər pay verilməsini buyurur. Əgər qadınlar ikidən artıq sayda qadındırsa, (vəfat edənin) qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, (mirasın) yarısı ona çatır. (Ölənin) övladı olduğu təqdirdə, onun valideynlərindən hər birinə, qoyub getdiyi (malın) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına (mirasının) üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaşları və (ya bacıları) varsa, onun anasına (mirasın) altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilməzsiniz. Bunlar Allah tərəfindən fərz buyrulmuş paylardır. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":12,"translation":"Əgər (vəfat etmiş) zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Onların övladı olduğu təqdirdə isə qoyub getdiklərinin dörddə bir hissəsi sizə çatır. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizindir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır. (Vəfat etmiş) kişinin və ya qadının atası, övladı olmadığı halda malı varislərə qalarsa (və eyni anadan) bir qardaşı yaxud bir bacısı varsa, bu halda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. Bu bölgü, varislərə zərər yetirməmək şərti ilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir buyruqdur. Allah (hər şeyi) biləndir, həlimdir."},{"id":13,"translation":"Bunlar Allahın (qoyduğu) hüdudlardır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Bu, böyük uğurdur."},{"id":14,"translation":"Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəmə vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır."},{"id":15,"translation":"Qadınlarınızdan zina edənlərə qarşı aranızdan dörd şahid gətirin! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!"},{"id":16,"translation":"Aranızda belə (yaramaz) iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) islah etsələr, onlara əziyyət verməkdən vaz keçin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir."},{"id":17,"translation":"Allah yanında qəbul edilən tövbə, yalnız cahillik üzündən pis iş gördükdən sonra dərhal tövbə edən kimsələrin tövbəsidir. Allah belələrinin tövbəsini qəbul edər. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":18,"translation":"Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərlə, kafir kimi ölənlərin tövbəsi qəbul deyildir. Biz belələri üçün ağrılı-acılı bir əzab hazırlamışıq."},{"id":19,"translation":"Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin (mehrin) bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun."},{"id":20,"translation":"Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, bundan heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməklə geri alacaqsınız?"},{"id":21,"translation":"Bir-birinizlə yaxınlıq etdiyiniz və (həm də) onlar sizdən möhkəm əhd-peyman aldıqları bir halda onu necə geri ala bilərsiniz?"},{"id":22,"translation":"Olub-keçənlər istisna olmaqla (bundan sonra) atalarınızın evləndiyi qadınlarla evlənməyin. Çünki bu, iyrənc və qəzəb doğuran bir əməl, həm də pis bir yoldur."},{"id":23,"translation":"Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, o halda (onların qızları ilə evlənməyiniz) sizə günah deyildir – öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir."},{"id":24,"translation":"Sahib olduğunuz cariyələr müstəsna olmaqla, evli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqası ilə, nikah bağlamaqla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək (mehrlərini verərək) evlənməyiniz (qadınlar) sizə halal edildi. (Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə, onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":25,"translation":"Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olmayan kimsə əllərinizin altında olan mömin cariyələrlə evlənsin. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiz (eyni kökdənsiniz). Elə isə namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan cariyələrlə sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. Bu (cariyələrlə evlənmək izni), günaha batmaqdan qorxanlarınız üçündür. Əgər səbir etsəniz, bu sizin üçün daha xeyirli olar. Allah bağışlayandır, rəhmlidir."},{"id":26,"translation":"Allah sizə (şəriət hökmlərini) bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":27,"translation":"Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Şəhvətlərinə uyanlar isə sizin (haqq) yoldan büsbütün çıxmanızı istəyirlər."},{"id":28,"translation":"Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, (çünki) insan zəif yaradılmışdır."},{"id":29,"translation":"Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət müstəsna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir."},{"id":30,"translation":"Kim düşmənçilik və zülm edərək bu işləri görərsə, Biz onu Cəhənnəm oduna daxil edərik. Bu, Allah üçün asandır."},{"id":31,"translation":"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin (kiçik) günahlarını əff edər və sizi şərəfli bir yerə – (Cənnətə) daxil edərik."},{"id":32,"translation":"Allahın birinizi digərinizdən üstün etdiyi şeylərə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahın lütfündən diləyin. Həqiqətən, Allah hər şeyi biləndir."},{"id":33,"translation":"Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan (öz paylarını alacaq) varislər təyin etdik. And içib əhd bağladığınız kəslərə də öz paylarını verin. Həqiqətən, Allah hər şeyə şahiddir."},{"id":34,"translation":"Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın insanlardan bəzilərini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görədir. Əməlisaleh qadınlar itaətkar olub, Allahın himayəsi sayəsində (ərlərinin namusunu və malını) gizlində də qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (bunun faydası olmadığı təqdirdə,) yataqda onları tərk edin, (bu da fayda verməzsə,) onları vurun! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah ucadır, böyükdür."},{"id":35,"translation":"Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o halda kişinin ailəsindən bir hakim və qadının ailəsindən də bir hakim göndərin. Əgər bu iki tərəf aranı düzəltmək istəyərsə, Allah onları barışdırar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır."},{"id":36,"translation":"Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, miskinlərə, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevməz."},{"id":37,"translation":"O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirir və Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq."},{"id":38,"translation":"Onlar öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Şeytan kimin dostudursa, necə də pis dostdur o!"},{"id":39,"translation":"Onlar Allaha və Axirət gününə iman gətirib, Allahın onlara verdiyi ruzidən (Onun yolunda) xərcləsəydilər, nə olardı? Allah onların (hər bir işini) bilir."},{"id":40,"translation":"Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah onun savabını) qat-qat artırar və (bu əməl sahibinə) Öz tərəfindən böyük mükafat bəxş edər."},{"id":41,"translation":"Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman (onların halı) necə olacaqdır?"},{"id":42,"translation":"Küfr edib Peyğəmbərə asi olanlar o gün yerlə bir olmalarını təmənna edər və heç bir sözü Allahdan gizlədə bilməzlər."},{"id":43,"translation":"Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, eləcə də, cunub olduğunuz halda, – yolda olan müsafirlər müstəsna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmişsinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır."},{"id":44,"translation":"Kitabdan özlərinə pay verilmiş kəslərin azğınlığı satın aldıqlarını və sizi (doğru) yoldan azdırmaq istədiklərini görmürsənmi?"},{"id":45,"translation":"Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Dost olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!"},{"id":46,"translation":"Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişib, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq”, “eşit, eşitməz olasan” və “raina! (bizə qayğı göstər!)\" – deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik”, “eşit” və “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, (bu) onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi. Onların yalnız az bir qismi iman gətirər."},{"id":47,"translation":"Ey Kitab verilmişlər! Üzləri sıyırıb (dümdüz edərək) arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə, sizə göndərilənləri təsdiqləyici olaraq nazil etdiyimiz Qurana iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir."},{"id":48,"translation":"Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, (amma) bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan şəxs böyük bir günah edərək iftira atmış olur."},{"id":49,"translation":"Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, Allah istədiyini təmizə çıxardar və onlara xurma çəyirdəyindəki lif qədər haqsızlıq edilməz."},{"id":50,"translation":"Bax, necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah olaraq (onlara) kifayət edər!"},{"id":51,"translation":"Kitabdan pay verilmişləri görmürsənmi? Özləri bütə (yaxud sehrə) və tağuta (Allahdan başqa ibadət olunanlara) inanmaqla yanaşı, (hələ bir) kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar” – deyirlər."},{"id":52,"translation":"Onlar Allahın lənətlədiyi kimsələrdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapa bilməzsən."},{"id":53,"translation":"Yoxsa onların mülkdən bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çəyirdəyindəki oyuq qədər (bir şey) verməzdilər."},{"id":54,"translation":"Yoxsa onlar Allahın Öz lütfündən verdiyi şeylərə görə insanlara həsəd aparırlar?! Biz İbrahim nəslinə Kitab və hikmət bəxş etmiş və onlara böyük bir mülk vermişdik."},{"id":55,"translation":"Onlardan bir qismi ona (Muhəmmədə) iman gətirdi, bir qismi də ondan üz çevirdi. Cəhənnəm onlara yandırıb-yaxan od olaraq kifayət edər."},{"id":56,"translation":"Şübhəsiz ki, ayələrimizi inkar edənləri oda atacağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı (daim) dadsınlar deyə, Biz o (dəriləri) başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir."},{"id":57,"translation":"İman gətirib saleh əməllər edənləri isə (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün pak zövcələr vardır. Biz onları sıx kölgəlikdə yerləşdirəcəyik."},{"id":58,"translation":"Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir."},{"id":59,"translation":"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, onu Allaha və Peyğəmbərə qaytarın. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır."},{"id":60,"translation":"Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta (kahinlərə və ya Allahın hökmündən başqa hökm verənlərə) müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaları əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir."},{"id":61,"translation":"Onlara: “Allahın nazil etdiyinə və Rəsuluna tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən tamamilə üz çevirdiklərini görərsən."},{"id":62,"translation":"Öz əlləri ilə törətdikləri günahlara görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və (mübahisə edənləri) barışdırmaq istədik!”– deyə Allaha and içdikdə, onların halı necə olacaq?"},{"id":63,"translation":"Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və onlara özləri barədə təsirli söz söylə."},{"id":64,"translation":"Biz hər bir elçini, – Allahın izni ilə – məhz itaət edilsin deyə göndərdik. Əgər (günahkarlar) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər."},{"id":65,"translation":"Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim olmayınca iman gətirmiş olmazlar."},{"id":66,"translation":"Əgər onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi müstəna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və sabitlik baxımından daha möhkəm olardı."},{"id":67,"translation":"O zaman Biz də onlara Öz tərəfimizdən böyük bir mükafat verər"},{"id":68,"translation":"və onları doğru yola yönəldərdik."},{"id":69,"translation":"Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır!"},{"id":70,"translation":"Bu lütf Allahdandır. (Hər şeyi) bilən olaraq Allah yetər."},{"id":71,"translation":"Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, (düşmənə qarşı) ya bölük-bölük, ya da hamınız birgə həmlə edin!"},{"id":72,"translation":"Həqiqətən, içərinizdə, (cihada çıxdıqda) ləng tərpənən və sizə bir müsibət üz verdikdə: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım”– deyənlər də vardır."},{"id":73,"translation":"Əgər Allahdan sizə bir lütf yetişərsə, sanki sizinlə onun arasında heç bir dostluq yoxmuş kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”– deyər."},{"id":74,"translation":"Qoy dünya həyatı qarşılığında axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, Biz ona böyük bir mükafat verərik."},{"id":75,"translation":"Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) çıxart, bizə Öz tərəfindən bir himayəçi yolla, bizə Öz tərəfindən bir yardımçı göndər!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?!"},{"id":76,"translation":"İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut (şeytan) yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir."},{"id":77,"translation":"Məgər sən, özlərinə: “(Döyüşdən) əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq fərz buyrulduqda, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi, hətta daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çəyirdəyindəki lif qədər belə haqsızlıq edilməz”."},{"id":78,"translation":"Harada olursunuzsa olun, hətta əlçatmaz qalalarda olsanız belə, (yenə də) ölüm sizi haqlayacaqdır. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?"},{"id":79,"translation":"(Ey insan!) Sənə gələn yaxşılıq Allahdandır, sənə üz vermiş bəla isə sənin özündəndir. (Ey Məhəmməd!) Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah yetər."},{"id":80,"translation":"Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik."},{"id":81,"translation":"Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə, onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görər. Allah onların gecələr nə tədbir gördüklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq (sənə) Allah yetər."},{"id":82,"translation":"(Məgər) Onlar Quran barəsində düşünmürlərmi?! Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilaf tapardılar."},{"id":83,"translation":"Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, dərhal onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan əmr sahiblərinə çatdırsaydılar, içərilərindən (o xəbərin) mahiyyətinə varan kəslər onu bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz müstəsna olmaqla, şeytana uyardınız."},{"id":84,"translation":"Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də (döyüşə) təşviq et! Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüdrəti daha çox, cəzası daha şiddətlidir."},{"id":85,"translation":"Kim yaxşı bir işə vasitəçilik edərsə, ona (bunun savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik edərsə, ona da (onun günahından) bir pay düşər. Allah hər bir şeyə şahiddir və hər bir əməlin qarşılığını verəndir."},{"id":86,"translation":"Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya (verilən salamı) olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin hesabını çəkəndir."},{"id":87,"translation":"Allah, Özündən başqa heç bir məbud olmayandır. (O,) Sizi qiyamət günündə mütləq (bir yerə) toplayacaqdır. Bunda əsla şübhə yoxdur. Allahdan daha doğru danışan kim ola bilər?"},{"id":88,"translation":"Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə küfrə qaytarmışdır. (Yoxsa) Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün əsla (doğru) yol tapa bilməzsən."},{"id":89,"translation":"Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə, onlardan (heç birini) özünüzə dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, öldürün. Onlardan (özünüzə) nə bir dost, nə də bir köməkçi tutun."},{"id":90,"translation":"Ancaq sizinlə aralarında anlaşma olan bir topluma sığınanlar, yaxud sizinlə və ya öz qövmü ilə vuruşmaqdan qəlbləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr müstəsnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizin onlara qarşı (vuruşmanıza) yol verməz."},{"id":91,"translation":"Digərlərinin də həm sizdən, həm də öz qövmündən arxayın olmaq istədiklərini görəcəksiniz. Onlar hər dəfə fitnəyə qaytarıldıqda, (gözüyumulu) ona atılarlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, öldürün. Biz (artıq) onlara qarşı çıxmaq üçün sizə açıq-aydın dəlil verdik."},{"id":92,"translation":"Heç bir möminin başqa bir mömini öldürməyə haqqı yoxdur. Bunun səhvən baş verməsi isə müstəsnadır. Kim səhvən bir mömini öldürərsə, o zaman mömin bir kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Ölənin ailəsinin (qanbahasını) bağışlaması isə müstəsnadır. Əgər (ölən adam) mömin olduğu halda, sizə düşmən olan bir qövmdəndirsə, onda (qatil) mömin bir kölə azad etməlidir. Əgər (ölən adam) sizinlə aralarında anlaşma olan bir qövmdəndirsə, o halda (qatil) onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. (Bunları etməyə imkan) tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":93,"translation":"Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar."},{"id":94,"translation":"Ey iman gətirənlər! Allah yolunda (cihada) çıxdığınız zaman (kimə qarşı vuruşacağınızı) müəyyən edin və sizə salam verən (və ya müsəlman olduğunu bildirən) şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!” – deməyin. Allah yanında çox qənimətlər vardır. (Halbuki) Əvvəllər siz də onlar kimi idiniz, (lakin) Allah sizə lütf etdi. Elə isə (kimə qarşı vuruşacağınızı) müəyyən edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":95,"translation":"Möminlərdən – üzrlü olanlar müstəsna olmaqla – (cihaddan geridə qalıb evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah, öz malları və canları ilə cihad edənləri, (geridə qalıb evdə) oturanlardan dərəcə etibarilə üstün etmişdir. Allah (onların) hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah mücahidləri (geridə qalıb evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir."},{"id":96,"translation":"(Bu,) Onun tərəfindən (möminlərə nəsib olacaq) dərəcələr, bağışlanma və mərhəmətdir. Allah bağışlayandır, rəhmlidir."},{"id":97,"translation":"Mələklər özlərinə zülm edənlərin canlarını alarkən (onlara:) “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!” – deyə cavab verəcəklər. (Mələklər də onlara:) “Məgər Allahın yeri (diyarınızı tərk etmənizə yetəcək) qədər geniş deyildimi ki, siz də orada hicrət edəydiniz?”– deyəcəklər. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir."},{"id":98,"translation":"Yalnız (zülmə qarşı) çarə qılmağa qadir olmayan və (hicrət etməyə) yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar müstəsnadır."},{"id":99,"translation":"Ola bilsin ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır."},{"id":100,"translation":"Allah yolunda hicrət edən kəs yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun rəsuluna tərəf hicrət edərək evindən çıxdıqdan sonra ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah bağışlayandır, rəhmlidir."},{"id":101,"translation":"Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanızda sizə günah yoxdur. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşməninizdir."},{"id":102,"translation":"(Ey Muhamməd!) Sən onların (səhabələrinin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birgə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. (Sonra) namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını tutsunlar və silahlarını da (özləri ilə) götürsünlər. Kafirlər istərlər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər – (bir həmlədə sizi məğlub etsinlər). Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız, silahlarınızı yerə qoymaqda sizə günah yoxdur, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır."},{"id":103,"translation":"Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin. (Düşmənin hücum etməyəcəyindən) arxayın olduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir."},{"id":104,"translation":"(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) ağrı-acı çəkirsinizsə, onlar da sizin kimi ağrı-acı çəkirlər. (Fəqət) siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":105,"translation":"(Ey Muhamməd!) Allahın sənə öyrətdiyi ilə insanlar arasında hökm verəsən deyə, Biz sənə Kitabı haqq olaraq nazil etdik. Odur ki, xainlərin tərəfini tutma."},{"id":106,"translation":"Allahdan bağışlanma dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir."},{"id":107,"translation":"Özlərinə xəyanət edənləri müdafiə etmə. Şübhəsiz ki, Allah xain günahkarı sevməz."},{"id":108,"translation":"Onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söyləyərkən, (onu) insanlardan gizlədir, öz yanlarında olan Allahdan isə gizlətmirlər. Allah onların nə etdiklərini əhatə edəndir."},{"id":109,"translation":"Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə etdiniz, bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcəkdir, yaxud onlara kim vəkil olacaqdır?"},{"id":110,"translation":"Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər."},{"id":111,"translation":"Kim günah qazanarsa, onu ancaq öz əleyhinə qazanmış olar. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":112,"translation":"Kim xəta edər və ya günah qazanar, sonra da onu təqsiri olmayanın boynuna atarsa, artıq özünü böhtanla və açıq aydın günahla yükləmiş olar."},{"id":113,"translation":"(Ey Muhamməd!) Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni (doğru yoldan) azdırmaq istəyəcəkdi. Halbuki onlar özlərindən başqasını azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Allah sənə Kitabı və hikməti nazil etdi və sənə bilmədiklərini öyrətdi. Allahın sənə olan lütfü böyükdür."},{"id":114,"translation":"Onların pıçıdaşmalarının çoxunda xeyir yoxdur. Sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanların arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə müstəsnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik."},{"id":115,"translation":"Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxıb möminlərin yolundan başqa bir yolla gedərsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmə giriftar edərik. Ora nə pis dönüş yeridir."},{"id":116,"translation":"Allah Ona şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqa günahları isə istədiyi kimsəyə bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür."},{"id":117,"translation":"Onlar Allahı qoyub, yalnız qadın (adlarını daşıyan) bütlərə dua edir və yalnız üsyankar şeytana sitayiş edirlər."},{"id":118,"translation":"Allah onu (şeytanı) lənətlədi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini mütləq ələ alacağam."},{"id":119,"translation":"Onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam, onlara heyvanların qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə dost tutan kəs açıq-aşkar ziyana uğramışdır."},{"id":120,"translation":"(Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Halbuki şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir."},{"id":121,"translation":"Onların gedəcəkləri yer Cəhənnəmdir. Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər."},{"id":122,"translation":"İman gətirib saleh əməllər edənləri isə (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. (Bu,) Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğru kim ola bilər?"},{"id":123,"translation":"Bu (nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir dost, nə də bir yardımçı tapacaqdır."},{"id":124,"translation":"Mömin olaraq həm kişilərdən, həm də qadınlardan yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çəyirdəyindəki oyuq qədər haqsızlıq edilməz."},{"id":125,"translation":"Yaxşı əməl sahibi olduğu halda özünü Allaha təslim edən və hənif İbrahimin dininə tabe olan şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi (Özünə yaxın) dost tutmuşdur."},{"id":126,"translation":"Göylərdə və yerdə nə varsa, (hamısı) məxsusdur. Allah hər şeyi əhatə etmişdir."},{"id":127,"translation":"Səndən qadınlar barədə soruşurlar. De: “Allahın onlar barədə hökmü belədir: “Kitabda sizə oxunan (ayələrdə) özlərinə müəyyən edilmişi (mehiri və ya mirası) verməyərək evlənmək istədiyiniz yetim qızlarla, zəif uşaqlarla və yetimlərlə ədalətlə rəftar edin”. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir."},{"id":128,"translation":"Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında anlaşmasında onlara günah gəlməz. Aranı düzəltmək daha xeyirlidir. Doğrusu, nəfslər xəsisliyə meyillidir. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":129,"translation":"Siz nə qədər çalışsanız da, (yenə də) qadınlar arasında ədalətlə davrana bilməzsiniz. Elə isə (birinə) tamamilə meyl edib, digərini asılı vəziyyətdə qalmış kimi buraxmayın. Əgər (özünüzü) düzəldib (Allahdan) qorxsanız, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir."},{"id":130,"translation":"Əgər (ər-arvad bir-birindən) ayrılsalar, Allah hər birini Öz lütfü ilə zəngin edər. Allah geniş lütf və hikmət sahibidir."},{"id":131,"translation":"Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də: “Allahdan qorxun!” – deyə buyurduq. Əgər küfr etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah zəngindir, tərifəlayiqdir."},{"id":132,"translation":"Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Vəkil olaraq Allah yetər."},{"id":133,"translation":"Ey insanlar! Əgər (Allah) istəsə, sizi yox edib (yerinizə) başqalarını gətirər. Allah buna qadirdir."},{"id":134,"translation":"Kim dünya mükafatını istərsə, (bilsin ki,) dünya və axirət mükafatı Allah yanındadır. Allah eşidəndir, görəndir."},{"id":135,"translation":"Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olsa belə, Allah üçün ədaləti qoruyan şahidlər olun. (Əleyhinə şahidlik edəcəyiniz kəslər) istər varlı, istər kasıb olsun, Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub ədalətdən azmayın! Əgər dilinizi əysəniz, yaxud (həqiqəti deməkdən) boyun qaçırsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":136,"translation":"Ey iman gətirənlər! Allaha, Onun elçisinə, elçisinə nazil etdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən kəs, şübhəsiz ki, dərin bir azğınlığa düşmüşdür."},{"id":137,"translation":"İman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir."},{"id":138,"translation":"Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":139,"translation":"O kəslər ki, möminləri qoyub kafirləri (özlərinə) dost tuturlar. Məgər onlar kafirlərin yanında izzətmi axtarırlar? Halbuki izzət tamamilə Allaha məxsusdur."},{"id":140,"translation":"(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini, yaxud onlara istehza olunduğunu eşitdiyiniz zaman, (kafirlər və ya müşriklər) başqa bir söhbətə keçməyincə, onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə toplayacaqdır."},{"id":141,"translation":"Sizə göz qoyan (münafiqlər,) Allahdan sizə bir zəfər gəldikdə: “Məgər biz sizinlə deyildikmi?”– deyər, kafirlərin (qələbədən) bir nəsibi olduqda isə (onlara:) “Məgər biz sizə dəstək olub, sizi möminlərdən qorumadıqmı?”– söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminlərin əleyhinə əsla bir yol verməz."},{"id":142,"translation":"Münafiqlər Allahı aldatmağa çalışırlar. Əslində isə Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər."},{"id":143,"translation":"Onlar (imanla küfr arasında) tərəddüd edir; nə bunlara, nə də onlara tərəf olurlar. Allahın azdırdığı kəs üçün heç bir yol tapa bilməzsən."},{"id":144,"translation":"Ey iman gətirənlər! Möminləri qoyub kafirləri (özünüzə) dost tutmayın. Allaha, öz əleyhinizə açıq-aydın bir dəlilmi vermək istəyirsiniz?!"},{"id":145,"translation":"Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar. Sən onlar üçün heç bir yardımçı tapa bilməzsən."},{"id":146,"translation":"(Bundan) yalnız tövbə edib, (özlərini) islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər müstəsnadır. Bu kimsələr möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir."},{"id":147,"translation":"Əgər şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin! Allah şükrün əvəzini verəndir, (hər şeyi) biləndir."},{"id":148,"translation":"Allah pis sözün ucadan deyilməsini sevməz. Yalnız zülmə məruz qalmış kimsələr müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir."},{"id":149,"translation":"Əgər bir xeyri aşkara çıxarsanız və ya onu gizlətsəniz, yaxud bir pisliyi bağışlasanız, (bilin ki,) Allah əfv edəndir, (hər şeyə) qadirdir."},{"id":150,"translation":"Allaha və Onun elçilərinə küfr edənlər, Allahla elçilərini bir-birindən ayırmaq istəyib: “Biz (o elçilərin) bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər –"},{"id":151,"translation":"məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq."},{"id":152,"translation":"Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birini digərindən ayırmayanlara gəlincə, Allah onlara öz mükafatlarını verəcəkdir. Allah bağışlayandır, rəhmlidir."},{"id":153,"translation":"Kitab əhli səndən onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!”– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik."},{"id":154,"translation":"Biz onlardan aldığımız əhdə görə, Tur dağını (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü qadağasını pozmayın!”– dedik. Biz onlardan möhkəm bir əhd aldıq."},{"id":155,"translation":"Onlar əhdlərini pozduqlarına, Allahın ayələrinə küfr etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onların yalnız az bir qismi iman gətirər."},{"id":156,"translation":"Onlar (həm də İsaya) küfr etdiklərinə və Məryəmə qarşı böyük bir böhtan söylədiklərinə görə,"},{"id":157,"translation":"bir də: “Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər). Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir bilgisi yoxdur. Həqiqətdə isə onu öldürməmişdilər."},{"id":158,"translation":"Əksinə, Allah onu Özünə tərəf qaldırmışdı. Allah qüdrətlidir, hikmət sahibidir."},{"id":159,"translation":"Kitab əhlindən hər kəs (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirəcək. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır."},{"id":160,"translation":"Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allah yolundan azdırdıqlarına görə onlara halal edilmiş pak nemətləri haram etdik."},{"id":161,"translation":"(Biz bunu həm də) qadağan olunmasına baxmayaraq sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə (belə etdik). Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq."},{"id":162,"translation":"Lakin onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən öncə nazil edilənlərə iman gətirir, namaz qılır, zəkat verir, Allaha və Axirət gününə iman gətirirlər. Biz onlara böyük mükafat verəcəyik."},{"id":163,"translation":"Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik."},{"id":164,"translation":"Elçilərin (bir qisimi) barəsində daha öncə sənə xəbər verdik, digərləri barəsində isə sənə (heç nə) söyləmədik. Allah Musa ilə sözlə (vasitəsiz) danışdı."},{"id":165,"translation":"(Biz) müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah qüdrətlidir, hikmət sahibidir."},{"id":166,"translation":"Lakin Allah sənə nazil etdiyinə şahiddir. O, bunu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də (buna) şahidlik edərlər. Şahid olaraq Allah yetər."},{"id":167,"translation":"Küfr edən və (insanları) Allah yolundan azdıran kimsələr, şübhəsiz ki, dərin bir azğınlığa düşmüşlər."},{"id":168,"translation":"Allah, kafirləri və zalımları əsla bağışlamaz və (onları doğru) yola yönəltməz."},{"id":169,"translation":"İçərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün çox asandır."},{"id":170,"translation":"Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən haqqı gətirdi. Elə isə (ona) iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər küfr etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":171,"translation":"Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində həqiqətdən başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: (Tanrı) “üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu) sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Vəkil olaraq Allah yetər."},{"id":172,"translation":"Nə (İsa) Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də (Allaha) yaxın olan mələklər. (Allah) Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır."},{"id":173,"translation":"İman gətirib xeyirxah işlər görənlərə gəlincə, Allah onların mükafatlarını tam olaraq verəcək və Öz lütfündən onlar üçün (istədiyi qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə ar bilənlərə və təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər."},{"id":174,"translation":"Ey insanlar! Rəbbinizdən sizə bir dəlil gəldi və Biz sizə aydın bir nur (Quran) nazil etdik."},{"id":175,"translation":"Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxslərə gəlincə, (Allah) onları Öz rəhmətinə və lütfünə qovuşduracaq və onları Özünə tərəf (aparan) düz yola yönəldəcəkdir."},{"id":176,"translation":"Səndən fitva istəyirlər. De: “Atası və övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir: “Övladı (və ya atası) olmayan şəxs öldükdə onun (atabir-anabir və ya yalnız atabir) bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər (ölmüş bacının oğlan) övladı yoxdursa, qardaşı ona varis olur. Əgər (varislər) iki (və ya daha çox) bacıdırsa, (ölən qardaşın) qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər (varislər) qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər (pay) düşür”. Allah bunu sizə bəyan edir ki, (haqq) yoldan azmayasınız. Allah hər şeyi bilir."}]},{"id":5,"verses":[{"id":1,"translation":"Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin. İhramda ikən ov ovlamaq qadağan edilməsi ilə yanaşı, (adları) sizə bildiriləcək heyvanlar da müstəsna olmaqla, digər heyvanlar sizə halal edildi. Həqiqətən, Allah istədiyi hökmü verir."},{"id":2,"translation":"Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aya, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə qarşı hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscidulharama daxil olmağa qoymayan bir qövmə qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və (Allahdan qorxub) pis əməllərdən çəkinməkdə bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilik etməkdə isə bir-birinizə yardımçı olmayın. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası şiddətlidir."},{"id":3,"translation":"Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (ağac, daş və s. bu kimi şeylərlə) vurulub öldürülmüş, (hündür bir yerdən) yıxılıb gəbərmiş, buynuzlanıb ölmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş – ölməmiş kəsdikləriniz müstəsnadır – dik qoyulmuş daşlar (bütlər) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu yox etməkdən) ümidlərini kəsdilər. Elə isə onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qalıb, günaha meyl etmədən, (haram edilmiş ətlərdən) yeyərsə, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir."},{"id":4,"translation":"(Ey Muhamməd!) Səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edilmişdir. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və (ova göndərərkən) onların üzərinə Allahın adını çəkin (bismilləh deyin). Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”."},{"id":5,"translation":"Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri (kəsdikləri heyvanlar) sizə halal, sizin yeməkləriniz (kəsdiyiniz heyvanlar) də onlara halaldır. Mömin qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə sizə halaldır. Kim imanı inkar edərsə əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar."},{"id":6,"translation":"Ey iman gətirənlər! Namaza qalxdığınız zaman üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınızı da topuqlara qədər yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, fəqət O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz."},{"id":7,"translation":"Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!”– dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, qəlblərdə olanı biləndir."},{"id":8,"translation":"Ey iman gətirənlər! Allah üçün haqqı qoruyan, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":9,"translation":"Allah, iman gətirib saleh əməllər edənlərə bağışlanma və böyük mükafat vəd etmişdir."},{"id":10,"translation":"Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridirlər."},{"id":11,"translation":"Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. Bir zaman bir toplum sizə əl qaldırmaq fikrinə düşmüşdü, Allah isə onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Qoy möminlər (yalnız) Allaha təvəkkül etsinlər!"},{"id":12,"translation":"Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan on iki başçı təyin etmişdik. Allah (onlara belə) demişdi: “Mən sizinləyəm. Əgər namazı doğru-düzgün qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onları dəstəkləsəniz və (sədəqə verməklə) Allaha gözəl bir borc versəniz, əlbəttə, təqsirlərinizdən keçər və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizlərdən kim küfr edərsə, artıq doğru yoldan azmış olar”."},{"id":13,"translation":"(İsrail oğulları) verdikləri əhdi pozduqlarına görə, Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (kitabda olan) kəlmələrin yerlərini dəyişib, onlar (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi müstəsna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər."},{"id":14,"translation":"“Biz nəsraniyik!”– deyənlərdən də əhd almışdıq. Onlar da (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir."},{"id":15,"translation":"Ey Kitab əhli! Sizə kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən (və ya sizdən bir çoxunu bağışlayan) rəsulumuz gəldi. Artıq sizə Allahdan bir nur (Muhamməd və ya İslam) və açıq-aydın bir kitab (Quran) gəldi."},{"id":16,"translation":"Allah, Onun rizasını arayan kəsləri onunla (Muhamməd və ya Quranla) əmin-amanlıq yollarına yönəldər, onları Öz izni ilə zülmətlərdən nura çıxarar və düz yola yönəldər."},{"id":17,"translation":"“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!”– deyənlər artıq kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. O istədiyini yaradır. Allah hər şeyə qadirdir."},{"id":18,"translation":"Yəhudilər və nəsranilər: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. De: “Elə isə (Allah) sizə nə üçün günahlarınıza görə əzab verir? Əksinə, siz Onun yaratdığı bir bəşərsiniz”. O, istədiyini bağışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Dönüş də yalnız Onadır."},{"id":19,"translation":"Ey Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə (Cənnətlə) müjdələyən və (Cəhənnəmlə) qorxudan kimsə gəlmədi”– deməyəsiniz deyə, sizə (haqqı) bəyan edən rəsulumuz (Muhamməd) gəldi. Artıq sizə müjdələyən və qorxudan bir peyğəmbər gəlmişdir. Allah hər şeyə qadirdir."},{"id":20,"translation":"Bir zaman Musa öz qövmünə (belə) demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər seçdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi."},{"id":21,"translation":"Ey qövmüm! Allahın sizin üçün təyin etdiyi müqəddəs torpağa daxil olun və geri dönməyin, yoxsa ziyana uğrayaraq geri dönmüş olarsız”."},{"id":22,"translation":"Onlar dedilər: “Ey Musa! Orada çox qüvvətli adamlar vardır. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”."},{"id":23,"translation":"(Allahdan) qorxanlar arasından Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə (şəhər) qapısından daxil olun. Əgər siz oradan daxil olsanız, mütləq qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”"},{"id":24,"translation":"Onlar dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Odur ki, sən get Rəbbinlə birlikdə (onlara qarşı) vuruş. Biz isə burada oturacağıq”."},{"id":25,"translation":"O, dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”"},{"id":26,"translation":"Allah (belə) buyurdu: “Elə isə o yer onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə çaşqın halda gəzib dolaşacaqlar. Sən isə günahkar tayfa üçün heyifsilənmə”."},{"id":27,"translation":"Onlara Adəmin iki oğlunun əhvalatını gerçək olaraq danış. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan qardaş öz qardaşına) demişdi: “Səni mütləq öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah (saleh əməlləri) yalnız müttəqilərdən qəbul edər!"},{"id":28,"translation":"Sən məni öldürmək üçün əlini mənə uzatsan da, mən səni öldürmək üçün əlimi sənə uzadan deyiləm. Çünki mən aləmlərin Rəbbi (olan) Allahdan qorxuram."},{"id":29,"translation":"Mən istəyirəm ki, sən həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur”."},{"id":30,"translation":"Nəhayət, nəfsi onu qardaşını qətlə yetirməyə sövq etdi və onu öldürdü, beləliklə də, ziyana uğrayanlardan oldu."},{"id":31,"translation":"Allah, qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yeri eşən bir qarğa göndərdi. O dedi: “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, bu qarğa qədər olmaqdan da acizəm?” Beləliklə o, peşmançılıq çəkənlərdən oldu."},{"id":32,"translation":"Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzündə fitnə-fəsad törətməyən bir şəxsi öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu (ölümdən) xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar. Peyğəmbərlərimiz onlara aydın dəlillər gətirmişdilər. Amma bundan sonra da onların çoxu yer üzündə həddi aşdılar."},{"id":33,"translation":"Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, ya da yaşadıqları yerdən sürgün edilmələridir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir."},{"id":34,"translation":"Yalnız əlinizə keçməmişdən öncə tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhmlidir."},{"id":35,"translation":"Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız."},{"id":36,"translation":"Şübhəsiz ki, kafir olanlar, yer üzündə olan hər şeyə, üstəlik bir o qədərinə də sahib olsalar və bunu Qiyamət gününün əzabından qurtulmaq üçün fidyə versələr, onlardan əsla qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":37,"translation":"(Kafirlər) Oddan çıxmaq istərlər, lakin oradan çıxa bilməzlər. Onlar üçün (orada) davamlı bir əzab vardır."},{"id":38,"translation":"Oğru kişinin və oğru qadının, etdikləri əməlin cəzası və Allahdan bir ibrət olaraq (sağ) əllərini kəsin! Allah qüdrətlidir, hikmət sahibidir."},{"id":39,"translation":"Kim etdiyi (bu) zülümdən sonra tövbə edib (özünü) islah edərsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir."},{"id":40,"translation":"Məgər bilmirsən ki, göylərin və yerin mülkü Allaha məxsusdur? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir."},{"id":41,"translation":"Ey Rəsul! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”– deyən kimsələrdən və yəhudilərdən küfrə can atanların (halı) səni kədərləndirməsin. Onlar yalanı həvəslə dinləyir, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asırlar. Bunlar haqqı bildikdən sonra kəlmələrin yerlərini dəyişdirib (onlara) deyirlər: “Əgər sizə bu (dəyişdirilən hökm) verilsə, onu götürün. Yox əgər o verilməsə, (ondan) çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar, Allahın, qəlblərini təmizləmək istəmədiy kimsələrdir. Onlar üçün dünyada rəzillik, axirətdə isə böyük bir əzab vardır."},{"id":42,"translation":"Onlar yalana həvəslə qulaq asır və daima haram yeyirlər. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevər."},{"id":43,"translation":"İçərisində Allahın hökmü olan Tövrat özlərində olduğu halda, onlar səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar iman gətirmiş kimsələr deyillər."},{"id":44,"translation":"Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı nazil etdik. Özlərini (Allaha) təslim edən peyğəmbərlər bununla yəhudilər arasında hökm edərdilər. Din xadimləri və elm adamları isə Allahın kitabından qorunub saxlanılanlarla hökm verərdilər. Onlar buna şahiddirlər. Elə isə insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər."},{"id":45,"translation":"Biz (Tövratda) onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, yaralara (da misli ilə) qisas alınmalıdır. Kim bunu (qisası) bağışlayarsa, bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımdırlar."},{"id":46,"translation":"Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstərən və öyüd-nəsihət olan İncili verdik."},{"id":47,"translation":"İncil əhli Allahın onda nazil etdiyi (şəriət qanunları ilə) hökm versin. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqdirlər."},{"id":48,"translation":"Biz sənə, özündən əvvəlki kitabı təsdiqləyən və onu qoruyan Kitabı haqq olaraq nazil etdik. Sən onların arasında, Allahın nazil etdiyi ilə hökm ver. Sənə gələn haqqı buraxıb onların istəklərinə tabe olma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Fəqət bu (müxtəlif şəriətlər), sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın dönüşü Allahadır. O, ixtilaf etdiyiniz şeylər barəsində sizə xəbər verəcəkdir."},{"id":49,"translation":"Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni azdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir."},{"id":50,"translation":"Yoxsa onlar cahiliyyət (dövrünün) hökmünü istəyirlər? (Nəyin haqq olduğunu) yəqin bilən bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?!"},{"id":51,"translation":"Ey iman gətirənlər! Yəhudi və nəsraniləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, şübhəsiz ki, o da onlardan olar. Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz."},{"id":52,"translation":"Qəlblərində xəstəlik olanların: “Başımıza bir müsibət gəlməsindən qorxuruq”– deyərək onların (kitab əhlinin) arasında olmağa can atdıqlarını görərsən. Umulur ki, Allah bir fəth nəsib etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən dolayı peşman olsunlar."},{"id":53,"translation":"İman gətirənlər isə deyəcəklər: “Sizinlə bir yerdə olacaqlarına dair Allahın adı ilə möhkəm and içənlər bunlardırmı?” Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular."},{"id":54,"translation":"Ey iman gətirənlər! Sizlərdən kim dinindən dönərsə, (bilsin ki), Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan bir camaat gətirər. Onlar Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allahın lütfü genişdir, O (hər şeyi) biləndir."},{"id":55,"translation":"Sizin dostunuz yalnız Allah, Onun rəsulu və Allahın əmrlərinə boyun əyərək namaz qılan və zəkat verən möminlərdir."},{"id":56,"translation":"Kim Allahı, Onun rəsulunu və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki), qələbə çalanlar məhz Allahın firqəsidir."},{"id":57,"translation":"Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri (özünüzə) dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun."},{"id":58,"translation":"Namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, onların düşüncəsiz bir toplum olmalarına görədir."},{"id":59,"translation":"De: “Ey Kitab əhli! Yalnız Allaha, bizə nazil edilənə və bizdən əvvəl nazil edilənlərə iman gətirdiyimizə görəmi bizdən xoşunuz gəlmir?! Şübhəsiz ki, sizin əksəriyyətiniz fasiq olan kimsələrdir."},{"id":60,"translation":"De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? (Bu,) Allahın lənətlədiyi, qəzəbləndiyi, onlardan bəzilərini meymunlara, donuzlara və tağuta ibadət edənlərə çevirdiyi kəslərdir. Onlar, yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!”"},{"id":61,"translation":"Onlar (münafiqlər) sizin yanınıza gəldikdə: “Biz iman gətirdik!”– deyirlər. Halbuki (sizin yanınıza) küfrlə girmiş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir."},{"id":62,"translation":"Onlardan bir çoxunu günaha, düşmənçiliyə və haram yeməyə tələsən görərsən. Onların törətdikləri əməllər necə də pisdir!"},{"id":63,"translation":"Məgər din xadimləri və elm adamları onlara günah sözlər söyləməyi və haram yeməyi qadağan etməli diyildilərmi?! Onların gördüyü işlər necə də pisdir!"},{"id":64,"translation":"Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Dedikləri bu sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilə. Əksinə, (Allahın) hər iki əli açıqdır, (Öz lütfündən) istədiyi kimi infaq edər. Rəbbindən sənə nazil edilən (kitab) onlardan çoxunun azğınlığını və küfrünü artırar. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda, Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!"},{"id":65,"translation":"Əgər Kitab əhli iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz, onların təqsirlərindən keçər və onları Nəim cənnətlərinə daxil edərdik."},{"id":66,"translation":"Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, başları üstündə və ayaqları altında olan nemətlərdən yeyərdilər. Onların arasında orta yol tutan bir zümrə vardır. Lakin əksəriyyətinin etdiyi əməllər necə də pisdir."},{"id":67,"translation":"Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafir qövmü doğru yola yönəltməz."},{"id":68,"translation":"De: “Ey Kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə, siz (doğru) bir şey (yol) üzərində deyilsiniz”. Əlbəttə, Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir qövm üçün heyifsilənmə."},{"id":69,"translation":"Şübhəsiz ki, iman gətirənlərin, habelə, yəhudilərdən, sabiilərdən və nəsranilərdən Allaha və Axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər."},{"id":70,"translation":"Biz İsrail oğullarından əhd-peyman aldıq və onlara elçilər göndərdik. Hər dəfə bir elçi onlara nəfslərinin xoşlamadığı bir şey gətirdikdə, o (elçilərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər."},{"id":71,"translation":"Onlar (başlarına) bir bəla gəlməyəcəyini güman etdilər, beləliklə də, kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Daha sonra isə onlardan bir çoxu yenə kor və kar oldu. Allah onların nə etdiklərini görür."},{"id":72,"translation":"“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”– deyənlər kafir oldular. Halbuki Məsih demişdi: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir yardımçısı yoxdur”."},{"id":73,"translation":"“Şübhəsiz ki, Allah üçün üçüncüsüdür!”– deyənlər də, kafir oldular. Halbuki Tək İlahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlar ağrılı-acılı bir əzaba uğrayacaqlar."},{"id":74,"translation":"Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklərmi?! Allah bağışlayandır, rəhmlidir."},{"id":75,"translation":"Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə Allaha (sidq) ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyərdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da, gör onlar (haqdan) necə üz çevirirlər."},{"id":76,"translation":"De: “Allahı qoyub, sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?” Allah Eşidəndir, Biləndir."},{"id":77,"translation":"De: “Ey Kitab əhli! Dininizdə haqsız olaraq ifrata varmayın. Öncədən azmış, bir çoxlarını da azdırmış və doğru yoldan uzaqlaşmış bir toplumun istəklərinə uymayın”."},{"id":78,"translation":"İsrail oğullarından kafir olanlar, Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olmalarına və (Allahın qoyduğu) hədləri aşmalarına görə idi."},{"id":79,"translation":"Onlar etdikləri pis əməllərdən bir-birlərini çəkindirmirdilər. Onların etdikləri (əməllər) necə də pisdir!"},{"id":80,"translation":"Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir! (Buna görə də,) Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar."},{"id":81,"translation":"Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, onları (kafirləri) özlərinə dost tutmazdılar. Lakin onların çoxu fasiqlərdir."},{"id":82,"translation":"(Ey Muhamməd) Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən şiddətlisi olduğunu görəcəksən. “Biz nəsraniyik!”– deyənləri isə sevgi baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər var və onlar təkəbbürlük göstərməzlər."},{"id":83,"translation":"Allahın elçisinə nazil ediləni (Quranı) eşitdikləri zaman, haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar (belə) deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!"},{"id":84,"translation":"Rəbbimizin bizi əməlisaleh insanlarla birlikdə (Cənnətə) daxil edəcəyinə ümid etdiyimiz halda, nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq?!”"},{"id":85,"translation":"Söylədikləri (bu) sözdən dolayı, Allah onlara (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər bəxş etdi. Yaxşı iş görənlərin mükafatı budur."},{"id":86,"translation":"Küfür edib ayələrimizi yalan sayanlar isə cəhənnəmlikdirlər."},{"id":87,"translation":"Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz."},{"id":88,"translation":"Allahın sizə halal və təmiz olaraq bəxş etdiyi ruzilərdən yeyin və iman gətirdiyiniz Allahdan qorxun!"},{"id":89,"translation":"Allah sizi, qəsdiniz olmadan içdiyiniz andlara görə cəzalandırmaz, lakin O sizi, qəsdən içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində on miskin yedirtmək, yaxud (on miskin) geyindirmək, yaxud da bir kölə azad etməkdir. (Bunları) tapmayan kəs üç gün (ardıcıl) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə şükür edəsiniz."},{"id":90,"translation":"Ey iman gətirənlər! Şübhəsiz ki, şərab da, qumar da, (ibadət üçün) dik qoyulmuş bütlət (və ya daşlar) da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız."},{"id":91,"translation":"Həqiqətən, şeytan şərab və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı anmaqdan və namazdan ayırmaq istər. Bunlara son qoyacaqsınızmı?"},{"id":92,"translation":"Allaha itaət edin, Onun rəsuluna itaət edin və (pis əməllərdən) çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Rəsulumuzun öhdəsinə düşən yalnız açıq təbliğ etməkdir."},{"id":93,"translation":"İman gətirib yaxşı işlər görənlərə, (Allahdan) qorxaraq iman gətirib saleh əməllər etdikləri, sonra (yenə Allahdan) qorxaraq iman gətirdikləri, sonra (yenə də Allahdan) qorxaraq yaxşı işlər gördükləri təqdirdə, (haram edilməzdən əvvəl) daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevər."},{"id":94,"translation":"Ey iman gətirənlər! Allah sizi (ihramda ikən) əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla (onu qadağan etməklə) imtahan edər ki, kimin gizlində Ondan qorxduğunu üzə çıxarsın. Bundan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır."},{"id":95,"translation":"Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, (kəffarəsi) öldürdüyünün mislində bir (qurbanlıq) heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, (sonra da həmin) qurbanlıq heyvan Kəbəyə (Məkkəyə) çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, ya da buna bərabər oruc tutmalıdır ki, əməlinin cəzasını dadsın. Allah olub-keçənləri bağışlamışdır. Kim yenə (bu günaha) qayıtsa, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam almağa qadirdir."},{"id":96,"translation":"Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətcə quruda ov etmək isə sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!"},{"id":97,"translation":"Allah Kəbəni – Beytulharamı, haram ayı, (həcc) qurbanını və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə etdi. Bu, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bildiyini anlamanız üçündür. Allah hər şeyi biləndir."},{"id":98,"translation":"Bilin ki, Allah şiddətli cəza verəndir, həmçinin, Allah bağışlayandır, rəhmlidir."},{"id":99,"translation":"Allah rəsulunun üzərinə düşən (vəzifə) ancaq təbliğ etməkdir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir."},{"id":100,"translation":"(Ey Muhamməd!) De: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz”. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə nicat tapasınız."},{"id":101,"translation":"Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə agah olar. (Halbuki) Allah (soruşduğunuz o şeyləri) əfv etmişdir. Allah bağışlayandır, həlimdir."},{"id":102,"translation":"Sizdən əvvəl olan bir qövm onlar barədə soruşmuş, sonra da (onları inkar edib) kafir olmuşdu."},{"id":103,"translation":"Bəhirə, saibə, vəsilə və ham (adlandırılıb bütlərə nəzir edilən heyvanlar) barəsində Allah heç nə buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların çoxu isə (bunu) anlamırlar."},{"id":104,"translation":"Onlara: “Allahın nazil etdiyinə və rəsula tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəs edər”– deyirlər. Bəs ataları bir şey bilməyib doğru yola yönəlməyiblərsə, necə?!"},{"id":105,"translation":"Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmış kimsə sizə zərər yetirə bilməz. Hamınızın dönüşü Allahadır və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir."},{"id":106,"translation":"Ey iman gətirənlər! Sizlərdən birinə ölüm gəldiyi zaman, vəsiyyət əsnasında içinizdən iki ədalətli kişi aranızda şahidlik etsin. Səfərdə ikən başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan başqa iki kişini də şahid tuta bilərsiniz. Əgər (müsəlman olmayan bu şahidlər barədə) şübhəyə düşsəniz, namazdan (əsr namazından) sonra hər ikisini saxlayın və qoy onlar: “Yaxın qohumların lehinə olsa belə, bu andı heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq”– deyə and içsinlər."},{"id":107,"translation":"Əgər bu ikisinin (müsəlman olmayan bu iki şahidin yalandan şahidlik edərək) günah iş tutduğu aşkara çıxarsa, o zaman onların yerini, haqsızlığa məruz qalmış (varislərdən ölüyə) daha yaxın olan iki kişi tutar və onlar: “And olsun ki, bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğrudur və biz (heç kəsin haqqına) təcavüz etmədik. Əks halda biz, əlbəttə, zalımlardan olarıq”– deyə Allaha and içərlər."},{"id":108,"translation":"Bu (hökm), onların şəhadəti olduğu kimi vermələri, yaxud andlarından sonra (bu) andların (varislər tərəfindən) rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və (Onu) dinləyin! Allah günahkar qövmü doğru yola yönəltməz."},{"id":109,"translation":"Allah elçiləri toplayacağı gün deyəcək: “Sizə nə cavab verildi?” Onlar isə: “Biz heç nə bilmirik. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”– deyə cavab verəcəklər."},{"id":110,"translation":"O zaman Allah buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldiyin zaman, onlardan kafir olanları: “Bu, ancaq açıq-aydın bir sehrdir”– dedikdə (və səni öldürmək istədikdə,) Mən onları səndən dəf etmişdim."},{"id":111,"translation":"Bir zaman həvarilərə: “Mənə və rəsuluma iman gətirin!” deyə əmr etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!”– demişdilər."},{"id":112,"translation":"Bir zaman həvarilər demişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə endirə bilərmi?” O da (onlara): “Əgər möminsinizsə, Allahdan qorxun!”– demişdi."},{"id":113,"translation":"Onlar dedilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun, bizə doğru söylədiyini bilək və ona şahidlik edənlərdən olaq\"."},{"id":114,"translation":"Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir dəlil olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən xeyirlisisən!”"},{"id":115,"translation":"Allah buyurdu: “Mən onu sizə endirərəm. Amma (bundan) sonra aranızdan kim küfr edərsə, ona aləmlərdən heç kəsə vermədiyim bir əzabı verərəm”."},{"id":116,"translation":"Allah deyəcək: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!”– demişdin?” (İsa da belə) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Səndə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!"},{"id":117,"translation":"Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Sən oldun. Sən hər şeyə şahidsən."},{"id":118,"translation":"Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”"},{"id":119,"translation":"Allah buyuracaq: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər vardir”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur."},{"id":120,"translation":"Göylərin, yerin və onların arasında olanların mülkü (yalnız) Allaha məxsusdur və O, hər şeyə qadirdir."}]},{"id":6,"verses":[{"id":1,"translation":"Həmd, göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha məxsusdur! (Bu dəlillərdən) sonra kafir olanlar hələ də (bütləri) öz Rəbbinə tay tuturlar."},{"id":2,"translation":"Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında (Qiyamət günü üçün də) bəlli bir əcəl vardır. (Bunu bildikdən) sonra siz yenə də şübhə edirsiniz."},{"id":3,"translation":"O, həm göylərdə, həm də yerdə (ibadət olunan Tək) Allahdır. O, gizlində saxladığınızı da, aşkarda etdiyinizi də və sizin nə qazanacağınızı da bilir."},{"id":4,"translation":"Onlara Rəbbinin ayələrindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər."},{"id":5,"translation":"Onlara haqq (Quran) gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbərləri onlara tezliklə (gəlib) çatacaqdır."},{"id":6,"translation":"Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq."},{"id":7,"translation":"(Ey Muhamməd!) Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar (yenə də): “Bu, açıq-aydın sehrdən başqa bir şey deyil!”– deyərdilər."},{"id":8,"translation":"Onlar: “Nə üçün ona mələk endirilməyib?”– dedilər. Əgər biz mələk endirsəydik, əlbəttə, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi."},{"id":9,"translation":"Əgər biz (peyğəmbəri) mələk etsəydik, əlbəttə, onu kişi surətində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq."},{"id":10,"translation":"Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Lakin istehza edənləri, istehza etdikləri (əzab hər tərəfdən) bürüdü."},{"id":11,"translation":"De: “Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu”."},{"id":12,"translation":"De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” (Allah yaratdıqlarına qarşı) rəhmli olmağı Özünə vacib etmişdir. Vaqe olacağına şübhə edilməyən Qiyamət günü, O sizi bir yerə toplayacaq. Özlərini ziyana uğradanlara gəldikdə isə, onlar iman gətirməzlər."},{"id":13,"translation":"Gecədə və gündüzdə mövcud olanların hamısı Onundur. O, Eşidəndir, Biləndir."},{"id":14,"translation":"De: “Göyləri və yeri yaradan, (hamını) yedirdiyi halda, Özü yedirilməyən Allahdan başqasınımı dost tutacağam?!” De: “Mənə müsəlman olanların ilki olmaq əmr edildi və əsla müşriklərdən olma (deyildi)”."},{"id":15,"translation":"De: “Əgər Rəbbimə asi olsam, əzəmətli günün (Qiyamət gününün) əzabından qorxaram”."},{"id":16,"translation":"O gün kim əzabdan qurtularsa, həqiqətən, (Allah) ona rəhm etmişdir. Açıq-aydın qurtuluş da budur."},{"id":17,"translation":"Əgər Allah sənə bir zərər toxundursa, onun qarşısını Alladan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir."},{"id":18,"translation":"O, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Hikmətlidir, (hər şeydən) Xəbərdardır."},{"id":19,"translation":"De: “Şahidlik baxımından hansı şey daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla həm sizi, həm də onun yetişəcəyi hər kəsi xəbərdar edim. Yoxsa siz Allahla yanaşı başqa məbudlar olduğuna şahidlik edirsiniz?” De: “Mən (buna) şahidlik etmərəm!” De: “O, ancaq tək bir İlahdır. Şübhəsiz ki, mən sizin şərik qoşduqlarınızdan uzağam”."},{"id":20,"translation":"Özlərinə Kitab verdiyimiz kəslər (Muhamməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar, sözsüz ki, iman gətirməzlər."},{"id":21,"translation":"Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmazlar!"},{"id":22,"translation":"O gün onların hamısını (bir yerə) toplayacaq, sonra da (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!”– deyəcəyik."},{"id":23,"translation":"Sonra onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!”– deməkdən başqa çarələri qalmayacaq."},{"id":24,"translation":"Gör onlar özlərinə qarşı necə yalan söylədilər. Uydurduqları şeylər (ilahlar) də onlardan qeyb olub getdi."},{"id":25,"translation":"Onlardan səni (oxuduğun Quranı) dinləyənlər də vardır. Fəqət onu anlamasınlar deyə onların qəlblərinə pərdələr çəkdik, qulaqlarına da ağırlıq verdik. Onlar hər cür möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta o kafirlər sənin yanına gəldikdə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərək səninlə höcətləşərlər."},{"id":26,"translation":"Onlar həm (insanları haqdan) uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Halbuki onlar yalnız özlərini həlak edir, (lakin) bunu hiss etmirlər."},{"id":27,"translation":"Onların atəşin qarşısında dayandırıldıqları zaman: “Kaş ki, biz (dünyaya) qaytarılıb Rəbbimizin ayələrini yalan saymayaydıq və möminlərdən olaydıq”– dediklərini görəydin!"},{"id":28,"translation":"Xeyr! Daha öncə gizlətdikləri (günahlar) onlara aşkar oldu. Əgər geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə (günahlara) qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar."},{"id":29,"translation":"Onlar dedilər: “Həyat ancaq bu dünya həyatımızdan ibarətdir. Biz bir daha dirilən deyilik!”"},{"id":30,"translation":"Sən onları Rəbbinin hüzurunda saxlandıqları zaman bir görəydin! (Allah onlara:) “Məgər bu (dirilmə) haqq deyilmi?!”– deyəcək. Onlar: “Əlbəttə, Rəbbimizə and olsun (ki, bu haqdır!)”– deyəcəklər. (Allah da:) “Elə isə inkar etdiyinizə görə dadın əzabı!”– deyəcəkdir."},{"id":31,"translation":"Allah ilə qarşılaşmağı yalan sayanlar, həqiqətən, ziyana uğramışlar. Nəhayət, (Qiyamət) saatı onları qəflətən haqladıqda, onlar öz günahlarını bellərində daşıyaraq deyəcəklər: “Dünyada yaxşı əməlləri buraxdığımızdan dolayı vay halımıza!” Onların daşıdıqları (şey) necə də pisdir!"},{"id":32,"translation":"Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?"},{"id":33,"translation":"(Ey Muhamməd!) Biz, onların söylədiklərinin səni kədərləndirdiyini bilirik. Əslində onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Allahın ayələrini inadla inkar edirlər."},{"id":34,"translation":"Səndən əvvəlki peyğəmbərlər də yalançı sayılmışdı. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər. Allahın kəlmələrini dəyişdirə biləcək kimsə yoxdur. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı."},{"id":35,"translation":"Əgər onların (haqdan) üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin altına (ata biləcəyin) bir lağım və göyə (çıxa biləcəyin) bir nərdivan tap ki, onlara bir ayət gətirəsən. Əgər Allah istəsəydi, onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!"},{"id":36,"translation":"(Sənin dəvətini) yalnız səmimi qəlbdən dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da Onun hüzuruna qaytarılacaqlar."},{"id":37,"translation":"(Kafirlər) dedilər: “Ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Şübhəsiz ki, Allah ayət endirməyə qadirdir. Lakin onların çoxu (bunu) bilmir”."},{"id":38,"translation":"Yer üzündə gəzən heyvanların və (göydə) iki qanadı ilə uçan quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda (lövhi-məhfuzda) heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar."},{"id":39,"translation":"Ayələrimizi yalan sayanlar qaranlıqlar içində (qalmış) karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər."},{"id":40,"translation":"(Ey Muhamməd!) De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya Qiyamət saatı sizi haqlasa, Allahdan başqasınamı dua edəcəksiniz?!”"},{"id":41,"translation":"Xeyr! Siz yalnız Ona (Allaha) dua edəcəksiniz. Əgər (Allah) istəsə, Ona dua edib (dəf edilməsini) istədiyiniz (bəlanı) aradan qaldırar və şərik qoşduqlarınızı unudarsınız."},{"id":42,"translation":"Səndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz o ümmətləri sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr."},{"id":43,"translation":"Heç olmasa əzabımız onlara gəldiyi zaman boyun əyərdilər. Lakin onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəl göstərdi."},{"id":44,"translation":"Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar."},{"id":45,"translation":"(Beləliklə də) zalım qövmün kökü kəsildi. Həmd, aləmlərin Rəbbi Allaha məxsudur!"},{"id":46,"translation":"De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə də möhür vursa, Allahdan başqa hansı ilah onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar (yenə) üz çevirirlər."},{"id":47,"translation":"De: “Bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-aşkar gəlsə, zalım qövmdən başqası həlak edilərmi?”"},{"id":48,"translation":"Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. İman gətirib (əməllərini) islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər."},{"id":49,"translation":"Ayələrimizi yalan sayanlara isə günah işlətdiklərinə görə əzab toxunacaqdır."},{"id":50,"translation":"De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”"},{"id":51,"translation":"Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinələr."},{"id":52,"translation":"Rəbbinin Üzünü (rizasını və ya savabını) diləyərək səhər və axşam çağı Ona dua edənləri (yanından) qovma. Nə sən onların haqq-hesabına görə azacıq da olsa cavabdehsən, nə də onlar sənin haqq-hesabına görə azacıq da olsa cavabdehdirlər. Onları qovsan, zalımlardan olarsan."},{"id":53,"translation":"Beləliklə, Biz onların bir qismini digəri ilə sınaqa çəkdik ki: “Məgər Allah bizim aramızdan yalnız bunlara lütf göstərmişdir?” - desinlər. Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?"},{"id":54,"translation":"Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı (əzəldən) vacib etmişdir; sizlərdən hər kəs cahilliyi üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”."},{"id":55,"translation":"Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə (müfəssəl) izah edərik."},{"id":56,"translation":"De: “Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmişdir.” De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram”."},{"id":57,"translation":"De: “Mən Rəbbimdən (nazil olan) açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu yalan saydınız. Sizin səbirsizliklə can atdığınız (əzab) məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir və O, ((haqla batili)) ayırd edənlərin ən yaxşısıdır”."},{"id":58,"translation":"De: “Əgər səbirsizliklə can atdığınız (əzab) mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”."},{"id":59,"translation":"Qeybin açarları Allahın yanındadır. Onları yalnız O bilir. Allah, quruda və dənizdə nələr olduğunu bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və ya quru (şey) yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın."},{"id":60,"translation":"Gecələr sizi öldürən (yatızdıran), gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq və O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir."},{"id":61,"translation":"O, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi (mələklər) göndərir. Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alır və (bu işə) etinasız yanaşmırlar."},{"id":62,"translation":"Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir."},{"id":63,"translation":"De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?”"},{"id":64,"translation":"De: “Ondan və bütün (başqa) sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) Ona şərik qoşursunuz”."},{"id":65,"translation":"De: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər."},{"id":66,"translation":"(Quran) həqiqət ola-ola sənin qövmün onu yalan saydı. De: “Mən sizi qoruyan deyiləm”."},{"id":67,"translation":"Hər bir xəbərin (gerçəkləşəcəyi) müəyyən bir vaxtı var və siz (onu mütləq) biləcəksiniz."},{"id":68,"translation":"Ayələrimizi məsxərəyə qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma."},{"id":69,"translation":"Müttəqilər onların əməllərinə görə azca da olsa məsuliyyət daşımaz. Lakin xatırlatmaq lazımdır ki, bəlkə (Allahdan) qorxub çəkinsinlər."},{"id":70,"translation":"Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bu (Quranla) xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, hər hansı bir fidyəni versə belə, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar su və ağrılı-acılı bir əzab hazırlanmışdır."},{"id":71,"translation":"De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!”– deyib doğru yola çağırdıqları çaşqınlıq içində qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Yalnız Allahın haqq yolu doğru yoldur! Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdır."},{"id":72,"translation":"(Bizə) həmçinin, namaz qılın və (Allahdan) qorxun deyə əmr olundu. Siz məhz Onun hüzuruna toplanacaqsınız”."},{"id":73,"translation":"Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır."},{"id":74,"translation":"Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm”."},{"id":75,"translation":"Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun."},{"id":76,"translation":"Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!”– dedi."},{"id":77,"translation":"Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsə, mən azmış kimsələrdən olaram”– dedi."},{"id":78,"translation":"Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!”– dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam!"},{"id":79,"translation":"Həqiqətən, mən, hənif olaraq (batildən haqqa tapınaraq) üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”."},{"id":80,"translation":"Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Yalnız Rəbbimin istədiyi şey (etdiyim günaha görə məni bəlaya düçar etməsindən qorxmağım isə) müstəsnadır. Rəbbimin elmi hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?"},{"id":81,"translation":"Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, (deyin görüm) iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?”"},{"id":82,"translation":"İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanlar əmin-amanlıq içində olarlar. Doğru yola yönələnlər də (elə) məhz onlardır."},{"id":83,"translation":"Bu, İbrahimə öz qövmünə qarşı verdiyimiz dəlilimizdir. Biz istədiyimiz kimsənin dərəcələrini ucaldarıq. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir."},{"id":84,"translation":"Biz ona İshaqı və Yəqubu bəxş etdik. Onların hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu və onun züriyyətindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq."},{"id":85,"translation":"Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (doğru yola yönəltmişdik). Onların hamısı əməlisalehlərdən idi."},{"id":86,"translation":"İsmaili, Əlyəsəni, Yunisi və Lutu da (doğru yola yönəltmişdik). Onların hamısını aləmlərdən üstün etdik."},{"id":87,"translation":"Onların atalarından, züriyyətlərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik."},{"id":88,"translation":"Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyini doğru yola yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı."},{"id":89,"translation":"Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər onlar (Qüreyş müşrikləri) bunu inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik."},{"id":90,"translation":"Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Quran) aləmlər üçün yalnız bir xatırlatmadır”."},{"id":91,"translation":"Onlar: “Allah bəşərə heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və hidayət olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb (bir qismini xalqa) göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər (Quran vasitəsilə) sizə öyrədilmişdir”. (Ey Muhamməd!) Sən: “Allah! (nazil etmişdir)”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər."},{"id":92,"translation":"Bu, şəhərlər anası (Məkkəni) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanarlar. Onlar namazlarını doğru-düzgün qılarlar."},{"id":93,"translation":"Allaha qarşı yalan uydurandan və ya özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm ayağında olduqları zaman, mələklərin də əllərini uzadıb onlara: “Canınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!”– (dediklərini) bircə görəydin."},{"id":94,"translation":"Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (məbudlar) isə sizdən uzaqlaşmışdır."},{"id":95,"translation":"Şübhəsiz ki, toxumu da, çəyirdəyi də (cücərdib) çatladan Allahdır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz!"},{"id":96,"translation":"Səhəri açan da Odur. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etmişdir. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür."},{"id":97,"translation":"Qurunun və dənizin zülmətində yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan da Odur. Artıq Biz ayələri bilən bir qövmə izah etdik."},{"id":98,"translation":"Sizi tək bir candan (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) qərar tutacağınız (ana bətni) əmanət saxlanılan yer (qəbir) vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik."},{"id":99,"translation":"Göydən su endirən də Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirdik, onlardan da üst-üstə düzülmüş dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan sallanmış salxımlar yetişdirdik. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdirdik). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən qövüm üçün dəlillər vardır."},{"id":100,"translation":"Onlar cinləri Allaha şərik qoşdular. Halbuki onları da Allah yaratmışdır. Onlar (Allah haqqında) bir şey bilmədən Onun üçün özlərindən oğullar və qızlar uydurdular. Allah onların uydurduqları sifətlərdən uzaqdır və ucadır."},{"id":101,"translation":"O, göyləri və yeri (misilsiz olaraq) yaradandır. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi biləndir."},{"id":102,"translation":"O Allah sizin Rəbbinizdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Hər şeyi xəlq edən Odur! (Elə isə) Ona ibadət edin! O, hər şeyi qoruyandır."},{"id":103,"translation":"Gözlər Onu dərk etməz. O isə gözləri dərk edər. O, Lətifdir (qullarına qarşı şəfqətlidir). (Hər şeydən) Xəbərdardır."},{"id":104,"translation":"(De): “Artıq sizə Rəbbinizdən açıq-aydın dəlillər gəldi. Kim (onları) görsə, (xeyri) onun özünə, kim görməsə, (zərəri) onun öz əleyhinə olar. Mən sizin üstünüzdə nəzarətçi deyiləm”."},{"id":105,"translation":"Biz ayələri: “(Həm) sən dərs almısan”– desinlər, (həm də) bilən bir qövüm üçün Onu (Quranı) açıqlayaq deyə beləcə (müfəssəl) izah edirik."},{"id":106,"translation":"Rəbbindən sənə vəhy olunana tabe ol! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Müşriklərdən isə üz çevir."},{"id":107,"translation":"Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz səni onların üstündə nəzarətçi qoymamışıq və sən onları qoruyan da deyilsən."},{"id":108,"translation":"(Müşriklərin) Allahdan başqa tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsizlikləri ucbatından, düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, Allah da onlara nə etdikləri barədə xəbər verəcəkdir."},{"id":109,"translation":"(Kafirlər) Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan bilirsiniz? O (ayələr) gəldikdə onlar yenə də iman gətirməyəcəklər!”"},{"id":110,"translation":"Biz onların ürəklərini və gözlərini ilk dəfə Ona (Qurana) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində çaşqın bir halda tərk edərik."},{"id":111,"translation":"Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına dəstə-dəstə toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilməz."},{"id":112,"translation":"Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanları düşmən müəyyən etdik. Onlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et."},{"id":113,"translation":"(İnsanlardan və cinlərdən olan şeytanlar) bunu, axirətə inanmayanların qəlbləri təmtəraqlı sözlərə meyl etsin, bundan razı qalsınlar və gördükləri çirkin əməllərə davam etsinlər deyə belə edərlər."},{"id":114,"translation":"(De:) “Allah bu Kitabı sizə müfəssəl nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul edəcəyəm?” Kitab verdiyimiz kimsələr Onun (Quranın) həqiqətən də, sənin Rəbbin tərəfindən nazil edildiyini bilirlər. Odur ki sən, əsla şübhə edənlərdən olma."},{"id":115,"translation":"Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, (hər şeyi) Eşidəndir, Biləndir."},{"id":116,"translation":"Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar."},{"id":117,"translation":"Həqiqətən, sənin Rəbbin, Onun yolundan azanları da və doğru yolda olanları da yaxşı tanıyır."},{"id":118,"translation":"Əgər siz Allahın ayələrinə iman gətirmisinizsə, üzərində Onun adı çəkilmiş – (“bismilləh” deyilib kəsilmiş) heyvanlardan yeyin."},{"id":119,"translation":"Allah, məcburiyyət qarşısında qalaraq yeyəcəyiniz şeylər müstəsna olmaqla – haram buyurulanları təfsilatı ilə sizə bildirdiyi halda, üzərində Onun adı çəkilənlərdən (heyvanlardan) nə üçün yeməyəsiniz?! Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır."},{"id":120,"translation":"Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar."},{"id":121,"translation":"Üzərində Allahın adı çəkilməmiş – (“bismilləh” deyilib kəsilməmiş) heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız."},{"id":122,"translation":"Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi."},{"id":123,"translation":"Beləliklə, hər bir məmləkətdə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) pis işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər."},{"id":124,"translation":"Onlara bir ayə gəldikdə: “Allahın peyğəmbərlərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab görəcəklər."},{"id":125,"translation":"Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi də azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənlərə pisliyi (və ya əzabı) beləcə verər."},{"id":126,"translation":"Bu, Rəbbinin doğru yoludur. Biz artıq ayələri düşünən bir qövmə müfəssəl izah etdik."},{"id":127,"translation":"Onlar üçün Rəbbi yanında əmin-amanlıq yurdu vardır. Etdikləri yaxşı əməllərə görə onların Himayəçisi Allahdır."},{"id":128,"translation":"(Allah) onların hamısını (bir yerə) toplayacağı gün belə deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: “Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kimsələrdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir."},{"id":129,"translation":"Beləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə hakim təyin edərik."},{"id":130,"translation":"(O gün Allah belə deyəcəkdir:) “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şahidlik etdilər."},{"id":131,"translation":"Bu (peyğəmbərlərin göndərilməsi), sənin Rəbbinin əhalisi qafil olan məmləkəti haqsız yerə həlak etmədiyi üçündür."},{"id":132,"translation":"Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən qafil deyildir."},{"id":133,"translation":"Rəbbin zəngindir, mərhəmət sahibidir. Sizi başqa bir qövmün nəslindən yaratdığı kimi, istəsə sizi məhv edər və sizdən sonra yerinizə istədiyini gətirər."},{"id":134,"translation":"Həqiqətən, sizə vəd olunan (əzab) gələcəkdir. Siz (ondan) yaxa qurtara bilməyəcəksiniz."},{"id":135,"translation":"De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Axirət yurdunun gözəl sonluğunun kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”."},{"id":136,"translation":"Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz (batil) iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür”– deyirlər. Şərikləri üçün ayırdıqları (pay) Allaha çatmaz, Allah üçün ayırdıqları (pay) isə şəriklərinə çatar. Onların verdikləri hökm necə də pisdir!"},{"id":137,"translation":"Beləliklə, müşriklərin bir çoxuna ibadət etdikləri şərikləri, onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi gözəl göstərdilər. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. (Ey Rəsulum!) Elə isə onları uydurduqları ilə birlikdə tərk et."},{"id":138,"translation":"Onlar öz (batil) iddialarına əsasən: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi haram buyurulan heyvanlardır” – deyirlər. Bu mal-qaradan eləsidə vardır ki, (onları kəsərkən) üzərində Allahın adını çəkməzlər. Onlar bunu Allaha iftira ataraq edirlər. Allah onları atdıqları iftiraya görə cəzalandıracaqdır."},{"id":139,"translation":"Onlar: “Bu mal-qaranın qarınlarındakı (balalar) kişilərimizə halal, qadınlarımıza isə haramdır”– deyirlər. Əgər o (bala) ölü doğularsa, hamısı ona (onu yeməyə) şərikdirlər. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, hikmət sahibidir, (hər şeyi) biləndir."},{"id":140,"translation":"Səfehlikləri üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azdılar və doğru yola yönəlmədilər."},{"id":141,"translation":"Talvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran) bağları, dadları müxtəlif olan xurmaları, (habelə,) əkinləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevməz."},{"id":142,"translation":"Üstündə yük daşınan və yük daşınmayan (və ya yunlarından döşək düzəldilən) heyvanları da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir."},{"id":143,"translation":"(Allah, o heyvanlardan) səkkiz cift yaratdı; qoyundan ikisini və keçidən ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb (bu haqda) mənə xəbər verin”."},{"id":144,"translation":"Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz."},{"id":145,"translation":"De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlar müstəsna olmaqla, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Kim (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Rəbbin bağışlayandır, rəhmlidir."},{"id":146,"translation":"Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq."},{"id":147,"translation":"Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Lakin Onun əzabı günahkar tayfadan uzaqlaşdırılmaz”."},{"id":148,"translation":"Müşriklər deyəcəklər: “Əgər Allah istəsəydi, (Ona) nə biz, nə də atalarımız şərik qoşardı və heç bir şeyi də haram etməzdik”. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) beləcə yalançı hesab etmişdilər. Sonda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir elminiz varmı? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”."},{"id":149,"translation":"De: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, əlbəttə sizin hamınızı doğru yola yönəldərdi”."},{"id":150,"translation":"De: “Haydı, bunu Allah haram buyurmuşdur şəhadət verəcək şahidlərinizi gətirin (görək)”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə tabe olma. Onlar (başqalarını) öz Rəbbinə tay tuturlar."},{"id":151,"translation":"De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Pis əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın (öldürülməsini) haram buyurduğu nəfsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız."},{"id":152,"translation":"Yetim yetkinlik yaşına çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) müstəsna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız."},{"id":153,"translation":"Şübhəsiz ki, bu, Mənim doğru yolumdur. Onu tutub gedin. Başqa yollara uymayın. Yoxsa, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”."},{"id":154,"translation":"Sonra Biz Musaya – yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab (Tövratı) verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr."},{"id":155,"translation":"Bu, Bizim nazil etdiyimiz (Quran) mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna!"},{"id":156,"translation":"(Biz bunu ona görə nazil etdik ki, siz:) “Kitab yalnız bizdən əvvəlki iki tayfaya – (yəhudilərə və nəsranilərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından qafilik”– deməyəsiniz."},{"id":157,"translation":"Yaxud deməyəsiniz ki: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, doğru yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq."},{"id":158,"translation":"Yoxsa onlar özlərinə ancaq mələklərin, yaxud Rəbbinin və ya Rəbbinin (günəşin məğribdən çıxması kimi) bəzi ayətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi ayətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə artıq iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”."},{"id":159,"translation":"Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (qiyamət günü) Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir."},{"id":160,"translation":"Kim (Allahın hüzuruna) yaxşı əməllə gələrsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim də pis əməllə gələrsə, ona yalnız gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz."},{"id":161,"translation":"De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, İbrahimin hənif (batildən haqqa tapınan) dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”."},{"id":162,"translation":"De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!"},{"id":163,"translation":"Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”."},{"id":164,"translation":"De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbbmi axtaracağam?” Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir."},{"id":165,"translation":"Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, dərəcə etibarilə birinizi digərinizdən üstün tutan Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, bağışlayandır, rəhmlidir."}]},{"id":7,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Mim. Sad."},{"id":2,"translation":"Bu, (insanları) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən bir Kitabdır. Bundan ötrü qəlbində heç bir sıxıntı olmasın."},{"id":3,"translation":"Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostların ardınca getməyin. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz."},{"id":4,"translation":"Biz neçə-neçə məmləkətləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi."},{"id":5,"translation":"Əzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı."},{"id":6,"translation":"Biz, özlərinə elçi göndərilmiş ümmətləri də, (onlara) göndərilmiş elçiləri də mütləq sorğu-sual edəcəyik."},{"id":7,"translation":"Onlara (etdikləri əməllərini) Öz elmimizlə mütləq bildirəcəyik. Biz qaib deyildik."},{"id":8,"translation":"O gün çəki (əməllərin tərəzidə çəkilməsi) bir həqiqətdir. Tərəziləri ağır gələnlər – məhz onlar nicat tapanlardır."},{"id":9,"translation":"Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır."},{"id":10,"translation":"Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!"},{"id":11,"translation":"Biz sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– dedik. İblisdən başqa (hamısı dərhal) səcdə etdi. O, səcdə edənlərdən olmadı."},{"id":12,"translation":"(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. (Çünki) Sən məni oddan, onu isə palçıqdan yaratdın!”"},{"id":13,"translation":"(Allah) buyurdu: “Elə isə oradan (Cənnətdən) aşağı en! Orada təkəbbürlük göstərmək sənə yaraşmaz. Çıx get, çünki sən alçaldılmışlardansan.”"},{"id":14,"translation":"(İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”."},{"id":15,"translation":"(Allah) buyurdu: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”."},{"id":16,"translation":"(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə, mən də (onları azdırmaq üçün) Sənin düz yolunun üstündə oturacağam."},{"id":17,"translation":"Sonra onlara, önlərindən və arxalarından, sağlarından və sollarından gələcəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”."},{"id":18,"translation":"(Allah) buyurdu: “Oradan (Cənnətdən) qınanılmış və qovulmuş halda çıx! Onlardan (insanlardan) kim sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam."},{"id":19,"translation":"Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. İstədiyiniz yerdən yeyin, yalnız bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”."},{"id":20,"translation":"Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara vəsvəsə verib (belə) dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”"},{"id":21,"translation":"(Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizə nəsihət edənlərdənəm”– deyə and içdi."},{"id":22,"translation":"Beləliklə, (şeytan) hiylə gələrək onları aldatdı. Hər ikisi ağacdan daddıqda, ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərini örtməyə başladılar. Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”"},{"id":23,"translation":"Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər."},{"id":24,"translation":"(Allah) buyurdu: “Bir-birinizə düşmən kəsilərək (Cənnətdən yerə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün istifadə edəcəyiniz şeylər vardır”."},{"id":25,"translation":"(Allah) dedi: “Siz orada yaşayacaq, orada öləcək və oradan (dirildilib) çıxarılacaqsınız”."},{"id":26,"translation":"Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək geyim və zinət libası nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu (geyimin nazil edilməsi və təqva libasının bəyanı), Allahın ayələrindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız."},{"id":27,"translation":"Ey Adəm oğulları! Şeytan, ata-ananızın (Adəm və Həvvanın) ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli, sizin onları görə bilmədiyiniz yerlərdən sizi görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik."},{"id":28,"translation":"Onlar pis əməl (Kəbəni çılpaq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. (Ey Muhamməd!) De: “Allah pis əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”"},{"id":29,"translation":"De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə xəlq etdiyi kimi (yenidən öz xilqətinizə) qayıdacaqsınız”."},{"id":30,"translation":"(Allah Öz qullarından) bir qismini doğru yola yönəltdi, digərlərinə isə (haqq yoldan) azmağı layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və (bununla da) özlərinin doğru yolda olduqlarını güman edirlər."},{"id":31,"translation":"Ey Adəm oğulları! Məscidlərə gedərkən (və ya ibadət vaxtı) gözəl libaslarınızı geyinin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevməz."},{"id":32,"translation":"De: “Allahın Öz qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında, (xüsusilə də) Qiyamət günü yalnız möminlərə məxsusdur”. Biz dərk edən qövm üçün ayələri belə izah edirik."},{"id":33,"translation":"De: “Rəbbim həm aşkar, həm də gizli (edilən) pis əməlləri, (hər cür) günahı, haqsı yerə zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və Allah qarşı bilmədiyiniz şeyləri söyləməyinizi haram buyurmuşdur”."},{"id":34,"translation":"Hər ümmətin (bəlli) bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər."},{"id":35,"translation":"Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən (Məndən) qorxub öz əməllərini islah edən kimsələrin (Qiyamət günü) heç bir qorxusu olmaz və onlar kədərlənməyəcəklər."},{"id":36,"translation":"Ayələrimizi yalan sayıb, təkəbbürlüklə onlardan üz çevirənlər isə Cəhənnəm sakinləridirlər. Onlar orada əbədi qalacaqlar."},{"id":37,"translation":"Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (Lövhi-məhfuzda) olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçilərimiz onların canını almaq üçün gəldikdə: “Allahdan savayı tapındıqlarınız haradadır?”– deyəcəklər. Onlar: “Bizi tərk etdilər!”– deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər."},{"id":38,"translation":"Allah deyəcək: “Sizdən əvvəl gəlib-getmiş (günahkar) cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir ümmət (Oda) girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” (Allah) deyəcək: “(Əzab) hər kəs üçün ikiqatdır, lakin siz (bunu) bilmirsiniz!”"},{"id":39,"translation":"Əvvəlkilər sonrakılara deyəcəklər: “Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz yoxdur. Elə isə qazandıqlarınıza görə dadın əzabı!”"},{"id":40,"translation":"Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və təkəbbürlüklə onlardan üz çevirənlərə göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincəyə qədər onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq."},{"id":41,"translation":"Onların Cəhənnəm odundan döşəyi, üstlərini örtməyə də (odundan) yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq."},{"id":42,"translation":"İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik."},{"id":43,"translation":"Biz onların qəlblərindəki kin-küdurəti çıxaracağıq. Onların (ağacları və qəsrləri) altından çaylar axacaqdır. Onlar deyəcəklər: “Bizi (Öz hidayəti ilə) buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizi hidayətyə qovuşdurmasaydı, biz özümüz doğru yola yönələ bilməzdik. Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara (belə) xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”"},{"id":44,"translation":"Cənnət əhli Cəhənnəm sakinlərinə səslənib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səslənib (belə) deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!"},{"id":45,"translation":"O kəslərə ki, insanları Allah yolundan azdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”."},{"id":46,"translation":"İki tərəfin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə, səddin üzərində də hər kəsi simasından tanıyan (savabları və günahları bərabər olan) insanlar olacaqdır ki, onlar Cənnət əhlinə səslənib: “Sizə salam olsun!”– deyəcəklər. Onlar çox istəmələrinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmayan kimsələrdir."},{"id":47,"translation":"Onların gözləri Cəhənnəm sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalım qövmlə tay tutma!”"},{"id":48,"translation":"Sədd əhli əlamətlərindən tanıdıqları adamlara səslənib deyəcəklər: “Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”."},{"id":49,"translation":"“Allah onlara mərhəmət nəsib etməyəcək”– deyə (barələrində) and içdiyiniz kəslər bunlardırmı?” (Sədd əhlinə deyiləcəkdir:) “Cənnətə daxil olun! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz”"},{"id":50,"translation":"Cəhənnəm sakinləri Cənnət əhlinə səslənib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”."},{"id":51,"translation":"O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq."},{"id":52,"translation":"Biz onlara elmlə müfəssəl izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir Kitab (Quran) göndərdik."},{"id":53,"translation":"Yoxsa (kafirlər) yalnız (Quranda verilən xəbərlərin) aqibətini gözləyirlər? Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: “Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıqmı ki, (əvvəllər) etdiyimiz əməllərdən qeyrisini edək?” Onlar özlərini ziyana uğratdılar. Tabe olduqları bütlər isə onlardan uzaqlaşıb qeyb olacaqlar."},{"id":54,"translation":"Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Şübhəsiz ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah (ən əzəmətli), xeyiri və bərəkəti bol olandır."},{"id":55,"translation":"Rəbbinizə yalvararaq, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz."},{"id":56,"translation":"Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə dua edin. Həqiqətən, Allahın rəhməti yaxşılıq edənlərə yaxındır."},{"id":57,"translation":"Küləkləri Öz rəhməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə (dirildib) çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız!"},{"id":58,"translation":"Torpağı münbit məmləkətin bitkiləri, Rəbbinin izni ilə bol-bol məhsul verər. Torpağı pis olan məmləkədən isə faydasız bitkilərdən başqa bir şey çıxmaz. Biz ayələri şükür edən bir qövmə beləcə müfəssəl izah edirik."},{"id":59,"translation":"Biz Nuhu öz qövmünə (elçi) göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”."},{"id":60,"translation":"Qövmünün zadəganları dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində olduğunu görürük!”"},{"id":61,"translation":"(Nuh) dedi: “Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm."},{"id":62,"translation":"Mən, Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm."},{"id":63,"translation":"(Allahdan) qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz?”"},{"id":64,"translation":"(Kafirlər) onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Həqiqətən də, onlar kor bir qövm idilər."},{"id":65,"translation":"Ad qövmünə də qardaşları Hudu (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Məgər (Allahın qəzəbindən, əzabından) qorxmursunuz?”"},{"id":66,"translation":"(Hud) qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!”"},{"id":67,"translation":"O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm."},{"id":68,"translation":"Mən, Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm."},{"id":69,"translation":"Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”."},{"id":70,"translation":"Onlar dedilər: “Sən bizə tək Allaha ibadət etməyimiz və atalarımızın ibadət etdiklərini tərk etməyimiz üçün gəldin? Əgər doğru danışanlardansansa, (elə isə) bizə vəd etdiyin əzabı gətir”."},{"id":71,"translation":"(Hud) dedi: “Artıq Rəbbinizdən sizə əzab və qəzəb yetişdi. Siz özünüzün və atalarınızın uydurduqları adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara ibadət edilməsi) barəsində heç bir dəlil nazil etməmişdir. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”."},{"id":72,"translation":"Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər."},{"id":73,"translation":"Səmud qövmünə də qardaşları Salehi (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın (qayadan çıxartdığı) bu dişi dəvəsi sizin üçün bir dəlildir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar."},{"id":74,"translation":"Xatırlayın ki, (Allah) sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Elə isə Allahın nemətlərini yada salın və yer üzündə fitnə-fəsad yayaraq pis işlər görməyin”."},{"id":75,"translation":"Onun qövmünün təkəbbürlü zadəganları öz aralarından iman gətirən zəiflərə dedilər: “Siz Salehin öz Rəbbi tərəfindən göndərildiyini (yəqin) bilirsinizmi?” Onlar dedilər: “Həqiqətən, biz onunla göndərilənlərə inanırıq”."},{"id":76,"translation":"Təkəbbür göstərənlər: “Həqiqətən, biz sizin inandığınızı inkar edirik”– dedilər."},{"id":77,"translation":"Onlar dişi dəvənin diz vətərini kəsdilər və beləliklə də Rəbbinin əmrinə qarşı çıxıb: “Ey Saleh! Əgər sən (həqiqətən də göndərilən) elçilərdənsənsə, (elə isə) bizə vəd etdiyin əzabı gətir”– dedilər."},{"id":78,"translation":"Elə bu üzdən onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində diz üstə çöküb qaldılar (həlak oldular)."},{"id":79,"translation":"(Saleh) onlardan üz çevirib dedi: “Ey qövmüm! Artıq mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz”."},{"id":80,"translation":"Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməlimi edirsiniz?"},{"id":81,"translation":"Siz, qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Həqiqətən də, siz, həddi aşmış bir qövmsünüz”."},{"id":82,"translation":"Onun qövmünün cavabı: “Onları (Lutu və ona iman gətirənləri) yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı."},{"id":83,"translation":"Biz onu (Lutu) və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan (əzaba düçar olanlardan) oldu."},{"id":84,"translation":"Biz onun qövmünün üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu."},{"id":85,"translation":"Mədyən qövmünə də qardaşları Şueybi (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü (peyğəmbərlərin sayəsində) islah olunduqdan sonra orada fitnə-fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir."},{"id":86,"translation":"Hər yolun başında oturub Allaha iman gətirənləri hədələyib Onun yolundan azdırmayın və onu (Allah yolunu) əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin aqibəti necə oldu."},{"id":87,"translation":"Əgər aranızdan olan bir dəstəniz mənimlə göndərilənə inanmış, bir dəstəniz isə inanmamışsa, (Elə isə) Allah aramızda hökm verənədək səbir edin. O, hökm verənlərin ən yaxşısıdır”."},{"id":88,"translation":"Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz mütləq səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. (Şueyb) dedi: “Hətta (dininizi və ya yurdumuzdan cıxarılmağımızı) istəməsək belə?"},{"id":89,"translation":"Allah bizi, sizin dininizdən xilas etdikdən sonra biz yenə də sizin dininizə qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allah istəməyincə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimizin elmi hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Sən hökm verənlərin ən yaxşısısan”."},{"id":90,"translation":"(Şueyb) qövmünün kafir zadəganları dedilər: “Əgər Şueybin ardınca getsəniz, siz mütləq ziyana uğrayanlardan olarsınız”."},{"id":91,"translation":"Elə bu üzdən onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində diz üstə çöküb qaldılar (həlak oldular)."},{"id":92,"translation":"Şueybi yalançı sayanlar, sanki orada (o diyarda) yaşamamışdılar. Şueybi yalançı sayanların özləri ziyana uğrayanlardan oldular."},{"id":93,"translation":"(Şueyb) onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmlərini sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Kafir bir qövmdən ötrü mən necə heyifsilənə bilərəm?”"},{"id":94,"translation":"Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr."},{"id":95,"translation":"Sonra sıxıntını rahatlıqla əvəz etdik. Nəhayət onlar firavanlıq içində yaşayarkən: “Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi”– dedilər. Biz də onları heç özləri də hiss etmədən qəflətən (əzabla) yaxaladıq."},{"id":96,"translation":"Əgər o məmləkətlərin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq."},{"id":97,"translation":"Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yuxuda ikən gəlməyəcəyindən əmin idilərmi?"},{"id":98,"translation":"Ya da o məmləkətlərin əhalisi əzabımızın onlara səhər çağı, onlar əylənərkən gəlməyəcəyindən əmin idilərmi?"},{"id":99,"translation":"Yoxsa onlar Allahın hiyləsindən (qəfildən onlara əzab göndərməyəcəyindən) əmin idilərmi? Ziyana uğrayan qövmdən başqa kimsə Allahın hiyləsindən əmin ola bilməz."},{"id":100,"translation":"Məgər yer üzünün (keçmiş) sakinlərindən sonra yer üzünə varis olanlara (onların yerinə gələnlərə) bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər?"},{"id":101,"translation":"Bu, o məmləkəkdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədilər. Allah kafirlərin qəlblərini belə möhürləyir."},{"id":102,"translation":"Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini fasiq kimsələr gördük."},{"id":103,"translation":"Onlardan sonra Musanı ayələrimizlə Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə (Musanın gətirdiyi) ayələri inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu."},{"id":104,"translation":"Musa dedi: “Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm."},{"id":105,"translation":"Allah barəsində həqiqəti söyləmək mənim borcumdur. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdim. Elə isə (kölə etdiyin) İsrail oğullarını mənimlə birgə (vətənləri Şama) göndər”."},{"id":106,"translation":"(Firon) dedi: “Əgər möcüzə gətirmisənsə və doğru danışanlardansansa, (elə isə) onu göstər (görək)!”"},{"id":107,"translation":"Musa əsasını (yerə) atdı və o, dərhal aşkar görünən (böyük) bir ilan oldu."},{"id":108,"translation":"Əlini qoynundan (qoltuğunun altından, yaxud köynəyinin yaxasından) çıxartdı və o, baxanlar üçün ağappaq (parlaq bir əl) oldu."},{"id":109,"translation":"Firon qövmünün əyanları dedilər: “Həqiqətən, bu, (çox) bilikli bir sehrbazdır."},{"id":110,"translation":"O sizi yurdunuzdan (Misirdən) çıxartmaq istəyir. Elə isə təklifiniz nədir?”"},{"id":111,"translation":"Onlar dedilər: “Onu (Musanı) və qardaşını (Harunu) gözlət və şəhərlərə (sehrbazları) toplayan adamlar göndər ki,"},{"id":112,"translation":"bütün bilikli sehrbazların (hamısını toplayıb) sənin yanına gətirsinlər”."},{"id":113,"translation":"Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər (Musaya) qalib gəlsək, bizim üçün bir mükafat olacaqmı?”"},{"id":114,"translation":"(Firon) dedi: “Bəli, siz (mənə) ən yaxın adamlardan olacaqsınız”."},{"id":115,"translation":"(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əsanı birinci yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”"},{"id":116,"translation":"(Musa) dedi: “(Əvvəl) siz atın!” Onlar (əllərindəkiləri yerə) atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər."},{"id":117,"translation":"Biz Musaya: “Əsanı (yerə) at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu."},{"id":118,"translation":"Beləliklə haqq üzə çıxdı, onların etdikləri isə batil oldu."},{"id":119,"translation":"(Sehrbazlar) orada məğlub oldular və rüsvay olaraq geri döndülər."},{"id":120,"translation":"Sehrbazlar (dərhal) səcdəyə qapandılar."},{"id":121,"translation":"Onlar dedilər: “Biz Aləmlərin Rəbbinə iman gətirdik –"},{"id":122,"translation":"Musanın və Harunun Rəbbinə!”"},{"id":123,"translation":"Firon dedi: “Mən sizə izin vermədən öncə siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, xalqı oradan çıxartmanız üçün şəhərdə qurduğunuz bir hiylədir. Tezliklə biləcəksiniz."},{"id":124,"translation":"Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”."},{"id":125,"translation":"Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə dönəcəyik!"},{"id":126,"translation":"Sən yalnız, Rəbbimizin dəlilləri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə (bol-bol) səbir əta et və canımızı müsəlman olaraq al”."},{"id":127,"translation":"Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü yer üzündə fitnə-fəsad törətsinlər, həm səni, həm də sənin ilahlarını bir kənara atsınlar deyəmi buraxırsan?”. (Firon) dedi: “Biz mütləq onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) sağ buraxacağıq. Şübhəsiz ki, biz onlar üzərində sarsılmaz bir gücə sahibik”."},{"id":128,"translation":"Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından istədiyini yer üzünün varisləri təyin edir. (Dünyada və axirətdə) gözəl sonluq müttəqilər üçündür”."},{"id":129,"translation":"Onlar dedilər: “Sən bizə (peyğəmbər) gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. (Musa) dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da hansı əməl edəcəyinizə baxsın”."},{"id":130,"translation":"Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar."},{"id":131,"translation":"Onlara bir yaxşılıq üz verdikdə: “Bu, bizim üçündür (Biz buna layiqik)!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların başına gələn uğursuzluq Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!"},{"id":132,"translation":"(Kafirlər) dedilər: “Sən bizi sehrləmək üçün nə qədər dəlil gətirsən də, yenə də biz sənə iman gətirən deyilik!”"},{"id":133,"translation":"Biz də müxtəlif (növ) dəllilər onlaraq onların üstünə tufan, çəyirtkələr, bitlər, qurbağalar və (çeşmələrinə) qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular."},{"id":134,"translation":"Əzab onları bürüdükdə dedilər: “Ey Musa! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı bizdən sovuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birgə göndərəcəyik”."},{"id":135,"translation":"Biz, yetişəcəkləri müəyyən vaxta qədər (dənizdə qərq ediləcəkləri günə dəqər) əzabı onlardan sovuşdurduqda isə, onlar dərhal (əhdi) pozdular."},{"id":136,"translation":"Ayələrimizi inkar edib onlardan qafil olduqlarına görə Biz (Firon əhlindən) intiqam alaraq onları dənizdə qərq etdik."},{"id":137,"translation":"(Musa ilə olan) zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə (Şam diyarına) varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını isə viran qoyduq."},{"id":138,"translation":"Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar: “Ey Musa! Onların ilahları (bütləri) olduğu kimi, bizim üçün də bir ilah düzəlt”– dedilər. (Musa) dedi: “Həqiqətən, siz cahil bir qövmsünüz."},{"id":139,"translation":"Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, gördükləri əməllər isə batildir”."},{"id":140,"translation":"(Musa) dedi: “Allah sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa ilahmı axtaracağam?”"},{"id":141,"translation":"(Ey İsrail oğulları!) Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) sağ buraxırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi."},{"id":142,"translation":"Biz Musaya otuz gecəlik vədə verdik və buna on gecə də əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Qövmümün içərisində mənim xəlifəm ol, (onları) islah et və fəsad törədənlərin yoluna uyma!”"},{"id":143,"translation":"Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. (Allah) dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən.” Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi. Musa da bayılaraq yerə yıxıldı. O özünə gəldikdə isə: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”– dedi"},{"id":144,"translation":"(Allah) dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə heç bir vasitə olmadan) danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”"},{"id":145,"translation":"Biz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq və dedik: “Bunları möhkəm tut və qövmünə da onun ən yaxşısından tutmağı əmr et! Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm."},{"id":146,"translation":"Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən (ayələrimizi anlamaqdan və ya onlara iman gətirməkdən) uzaqlaşdıracağam. Onlar bütün ayələri görsələr (yenə) də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu, onların, ayələrimizi yalan saydıqlarına və onlardan qafil olduqlarına görədir”."},{"id":147,"translation":"Ayələrimizi və axirətə qovuşmağı yalan sayanların əməlləri puç oldu. Məgər onlar etdiklərindən başqa bir şeylə cəzalandırılacaqlarmı?"},{"id":148,"translation":"Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdi. Məgər (bu heykəlin) onlarla danışmadığını və onlara düz yol göstərmədiyini görmürdülərmi? (Bununla belə) onu özlərinə ilah qəbul etdilər və (beləliklə də) zalımlardan oldular."},{"id":149,"translation":"(İsrail oğulları) etdikləri əməldən peşman olduqda və özlərinin haqq yoldan azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq, ziyana uğrayanlardan olarıq”– dedilər."},{"id":150,"translation":"Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda (onlara) dedi: “Məndən sonra necə də pis işlər görmüsünüz! Rəbbinizin əmrini (mənə qırx gecəlik etdiyi vədəsini və ya Rəbinizin əzabını) qabaqlamaqmı istədiniz?” (Musa əlindəki) lövhələri yerə atdı və qardaşının başından tutaraq özünə tərəf çəkdi. (Qardaşı) dedi: “Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdi. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma”."},{"id":151,"translation":"(Musa) dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!”"},{"id":152,"translation":"Həqiqətən, buzovu (ilah) qəbul edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir. Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq."},{"id":153,"translation":"Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan (etdikləri tövbədən) sonra Bağışlayandır, Rəhmlidir."},{"id":154,"translation":"Musanın qəzəbi sakitləşdikdə (yerə atdığı) lövhələri götürdü. Oradakı yazılarda Rəbbindən qorxanlar üçün hidayət və mərhəmət var idi."},{"id":155,"translation":"Musa Bizim təyin etdiyimiz vaxt üçün qövmündən yetmiş kişi seçdi. Onları sarsıntı yaxaladıqda (həlak oldular). Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən yaxşısısan."},{"id":156,"translation":"Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam."},{"id":157,"translation":"O kəslər ki, əllərindəki Tövrat və İncildə (vəsfləri) barəsində yazılmış gördükləri ummi (yazıb-oxumaq bilməyən) peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan (məşəqqətlərdən) xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır”."},{"id":158,"translation":"De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun ummi (yazıb-oxumaq bilməyən) Elçisinə, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”."},{"id":159,"translation":"Musanın qövmündən (insanları) haqq ilə doğru yola yönəldən və onun sayəsində ədalətlə hökm verən bir camaat vardır."},{"id":160,"translation":"Biz onları (İsrail oğullarını) on iki qəbilə halında ümmətlərə böldük. Qövmü (Tih səhrasında) Musadan (içməyə) su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, (özlərinə də:) “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– dedik. Onlar Bizə zülm etmədilər, lakin özləri özlərinə zülm etdilər."},{"id":161,"translation":"Bir zaman onlara deyilmişdi: “Bu şəhərdə (Beytülməqdisdə) sakin olun və orada (olan nemətlərdən) istədiyiniz yerdə yeyin. “Bizi bağışla!”– deyin və qapıdan (Beytülməqdisin qapısından, Allaha) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatlarını artıracağıq”."},{"id":162,"translation":"Onlardan nəfslərinə zülm edənlər özlərinə deyilən (həmin) sözü başqa bir söz ilə dəyişdilər. Biz də etdikləri zülmə görə onlara göydən əzab göndərdik."},{"id":163,"translation":"(Ey Muhamməd!) Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (üçün qoyulmuş qadağanı) pozurdular. Şənbə günü balıqlar üzə çıxaraq (dəstə-dəstə) onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları belə sınağa çəkirdik."},{"id":164,"translation":"O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir qövmə nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr!”"},{"id":165,"translation":"Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməllərdən çəkindirən kimsələri xilas etdik, zülm edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq."},{"id":166,"translation":"Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!”– dedik."},{"id":167,"translation":"O zaman Rəbbin onlara Qiyamət gününədək ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Həqiqətən, sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də, O, Bağışlayandır, Rəhmlidir."},{"id":168,"translation":"Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində əməlisaleh olanlar da var, elə olmayanlar da. Biz onları yaxşılıq və pisliklə sınağa çəkdik ki, bəlkə doğru yola dönsünlər."},{"id":169,"translation":"Onlardan sonra Kitaba (Tövrata) varis olan (pis) bir nəsil gəldi. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?"},{"id":170,"translation":"Kitabdan möhkəm yapışanlara və namazı (doğru-dürüst) qılanlara gəlincə, Biz islah edənlərin mükafatını puç etmərik."},{"id":171,"translation":"Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da dağın onların üstünə düşəcəyini zənn etmişdilər. (Biz onlara:) “Sizə verdiyimizdən (Tövratdan) yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!”– demişdik."},{"id":172,"translation":"Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların zürriyyətlərini çıxararaq və: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. Bu, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməməniz üçündür."},{"id":173,"translation":"Yaxud: “Atalarımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görəmi məhv edəcəksən?”– deməməniz üçündür."},{"id":174,"translation":"Biz, onların haqq yola dönmələri üçün ayələri belə izah edirik."},{"id":175,"translation":"Onlara (İsrail oğullarına), ayələrimizi verdiyimiz halda, onlardan kənara çıxıb, şeytanın təqibinə məruz qalaraq, bu yüzdən də azğınlığa düşmüş kimsənin əhvalatını anlat."},{"id":176,"translation":"Biz istəsəydik, bu ayələrlə onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və nəfsinin istəyinə tabe oldu. Onun məsəli, qovsan da qovmasan da dilini çıxardıb ləhləyən itin məsəlinə bənzəyir. Ayələrimizi yalan sayan qövmün məsəli də belədir. Bu əhvalatları (İsrail oğullarına) danış ki, bəlkə düşünsünlər."},{"id":177,"translation":"Ayələrimizi yalan sayıb özlərinə zülm edən qövm barəsində çəkilən məsəl necə də pis bir məsəldir!"},{"id":178,"translation":"Allah kimə hidayət bəxş edərsə, doğru yolda olan odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da elə məhz onlardır."},{"id":179,"translation":"Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar. Onların gözləri var, onunla görməzlər. Onların qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta (heyvandan da) daha çox azğınlıqdadırlar. Qafil olanlar da elə məhz onlardır."},{"id":180,"translation":"Allahın ən gözəl adlarları vardır. Ona bu adlarla dua edin və Onun adları barəsində haqdan azanları (Allahın adlarını və ya bu adların mənalarını təhrif edənləri) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar."},{"id":181,"translation":"Yaratdıqlarımız içərisində (insanları) haqq yola yönəldən və (insanlar arasında) ədalətlə hökm verən bir ümmət də vardır."},{"id":182,"translation":"Ayələrimizi yalan sayanlara gəldikdə isə, Biz onları, heç özlərinin də bilmədikləri bir yerdən tədricən məhvə sürükləyəcəyik."},{"id":183,"translation":"Mən onlara möhlət verəcəyəm. Lakin Mənim hiyləm çox ağırdır."},{"id":184,"translation":"Məgər onların yoldaşında (Muhamməddə) heç bir dəlilik olmadığını düşünmürlərmi? O yalnız qorxudan və açıq-aydın xəbər verəndir."},{"id":185,"translation":"Məgər onlar göylərin və yerin mülkünə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?"},{"id":186,"translation":"Allah kimi azdırarsa, onu doğru yola yönəldən olmaz. Allah onları öz azğınlıqları içərisində çaşqın bir halda tərk edər."},{"id":187,"translation":"Səndən Qiyamət saatının nə zaman qopacağı barəsində soruşurlar. De: “Bu haqda bilgi yalnız Rəbbimə aiddir. (Qiyamətin) qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. (Bu bilgi) göylərə və yerə ağır gəlimişdir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi yalnız Allaha aiddir. Lakin insanların əksəriyyəti (bunu) bilməz”."},{"id":188,"translation":"De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadirəm. Əgər qeybi bilsəydim, əlbəttə ki, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”."},{"id":189,"translation":"Sizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan (Adəmdən) onun zövcəsini yaradan Odur. (Adəm) zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə qaldı) və (bir müddət) onu (bətnində) daşıdı. (Həvva) ağırlaşdığı zaman hər ikisi də Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq”– (deyə) dua etdilər."},{"id":190,"translation":"Allah onlara sağlam bir övlad verdikdə isə özlərinə verdiyi şeydə Allaha şərik qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır."},{"id":191,"translation":"Yoxsa onlar heç bir şey yaratmağa qadir olmayan, özləri yaradılmış olan bütləri Allaha şərik qoşurlar?"},{"id":192,"translation":"Halbuki (Allahdan qeyri ibadət etdikləri bütlər) nə onlara, nə də özlərinə bir yardım edə bilərlər."},{"id":193,"translation":"Siz onları (bütləri) doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün eynidir."},{"id":194,"translation":"Allahdan qeyri dua etdikləriniz də sizin kimi qullardır. Əgər (iddianızda) doğrusunuzsa, haydı onları çağırın, (qoy onlar da) sizə cavab versinlər."},{"id":195,"translation":"Məgər onların (Allahdan qeyri dua etdiyiniz bütlərin) yeriyən ayaqlarımı var? Yaxud onların tutan əllərimi var? Yoxsa onların görən gözlərimi var? Və ya onların eşidən qulaqlarımı var? De: “Haydı, çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!"},{"id":196,"translation":"Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər."},{"id":197,"translation":"Allahdan qeyri dua etdikləriniz nə sizə, nə də özlərinə bir yardım edə bilərlər”."},{"id":198,"translation":"Onları doğru yola çağırsanız, sizi eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər."},{"id":199,"translation":"Sən bağışlama yolunu tut, yaxşı işləri əmr et və cahillərdən üz döndər!"},{"id":200,"translation":"Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir."},{"id":201,"translation":"Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman dərhal Allahı xatırlayar və (bunun şeytandan olduğunu) bilərlər."},{"id":202,"translation":"(Şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da onlardan əl çəkməzlər."},{"id":203,"translation":"(Ey Muhamməd!) Onlara bir ayə gətirmədiyin zaman: “Nə olardı ki, onu da (özündən) uyduraydın?”– deyərlər. De: “Mən yalnız Rəbbimdən mənə vəhy olunanlara tabe oluram. Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir qövm üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir”."},{"id":204,"translation":"Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun."},{"id":205,"translation":"Səhər-axşam nəfsində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma."},{"id":206,"translation":"Rəbbinin hüzurunda olan mələklər Ona ibadət etməkdə təkəbbürlük göstərməz, Onun şəninə təriflər deyər və yalnız Ona səcdə edirlər."}]},{"id":8,"verses":[{"id":1,"translation":"(Ey Muhamməd!) Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və aranızı düzəldin. Əgər möminsinizsə, Allaha və Onun Rəsuluna itaət edin."},{"id":2,"translation":"Möminlər o kəslərdir ki, Allah anıldığı zaman qəlbləri qorxudan titrəyər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,"},{"id":3,"translation":"namaz qılar və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər."},{"id":4,"translation":"Məhz onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında (yüksək) dərəcələr, bağışlanma və bol ruzi vardır."},{"id":5,"translation":"Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda (Bədrə getmək üçün) evindən çıxartdı. Halbuki (bu), möminlərdən bir dəstənin xoşuna gəlmirdi."},{"id":6,"translation":"Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər, sanki gözləri görə-görə ölümə sürüklənirdilər."},{"id":7,"translation":"O vaxt Allah sizə, iki dəstədən birinin (karvanın və yaxud kafirlərin qoşununun) sizin olacağını vəd etmişdi. Siz silahsız dəstənin sizin olmasını istəyirdiniz. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi."},{"id":8,"translation":"Bu, günahkarların xoşuna gəlməsə də, Allahın haqqı ortaya çıxartması və batili yox etməsi üçün idi."},{"id":9,"translation":"O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəm”– deyə duanızı qəbul etmişdi."},{"id":10,"translation":"Allah bunu (mələklərlə yardımı), yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən Allah, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":11,"translation":"O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin."},{"id":12,"translation":"O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənlərə səbat verin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını kəsin!”– deyə vəhy etmişdi."},{"id":13,"translation":"Bu, onların Allaha və Onun rəsuluna qarşı çıxmalarına görədir. Hər kim Allaha və Onun rəsuluna qarşı çıxarsa, (bilsin ki) Allahın əzabı şiddətlidir."},{"id":14,"translation":"İndi dadın o əzabı! (Üstəlik) kafirlər üçün Cəhənnəm əzabı da vardır."},{"id":15,"translation":"Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirib (döyüşdən) qaçmayın."},{"id":16,"translation":"(Qüvvət toplayıb) yenidən döyüşə qatılmaq üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan müstəsna olmaqla, kim belə bir gündə onlara arxa çevirib (döyüşdən) qaçarsa, Allahın qəzəbinə düçar olar. Onun gedəcəyi yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir."},{"id":17,"translation":"Onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bunu, möminləri Öz tərəfindən gözəl bir imtahan etmək üçün etdi. Həqiqətən, Allah eşidəndir, biləndir."},{"id":18,"translation":"Bu (qələbə) Allahdandır! Həqiqətən Allah, kafirlərin hiyləsini puç edər."},{"id":19,"translation":"(Ey kafirlər!) Əgər (ədalətli) hökm istəyirsinizsə, artıq sizə o hökm gəlmişdir. Əgər (küfrə) son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər (yenidən küfrə) qayıtsanız, Biz də qayıdarıq (möminlərə qarşı vuruşsanız, Biz də sizi məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, (bu) sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir."},{"id":20,"translation":"Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna itaət edin, (Quranı və orada olan öyüd-nəsihətləri) eşitdiyiniz halda ondan üz döndərməyin."},{"id":21,"translation":"Və eşitmədikləri halda: “Eşitdik!”– deyənlər (münafiqlər və ya yəhudilər) kimi olmayın."},{"id":22,"translation":"Şübhəsiz ki, Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) anlamayan karlar və lallardır."},{"id":23,"translation":"Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, (haqqı) onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də arxa çevirib gedərdilər."},{"id":24,"translation":"Ey iman gətirənlər! Peyğəmbər sizi, sizlərə həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (onun istəyinə çatmasına mane olar) və sonda siz Onun hüzuruna toplanacaqsınız."},{"id":25,"translation":"Sizdən yalnız zalımlara toxunmayacaq (əksinə, hamınızı bürüyəcək) bir bəladan qorxun. Bilin ki, Allah şiddətli əzab verəndir."},{"id":26,"translation":"Yadınıza salın ki, bir zaman siz, yer üzündə (Məkkədə) sayınız az, özünüz isə zəif idiniz. Kafirlərin də sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə (Mədinədə) sığınacaq verdi, sizi Öz köməyi ilə qüvvətləndirdi və sizə pak ruzilərdən (halal qənimətlərdən) verdi ki, bəlkə şükür edəsiniz."},{"id":27,"translation":"Ey iman gətirənlər! Allaha, Onun Rəsuluna və aranızdakı əmanətlərə bilə-bilə xəyanət etməyin!"},{"id":28,"translation":"Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır."},{"id":29,"translation":"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqqı batildən ayırd edən (bir nur) verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir."},{"id":30,"translation":"Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (Məkkədən) çıxartmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən xeyirlisidir."},{"id":31,"translation":"Ayələrimiz onlara oxunduğu zaman (belə) deyərlər: “Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”."},{"id":32,"translation":"O zaman onlar: “Ey Allahım! Əgər bu, Sənin tərəfindən gəlmiş bir haqdırsa, elə isə üstümüzə göydən daş yağdır və ya bizə ağrılı-acılı bir əzab göndər”– demişdilər."},{"id":33,"translation":"Sən onların arasında olduqca Allah onlara əzab verən deyildir. Onlar bağışlanma dilədikcə Allah onlara əzab verən deyildir."},{"id":34,"translation":"Onlar Məscidulharamın sahibləri olmadıqları halda, möminlərin oraya daxil olmasına mane olduqda Allah nə üçün onlara əzab verməsin? Onun sahibləri (və ya Allahın dostları) yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilməz."},{"id":35,"translation":"Onların, (müqəddəs) Evin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Küfr etdiyinizə görə dadın əzabı!"},{"id":36,"translation":"Şübhəsiz ki, kafir olanlar (insanları) Allah yolundan azdırmaq üçün öz mallarını sərf edirlər. Onlar mallarını sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafirləri Cəhənnəm tərəfə sürükləyəcəklər ki,"},{"id":37,"translation":"Allah murdarı (kafiri) pakdan (mömindən) ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmə atsın. Ziyana uğrayanlar da məhz onlardır."},{"id":38,"translation":"Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, keçmişdə olanlar bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr."},{"id":39,"translation":"Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər (küfr etməyə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görəndir."},{"id":40,"translation":"Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Himayədarınızdır. O, nə gözəl Himayədar və nə gözəl Yardımçıdır!"},{"id":41,"translation":"Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün (Bədr günü) qulumuza (Muhammədə) nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, əldə etdiyiniz qənimətlərin beşdə biri Allaha, Rəsuluna, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və (yolda qalmış) müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir."},{"id":42,"translation":"O zaman siz vadinin (Mədinəyə) yaxın tərəfində, onlar uzaq tərəfində, (Əbu Süfyanın) karvan isə sizdən aşağıda (dənizin sahilində) idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir."},{"id":43,"translation":"O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Həqiqətən, O, qəlblərdə olanları biləndir."},{"id":44,"translation":"(Düşmənlə) qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirsin. Bütün işlər (sonda) Allaha qayıdır."},{"id":45,"translation":"Ey iman gətirənlər! Düşmən dəstəsi ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız."},{"id":46,"translation":"Allaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə ixtilaf etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, həqiqətən Allah səbir edənlərlədir."},{"id":47,"translation":"Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allah yolundan azdıran kimsələr (Məkkə müşrikləri) kimi olmayın. Allah onların əməllərini əhatə etmişdir."},{"id":48,"translation":"O zaman (Bədr günü) şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Mən də sizin yardımçınızam!” Lakin iki dəstə qarşı-qarşıya gəldikdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi (Cəbraili və onunla birgə olan mələkləri) görürəm. Mən Allahdan qorxuram. Həqiqətən Allahın əzabı şiddətlidir!”– demişdi."},{"id":49,"translation":"O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!”– dedilər. Kim Allaha təvəkkül etsə, (bilsin ki,) Allah Qüdrətlidir, Hikmət sahibidir!"},{"id":50,"translation":"Kaş ki sən, mələklər kafirlərin canını alarkən görəydin. Mələklər onların üzlərinə və yanlarına vuraraq deyirdilər: “Dadın atəşin əzabını!"},{"id":51,"translation":"Bu (əzab), öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına əsla zülm edən deyildir”."},{"id":52,"translation":"Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə məhv etdi. Həqiqətən Allah, Qüvvətlidir, cəzası da çox şiddətlidir."},{"id":53,"translation":"Bu (əzab), ona görədir ki, bir qövm nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah eşidəndir, biləndir."},{"id":54,"translation":"Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları etdikləri günahlara görə məhv etdik və Firon nəslini dənizdə boğduq. Onların hamısı zalımlar idi."},{"id":55,"translation":"Şübhəsiz ki, Allah yanında (yer üzündə yürüyən) canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər."},{"id":56,"translation":"Onlar, əhd bağladığın, sonra da hər dəfə öz əhdlərini (heç nədən) çəkinmədən pozan kimsələrdir"},{"id":57,"translation":"Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də (qorxudaraq) dağıt ki, bəlkə ibrət alsınlar."},{"id":58,"translation":"Əgər (əhd bağladığın) bir qövmün (əhdi pozacağı ilə) xəyanət etməsindən qorxsan, sən də onlara əhdi pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevməz."},{"id":59,"translation":"Kafirlər (canlarını) əzabdan (qurtara) biləcəklərini əsla zənn etməsinlər. Çünki onlar Allahdan (qaçıb) yaxa qurtara bilməzlər."},{"id":60,"translation":"(Ey möminlər) Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla (həm) Allahın düşmənini, (həm də) öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, onun əvəzi sizə tam ödənilər və sizə zülm edilməz."},{"id":61,"translation":"Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir."},{"id":62,"translation":"Əgər onlar (sülh bağlamaqla) səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi."},{"id":63,"translation":"Allah onların (Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":64,"translation":"Ey Peyğəmbər! Sənə və sənə tabe olan möminlərə Allah kifayət edər."},{"id":65,"translation":"Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan bir qövmdür."},{"id":66,"translation":"İndi Allah sizin (yükünüzü) yüngülləşdirdi və sizdə bir zəiflik olduğunu bildi. Əgər aranızda yüz səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr. Əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbir edənlərlədir."},{"id":67,"translation":"Peyğəmbərə yer üzündə çoxlu (sayda) kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Hikmət sahibidir."},{"id":68,"translation":"Əgər Allah tərəfindən əzəldən yazılan (Bədr əhlinin bağışlandığına və ya qənimətlərin halal olmasına dair) bir hökm olmasaydı, aldığınız (fidyə) müqabilində sizə böyük bir əzab toxunardı."},{"id":69,"translation":"Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir."},{"id":70,"translation":"Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə bir xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”."},{"id":71,"translation":"Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bilin ki,) onlar bundan (Bədr döyüşündən) əvvəl də Allaha xəyanət etmişdilər. Allah (möminlərə) onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":72,"translation":"Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsar) – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə (yardım) istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür."},{"id":73,"translation":"Kafirlər də bir-birinin dostudurlar. Əgər siz bir-birinizə yardımçı olmasanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər."},{"id":74,"translation":"İman gətirib, hicrət edən və Allah yolunda cihad edənlər və (mühacirlərə) sığınacaq verib (onlara) köməklik göstərənlər (ənsarlar) – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bol-bol ruzi vardır."},{"id":75,"translation":"Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə (varis olmağa) daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi biləndir."}]},{"id":9,"verses":[{"id":1,"translation":"Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə (onlarla olan əhdlərin pozulması barədə) bir xəbərdarlıqdır."},{"id":2,"translation":"Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rəzil edəcəkdir."},{"id":3,"translation":"Bu, Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü (qurban bayramı günü) insanlara Allahın və Onun Elçisinin müşriklərdən uzaq olmasını (elan edəcək) bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, siz Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri ağrılı-acılı bir əzabla müjdələ."},{"id":4,"translation":"Saziş bağladıqdan sonra onu pozmayan və sizin əleyhinizə heç kəsə yardım göstərməyən müşriklər (bu hökmdən) müstəsnadır. Onlarla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevər."},{"id":5,"translation":"Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün, əsir tutun, mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir."},{"id":6,"translation":"Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın kəlamını (Quranı) eşitsin. Sonra onu əmin olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir qövmdür."},{"id":7,"translation":"Məscidulharamın yanında əhd bağladığınız kəslər müstəsna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə doğru-düzgün davranır, siz də onlarla doğru-düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevər."},{"id":8,"translation":"Necə ola bilər ki?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir."},{"id":9,"translation":"Onlar Allahın ayələrini ucuz qiymətə satır və (insanları) Onun yolundan döndərirdilər. Onların tutduqları iş necə də pisdir!"},{"id":10,"translation":"Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onlar (günah etməklə) həddi aşan kimsələrdir."},{"id":11,"translation":"Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələri bilən bir tayfa üçün belə izah edirik."},{"id":12,"translation":"Əgər kafir başçılar əhd bağladıqdan sonra andlarını pozub dininizə dil uzatsalar, onlarla vuruşun, çünki onlar andlara riayət etməyən kimsələrdir. (Belə etsəniz) bəlkə, (küfr etməkdən, andlarını pozmaqdan və dininizə dil uzatmaqdan) əl çəkərlər."},{"id":13,"translation":"Məgər siz andlarını pozan, Peyğəmbəri (öz yurdundan) qovmaq fikrində olan, özləri də sizinlə döyüşü birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız."},{"id":14,"translation":"Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin qövmün qəlbini sevindirsin"},{"id":15,"translation":"və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kimsənin tövbəsini qəbul edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":16,"translation":"Yoxsa, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları ayırd etmədən sərbəst buraxılacağınızımı hesab edirsiniz? Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":17,"translation":"Müşriklər etdikləri küfrə şahid olduqları halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar."},{"id":18,"translation":"Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolu tapanlardan olsunlar."},{"id":19,"translation":"Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında (əsla) eyni olmazlar. Allah zalım qövmü doğru yola yönəltməz."},{"id":20,"translation":"İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır."},{"id":21,"translation":"Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələyir."},{"id":22,"translation":"Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, böyük mükafat Allah yanındadır."},{"id":23,"translation":"Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları özünüzə dost tutmayın. Sizlərdən onları kim dost tutarsa o, özünə zülm edənlərdən olar."},{"id":24,"translation":"De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz ticarətiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmrini verincəyə qədər gözləyin. Allah, fasiq bir qövmü doğru yola yönəltməz”."},{"id":25,"translation":"Həqiqətən, Allah bir çox yerlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma bu sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə rəğmən, sizə dar gəldi. Sonra siz, geriyə dönüb qaçdınız."},{"id":26,"translation":"Sonra Allah, Öz Elçisinə və möminlərə arxayınlıq nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası."},{"id":27,"translation":"Bundan sonra Allah istədiyinin tövbəsini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir."},{"id":28,"translation":"Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, (bilin ki,) Allah istəsə, Öz lütfündən (bəxş etməklə) sizi varlandırar. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":29,"translation":"Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi dinə (İslam dininə) etiqad etməyənlərlə, zəlil halda, öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun."},{"id":30,"translation":"Yəhudilər: “Üzeyir Allahın oğludur”– dedilər. Nəsranilər də: “Məsih Allahın oğludur”– dedilər. Onların ağızlarından çıxan bu sözlər, daha əvvəlki kafirlərin (\"lat, uzza, mənat və mələklər Allahın qızlarıdır\") dedikləri sözlərə bənzəyir. Allah onları məhv etsin! Gör necə də (haqdan) döndərilirlər!"},{"id":31,"translation":"Onlar Allahı qoyub alimlərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır!"},{"id":32,"translation":"Onlar (kafirlər) ağızları (batil sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlamaq istər."},{"id":33,"translation":"Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini hidayətlə və haqq dinlə göndərən Odur."},{"id":34,"translation":"Ey iman gətirənlər! Alimlərindən və rahiblərdən bir çoxu insanların mallarını haqsız olaraq yeyir və (onları) Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda xərcləməyənləri ağrılı-acılı bir əzabla müjdələ."},{"id":35,"translation":"O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Bu, özünüz üçün yığıb saxladığınız sərvətinizdir. Elə isə dadın yığıb saxladığınız sərvətin əzabını!”– (deyiləcəkdir.)"},{"id":36,"translation":"Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Allah bunu, göyləri və yeri yaratdığı gündə Öz Kitabında yazmışdır. Bu aylardan dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Doğru din budur. Elə isə, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı sizinlə vuruşduqları kimi, siz də hamılıqla onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir."},{"id":37,"translation":"(Haram ayı) təxirə salmaq ancaq küfrü artırar. Bununla da kafirlər (haqqdan) azdırılırlar. Onlar bunu bir il halal, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir qövmü doğru yola yönəltməz."},{"id":38,"translation":"Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə çöküb qaldınız? Yoxsa axirəti buraxıb dünya həyatınamı razı oldunuz? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə yalnız cüzi bir şeydir."},{"id":39,"translation":"Əgər döyüşə çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz. Allah hər şeyə qadirdir."},{"id":40,"translation":"Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək etmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz dostuna (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə (mələklərlə) ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Yalnız Allahın sözü ucadır. Allah Qüdrətlidir, Hikmət sahibidir."},{"id":41,"translation":"(Sizə) yüngül (gəlsə də,) ağır (gəlsə də,) döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir."},{"id":42,"translation":"Əgər səfəriniz gəlir gətirən və rahat bir yolçuluq olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol (Təbuk səfəri) onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”– (deyə) Allaha and içəcəklər. Onlar özlərini həlaka sürükləyirlər. Allah onların yalançı olduqlarını bilir."},{"id":43,"translation":"Allah səni bağışlasın! Doğru söyləyənlər sənə bəlli olmamış, yalançıları da tanımamış nə üçün onlara (cihaddan yayınmağa) izin verdin?"},{"id":44,"translation":"Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər. Allah təqva sahiblərini tanıyandır."},{"id":45,"translation":"Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izin istəyərlər. Onlar öz şübhələri içində tərəddüd edirlər."},{"id":46,"translation":"Əgər onlar (münafiqlər döyüşə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onlara mane oldu. Onlara: “(Evdə) oturanlarla bərabər, siz də oturun!”– deyildi."},{"id":47,"translation":"Əgər onlar (münafiqlər) sizinlə birgə (döyüşə) çıxsaydılar, işinizdə yalnız qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. Aranızda onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır."},{"id":48,"translation":"Onlar daha öncə də fitnə törətmək istəmiş və sənə qarşı hiylələr qurmuşdular. Nəhayət haqq gəldi və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı."},{"id":49,"translation":"Onlardan eləsi də var ki: “Mənə izin ver (döyüşə getməyim), məni günaha batırma!”– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir."},{"id":50,"translation":"Sənə bir uğur (qənimət, zəfər) nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət (Allah yolunda yaralanmaq və ya ölmək) üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə dönüb gedərlər."},{"id":51,"translation":"De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. (Elə isə) qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”"},{"id":52,"translation":"De: “Doğrudanmı siz bizlərə iki uğurdan – (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik.”"},{"id":53,"translation":"De: “İstər könüllü, istərsə də könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaqdır. Çünki siz fasiq bir qövm oldunuz!”"},{"id":54,"translation":"Onların sərf etdiklərinin qəbul olunmasına mane olan yalnız, Allaha və Onun Elçisinə küfr etmələri, namaza tənbəlliklə gəlmələri və (mallarını) istəmədikləri halda xərcləmələridir."},{"id":55,"translation":"Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla dünya həyatında onlara əzab vermək və canlarının kafir olaraq çıxmasını istəyir."},{"id":56,"translation":"Onlar sizinlə həmrəy olduqlarına (dair) and içirlər. Halbuki onlar sizdən deyillər. Əslində, onlar qorxaq bir qövmdür."},{"id":57,"translation":"Əgər onlar bir sığınacaq və ya (daldalanmaq üçün) mağaralar yaxud (gizlənməyə) bir oyuq tapsaydılar, ləngimədən ora yönələrdilər."},{"id":58,"translation":"Onlardan (münafiqlərdən) elələri də var ki, sədəqələrlə bağlı (sədəqələrin bölgüsündə) sənə nöqsan tuturlar. Əgər (sədəqədən) onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər."},{"id":59,"translation":"Əgər onlar Allahın və Rəsulunun onlara verdiyinə razı olub: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Rəsulu da. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik”– desəydilər onlar üçün daha xeyirli olardı."},{"id":60,"translation":"Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq yalnız fəqirlərə, miskinlərə, zəkatı yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və (pulu qurtarıb yolda qalan) müsafirlərə məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":61,"translation":"Onlardan (Münafiqlərdən) elələri də var ki, Peyğəmbərə əziyyət verib: “(O hər eşitdiyi sözə inanan) bir qulaqdır!”- deyirlər. De: “O, sizin üçün yalnız xeyirli sözlər eşidən bir qulaqdır (eşitdiyi hər sözə əhəmiyyət verməz). O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir.” Allahın Rəsuluna əziyyət verənlər üçün isə ağrılı-acılı bir əzab vardır."},{"id":62,"translation":"Sizi razı salmaq üçün Allaha and içirlər. Əgər mömindirlərsə, (bilsinlər ki,) Allahı və Onun Rəsulunu razı salmaları daha önəmlidir."},{"id":63,"translation":"Allaha və Onun Rəsuluna qarşı çıxan kimsə üçün əbədi qalacağı Cəhənnəm atəşinin olduğunu bilmirlərmi? Bu isə böyük rüsvayçılıqdır."},{"id":64,"translation":"Münafiqlər, qəlbində olanı xəbər verən bir surənin (Peyğəmbərə) nazil olmasından çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır”."},{"id":65,"translation":"Onlardan (nə üçün istehza etdikləri barədə) soruşsan: “Biz sadəcə söhbət edib zarafatlaşırdıq!”– deyərlər. De: “Allaha, Onun ayələrinə və Onun Rəsuluna istehzamı edirsiniz?"},{"id":66,"translation":"Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz.” Sizlərdən bir qismini (tövbə etdiyinə görə) bağışlasaq da, digərlərinə günahkar olduqlarına (tövbə etmədiyinə) görə əzab verərik."},{"id":67,"translation":"Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanlara) pis işləri əmr edib, yaxşı işlərdən çəkindirər və (Allah üçün xərcləməkdən) xəsislik göstərərlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqlərdir."},{"id":68,"translation":"Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu (əzab) onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır."},{"id":69,"translation":"(Ey münafiqlər!) Sizdə özünüzdən öncəkilər (münafiqlər) kimisiniz. Onlar sizdən daha qüvvətli, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar (dünyadakı) öz paylarından zövq alıb faydalandılar. Sizdən öncəkilər (dünyadakı) öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq alıb faydalandınız. Onlar (batil fikirlərə) daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də puç olmuşdur. Əsil ziyana uğrayanlar da elə məhz onlardır."},{"id":70,"translation":"Məgər onlara özlərindən əvvəlkilərin – Nuh qövmünün, Ad və Səmud (tayfalarının), İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin – (Lut tayfasının) xəbərləri gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər."},{"id":71,"translation":"Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işləri qadağan edər, namaz qılıb, zəkat verər, Allaha və Rəsuluna itaət edərlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir."},{"id":72,"translation":"Allah mömin kişilərə və mömin qadınlara (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə (bunların hamısından) daha böyükdür. Bu, böyük uğurdur."},{"id":73,"translation":"Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə vuruş. Onlarla sərt davran. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!"},{"id":74,"translation":"(Münafiqlər, Peyğəmbər barədə) nalayiq sözlər söyləmədiklərinə dair Allaha and içirlər. Onlar küfr sözünü söyləmiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə (Təbuk qəzavatında Əqabə gecəsi Peyğəmbəri öldürməyə) can atmışdılar. Onların intiqam almağı yalnız Allahın və Rəsulunun onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır."},{"id":75,"translation":"Onlardan (Münafiqlərdən): “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”– deyə Allaha əhd edənlər də vardır."},{"id":76,"translation":"(Nəhayət) Allah Öz lütfündən onlara verdikdə isə xəsislik edərək (imandan və ya verdikləri sözdən) üz döndərdilər."},{"id":77,"translation":"Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan söylədiklərinə görə (Allah da) onların qəlblərinə Onunla qarşılaşacaqları günədək nifaq saldı."},{"id":78,"translation":"Məgər (münafiqlər), Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agah olduğunu bilmirdilər. Allah qeybləri biləndir?"},{"id":79,"translation":"Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını təsəddüq edənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah da məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir."},{"id":80,"translation":"(Ey Muhamməd) Onlar (münafiqlər) üçün bağışlanma diləsən də, diləməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən də belə, Allah onları əsla bağışlamayacaqdır. Bu, onların Allahı və Onun Rəsulunu inkar etdiklərinə görədir. Allah fasiq bir qövmü doğru yola yönəltməz."},{"id":81,"translation":"(Döyüşə getməyib) arxada qalanlar Allahın Rəsuluna qarşı çıxaraq (evdə) qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!”– dedilər. De: “Cəhənnəm atəşi daha hərarətlidir!” Kaş anlayaydılar."},{"id":82,"translation":"Qoy onlar etdiklərinin cəzası olaraq az gülüb çox ağlasınlar."},{"id":83,"translation":"Əgər Allah səni onlardan bir zümrənin yanına qaytarsa və onlar (döyüşə) çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mənimlə (döyüşə) çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə (evdə) oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bərabər, siz də (evdə) oturun!”"},{"id":84,"translation":"Heç vaxt onlardan (münafiqlərdən) ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allaha və Rəsluna küfr etdilər və fasiq olaraq öldülər."},{"id":85,"translation":"Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və canlarının kafir olaraq çıxmasını istəyir"},{"id":86,"translation":"“Allaha iman gətirin və Onun Rəsulu ilə birlikdə cihad edin!”– deyə bir surə nazil edildikdə onların var-dövlətə sahib olanları səndən icazə istəyib: “Bizi burax (evdə) oturanlarla (zəyiflər və xəstələrlə) birlikdə qalaq!”– dedilər."},{"id":87,"translation":"Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar (haqqı) anlamazlar."},{"id":88,"translation":"Lakin (Allahın) Rəsulu və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər vardır. Uğur qazananlar da elə məhz onlardır."},{"id":89,"translation":"Allah onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur."},{"id":90,"translation":"Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər (evdə qalmaq üçün) onlara icazə verilsin deyə (Peyğəmbərin yanına) gəldilər. Allaha və Onun Rəsuluna yalan söyləyənlər isə (üzr istəmədən evlərində) oturdular. Onlardan kafir olanlara ağrılı-acılı bir əzab üz verəcəkdir."},{"id":91,"translation":"Allaha və Onun Rəsuluna sadiq qalacaqları təqdirdə acizlərə (qadınlara, uşaqlara), xəstələrə (qocalara, korlara, çolaqlara və s. bu kimi kimsələrə) və (döyüşdə) vuruşmağa bir şey tapa bilməyənlərə (evdə qalmaqda) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə məzəmmət etməyə də əsas yoxdur. Allah Bağışlayandır, Rəhmlidir."},{"id":92,"translation":"Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman (cihad yolunda) xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərdə heç bir günah yoxdur."},{"id":93,"translation":"Yalnız varlı olduqları halda (evdə qalmaq üçün) səndən icazə almağa gələnlər məzəmmətə layiqdirlər. Onlar arxada qalanlarla (qadınlar və uşaqlarla) birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar (özlərinin aqibətini) bilməzlər."},{"id":94,"translation":"(Döyüşdən geri dönüb) onların yanlarına qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De: “Üzr diləməyin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. (Bundan sonrakı) əməllərinizi Allah da görəcək, Onun Rəsulu da.” Sonra isə qeybi və aşkarı Bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdikləriniz barədə xəbər verəcəkdir."},{"id":95,"translation":"Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə (qarşınızda) Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqlarının cəzası olaraq gedəcəkləri yer Cəhənnəm olacaqdır."},{"id":96,"translation":"Onlardan razı qalasınız deyə, (qarşınızda) and içəcəklər. Siz onlardan razı qalsanız da, Allah fasiq qövmdən razı qalmaz."},{"id":97,"translation":"Bədəvilər küfr və nifaq baxımından daha betər, Allahın Öz Rəsuluna nazil etdiyi hökmləri bilməməyə daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":98,"translation":"Bədəvilər içərisində elələri də vardır ki, (Allah yolunda) xərclədiklərini itki sayır və sizə bir bəla üz verməsini gözləyirlər. Bəla onların öz başlarına gələcək. Allah (hər şeyi) eşidəndir, biləndir."},{"id":99,"translation":"Bədəvilər içərisində elələri də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu, onlar üçün (Allaha) yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir."},{"id":100,"translation":"Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur."},{"id":101,"translation":"Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi arasında, ikiüzlülükdə inadkarlıq edən münafiqlər vardır. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq. Biz onlara iki dəfə (dünyada və qəbirdə) əzab verəcəyik. Sonra da (axirətdə) böyük bir əzaba düçar olacaqlar."},{"id":102,"translation":"Digərləri isə öz günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə pis bir əməli bir-birinə qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir."},{"id":103,"translation":"Onların mallarından sədəqə götür ki, bununla onları (günahlarından) pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir."},{"id":104,"translation":"Məgər onlar, qulların tövbəsini qəbul edənin, sədəqələri alanın Allahın olduğunu bilmirlərmi?! Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?!"},{"id":105,"translation":"De: “İstədiyinizi edin! Allah, Onun Rəsulu və möminlər əməllərinizi görəcəklər. Siz gizli və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”."},{"id":106,"translation":"(Döyüşə getməyənlərdən) bəziləri barədə hökm Allaha qalmışdır. (Allah) ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":107,"translation":"(Müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəldən Allaha və Onun Rəsuluna qarşı müharibə edən kimsəni (Əbu Amir ər-Rahibi) gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”– (deyə) and içəcəklər. Onların yalançı olduğuna Allah şahiddir."},{"id":108,"translation":"Orada əsla namaz qılma. İlk gündən təqva üzərində bina edilmiş (Quba və ya Peyğəmbər) məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevər."},{"id":109,"translation":"Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım qövmü doğru yola yönəltməz."},{"id":110,"translation":"Onların tikdiyi bina (məscid), ürəkləri parça-parça olana (ölənə) qədər, qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":111,"translation":"Şübhəsiz ki, Allah möminlərdən, Cənnət müqabilində, onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdinə kim vəfalı ola bilər?! Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur."},{"id":112,"translation":"(Onlar) tövbə edən, ibadət edən, həmd-səna edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi əmr edib pis işləri qadağan edən və Allahın hüdudlarını qoruyan kimsələrdir. (Belə) möminləri müjdələ."},{"id":113,"translation":"Müşriklərin Cəhənnəm əhli olduqları bəlli olduqdan sonra, (hətta) qohum olsalar belə, nə Peyğəmbərə, nə də möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz."},{"id":114,"translation":"İbrahimin öz atası üçün bağışlanma diləməsi isə yalnız ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi."},{"id":115,"translation":"Allah bir qövmü doğru yola yönəltdikdən sonra, qorxub çəkinməli olduqları şeyləri özlərinə xəbərdar etmədən onları (haqq yoldan) azdırmaz. Həqiqətən, Allah hər şeyi biləndir."},{"id":116,"translation":"Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. O, dirildir və öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir yardımçınız vardır."},{"id":117,"translation":"Allah, (müsəlmanlardan) bəzilərinin qəlbi (cihaddan) yayınmaq üzrə ikən Peyğəmbəri, çətin anda onun ardınca gedən mühacirləri və ənsarı (əvvəlcə) tövbəyə müvəffəq etdi, sonra da onların tövbələrini qəbul buyurdu. Çünki Allah onlara qarşı çox şəfqətlidir, rəhmlidir."},{"id":118,"translation":"(Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbəsini qəbul etdi). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və beləliklə də, onlar Allahın əzabından yalnız Ona sığınmaqdan başqa bir çarə olmadığını anlamışdılar. Sonra (Allah), peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir."},{"id":119,"translation":"Ey iman gətirənlər! Allahdan qorxun və doğru danışanlarla birlikdə olun."},{"id":120,"translation":"Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşə çıxarkən) Allahın Rəsulundan geri qalmaq, öz canlarını onun canından üstün tutmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz."},{"id":121,"translation":"Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə, xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, (buna görə) onlara (savab) yazılmasın."},{"id":122,"translation":"Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr."},{"id":123,"translation":"Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir."},{"id":124,"translation":"Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən istehza ilə): “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, (nazil edilən surə) onların imanını artırar və onlar bir-birlərini müjdələyərlər."},{"id":125,"translation":"Qəlblərində xəstəlik olanlara gəlincə, (nazil edilən surə) onların murdarlığı üstünə bir murdarlıq da artırar və onlar kafir olaraq ölərlər."},{"id":126,"translation":"Onlar ildə bir və ya iki dəfə bəlaya düçar olduqlarını görmürlərmi?! Sonra da nə tövbə etmir, nə də ibrət almırlar."},{"id":127,"translation":"Bir surə nazil edildiyi zaman onlar (münafiqlər): “(Möminlərdən) sizi kimsə görürmü?”– (deyə) bir-birlərinə baxır, sonra da üz çevirib gedirlər. (Münafiqlər) anlamayan bir qövm olduqları üçün Allah onların qəlblərini (imandan) məhrum etmişdir."},{"id":128,"translation":"Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir."},{"id":129,"translation":"Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Mən Ona təvəkkül etdim. O, əzəmətli Ərşin Rəbbidir!”"}]},{"id":10,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Ra. Bu, hikmətli Kitabın ayələridir."},{"id":2,"translation":"İçərilərindən bir adama: “İnsanları (Allahın əzabı ilə) qorxut və iman gətirənləri müjdələ ki, Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı var!”– deyə vəhy etməyimiz insanlara təəccüblü göründümü ki, kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər."},{"id":3,"translation":"Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. İşləri idarə edən Odur. Onun izni olmadan kimsə şəfaətçi ola bilməz. O, sizin Rəbbiniz olan Allahdır. (Elə isə) Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız?"},{"id":4,"translation":"Hamınızın dönüşü Onadır. Allahın vədi haqqdır. O, məxluqatı ilk dəfə yaratmış, sonra iman gətirib saleh əməllər edənləri ədalətlə mükafatlandırsın deyə (Qiyamət günü) yenidən dirildəcəkdir. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab vardır."},{"id":5,"translation":"Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) təyin edən Odur. Allah bunları ancaq haqq olaraq yaratmışdır. O, ayələri bilən bir qövm üçün belə izah edər."},{"id":6,"translation":"Şübhəsiz ki, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında (Allahdan) qorxan bir qövm üçün dəlillər vardır."},{"id":7,"translation":"Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar, ayələrimizdən qafil olanlar da elə məhz onlardır."},{"id":8,"translation":"Onların qazandıqları günahlara görə gedəcəkləri yer isə Oddur."},{"id":9,"translation":"İman gətirib saleh əməllər edənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim cənnətlərində onların (ağacları və qəsrləri) altından çaylar axar."},{"id":10,"translation":"Onların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, orada (bir-birlərini) salamlaması: “Salam!” (sözü) və dualarının sonu: “Həmd, aləmlərin Rəbbi Allaha məxsusdur!” (sözləri olacaqdır)."},{"id":11,"translation":"Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində şaşqın bir halda tərk edərik."},{"id":12,"translation":"İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizə dua edər. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi."},{"id":13,"translation":"Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanmadıqlarına görə məhv etdik. Biz günahkar qövmü belə cəzalandırırıq."},{"id":14,"translation":"Sonra da, sizin necə davranacağınızı görməyimiz üçün onların ardınca sizi yer üzündə xələflər təyin etdik."},{"id":15,"translation":"Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman (qiyamət günü) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!”– dedilər. De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından qorxuram”."},{"id":16,"translation":"De: “Əgər Allah istəsəydi, mən onu (Quranı) sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan (Quran nazil ediləndən) öncə sizin aranızda (qırx il) yaşadım. Məgər dərk etmirsiniz?”"},{"id":17,"translation":"Allaha qarşı iftira yaxandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da, günahkarlar nicat tapmazlar."},{"id":18,"translation":"Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “(Yoxsa) Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır."},{"id":19,"translation":"İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz (asi kimsələrə möhlət) verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi."},{"id":20,"translation":"(Müşriklər) deyirlər: “Kaş ki ona Rəbbindən bir ayət nazil ediləydi!” De: “Qeyb yalnız Allaha məxsusdur. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”."},{"id":21,"translation":"İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar.” Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar."},{"id":22,"translation":"Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq” – deyərlər."},{"id":23,"translation":"(Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizədir, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik."},{"id":24,"translation":"Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışar. Nəhayət, yer öz zinətinə bürünüb rövnəqləndiyi və onun sakinləri (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, sanki dünən heç bol məhsulu olmamış kimi, biçilmiş bir sahəyə döndərərik. Biz ayələri düşünən bir qövm üçün beləcə izah edərik."},{"id":25,"translation":"Allah (insanları) əmin-amanlıq yurduna – (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir."},{"id":26,"translation":"Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da artığı (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və onlar orada əbədi qalacaqlar."},{"id":27,"translation":"Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar."},{"id":28,"translation":"O gün onların hamısını (bir yerə) toplayacaq, sonra da müşriklərə: “Siz də, şərikləriniz də öz yerinizdə qalın!”– deyəcəyik. Biz onları (bir-birindən) ayıracağıq. Şərikləri (onlara belə) deyəcəkdir: “Siz bizə ibadət etmirdiniz."},{"id":29,"translation":"Bizimlə sizin aranızda Allahın şahid olması yetər. Doğrudan da biz sizin ibadətinizdən xəbərsiz idik”."},{"id":30,"translation":"Orada hər kəs keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları (bütlər) onlardan uzaqlaşıb qeyb olacaqlar."},{"id":31,"translation":"De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri idarə edən kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs (belə olduğu təqdirdə) Allahdan qorxmursunuz?”"},{"id":32,"translation":"O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də (haqdan) döndərilirsiniz!"},{"id":33,"translation":"Beləliklə, fasiqlərin iman gətirməyəcəyinə dair Rəbbinin Sözü gerçəkləşdi."},{"id":34,"translation":"De: “Allaha qoşduğunuz şəriklər arasında (hər hansı bir) məxluqu ilk dəfə yaradan, öldükdən sonra onu əvvəlki halına qaytara bilən bir kimsə varmı?” De: “Məxluqu ilk dəfə yaradan, (öldükdən) sonra onu (əvvəlki halına) qaytaran Allahdır. Siz necə də (haqdan) döndərilirsiniz!”"},{"id":35,"translation":"De: “(Allaha) qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah (Öz qullarını) haqqa yönəldir. Elə isə (deyin görək) haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?”"},{"id":36,"translation":"Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn əsla həqiqət ola bilməz. Allah onların nə etdiklərini biləndir."},{"id":37,"translation":"Bu Quran Allahdandır, başqası tərəfindən uydurulmamışdır. Lakin o, özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan, kitabı (halalı, haramı və dini əhkamları) müfəssəl izah edəndir."},{"id":38,"translation":"Yoxsa: “Muhamməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa (köməyə) çağırın!”"},{"id":39,"translation":"Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu."},{"id":40,"translation":"İçərilərində (bu Qurana) inananlar da var, ona inanmayanlar da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır."},{"id":41,"translation":"Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam”."},{"id":42,"translation":"Aralarında səni dinləyənlər də vardır. Məgər karlara – əgər anlamırlarsa – sənmi eşitdirəcəksən?"},{"id":43,"translation":"Onlar arasında sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə – sənmi doğru yola yönəldəcəksən?"},{"id":44,"translation":"Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər."},{"id":45,"translation":"(Allah) onları (bir yerə) toplayacağı gün, sanki (dünyada və yaxud qəbirdə) gündüzün yalnız bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar, həqiqətən, ziyana uğramışlar. Onlar doğru yola yönələn deyillər."},{"id":46,"translation":"Onlara vəd etdiyimiz (əzabın) bəzisini sənə (dünyada) göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Sonra, Allah onların nə etdiklərinə Şahiddir."},{"id":47,"translation":"Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz."},{"id":48,"translation":"(Kafirlər) deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”"},{"id":49,"translation":"De: “Allah istəmədikcə, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman (ondan) bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”."},{"id":50,"translation":"(Müşriklərə) de: “Bir deyin görək, əgər Allahın əzabı sizə gecə, yaxud gündüz gəlsə, onda günahkarlar bunun hansını tələsik istəyəcəklər?"},{"id":51,"translation":"(Əzab) başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!”"},{"id":52,"translation":"Sonra zalımlara: “Dadın əbədi əzabı! Məgər siz yalnız qazandığınız günahlara görə cəzalandırılmırsınızmı?”– deyiləcəkdir."},{"id":53,"translation":"Səndən: “O (Qiyamət gününün əzabı) doğrudurmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz ondan yaxa qurtara bilməyəcəksiniz”."},{"id":54,"translation":"Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu (əzabdan qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükdə peşmançılıqlarını gizlədərlər. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz."},{"id":55,"translation":"Bilin ki, göylərdə və yerdə olanların hamısı Allaha məxsusdur. Bilin ki, Allahın vədi haqdır, lakin onların əksəriyyəti bunu bilməz."},{"id":56,"translation":"O dirildir və öldürür. Siz yalnız Ona qaytarılacaqsınız."},{"id":57,"translation":"Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət olan (Quran) gəlmişdir."},{"id":58,"translation":"De: “(Bunlar) Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar (buna) sevinsinlər. Bu, onların yığdıqlarından daha xeyirlidir."},{"id":59,"translation":"De: “Allahın sizə bəxş etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız.” De: “Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı yaxırsınız?”"},{"id":60,"translation":"Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə zənləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti şükür etməz."},{"id":61,"translation":"(Ey Muhamməd) Sən hansı bir iş görsən, Qurandan nə oxusan, (ey insanlar) siz (də) nə iş görsəniz, onları etdiyiniz zaman Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın."},{"id":62,"translation":"Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar kədərlənməzlər."},{"id":63,"translation":"Onlar iman gətirən və (pis əməllərdən çəkinərək) Allahdan qorxan kimsələrdir."},{"id":64,"translation":"Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur."},{"id":65,"translation":"Onların sözləri səni kədərləndirməsin. Çünki izzət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir."},{"id":66,"translation":"Bilin ki, göylərdə və yerdə olanların hamısı Allaha məxsusdur. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyar və yalandan başqa bir şey söyləməzlər."},{"id":67,"translation":"Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də (ruzi qazanmanız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır."},{"id":68,"translation":"Onlar: “Allah (Özünə) övlad götürmüşdü!”– dedilər. O, pakdır, müqəddəsdir! O, (heç nəyə) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Buna aid sizdə bir dəlil varmı? Yoxsa Allah barədə bilmədiyiniz şeyimi söyləyirsiniz?"},{"id":69,"translation":"De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”."},{"id":70,"translation":"(Onlar bir müddət) dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq."},{"id":71,"translation":"Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər (aranızda) qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. (Allaha) qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət də verməyin."},{"id":72,"translation":"Əgər üz çevirsəniz, (bilin ki,) mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir”."},{"id":73,"translation":"Onlar Nuhu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu!"},{"id":74,"translation":"Sonra Nuhun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini belə möhürləyirik."},{"id":75,"translation":"Sonra onların ardınca Musanı və Harunu, Firona və onun əyanlarına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir qövm idilər."},{"id":76,"translation":"Bizim tərəfdən onlara haqq gəldikdə isə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!”– dedilər."},{"id":77,"translation":"Musa dedi: “Əcəba, sizə haqq gəldikdə: “Bu sehrdirmi?”– deyirsiniz? Halbuki sehrbazlar nicat tapmazlar”."},{"id":78,"translation":"Onlar: “Bizi atalarımızın yolundan döndərmək və yer üzündə mülk (sultanlıq) ikinizə qalsın deyəmi gəldiniz? Biz sizə iman gətirən deyilik”– dedilər."},{"id":79,"translation":"Firon: “Bütün bilikli sehrbazları yanıma gətirin!”– dedi."},{"id":80,"translation":"Sehrbazlar gəldikdə Musa onlara: “Nə atacaqsınızsa, atın!”– dedi."},{"id":81,"translation":"Onlar (əllərindəki ipləri və dəyənəkləri) atdıqda Musa: “Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaqdır. Çünki Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz”– dedi."},{"id":82,"translation":"Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcəkdir."},{"id":83,"translation":"Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar (hakim) və həddi aşanlardan idi."},{"id":84,"translation":"Musa: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və müsəlman olmusunuzsa, Ona təvəkkül edin!”– dedi."},{"id":85,"translation":"Onlar dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalım qövmün fitnəsinə məruz qoyma!"},{"id":86,"translation":"Və bizi Öz mərhəmətinlə kafir qövmdən xilas et!”"},{"id":87,"translation":"Biz Musaya və onun qardaşına: “Qövmünüz üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!”– deyə vəhy etdik."},{"id":88,"translation":"Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlara (bu mal-dövləti insanları) Sənin yolundan azdırmaq üçünmü verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”."},{"id":89,"translation":"(Allah) buyurdu: “Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə sabitqədəm olun və bilməyənlərin yoluna uymayın!”"},{"id":90,"translation":"Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon dənizdə) batdığı vaxt: “İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də təslim olanlardanam!”– dedi."},{"id":91,"translation":"(Firona deyildi:) “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun."},{"id":92,"translation":"Biz bu gün bədənini, səndən sonra gələnlərə ibrət olsun deyə, (dənizdən sahilə ataraq) xilas edəcəyik”. Həqiqətən də, insanların əksəriyyəti ayələrimizdən qafildir."},{"id":93,"translation":"Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm (Quran) gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir."},{"id":94,"translation":"Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitabı oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, əsla şübhə edənlərdən olma."},{"id":95,"translation":"Allahın ayələrini yalan sayanlardan da olma, yoxsa ziyana uğrayanlardan olarsan."},{"id":96,"translation":"Həqiqətən, Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər."},{"id":97,"translation":"Onlara bütün ayələr gəlsə belə, ağrılı-acılı əzabı görməyincə (iman gətirməzlər)."},{"id":98,"translation":"(Əzab gəldiyi an,) Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət (əhli) olubmu? (Yunusun qövmü) iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər (fani nemətlərdən) faydalanmaq imkanı verdik."},{"id":99,"translation":"Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?"},{"id":100,"translation":"Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları əzaba düçar edər."},{"id":101,"translation":"De: “Görün göylərdə və yerdə nələr var”. Lakin iman gətirməyən qövmə dəlillər və peyğəmbərlər heç bir fayda verməz."},{"id":102,"translation":"Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş (əzablı) günlərin bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”."},{"id":103,"translation":"Sonra elçilərimizi və möminləri xilas edərik. Möminləri xilas etmək Üzərimizə düşən haqqdır."},{"id":104,"translation":"De: “Ey insanlar! Əgər dinimə şəkk edirsinizsə, (bilin ki,) mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”."},{"id":105,"translation":"Batildən haqqa tapınaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma."},{"id":106,"translation":"Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyənlərə dua etmə. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan."},{"id":107,"translation":"Əgər Allah sənə bir zərər toxundursa, bu zərəri Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir."},{"id":108,"translation":"De: “Ey insanlar! Rəbbinizdən sizə haqq (Quran) gəlmişdir. Kim doğru yolla gedərsə, xeyri özünə dəyər, kim azğınlığa düşərsə, ziyanı da öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”."},{"id":109,"translation":"Sənə nazil edilən vəhyə tabe ol və Allah hökm verənə (İslam bərqərar olana) qədər səbir et. O, hökm verənlərin ən xeyirlisidir."}]},{"id":11,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Ra. (Bu,) Hikmət sahibi, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır."},{"id":2,"translation":"(Bu ona görədir ki,) Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən sizi Allah tərəfindən xəbərdar edən və müjdələyənəm."},{"id":3,"translation":"Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək (ölüm sizə gələnədək) gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər (Ondan) üz çevirsəniz, (bilin ki,) mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram."},{"id":4,"translation":"Dönüşünüz yalnız Allahadır. O, hər şeyə qadirdir."},{"id":5,"translation":"Bilin ki, onlar ürəklərindəki küfrü Allahdan gizlətmək üçün sinələrini bükürlər. Agah olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, sinələrdə olanları biləndir."},{"id":6,"translation":"Yer üzündə olan bütün canlıların ruzisi yalnız Allaha aiddir. Allah onların (dünyada) qərar tutduqları yeri də, (öldükdən sonra) qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın kitabdadır (Lövhi-məhfuzdadır)."},{"id":7,"translation":"Ərşi su üzərində ikən, hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öldükdən sonra diriləcəksiniz!”– desən, mütləq kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!”– deyərlər."},{"id":8,"translation":"Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək, mütləq: “Onu yubadan nədir?”– deyəcəklər. Bilin ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir."},{"id":9,"translation":"Əgər insana Özümüzdən bir mərhəmət (nemət) daddırsaq, sonra da ondan onu geri alsaq, o, məyus və nankor olar."},{"id":10,"translation":"Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq, mütləq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər."},{"id":11,"translation":"Səbir edib yaxşı işlər görənlər müstəsnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır."},{"id":12,"translation":"(Ey Muhamməd) Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi qoruyandır."},{"id":13,"translation":"Yoxsa onlar: “(Muhamməd) onu (Quranı) özündən uydurdumu?!”– deyirlər. De: “Əgər doğru söyləyirsinizsə, ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!”"},{"id":14,"translation":"Əgər sizə cavab verməsələr, bilin ki, o (Quran) ancaq Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Siz müsəlman olacaqsınızmı?"},{"id":15,"translation":"Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini dünyada tam verərik və onlar orada zərər çəkməzlər."},{"id":16,"translation":"Belələrinin axirətdə oddan başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər boşa çıxar və etdikləri əməlləri də puç olar."},{"id":17,"translation":"Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Ondan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl rəhbər və mərhəmət olmuş Musanın Kitabını (təsdiqlədiyi) kimsə (kafirə tay ola bilərmi)? Onlar (Müsəlmanlar) ona (Qurana) iman gətirirlər. Onu inkar edən firqələrin vəd olunduğu yer oddur. Sənin isə (Qurana) heç bir şübhən olmasın. Çünki bu, sənin Rəbbindən gələn haqdır, lakin insanların əksəriyyəti (buna) inanmaz."},{"id":18,"translation":"Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər (mələklər və peyğəmbərlər): “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Bilin ki, Allahın lənəti zalımların üzərindədir!"},{"id":19,"translation":"O kəslər ki, (insanları) Allah yolundan azdırır, onu əyri göstərməyə çalışır və Axirəti inkar edirlər."},{"id":20,"translation":"Onlar yer üzündə (Allahdan) yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar (haqqı) eşidə bilmirdilər və görmürdülər."},{"id":21,"translation":"Onlar özlərini ziyana uğradarlar. Uydurduqları (bütlər) isə onlardan qeybə çəkilib gedər."},{"id":22,"translation":"Şübhə yoxdur ki, axirətdə də ən çox ziyana uğrayanlar onlardır."},{"id":23,"translation":"Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar."},{"id":24,"translation":"Bu iki zümrənin (kafirlərin və möminlərin) halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi?! Məgər düşünüb ibrət almırsınız?!"},{"id":25,"translation":"Biz Nuhu öz qövmünə elçi göndərdik. (O dedi:) “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edənəm."},{"id":26,"translation":"Allahdan başqasına ibadət etməyin! Mən ağrılı-acılı günün sizə üz verəcək əzabından qorxuram”."},{"id":27,"translation":"(Nuhun) qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq aşağı təbəqədən olan ən rəzil kimsələrin sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı olduğunuzu zənn edirik”."},{"id":28,"translation":"(Nuh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona (inanmağa) məcburmu edəcəyik?"},{"id":29,"translation":"Ey qövmüm! Mən buna görə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Çünki onlar Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizin cahil bir toplum olduğunuzu görürəm."},{"id":30,"translation":"Ey qövmüm! Əgər onları qovsam, məni Allahdan (Onun əzabından) kim qoruya bilər?! Məgər düşünüb ibrət almırsınız?!"},{"id":31,"translation":"Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə, Allah onlara əsla xeyir verməyəcəyini də demirəm. Onların qəlblərində olanı Allah daha yaxşı bilir. (Əgər bu sözləri söyləsəm) şübhəsiz ki, zalımlardan olaram”."},{"id":32,"translation":"Onlar dedilər: “Ey Nuh! Sən bizimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın. Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin (əzabı) gətir”."},{"id":33,"translation":"(Nuh) dedi: “Onu istəsə, ancaq Allah sizə gətirəcək və siz də (ondan) yaxa qurtara bilməyəcəksiniz."},{"id":34,"translation":"Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə, nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”."},{"id":35,"translation":"Yoxsa onlar: “(Muhamməd) onu özündən uydurdu!”– deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahı mənim üzərimədir. Mən sizin etdiyiniz günahlardan uzağam”."},{"id":36,"translation":"Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər müstəsna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə."},{"id":37,"translation":"Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar (suda) qərq ediləcəklər”."},{"id":38,"translation":"(Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə ona istehza edirdilər. (Nuh) isə deyirdi: “Əgər siz bizə istehza edirsinizsə, biz də sizi, siz bizə istehza etdiyiniz kimi istehza edəcəyik."},{"id":39,"translation":"Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”."},{"id":40,"translation":"Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz (Nuha) dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər müstəsna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Lakin,) onunla birlikdə az adam iman gətirmişdi."},{"id":41,"translation":"(Nuh) dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”."},{"id":42,"translation":"Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh (gəmidən) kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə (gəmiyə) min, kafirlərdən olma!”"},{"id":43,"translation":"(Oğlu) dedi: “Mən dağa sığınacağam, o da məni sudan qoruyacaq!” (Nuh) dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” (Sonda) dalğa onları bir-birindən ayırdı və o, suda qərq olanlardan oldu."},{"id":44,"translation":"(Allah tərəfindən belə) deyildi: “Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu və (sonra): “Məhv olsun zalımlar!”– deyildi."},{"id":45,"translation":"Nuh Rəbbinə dua edərək (belə) dedi: “Ey Rəbbim! Oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin hakimisən!”"},{"id":46,"translation":"Allah buyurdu: “Ey Nuh! O, sənin ailəndən deyildi. Çünki bu, (onun küfr etməsi və ya sənin onun xilas olması üçün kömək diləməyin) pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”."},{"id":47,"translation":"(Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”."},{"id":48,"translation":"(Sonra) deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə (gəmidən) en! Özlərinə bir müddət güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır”."},{"id":49,"translation":"Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilirdi. Səbir et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir."},{"id":50,"translation":"Ad qövmünə də qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Siz ancaq iftira yaxırsınız."},{"id":51,"translation":"Ey qövmüm! Mən bunun əvəzində sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradana aiddir. Məgər anlamırsınız?"},{"id":52,"translation":"Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bol bol yağış yağdırsın və gücünüzü daha da artırsın. (Dəvətimdən) günahkarcasına üz çevirməyin”."},{"id":53,"translation":"Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə ilahlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq\"."},{"id":54,"translation":"Biz: \"İlahlarımız səni bəlaya düçar etmişdir\" deməkdən başqa bir söz deyə bilmərik. (Hud) dedi: “Mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam."},{"id":55,"translation":"Yalnız Ondan (Allahdan) başqa (tapındıqlarınızın hamısından uzağam). Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin."},{"id":56,"translation":"Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir)."},{"id":57,"translation":"Əgər (haqdan) üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edəndir”."},{"id":58,"translation":"Əmrimiz gəldikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları şiddətli bir əzabdan qurtardıq."},{"id":59,"translation":"Bu, Ad qövmüdür! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun elçilərinə asi oldular və hər bir inadcıl təkəbbür sahibinin əmrinə uydular."},{"id":60,"translation":"Onlar həm bu dünyada, həm də Qiyamət günündə lənətə düçar oldular. Bilin ki, Ad qövmü Rəbbinə küfür etdi. Bilin ki, Hudun qövmü Ad (Allahın mərhəmətindən) qovuldu!"},{"id":61,"translation":"Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadətə layiq olan) məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim yaxındır, (dua edənlərin çağırışına) cavab verəndir”."},{"id":62,"translation":"Onlar dedilər: “Ey Saleh! Sən bundan öncə aramızda (böyüyümüz olmağa) ümid edilən bir kimsə idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən?! Doğrusu, biz sənin bizləri dəvət etdiyin (tövhid) barəsində şəkk-şübhə içindəyik”."},{"id":63,"translation":"(Saleh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, (bundan sonra) mən Ona asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız."},{"id":64,"translation":"Ey qövmüm! Allahın (qayadan çıxartdığı) bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab yaxalayar”."},{"id":65,"translation":"Onlar (dəvənin) kəsdilər. (Saleh) dedi: “Yurdunuzda üç gün də kef edin. Bu, yalan olmayan bir vəddir”."},{"id":66,"translation":"Əmrimiz gəldikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə (əzabdan) və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin Qüvvətlidir, Qüdrətlidir."},{"id":67,"translation":"Zülm edənləri isə qorxunc bir səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar (həlak oldular)."},{"id":68,"translation":"Sanki orada heç yaşamamışdılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Səmud qövmü (Allahın mərhəmətindən) qovuldu!"},{"id":69,"translation":"Elçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Salam!”– dedi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi."},{"id":70,"translation":"(İbrahim qonaqların) yeməyə əl vurmadıqlarını gördükdə onların bu hərəkəti onu təəccübləndirdi və canına qorxu düşdü. Onlar dedilər: “Qorxma! Biz Lut qövmünə (onları məhv emək üçün) göndərilmişik”."},{"id":71,"translation":"Onun arvadı (pərdə arxasında) durmuşdu. (Sara) güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yəqubla müjdələdik."},{"id":72,"translation":"(Sara) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda necə doğa bilərəm?! Doğrusu, bu, təəccüblü bir şeydir”."},{"id":73,"translation":"(Mələklər) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üzərinizdədir! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”."},{"id":74,"translation":"İbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə, Lut qövmü barəsində Bizimlə (mələklərimizlə) mücadələ etməyə başladı."},{"id":75,"translation":"Həqiqətən, İbrahim həlim xasiyyətli, (Allaha) çox yalvaran və canını tamamilə Ona təslim etmiş bir zat idi."},{"id":76,"translation":"(Mələklər dedilər:) “Ey İbrahim! Bundan (bu mücadələdən) əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”."},{"id":77,"translation":"Elçilərimiz Lutun yanına gəldikdə, Lut onlara (qonaqlara) görə kədərləndi, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi."},{"id":78,"translation":"Qövmü tələsik onun yanına gəldi. Onlar əvvəllər də pis işlər görürdülər. (Lut) dedi: “Ey qövmüm! Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır (onlarla evlənə bilərsiniz). Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda sizə nəsihət edə biləcək ağıllı bir kimsə yoxdurmu?”"},{"id":79,"translation":"Onlar dedilər: “Sənin qızlarına heç bir ehtiyacımız olmadığını bilirsən. Sən bizim nə istədiyimizi də, çox yaxşı bilirsən”."},{"id":80,"translation":"(Lut) dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”"},{"id":81,"translation":"(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Qoy içinizdən heç kəs dönüb geri baxmasın. Yalnız arvadın müstəsnadır. Onları yaxalayacaq əzab, onu da yaxalayacaqdır. Onların (həlak olmaq) vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!”"},{"id":82,"translation":"Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq."},{"id":83,"translation":"O daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. O (daşlar) zalımlardan uzaq deyildir."},{"id":84,"translation":"Mədyən qövmünə də qardaşları Şueybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadətə layiq olan) məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir (bolluq) içində görürəm. Bununla belə sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram."},{"id":85,"translation":"Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə (tam) riayət edin, insanların haqqını əskiltməyin və yer üzündə fitnə-fəsad yaymaqla pis işlər görməyin!"},{"id":86,"translation":"Əgər möminsinizsə, (bilin ki,) Allahın bəxş etdiyi (nemətlər) sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”."},{"id":87,"translation":"Onlar (istehza) ilə dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?! Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”."},{"id":88,"translation":"O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, (mən ona qarşı asilik edərəmmi)?! Sizə qadağan buyurduğum şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən yalnız bacardığım qədər (sizi) islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyi ilədir. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam."},{"id":89,"translation":"Ey qövmüm! Qoy Mənə qarşı olan düşmənçiliyiniz, Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnlərin eynisini sizin də başınıza gətirməsin. Lut qövmü də sizdən uzaq deyildir”."},{"id":90,"translation":"Rəbbinizdən bağışlanma diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, çox Sevəndir, (həm də Seviləndir)."},{"id":91,"translation":"Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”."},{"id":92,"translation":"O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir ki, siz Onu saymayıb unudursunuz?! Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir."},{"id":93,"translation":"Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. (Əzabı) gözləyin! Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm”."},{"id":94,"translation":"Əmrimiz gəldikdə Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar (həlak oldular)."},{"id":95,"translation":"Sanki onlar orada heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü məhv olduğu kimi, Mədyən qövmü də məhv oldu!"},{"id":96,"translation":"Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə (peyğəmbər) göndərdik –"},{"id":97,"translation":"Firon və onun əyanlarına. Əyanlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru (yol göstərən əmr) deyildi."},{"id":98,"translation":"(Firon) Qiyamət günü öz qövmünün qabağına düşüb onları Oda aparacaq. Gedəcəkləri yer nə pis yerdir!"},{"id":99,"translation":"Onları həm burada (dünyada), həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır!"},{"id":100,"translation":"Bu, (məhv olmuş) məmləkətlərin xəbərlərindəndir ki, onları sənə danışdıq. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi isə yerlə yeksan olmuşdur."},{"id":101,"translation":"Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə, Allahdan başqa tapındıqları bütlər onlara heç bir fayda verə bilmədi. (Əksinə,) onların ancaq ziyanını artırdı."},{"id":102,"translation":"Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun cəzası, həqiqətən də, ağrılı-acılıdır, şiddətlidir."},{"id":103,"translation":"Şübhəsiz ki, bu deyilənlərdə, axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, insanların bir yerə cəm ediləcəyi, həm də, hamının şahid olacağı bir gündür."},{"id":104,"translation":"Biz onu sadəcə müəyyən olunmuş vaxtadək gecikdirmişik."},{"id":105,"translation":"Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. (O gün) onlardan kimisi bədbəxt (Cəhənnəmlik), kimisi də xoşbəxt (Cənnətlik) olacaqdır."},{"id":106,"translation":"Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada zarıyacaq və bağıracaqlar."},{"id":107,"translation":"Rəbbinin istədiyi (kimsələr) müstəsna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir."},{"id":108,"translation":"Xoşbəxt olanlara gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi (kimsələr) müstəsna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir bəxşişdir."},{"id":109,"translation":"Onların ibadət etdikləri (bütlərin) batil olmasına şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi (kor-koranə) ibadət edirlər. Şübhəsiz ki, Biz onların nəsibini əskiltmədən tam verəcəyik."},{"id":110,"translation":"Biz Musaya Kitab (Tövrat) verdik, lakin onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbin tərəfindən əzəldən yazılmış bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar (Quran) barəsində də şəkk-şübhə içindədirlər."},{"id":111,"translation":"Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, (Allah) onların nə etdiklərindən xəbərdardır."},{"id":112,"translation":"(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi doğru yolda ol. Səninlə birlikdə tövbə edənlər də doğru yolda olsunlar. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür."},{"id":113,"translation":"Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də edilməz."},{"id":114,"translation":"Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında doğru-düzgün namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri yuyub aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır."},{"id":115,"translation":"Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını zay etməz."},{"id":116,"translation":"Kaş ki sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular."},{"id":117,"translation":"Məmləkətlərin əhalisi islah edən kimsələr olduğu halda, Rəbbin onları haqsız yerə məhv etməz."},{"id":118,"translation":"Əgər Rəbbin istəsəydi, insanları (eyni dində olan) vahid bir ümmət edərdi. Onlar isə hələ də ixtilafdadırlar."},{"id":119,"translation":"Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. (Allah) onları bunun üçün (bu ixtilafla imtahan etmək üçün) yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” sözü tamamilə yerinə yetdi."},{"id":120,"translation":"Peyğəmbərlərin xəbərlərindən, qəlbini möhkəmləndirəcək hər bir xəbəri sənə söylədik. Bunda (bu surədə) sənə haqq, möminlərə də öyüd-nəsihət və xatırlatma gəlmişdir."},{"id":121,"translation":"İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik."},{"id":122,"translation":"(Axırını) gözləyin! Biz də gözləyirik”."},{"id":123,"translation":"Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin sizin etdiklərinizdən qafil deyildir."}]},{"id":12,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir."},{"id":2,"translation":"Biz onu, anlayasınız deyə, ərəbcə bir Quran olaraq nazil etdik."},{"id":3,"translation":"Biz bu Quranı sənə vəhy etməklə, sənə ən gözəl hekayəti danışırıq. Halbuki, daha öncə sən bundan xəbərsiz idin."},{"id":4,"translation":"Bir zaman Yusif atasına: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə səcdə etdiyini gördüm”– demişdir."},{"id":5,"translation":"(Yəqub) dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa onlar sənə qarşı hiylə qurarlar. Çünki şeytan insanın açıq-aydın düşmənidir."},{"id":6,"translation":"Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan öncə ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yəqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir”."},{"id":7,"translation":"Yusif və onun qardaşlarının hekayətində (bu haqda) soruşanlar üçün ibrətlər vardır."},{"id":8,"translation":"Bir vaxt (Yusifin qardaşları) belə demişdilər: “Biz (güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (doğma) qardaşı (Binyamin) atamıza bizdən daha sevimlidir. Həqiqətən atamız açıq- aşkar yanlışlıq içindədir”."},{"id":9,"translation":"(Aralarından biri dedi:) “Yusifi ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”."},{"id":10,"translation":"Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər (ona qarşı) nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”."},{"id":11,"translation":"Onlar dedilər: “Atacan! Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir istəyirik."},{"id":12,"translation":"Sabah onu bizimlə (gəzməyə) göndər, bir qədər əylənib oynasın. Biz onu mütləq qoruyacağıq!”"},{"id":13,"translation":"(Yəqub) dedi: “Doğrusu onu aparmağınız məni kədərləndirər. Siz ondan xəbərsiz ikən onu canavar yeməsindən qorxuram”."},{"id":14,"translation":"Onlar: “Biz (güclü) bir dəstə olduğumuz halda canavar onu yesə, onda biz ziyana uğrayarıq”– deyə cavab verdilər."},{"id":15,"translation":"(Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”– deyə vəhy etdik."},{"id":16,"translation":"Onlar axşamüstü (yalandan) ağlayaraq atalarının yanına gəlib,"},{"id":17,"translation":"dedilər: “Atacan! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Bir də xəbər tutduq ki, canavar onu yeyib. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”."},{"id":18,"translation":"(Qardaşları) onun köynəyinə yalandan qan ləkəsi sürtüb gətirmişdilər. (Yəqub) dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”."},{"id":19,"translation":"(Nəhayət, quyunun yaxınlığına) bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, su qabını (quyuya) saldı və: “Müjdə! Burada bir oğlan uşağı var!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi."},{"id":20,"translation":"Onlar onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar, onu çox dəyərləndirmədilər."},{"id":21,"translation":"Onu satın alan misirli öz zövcəsinə dedi: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”. Beləliklə, Yusifi o yerdə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların əksəriyyəti (bunu) bilməz!"},{"id":22,"translation":"(Yusif) yetkin çağına çatdıqda, Biz ona hökm (peyğəmbərlik) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq."},{"id":23,"translation":"Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Haydı gəlsənə!”– dedi. O isə: “Allaha sığınıram! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi."},{"id":24,"translation":"(Qadın) ona meyl etmişdi. Əgər (Yusif) Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır."},{"id":25,"translation":"Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”"},{"id":26,"translation":"(Yusif) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır."},{"id":27,"translation":"Əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır”."},{"id":28,"translation":"(Qadının əri) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu, siz qadınların hiyləsidir. Həqiqətən də, sizin hiyləniz böyükdür."},{"id":29,"translation":"Yusif, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də (ey arvad,) günahına görə bağışlanma dilə. Çünki sən, günahkarlardansan”."},{"id":30,"translation":"Şəhərdəki qadınlar: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”– dedilər."},{"id":31,"translation":"Qadın onların hiyləsindən xəbər tutduqda məclis qurub onları (qonaqlığa) dəvət etdi, onlar üçün mütəkkələr hazırladı, (sonra da) onların hər birinə bir bıçaq verdi və (Yusifə): “Onların qarşısına çıx!”– dedi. Qadınlar Yusifi gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və: “Allah qorusun! Bu ki, bəşər deyil. Bu, ancaq hörmətə layiq bir mələkdir!”– dedilər."},{"id":32,"translation":"(Qadın) dedi: “Barəsində məni qınadığınız (oğlan) bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”."},{"id":33,"translation":"(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha sevimlidir. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyl edər və cahillərdən olaram”."},{"id":34,"translation":"Rəbbi onun duasını qəbul etdi və qadınların hiyləsini ondan uzaqlaşdırdı. Həqiqətən, O, Eşidəndir, Biləndir."},{"id":35,"translation":"(Bu qədər) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər."},{"id":36,"translation":"Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən (yuxuda) gördüm ki, (üzümdən) şərab sıxıram.” Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan (dimdikləyib) yeyir. Bunun yozumunu bizə bildir. Həqiqətən, biz səni yaxşı adam hesab edirik”."},{"id":37,"translation":"O dedi: “Sizə veriləcək yemək gəlməzdən öncə mən bu yuxunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən və axirəti inkar edən bir qövmün dinini tərk etdim."},{"id":38,"translation":"Mən atalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və (bütün) insanlara olan lütfüdür, lakin insanların əksəriyyəti şükür etməz."},{"id":39,"translation":"Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı ilahlar yaxşıdır, yoxsa Tək olan, (hər şeyə) Qalib gələn Allah?"},{"id":40,"translation":"Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın qoyduğu adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O sizə yalnız Ona ibadət etmənizi əmr etmişdir. Doğru din budur, lakin insanların çoxu (bunu) bilməz."},{"id":41,"translation":"Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz (yenə) öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz işə qabaqcadan hökm verilmişdir”."},{"id":42,"translation":"(Yusif) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!”. Lakin şeytan ona (Yusifi) ağasının yadına salmağı unutdurdu və o (Yusif) zindanda bir neçə il də qaldı."},{"id":43,"translation":"Hökmdar dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu (yaşıl sünbüllərin quru sünbüllərə sarıldığını) gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”."},{"id":44,"translation":"(Əyanlar) dedilər: “(Bu,) qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”."},{"id":45,"translation":"(Zindandakı) iki nəfərdən qurtulanı, bir müddət sonra (Yusifi) xatırlaıb dedi: “Mən sizə onun yozumunu bildirərəm. Bircə məni (Yusifin yanına) göndərin!”."},{"id":46,"translation":"(O, zindana gəlib dedi:) “Ey Yusif! Ey düz danışan insan! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru (sünbüllər) barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına (dorğu xəbərlə) qayıdım və bəlkə onlar da (bu yuxunun yozumunu) bilsinlər”."},{"id":47,"translation":"(Yusif) dedi: “Yeddi il gücünüz yetdiyi qədər qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az miqdar müstəsna olmaqla, sünbüldə saxlayın."},{"id":48,"translation":"Sonra bunun ardınca yeddi ağır il (quraqlıq illəri) gələcək. (O zaman toxumluq) saxlayacağınız az miqdar müstəsna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyərsiniz."},{"id":49,"translation":"Bunun ardınca da elə bir il gələcək ki, o zaman insanlara bol yağış nazil olacaq və onlar (zeytun, üzüm və s. meyvə şirəsi) sıxacaqlar”."},{"id":50,"translation":"Hökmdar (bu yozumu eşitdikdə,) dedi: “Onu yanıma gətirin!”. (Hökmdarın göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə (Yusif) dedi: “Ağanın yanına qayıt və soruş ki, əllərini kəsən qadınların məqsədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini biləndir”."},{"id":51,"translation":"(Hökmdar qadınları çağırtdırıb) dedi: “Yusifi yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır."},{"id":52,"translation":"Bu etiraf ona görədir ki, ərim yanımda olmadıqda ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin."},{"id":53,"translation":"Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kəs müstəsna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir”."},{"id":54,"translation":"Hökmdar dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın (adam) edəcəyəm”. (Hökmdar) onunla söhbət etdikdən sonra: “Sən (artıq) bu gün yanımızda yüksək məqam sahibi və etibarlı bir adamsan”– dedi."},{"id":55,"translation":"(Yusif) dedi: “Məni bu diyarın (Misirin) xəzinələrinə məmur təyin et. Çünki mən qoruyanam, (bu işi) bilənəm”."},{"id":56,"translation":"Beləliklə, Yusifi o diyarda hökmran etdik. O, (Misirdə) istədiyi yerdə qala bilirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər və yaxşı iş görənlərin mükafatını puç etmərik."},{"id":57,"translation":"İman gətirənlər və (Allahdan qorxub) pis əməllərdən çəkinənlər üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir."},{"id":58,"translation":"Yusifin qardaşları (Misirə) gəlib onun yanına daxil oldular. (Yusif) onları tanıdı, lakin onlar onu (Yusifi) tanımadılar."},{"id":59,"translation":"(Yusif) onların ərzaq yüklərini hazırlayıb, dedi: “Atabir qardaşınızı yanıma gətirin! Məgər mənim ölçüyə tam riayət etdiyimi və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!"},{"id":60,"translation":"Əgər onu yanıma gətirməsəniz, məndən (bir qab belə) ərzaq gözləməyin və özünüz də mənə yaxınlaşmayın”."},{"id":61,"translation":"Onlar dedilər: “Ondan ötrü atasını razı salmağa çalışarıq və əlbəttə ki, (bunu) edərik”."},{"id":62,"translation":"(Yusif) öz xidmətçilərinə dedi: “Onların (taxıl əvəzinə) ödədikləri mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə bunu başa düşsünlər və ola bilsin ki, (yenidən yanımıza) qayıtsınlar”."},{"id":63,"translation":"Onlar atalarının yanına qayıtdıqda dedilər: “Atacan! Bizə ərzaq verilməsi qadağan edildi. (Yenə) ölçüb (taxıl) almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Biz, əlbəttə, onu qoruyacağıq”."},{"id":64,"translation":"(Yəqub) dedi: “Daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi?! Allah ən yaxşı qoruyandır və O, rəhmlilərin ən rəhmlisidir”."},{"id":65,"translation":"Onlar yüklərini açdıqda, verdikləri mallarının özlərinə qaytarıldığını görüb dedilər: “Atacan! Daha nə istəyirik? Budur, malımız özümüzə qaytarılıb. Biz (qardaşımızı özümüzlə aparsaq,) ailəmizi yenə ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü artıq (ərzaq) alarıq. Bu gətirdiyimiz isə az miqdarda ərzaqdır”."},{"id":66,"translation":"(Yəqub) dedi: “Başınıza bir müsibət gəlib çarəsiz qalmanız müstəsna olmaqla, (Bin Yamini) yanıma gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm”. Onlar and içib söz verdikdə, (Yəqub) dedi: “Allah söylədiklərimizə şahiddir”."},{"id":67,"translation":"(Yəqub) dedi: “Ey Oğullarım! (Misirə) bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin (sizə zərər toxunmasın). (Bununla belə,) mən Allahın sizin əleyhinizə yazdığı heç bir şeyi dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər”."},{"id":68,"translation":"(Yusifin qardaşları) atalarının onlara əmr etdiyi kimi, (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda, (bu,) Allahın yazdığı qədəri onlardan dəf edə bilmədi. (Bu,) sadəcə Yəqubun ürəyindəki bir istək idi ki, bunu onlara bildirdi. Şübhəsiz ki, Biz (Yəqubu) öyrətmişdik deyə, o, elm sahibi idi. Lakin insanların əksəriyyəti (Bizim seçdiyimiz kəslərə vəhy yolu ilə elm öyrətdiyimizi) bilməz."},{"id":69,"translation":"Onlar Yusifin yanına daxil olduqda, o, qardaşı (Bin Yamini) bağrına basaraq: “Mən sənin qardaşınam. Onların etdiyi (pis) əməllərə görə kədərlənmə”– dedi."},{"id":70,"translation":"(Yusif) onların yüklərini hazırladarkən, qardaşının yükünün içinə bir piyalə qoydu. (Karvan yola düşdükdən) sonra bir carçı (onları) haraylayıb: “Ey karvan əhli! Siz, həqiqətən də, oğrusunuz!”– dedi."},{"id":71,"translation":"(Qardaşlar) onlara tərəf dönüb: “Nə itirmisiniz?”– deyə soruşdular."},{"id":72,"translation":"Onlar dedilər: “Hökmdarın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək”. (Carçı:) “Mən buna zaminəm!”– dedi."},{"id":73,"translation":"Onlar dedilər: “Allaha and olsun! Siz bizim bu yerlərə fitnə-fəsad törətmək üçün gəlmədiyimizi bilirsiniz. Biz oğru da deyilik”."},{"id":74,"translation":"Onlar dedilər: “Əgər yalan desəniz, o halda (su qabını götürən kimsənin) cəzası nədir?”"},{"id":75,"translation":"(Qardaşlar) dedilər: “Onun cəzası (itmiş piyalə) yükündə tapılan kimsənin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”."},{"id":76,"translation":"(Yusif doğma) qardaşının yükündən əvvəl onların yüklərini (axtarmağa) başladı, sonra da piyaləni qardaşının yükündən tapıb çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Allahın istəyi olmasaydı, hökmdarın qanunlarına görə, o, qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz istədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Hər bir bilik sahibindən də daha üstün bir bilən vardır."},{"id":77,"translation":"Onlar dedilər: “Əgər (piyaləni) o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusif bunu öz ürəyində saxlayıb onlara söyləmədi və (öz-özünə): “Siz (Allah yanında) daha pis mövqedəsiniz. Allah sizin nə vəsf etdiyinizi (Yusifi oğurluqda ittiham etmənizi) çox yaxşı bilir”– dedi."},{"id":78,"translation":"(Qardaşlar) dedilər: “Ey hökmdar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Biz sənin yaxşı bir insan olduğunu güman edirik”."},{"id":79,"translation":"(Yusif) dedi: “Malımızı xurcununda tapdığımız kimsədən başqasını tutub saxlamaqdan Allaha sığınıram. Yoxsa, biz zülm etmiş olarıq”."},{"id":80,"translation":"Ondan (Bin Yamindən) ümidlərini kəsdikdə, məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusifə qarşı haqsızlıq etməyiniz yadınızdadırmı? Atam mənə (geri dönməyə) izin verməyincə və ya Allah mənə aid hökm verməyincə, mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır."},{"id":81,"translation":"(Böyük qardaşları belə dedi:) Atanızın yanına qayıdın və deyin: “Atacan! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə (Hökmdarın piyaləsinin Bin Yaminin xurcunundan çıxdığına) şahidlik etdik. Biz qeybi bilmirdik."},{"id":82,"translation":"Olduğumuz məmləkətdən (Misir əhalisindən) və birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışırıq”."},{"id":83,"translation":"(Yəqub) dedi: “Xeyr, sizin nəfsiniz sizi bu işə sövq edib. Mənə isə gözəl səbir gərəkdir. Ola bilsin ki, Allah onların (Yusifi, Bin Yamini və böyük qardaşlarını) hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Hikmət sahibidir”."},{"id":84,"translation":"(Yəqub) onlardan üz döndərdi və: “Heyif Yusifdən!”– dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı."},{"id":85,"translation":"(Övladları ona) dedilər: “Allaha and olsun ki, sən Yusifi tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən”."},{"id":86,"translation":"(Yəqub) dedi: “Mən dərd-qəmimi yalnız Allaha ərz edirəm və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizi (Yusifin yuxusunun doğru çıxacağını) bilirəm."},{"id":87,"translation":"Ey Oğullarım! Gedin, Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi üzməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidlərini üzərlər”."},{"id":88,"translation":"Onlar (Misirə gəlib Yusifin) hüzuruna daxil olduqda dedilər: “Ey hökmdar! Bizə və ailəmizə müsibət üz vermişdir. Bir az dəyərsiz mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam et və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”."},{"id":89,"translation":"(Yusif) dedi: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi?”"},{"id":90,"translation":"Onlar dedilər: “Yoxsa sən Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub (pis əməllərdən çəkinsə) və səbir etsə, (bilsin ki,) Allah yaxşı iş görənlərin mükafatını puç etməz”."},{"id":91,"translation":"Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün etdi. Biz isə (sənə olan münasibətdə, əlbəttə,) günah etmişik”."},{"id":92,"translation":"(Yusif) dedi: “Bu gün sizə heç bir qınaq yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir."},{"id":93,"translation":"Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün ailənizlə birlikdə yanıma gəlin”."},{"id":94,"translation":"Karvan (Misir torpağından) ayrılıb geri qayıtdıqda, ataları (yanındakı övladlarına) dedi: “Mən, Yusifin qoxusunu hiss edirəm. Kaş ki məni ağılsız saymayaydınız”."},{"id":95,"translation":"Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də köhnə yanlışlığın içindəsən”."},{"id":96,"translation":"Müjdəçi gəlib köynəyi (Yəqubun) üzünə atan kimi onun gözləri açıldı və o dedi: “Məgər mən sizə, Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm deməmişdimmi?!”"},{"id":97,"translation":"Onlar dedilər: “Atacan! (Allahdan) bizim günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günah iş görmüşük”."},{"id":98,"translation":"(Yəqub) dedi: “Mən Rəbbimdən sizin üçün sonra bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”."},{"id":99,"translation":"Onlar Yusifin hüzuruna daxil olduqda, o, ata-anasını bağrına basıb dedi: “Allahın istəyi ilə, əmin-amanlıq içində Misirə daxil olun!”"},{"id":100,"translation":"O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı hörmət əlaməti olaraq) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəyə çevirdi. O mənə lütf etdi. (Belə ki,) məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Hikmət sahibidir”."},{"id":101,"translation":"(Sonra Yusif dua edib dedi:) “Ey Rəbbim! Sən mənə mülk bəxş etdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman olduğum halda al və məni əməlisalehlərə qovuşdur”."},{"id":102,"translation":"(Ey Peyğəmbər!) Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifə qarşı) hiylə qurub, əlbir iş gördükləri zaman sən onların yanında deyildin."},{"id":103,"translation":"Sən nə qədər həris olsanda, insanların əksəriyyəti iman gətirən deyildir."},{"id":104,"translation":"Sən ki bunun (İslama dəvətin) əvəzində onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir."},{"id":105,"translation":"Göylərdə və yerdə (Allahın tək ilah olduğunu sübut edən) neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər."},{"id":106,"translation":"Onların əksəriyyəti Allaha ancaq şərik qoşaraq inanırlar."},{"id":107,"translation":"Məgər onlar (müşriklər) Allahın (hər şeyi) bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən (Qiyamət) saatının onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?!"},{"id":108,"translation":"De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, bəsirət (elm və yəqinlik) üzərində, insanları Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”."},{"id":109,"translation":"(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən (peyğəmbər) göndərdik. Məgər (müşriklər) yer üzündə gəzib-dolaşıb, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Şübhəsiz ki, Axirət yurdu (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün daha xeyirlidir. Məgər anlamırsınız?!"},{"id":110,"translation":"Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərnin yalançı sayıldıqlarını yəqin etdikdə, köməyimiz onlara yetişdi və dilədiyimiz kimsələr də (peyğəmbərlər və onlara iman gətirənlər) nicat tapdı. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz."},{"id":111,"translation":"Onların hekayələrində ağıl sahibləri üçün ibrətlər vardır. (Bu Quran) uydurma bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət və mərhəmətdir."}]},{"id":13,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən haqdır, lakin insanların çoxu (ona) inanmaz."},{"id":2,"translation":"Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşin üzərində ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (müfəssəl) izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız."},{"id":3,"translation":"Yer üzünü yayıb genişləndirən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda düşünən bir qövm üçün dəlillər vardır."},{"id":4,"translation":"Yer üzündə, hamısı eyni su ilə suvarılan, bir-birinə yaxın (müxtəlif münbit) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən bir qövm üçün dəlillər var."},{"id":5,"translation":"(Ey Peyğəmbər! Əgər kafirlərə) təəccüblənirsənsə, onların: “Məgər biz torpaq olduqdan sonra yenidən yaradılacağıqmı?!” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar."},{"id":6,"translation":"(Müşriklər) səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl (neçə-neçə) ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə rəğmən (tövbə edənləri) bağışlayandır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir."},{"id":7,"translation":"Kafir olanlar: “Niyə Rəbbindən ona bir ayət endirilməyib?”– deyirlər. Sən ancaq (Allahın əzabı ilə) qorxudansan. Hər qövmün (doğru yol göstərən) bir rəhbəri vardır."},{"id":8,"translation":"Hər bir dişinin (bətnində) nə daşıdığını (oğlan yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü var."},{"id":9,"translation":"(Allah) qeybi və aşkarı biləndir, Böyükdür, Ucadır."},{"id":10,"translation":"Aranızdan sözü gizlədən də, onu açıq deyən də, gecə gizlənən də, gündüz gəzib dolanan da (Allah üçün) eynidir."},{"id":11,"translation":"Onu (insanı) həm önündən, həm də arxasından təqib edən mələklər vardır. Onlar Allahın əmri ilə onu qoruyurlar. Bir qövm özünü dəyişmədikcə, Allah da onları dəyişməz. Əgər Allah hər hansı bir qövmə pislik istəsə, onun qarşısını heç nə ala bilməz. Onların Allahdan başqa hamisi yoxdur."},{"id":12,"translation":"(İldırımdan) qorxasınız və (yağışın yağmasına) ümid bəsləyəsiniz deyə, sizə şimşək göstərən və (yağışla dolu) ağır buludları var edən Odur."},{"id":13,"translation":"Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan (təriflər deyirlər). (Allah) ildırımlar göndərib istədiyini vurur. (Kafirlər) Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir."},{"id":14,"translation":"Haqq olan dua yalnız Ona (Allaha) olan duadır. (Müşriklərin) Ondan başqa dua etdikləri (bütlər) isə, onlara heç bir şeylə cavab verə bilməzlər. Onlar, ağzına (su) çatsın deyə, (uzaqdan) iki ovcunu suya tərəf açan, amma su (onun) ağzına çatmayan kimsəyə bənzəyirlər. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir."},{"id":15,"translation":"Göylərdə və yerdə olanların özləri də, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edərlər."},{"id":16,"translation":"(Ey Peyğəmbər!) De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verə bilənlərimi özünüzə dost tutursunuz?!” De: “Heç korla görən eyni ola bilərmi?! Yaxud zülmətlə nur eyni ola bilərmi?!” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər qəbul etdilər və (bu) yaradılış onlara bənzər göründü?! De: “Hər şeyin xaliqi Allahdır. O, Vahiddir, (hər şeyə) Qalib gələndir”."},{"id":17,"translation":"(Allah) göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış köpüyü götürüb aparır. Bəzək şeyləri və ya (başqa) əşyalar düzəltmək üçün (insanların) odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Allah belə misallar çəkir!"},{"id":18,"translation":"Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. (Rəbbinin) dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan (var-dövlətin) hamısı, üstəlik bir o qədəri də onların olsaydı, (əzabdan qurtarmaq üçün) onu mütləq fidyə verərdilər. Onları dəhşətli bir haqq-hesab gözləyir. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis yerdir!"},{"id":19,"translation":"Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, korla eyni ola bilərmi?! (Bundan) ancaq ağıl sahibləri ibrət alarlar."},{"id":20,"translation":"O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar."},{"id":21,"translation":"O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), (üstəlik,) həm Rəbbindən, həm də pis haqq-hesabdan qorxurlar."},{"id":22,"translation":"O kəslər ki, Rəbbinin üzünü diləyərək (Onun rizasını qazanmaq üçün) səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –"},{"id":23,"translation":"özlərinin, əməlisaleh atalarının, zövcələrinin və övladlarının daxil olacaqları Ədn cənnətləri hazırlanmışdır. Mələklər (Cənnətdəki) hər bir qapıdan onların yanına daxil olub (deyəcəklər):"},{"id":24,"translation":"“(Dünyadakı çətinliklərə) səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu necə də gözəldir!”"},{"id":25,"translation":"Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədən kimsələrə gəlincə, onlar lənətə düçar olacaqlar. Onlar üçün pis yurd vardır."},{"id":26,"translation":"Allah istədiyi kimsənin ruzisini bol edər, (istədiyinin) də azaldar. (Kafirlər) dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür."},{"id":27,"translation":"Kafirlər deyirlər: “Kaş ki ona Rəbbindən bir ayət endiriləydi?” De: “Allah istədiyini azdırar. Tövbə edib Ona tərəf yönələn kimsəni isə doğru yola yönəldər”."},{"id":28,"translation":"Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar."},{"id":29,"translation":"İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri vardır."},{"id":30,"translation":"Biz, əvvəlki ümmətlərə peyğəmbərlər göndərdiyimiz kimi, səni də bir ümmətə peyğəmbər göndərdik ki, onlar Rəhmanı inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Quranı) onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”."},{"id":31,"translation":"Əgər Quranın sayəsində dağlar hərəkətə gətirilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışsaydı (onlar yenə iman gətirməzdilər). Lakin bütün işlər Allahın ixtiyarındadır. İman gətirənlər hələ bilmirlər ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi?! Kafirlərə gəldikdə, Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə onlara müsibət üz verməkdə davam edəcək, yaxud onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz."},{"id":32,"translation":"(Ey Peyğəmbər!) Səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. (Görəydin onları) cəzalandırmağım necə oldu!"},{"id":33,"translation":"Hər kəsin qazandığına nəzarət edən Allah, buna qadir olmayan bütlər kimidirmi?! (Buna rəğmən müşriklər) Allaha şəriklər qoşurlar. De: “Onların adlarını deyin görək! Yoxsa siz (Allaha) yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözləri xəbər verirsiniz?!” Xeyr, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar haqq yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz."},{"id":34,"translation":"Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan (Allahın əzabından) qoruyan olmaz."},{"id":35,"translation":"Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; (ağacları və qəsrləri) altından çaylar axar və onun meyvələri daimidir, kölgəsi də. Bu müttəqilərin aqibətidir. Kafirlərin aqibəti isə Oddur."},{"id":36,"translation":"Kitab verdiyimiz kəslər sənə nazil edilən (Qurana) sevinirlər. Kitab əhlindən elə firqələr də var ki, onun (Quranın) bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və mənim axır dönüşüm də yalnız Onadır!”"},{"id":37,"translation":"Beləliklə, biz onu (Quranı) ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan (Allahın əzabından) nə bir himayə edən, nə də bir qoruyan olar."},{"id":38,"translation":"Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir ayət gətirə bilməz. Hər zamanın bir kitabı var."},{"id":39,"translation":"Allah (o kitabdan) istədiyini silər, istədiyini də sabit saxlayar. Kitabın anası (lövhü-məhfuz) isə Onun yanındadır."},{"id":40,"translation":"Biz onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də, (bundan öncə) səni öldürsək də, (bil ki,) sənin öhdənə düşən yalnız təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir."},{"id":41,"translation":"Məgər (kafirlər) Bizim, yer üzünə gəlib onu (bəzi) tərəflərindən əksiltdiyimizi (müsəlmanların fəthi və İslamın yayılması ilə kafirlərin torpaqlarını müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi?! Allah (istədiyi kimi) hökm verir. Heç kəs Onun hökmünü ləğv edə bilməz. O (Allah) tez haqq-hesab çəkəndir."},{"id":42,"translation":"Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələrin cəzası Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər."},{"id":43,"translation":"Kafirlər deyirlər: “Sən göndərilmiş peyğəmbər deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və Kitabı bilən kimsənin şahid olması yetər”."}]},{"id":14,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə zülmətlərdən nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır."},{"id":2,"translation":"O Allah ki, göylərdə və yerdə nə varsa, Onundur. Düçar olacaqları şiddətli əzabdan dolayı vay kafirlərin halına!"},{"id":3,"translation":"O kəslər ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan azdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər."},{"id":4,"translation":"Biz hər bir peyğəmbəri ancaq öz qövmünün dilində (danışan) göndərdik ki, (haqqı) onlara bəyan etsin. Allah istədiyini (haqq yoldan) azdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":5,"translation":"Biz Musanı ayətlərimizlə göndərib (ona): “Qövmünü zülmətdən nura çıxart və onlara Allahın günlərini xatırlat”– dedik. Sözsüz ki, bunda, çox səbir və şükür edənlər üçün dəlillər vardır."},{"id":6,"translation":"Bir zaman Musa öz qövmünə demişdi: “Allahın sizə verdiyi neməti xatırlayın. O, sizi Firon əhlindən xilas etdi. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir imtahan var idi”."},{"id":7,"translation":"Rəbbiniz (belə) bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”."},{"id":8,"translation":"Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı küfr etsəniz, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Allah, həqiqətən də, zəngindir, tərifəlayiqdir”."},{"id":9,"translation":"Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının, habelə, onlardan sonra gəlib-getmiş kimsələrin xəbərləri sizə gəlib çatmadımı? Onlar haqqında Allahdan başqa heç kəs bilmir. Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Onlar isə (peyğəmbərlərin onlara gətirdiklərinə qəzəblənərək) əllərini ağızlarının üstünə qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz (din) barəsində şübhə doğuran şəkk içindəyik!”– demişdilər."},{"id":10,"translation":"Peyğəmbərləri (onlara) dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər (sizə ölüm gələnədək) möhlət vermək üçün sizi (imana) çağırır”. Onlar dedilər: “Siz də bizim kimi bir bəşərsiniz. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”."},{"id":11,"translation":"Peyğəmbərləri (onlara) dedilər: “Biz də sizin kimi bir bəşərik. Lakin Allah Öz qullarından istədiyinə lütf edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər."},{"id":12,"translation":"Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək?! Sizin bizə verdiyiniz əziyyətlərə, əlbəttə ki, dözəcəyik. Qoy təvəkkül edənlər yalnız Allaha təvəkkül etsinlər”."},{"id":13,"translation":"Kafirlər peyğəmbərlərinə dedilər: “Sizi ya öz torpağımızdan çıxaracağıq, ya da mütləq bizim dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!"},{"id":14,"translation":"Onlardan sonra da o yerdə sizi sakin edəcəyik. Bu, həm hüzurumda durmaqdan, həm də təhdidimdən qorxan kimsələr üçündür”."},{"id":15,"translation":"Peyğəmbərlər (Allahdan) yardım istədilər. Hər bir inadkar dikbaş isə ziyana uğradı."},{"id":16,"translation":"Qarşıda isə onu gözləyən Cəhənnəm vardır. (Orada) ona irinli su içirdiləcəkdir."},{"id":17,"translation":"O, bu irinli suyu qurtum-qurtum içəcək, amma onu zorla udacaqdır. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da şiddətli bir əzab gələcəkdir!"},{"id":18,"translation":"Rəbbinə küfür edənlərin (dünyadakı yaxşı) əməllərinin məsəli, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur."},{"id":19,"translation":"(Ey insan!) Allahın göyləri və yeri haqq ilə yaratdığını görmürsənmi?! Əgər Allah istəsə, sizi yox edib (yerinizə) yeni məxluq (başqa insanlar) gətirər."},{"id":20,"translation":"Bu, Allah üçün çətin deyildir."},{"id":21,"translation":"(Qiyamət günü) hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) zarısaq da, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”."},{"id":22,"translation":"İş bitdikdə (Cənnət əhli Cənnətə, cəhənnəm əhli də Cəhənnəmə daxil olduqda) şeytan (günahkarlara) deyəcək: “Həqiqətən, Allah sizə (Cəhənnəmə düşəcəyiniz barədə) gerçək vəd vermişdi. Mən də sizə, (kömək edəcəyimə dair) vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (günah işlərə) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Şübhəsiz ki, mən dünyada da sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir."},{"id":23,"translation":"İman gətirib saleh əməllər edənlər isə (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil ediləcək və Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada qarşılaşarkən (bir-birinə) deyəcəkləri söz: “Salam!” olacaqdır."},{"id":24,"translation":"Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir."},{"id":25,"translation":"O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman (ilin qış və yay fəsilndən aslı olmayaraq) verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar."},{"id":26,"translation":"Pis söz (küfür sözü) isə yerdən qoparılmış, kökü olmayan pis bir ağaca bənzəyir."},{"id":27,"translation":"Allah iman gətirənləri həm dünya həyatında, həm də axirətdə möhkəm sözlə (şəhadət kəlməsi ilə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) azdırar. Allah istədiyini edər."},{"id":28,"translation":"Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz qövmünü həlak yurduna sürükləyənləri görmürsənmi?"},{"id":29,"translation":"Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis qərar tutulacaq yerdir."},{"id":30,"translation":"Onlar (insanları) Allah yolundan azdırmaq üçün (bütləri) Ona tay tutdular. De: “(Hələ ki) əylənin! Şübhəsiz ki, dönüşünüz Odadır”."},{"id":31,"translation":"İman gətirən qullarıma de ki, (doğru-düzgün) namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən öncə onlara verdiyimiz ruzidən (Allah yolunda) gizli və aşkar xərcləsinlər."},{"id":32,"translation":"Göyləri və yeri yaradan, göydən su endirib onunla sizin üçün (növbənöv) meyvələrdən ruzi yetişdirən, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verən və çayları sizə ram edən Allahdır."},{"id":33,"translation":"Daim seyr edən günəşi və ayı sizə tabe edən, gecəni və gündüzü sizə ram edən də Odur."},{"id":34,"translation":"O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur."},{"id":35,"translation":"Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!"},{"id":36,"translation":"Ey Rəbbim! Həqiqətən də, o bütlər insanlardan bir çoxunu azdırdılar. Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə,) Sən bağışlayansan, rəhmlisən."},{"id":37,"translation":"Ey Rəbbimiz! Mən zürriyyətimdən bəzisini Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, heç bir bitki olmayan bir vadidə yerləşdirdim. Ey Rəbbimiz! Onlar (doğru-düzgün) namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) meyvələrindən ruzi ver ki, bəlkə şükür etsinlər."},{"id":38,"translation":"Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz."},{"id":39,"translation":"Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir."},{"id":40,"translation":"Ey Rəbbim! Məni də, zürriyyətimdən olanları da, (doğru-düzgün) namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!"},{"id":41,"translation":"Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!”"},{"id":42,"translation":"Zalımların etdikləri əməllərdən Allahı əsla xəbərsiz sanma. Allah onların cəzasını gözlərin bərələ qalacağı günə saxlamışdır."},{"id":43,"translation":"(O gün) onlar başlarını yuxarı qaldıraraq (carçıya doğru) tələsəcək, gözlərini qırpa bilməyəcək və qəlbləri də bomboş olacaq (qorxudan bütün başqa duyğulardan xali olacaq)."},{"id":44,"translation":"İnsanları, onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və peyğəmbərlərə tabe olaq”. (Onlara belə deyiləcək:) “Məgər əvvəllər siz dünyadan köçməyəcəyiniz barədə and içməmişdiniz?!"},{"id":45,"translation":"Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə agah oldu və (anlayasınız deyə) sizə (ibrətamiz) misallar da çəkdik”."},{"id":46,"translation":"(Zalımlar) öz hiylələrini qurdular. Halbuki onların hiyləsi Allaha bəllidir. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir."},{"id":47,"translation":"Allahın əsla Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah qüdrətlidir, intiqam almağa qadirdir."},{"id":48,"translation":"O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar."},{"id":49,"translation":"O gün günahkarları zəncirlənmiş görəcəksən."},{"id":50,"translation":"Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcək."},{"id":51,"translation":"Allah hər kəsə (dünyada) etdiyi əməllərin əvəzini vermək üçün belə edəcəkdir. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir."},{"id":52,"translation":"Bu (Quran) insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar."}]},{"id":15,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir."},{"id":2,"translation":"Kafirlər “Kaş ki müsəlman olsaydıq”– deyə arzu edəcəklər."},{"id":3,"translation":"Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar başlarını qatsın. (Onlar ziyana uğradıqlarını) tezliklə biləcəklər."},{"id":4,"translation":"Həlak etdiyimiz hər bir məmləkətin məlum bir yazısı olmuşdur (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdir)."},{"id":5,"translation":"Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər."},{"id":6,"translation":"(Müşriklər Peyğəmbərə) dedilər: “Ey özünə Zikr (Quran) nazil edilən kəs! Doğrudan da, sən dəlisən."},{"id":7,"translation":"Əgər doğru danışanlardansansa, nəyə görə bizə (dediyinə şahidlik edə bilən) mələkləri gətirmirsən?!”"},{"id":8,"translation":"Biz mələkləri yalnız haqq (əzab) ilə endiririk. O zaman kafirlərə möhlət verilməz."},{"id":9,"translation":"Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və Biz də onu qoruyacağıq."},{"id":10,"translation":"(Ey Peyğəmbər!) Biz səndən öncə də əvvəlki ümmətlərə peyğəmbərlər göndərmişdik."},{"id":11,"translation":"Onlara elə bir elçi gəlmədi ki, ona istehza etməsinlər."},{"id":12,"translation":"Biz (küfrü) günahkarların qəlbinə belə yeridirik."},{"id":13,"translation":"Onlar (hələ də) ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara məlumdur."},{"id":14,"translation":"Əgər onlara göydən bir qapı açsaydıq (oradan pilləkən sallasaydıq) və onlar dayanmadan oraya qalxsaydı,"},{"id":15,"translation":"(yenə də inanmayıb:) “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər."},{"id":16,"translation":"Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik."},{"id":17,"translation":"Onları (Allahın rəhmətindən) qovulmuş hər bir şeytandan qoruduq."},{"id":18,"translation":"Lakin (şeytanlardan) kim (göy əhlinin söhbətinə) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər."},{"id":19,"translation":"Biz yeri üzünü genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik."},{"id":20,"translation":"Orada həm sizin üçün, həm də sizin ruzi vermədiyiniz kimsələr üçün dolanışıq vasitələri yaratdıq."},{"id":21,"translation":"(Kainatda) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk."},{"id":22,"translation":"Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) olaraq göndərdik və göydən yağmur endirib onunla sizi suladıq. Yoxsa, onu yığıb saxlayan siz deyilsiniz."},{"id":23,"translation":"Şübhəsiz ki, dirildən də, öldürən də, Bizik. (Hər şeyə) varis olan (əbədi olan) da Bizik."},{"id":24,"translation":"Həqiqətən, sizdən öncə kimlərin gəlib-getdiyini də, sonradan kimlərin gələcəyini də bilirik."},{"id":25,"translation":"Həqiqətən, Rəbbin onları (bir yerə) toplayacaqdır. Çünki O, hikmət sahibidir, (hər şeyi) biləndir."},{"id":26,"translation":"Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq."},{"id":27,"translation":"İblisi (və onun nəslini) isə daha öncə (Adəmdən əvvəl) qızmar alovdan yaratmışdıq."},{"id":28,"translation":"Bir zaman Rəbbin mələklərə (belə) demişdi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!"},{"id":29,"translation":"Mən ona biçim verib, ruhumdan üfürdüyüm zaman siz ona (hörmət əlaməti olaraq) səcdə edin!”"},{"id":30,"translation":"Beləliklə, mələklərin hamısı (ona) səcdə etdi."},{"id":31,"translation":"Yalnız İblisdən başqa. O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi."},{"id":32,"translation":"(Allah) dedi: “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”"},{"id":33,"translation":"(İblis) dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”"},{"id":34,"translation":"(Allah) buyurdu: “Oradan çıx! Artıq sən (rəhmətimdən) qovuldun."},{"id":35,"translation":"Haqq-hesab gününə qədər sənin üzərində lənət olacaqdır”."},{"id":36,"translation":"(İblis) dedi: “Ey Rəbbim! Onların diriləcəkləri günə qədər mənə möhlət ver”."},{"id":37,"translation":"(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən."},{"id":38,"translation":"Məlum vaxtın gününə (surun birinci dəfə çalınan vaxtına) qədər”."},{"id":39,"translation":"(İblis) dedi: “Ey Rəbbim! Sən məni azdırdığına (rəhmətindən qovduğuna) görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam."},{"id":40,"translation":"Yalnız Sənin ixlaslı qullarından başqa”."},{"id":41,"translation":"(Allah) buyurdu: “Bu, Mənə tərəf gətirən düz yoldur."},{"id":42,"translation":"Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”."},{"id":43,"translation":"Həqiqətən, Cəhənnəm onların hamısına (İblisə və ona uyanlara) vəd olunmuş yerdir."},{"id":44,"translation":"Onun (Cəhənnəmin) yeddi qapısı vardır. Hər qapıdan, onlardan (İblisə uyanlardan) müəyyən bir dəstə girəcəkdir."},{"id":45,"translation":"Sözsüz ki, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar."},{"id":46,"translation":"(Onlara:) “Oraya sağ-salamat və əmin-amanlıqla daxil olun!”– (deyiləcəkdir)."},{"id":47,"translation":"Biz onların ürəklərindəki kin-küdurəti çıxardıb kənar etdik. Onlar taxtlar üstündə qarşı-qarşıya oturan qardaşlar olacaqlar."},{"id":48,"translation":"Onlara orada (Cənnətdə) heç bir yorğunluq üz verməyəcək və onlar oradan çıxarılmayacaqlar."},{"id":49,"translation":"(Ey Peyğəmbər!) Qullarıma, Mənim Bağışlayan və Rəhmli olduğumu xəbər ver."},{"id":50,"translation":"Və əzabım da ağrılı-acılı bir əzabdır."},{"id":51,"translation":"Onlara İbrahimin qonaqları (mələklər) barəsində də xəbər ver."},{"id":52,"translation":"Onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. (İbrahim:) “Doğrusu, biz, sizdən qorxuruq!”– dedi."},{"id":53,"translation":"(Mələklər:) “Qorxma! Biz, səni bilikli bir oğulla (İshaqla) müjdələyirik!”– dedilər."},{"id":54,"translation":"(İbrahim) dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”"},{"id":55,"translation":"(Mələklər) dedilər: “Biz sənə haqla müjdə veririk. Sən ümidini üzənlərdən olma!”"},{"id":56,"translation":"(İbrahim) dedi: “(Haqq yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”"},{"id":57,"translation":"(İbrahim) dedi: “Ey elçilər! İşiniz nədir?”"},{"id":58,"translation":"(Mələklər) dedilər: “Biz günahkar qövmə (onları məhv etmək üçün) göndərilmişik."},{"id":59,"translation":"Yalnız Lutun ailəsindən başqa. Biz, onların hamısını xilas edəcəyik."},{"id":60,"translation":"Ancaq (Lutun) zövcəsindən başqa. Biz onun əzaba uğrayanlardan olacağına qərar vermişik”."},{"id":61,"translation":"Elçilər Lut ailəsinin yanına gəldikdə,"},{"id":62,"translation":"o dedi: “Siz yad adamlarsınız!”"},{"id":63,"translation":"(Mələklər) dedilər: “Xeyr, biz sənə onların (qövmünün) şübhə etdiyi (əzabla) gəlmişik."},{"id":64,"translation":"Biz sənə haqqı (qövmünün şübhə etdiyi əzabı) gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq."},{"id":65,"translation":"Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə gedin”."},{"id":66,"translation":"Biz Luta vəhy etdik ki, sübh çağı onların (kafirlərin) kökü kəsiləcək."},{"id":67,"translation":"Şəhər əhalisi (qonaqlardan xəbər tutduqda) bir-birini muştuluqlayaraq (Lutun yanına) gəldi."},{"id":68,"translation":"(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Pis əməllərinizlə) məni biabır etməyin!"},{"id":69,"translation":"Allahdan qorxun və məni rüsvay etməyin!”"},{"id":70,"translation":"Onlar dedilər: “Məgər biz sənə (şəhərimizə gələn) insanları (qonaq saxlamağı və ya himayə etməyi) qadağan etməmişik?!”"},{"id":71,"translation":"(Lut) dedi: “Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır. Əgər edəcəksinizsə (onlarla evlənə bilərsiniz)!”"},{"id":72,"translation":"(Ey Muhəmməd!) Həyatına and olsun ki, onlar şəhvətləri içində veyl-veyl gəzirdilər."},{"id":73,"translation":"Günəş doğarkən qorxunc səs onları yaxaladı."},{"id":74,"translation":"O şəhərin altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq."},{"id":75,"translation":"Bunda, düşünən kimsələr üçün dəlillər vardır."},{"id":76,"translation":"O diyar (Məkkədən Şama gedən) yolun üzərində yerləşir."},{"id":77,"translation":"Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır."},{"id":78,"translation":"Əykə əhalisi də zalımlardan idi."},{"id":79,"translation":"Onlardan da intiqam aldıq. Hər iki şəhər (Lut qövmü Sədum və Əykə əhalisi) aydın görünən yol üzərində yerləşir."},{"id":80,"translation":"(Salehin tayfası da) Hicr əhalisi də peyğəmbərləri yalançı saydı."},{"id":81,"translation":"Biz onlara ayələrimizi göndərdik, lakin onlar o ayələrdən üz çevirdilər."},{"id":82,"translation":"Onlar dağlarda əmin-amanlıq içində (özlərinə) evlər yonurdular."},{"id":83,"translation":"Sübh çağında onları qorxunc səs yaxaladı."},{"id":84,"translation":"Qazandıqları (dünya malı və qurduqları evlər) isə onlara heç bir fayda vermədi."},{"id":85,"translation":"Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. (Qiyamət) saatı mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla."},{"id":86,"translation":"Həqiqətən, Rəbbin (hər şeyi) Yaradandır, (hər şeyi) Biləndir."},{"id":87,"translation":"(Ey Peyğəmbər!) Biz sənə təkrarlanan yeddi ayəni (əl-Fatihə surəsini və ya yeddi surəni: əl-Bəqərə, Ali-İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf, əl-Ənfal) və əzəmətli Quranı verdik."},{"id":88,"translation":"Kafirlərdən bəzilərinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminləri (mərhəmət) qanadının altına al"},{"id":89,"translation":"və de: “Şübhəsiz ki, mən sizi (Allahın əzabı) ilə açıq-aşkar qorxudanam!”"},{"id":90,"translation":"Biz (Quranı) bölən kimsələrə də, beləcə, əzab endirmişdik."},{"id":91,"translation":"Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər)."},{"id":92,"translation":"(Ey Peyğəmbər!) Rəbbinə and olsun ki, Biz onların hamısını sorğu-suala çəkəcəyik –"},{"id":93,"translation":"(Dünyada) etdikləri əməllər barəsində."},{"id":94,"translation":"Sənə əmr olunanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir."},{"id":95,"translation":"Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik."},{"id":96,"translation":"O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər."},{"id":97,"translation":"Biz onların dediklərindən qəlbinin sıxıldığını bilirik."},{"id":98,"translation":"Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!"},{"id":99,"translation":"Və sənə ölüm gələnədək Rəbbinə ibadət et."}]},{"id":16,"verses":[{"id":1,"translation":"Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. Allah müşriklərin Ona qoşduqları şəriklərdən uzaqdır və ucadır."},{"id":2,"translation":"Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “(Qullarımı) qorxudub xəbərdar edin ki, Məndən başqa (ibadətə layiq olan) məbud yoxdur. Məndən qorxun!”."},{"id":3,"translation":"Allah göyləri və yeri haqq olaraq yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır."},{"id":4,"translation":"Allah insanı nütfədən yaratdı. O isə (Rəbbinə qarşı) açıq-aşkar mübahisəçiyə çevrildi."},{"id":5,"translation":"Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün (bədəninizi) isti saxlayan (yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan (onların ətindən) yeyirsiniz."},{"id":6,"translation":"Mal-qaranı axşam tövləyə qaytardıqda da, səhər (otarmaq üçün) çölə buraxdıqda da sizin üçün bir gözəllik (və ya zinət) vardır."},{"id":7,"translation":"Onlar sizin yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz şəfqətlidir, rəhmlidir."},{"id":8,"translation":"Atı, qatırı və uzunqulağı sizə həm minik, həm də zinət olsun deyə, Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradacaqdır."},{"id":9,"translation":"Doğru yolu göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər Allah istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi."},{"id":10,"translation":"Göydən yağmur endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür."},{"id":11,"translation":"Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda düşünən qövm üçün dəlillər vardır."},{"id":12,"translation":"O, gecəni və gündüzü, günəşi və ayı sizə ram etmişdir. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunda anlayan qövm üçün dəlillər vardır."},{"id":13,"translation":"Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan qövm üçün dəlillər vardır."},{"id":14,"translation":"Təzə ət (balıq əti) yeməyiniz və taxdığınız bəzək şeylərini (mirvari və s.) çıxartmağınız üçün dənizi sizə ram edən Odur. Sən gəmilərin dənizi yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Allahın lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür."},{"id":15,"translation":"(Allah,) yer sizi yırğalamasın deyə, onun üstündə möhkəm dağlar, habelə, düzgün istiqamət götürəsiniz deyə, çaylar və yollar yaratdı."},{"id":16,"translation":"(Yollarda) əlamətlər də (yaratdı. İnsanlar getdikləri) istiqaməti ulduzlar vasitəsilə də müəyyənləşdirərlər."},{"id":17,"translation":"Heç yaradan (Allah), yarada bilməyənə (məxluqa) bənzəyərmi?! Məgər düşünmürsünüz?"},{"id":18,"translation":"Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir."},{"id":19,"translation":"Allah sizin gizli saxladıqlarınızı da, aşkara çıxartdıqlarınızı da bilir."},{"id":20,"translation":"(Müşriklərin) Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Əksinə,) onlar özləri yaradılmışlar."},{"id":21,"translation":"(Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər."},{"id":22,"translation":"Sizin məbudunuz Tək olan İlahdır. Axirətə inanmayanların qəlbləri (isə haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər."},{"id":23,"translation":"Şübhəsiz ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. O, təkəbbürlük edənləri sevməz."},{"id":24,"translation":"(Kafirlərdən:) “Rəbbiniz (peyğəmbərinə) nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Keçmişdəkilərin nağıllarını!”– deyə cavab verdilər."},{"id":25,"translation":"Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və cahillikləri üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları (yük) necə də pisdir!"},{"id":26,"translation":"Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi."},{"id":27,"translation":"Sonra Qiyamət günü (Allah) onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?!” Elm verilmiş kimsələr deyəcəklər: “Bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcəkdir!”"},{"id":28,"translation":"Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqda, onlar təslim olub: “Biz heç bir pislik etmirdik!”– (deyəcəklər. Onlara belə deyiləcək:) “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir."},{"id":29,"translation":"Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”"},{"id":30,"translation":"Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir!)”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!"},{"id":31,"translation":"Onlar (ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır."},{"id":32,"translation":"O kəslər ki, mələklər onların canlarını (şirkdən və küfürdən) pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə Cənnətə daxil olun!”– deyərlər."},{"id":33,"translation":"Yoxsa (kafirlər) özlərinə ancaq mələklərin, yaxud Rəbbinin əmrinin (əzabının) gəlməsinimi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər."},{"id":34,"translation":"Onlara etdikləri pis əməllərin cəzası nəsib oldu və istehza etdikləri (əzab) onları yaxaladı."},{"id":35,"translation":"Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!”. Onlardan əvvəlkilər də belə etmişdilər. Məgər peyğəmbərlərin vəzifəsi ancaq açıq-aydın təbliğ etmək deyilmi?!"},{"id":36,"translation":"Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə,) peyğəmbər göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azdırmışdır. Yer üzündə gəzib dolaşın və (haqqı) yalan sayanların aqibətinin necə olduğunu görün!"},{"id":37,"translation":"Sən onların doğru yola gəlməsi üçün nə qədər çalışsan da, (bil ki,) Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də tapılmaz."},{"id":38,"translation":"Onlar: “Allah ölən bir kəsi diriltməyəcəkdir!”– deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allahın ölüləri dirildəcəyi barədə) verdiyi vəd haqdır, lakin insanların çoxu (bunu) bilməz."},{"id":39,"translation":"(Allah ölüləri dirildəcəkdir ki,) ixtilafda olduqları şeyləri onlara bəyan etsin və kafirlər də özlərinin yalançı olduqlarını bilsinlər."},{"id":40,"translation":"Biz bir şey (yaratmaq) istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da (dərhal) olur."},{"id":41,"translation":"Zülmə uğradıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl yerdə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər!"},{"id":42,"translation":"(Onlar) səbir edən və yalnız Rəbbinə təvəkkül edən kəslərdir."},{"id":43,"translation":"(Ey Peyğəmbər!) Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz yalnız kişiləri (peyğəmbər) göndərmişdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun."},{"id":44,"translation":"(Biz o peyğəmbərləri) açıq-aydın dəlillər və kitablarla (göndərdik). Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara, onlara nazil olanları (hökmləri) izah edəsən və bəlkə onlar fikirləşələr."},{"id":45,"translation":"(Haqq əhlinə qarşı) hiylələrə əl atanlar, Allahın onları yerə batırmayacağına, yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi?!"},{"id":46,"translation":"Yoxsa, gəzib dolaşarkən (Allahın) onları (əzabla) yaxalamayacağına (əmindirlər?!) Onlar (Allahdan) yaxa qurtara bilməyəcəklər."},{"id":47,"translation":"Yaxud qorxu içində olduqları halda, (Allahın) onları (əzabla) yaxalamayacağına (əmindirlər?!) Həqiqətən, Rəbbiniz çox şəfqətlidir, rəhmlidir."},{"id":48,"translation":"Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir."},{"id":49,"translation":"Göylərdə və yerdə olanların hamısı – canlılar, hətta mələklər də təkəbbür göstərmədən Allaha səcdə edirlər."},{"id":50,"translation":"Onlar özlərinin fövqündə olan Rəbbindən qorxar və özlərinə əmr edilənləri yerinə yetirərlər."},{"id":51,"translation":"Allah buyurdu: “İki ilah qəbul etməyin! O, ancaq Tək bir İlahdır. Yalnız Məndən qorxun!”."},{"id":52,"translation":"Göylərdə və yerdə nə varsa, Onundur. Din də (itaət və ibadət də) daim Ona məxsusdur. Belə isə, siz Allahdan başqasındanmı qorxursunuz?!"},{"id":53,"translation":"Sizə verilən hər bir nemət Allahdandır. Sonra sizə bir bəla üz verdikdə, ancaq Ona yalvarırsınız."},{"id":54,"translation":"Bəlanı sizdən sovuşdurduqdan sonra isə, sizlərdən bəziləri Rəbbinə şərik qoşur."},{"id":55,"translation":"Onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz."},{"id":56,"translation":"(Müşriklər,) özlərinə verdiyimiz ruzidən heç nə anlamayanlara (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə, mütləq sorğu-sual olunacaqsınız."},{"id":57,"translation":"Onlar Allaha qızlar isnad edirlər. (Mələklərin, Onun qızları olduğunu deyirlər). Allah pak və müqəddəsdir. Özlərinə isə istədiklərini (oğlan uşaqlarını) aid edirlər."},{"id":58,"translation":"Onlardan birinə qızı olması ilə müjdə verildikdə, qəzəbindən üzü qapqara qaralır."},{"id":59,"translation":"Ona verilən bəd müjdə ucbatından camaatdan gizlənir. (Bilmir nə etsin,) körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar (Allaha övlad isnad etmələri) necə də pisdir!"},{"id":60,"translation":"Pis sifət axirətə inanmayanlara xasdır. Ən uca sifət isə Allaha məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":61,"translation":"Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər (əcəl yetişənədək) möhlət verir. Onların əcəli çatdıqda isə, (onu) bircə saat belə nə qabağa çəkə bilər, nə də yubandıra bilərlər."},{"id":62,"translation":"(Müşriklər) özlərinin xoşlamadıqlarını (qızları) Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (orada) tərk olunacaqlar."},{"id":63,"translation":"Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə o (kafir) ümmətlərin əməllərini özlərinə gözəl göstərdi. Şeytan bu gün də onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":64,"translation":"Biz Kitabı sənə yalnız ixtilafda olduqları şeyləri onlara bəyan edəsən və iman gətirən bir qövmə doğru yol göstəricisi və rəhmət olaraq nazil etdik."},{"id":65,"translation":"Allah göydən yağmur yağdırıb onunla yer üzünü öldükdən sonra dirildər. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır."},{"id":66,"translation":"Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik."},{"id":67,"translation":"Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır."},{"id":68,"translation":"Rəbbin bal arısına ilham edərək belə buyurdu: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör."},{"id":69,"translation":"Sonra bütün meyvələrdən ye və Rəbbinin (sənin üçün) asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından müxtəlif rəngli bal çıxır. Onda insanlar üçün şəfa vardır. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır."},{"id":70,"translation":"Sizi Allah yaratdı. Sonra O sizi öldürəcək. Sizlərdən bəziləri (vaxtilə) bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeyə) qadirdir."},{"id":71,"translation":"Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu yöndən bərabər olsunlar. Belə olduğu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər?"},{"id":72,"translation":"Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb, Allahın nemətini inkarmı edirlər?"},{"id":73,"translation":"Onlar (Müşriklər) Allahı qoyub özlərinə göylərdən və yerdən heç bir ruzi verməyən və buna gücləri çatmayan (bütlərə) ibadət edirlər."},{"id":74,"translation":"Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz."},{"id":75,"translation":"Allah, heç bir şeyə qadir olmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilməz."},{"id":76,"translation":"Allah eləcə də iki kişi barəsində misal çəkdi; onlardan biri laldır, heç bir şeyə qadir deyil və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətlə əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?!"},{"id":77,"translation":"Göylərin və yerin qeybini bilmək Allaha aiddir. Qiyamət saatının gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir."},{"id":78,"translation":"Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz bir halda çıxartdı. Bəlkə şükür edəsiniz deyə sizə qulaqlar, gözlər və ürəklər verdi."},{"id":79,"translation":"Məgər onlar Allaha tabe olub, havada uçan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən bir qövm üçün dəlillər vardır."},{"id":80,"translation":"Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər (istifadə edəcəyiniz) ev əşyaları və başqa şeylər düzəltdi."},{"id":81,"translation":"Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə (Ona) təslim olasınız (itaət edəsiniz)."},{"id":82,"translation":"Əgər onlar üz çevirsələr, (bil ki,) sənin vəzifən ancaq açıq-aşkar təbliğ etməkdir."},{"id":83,"translation":"Onlar Allahın nemətini bilir, sonradan onu inkar edirlər. Onların çoxu kafirlərdir."},{"id":84,"translation":"Hər ümmətdən bir şahid gətirəcəyimiz gün, kafirlərə (üzrxahlıq etməyə) izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır."},{"id":85,"translation":"Zalımlar əzabı gördükdə, artıq onlardan əzab nə yüngülləşdiriləcək, nə də onlara möhlət veriləcək."},{"id":86,"translation":"Müşriklər (Allaha qoşduqları) şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa tapındığımız şəriklərimizdir!”. (Bütlər isə) onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab verəcəklər."},{"id":87,"translation":"O gün (müşriklər) Allaha təslim olduqlarını bildirəcək və uydurduqları (bütlər) onlardan uzaqlaşıb qeyb olacaqlar."},{"id":88,"translation":"Kafir olub (insanları) Allah yolundan azdıranlara, törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq."},{"id":89,"translation":"O gün hər ümmətə özlərindən bir şahid gətirəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da doğru yol göstərən, mərhəmət və müjdə olaraq nazil etdik."},{"id":90,"translation":"Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız."},{"id":91,"translation":"Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah nələr etdiyinizi bilir."},{"id":92,"translation":"İpliyini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan (sayca və malca) daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir."},{"id":93,"translation":"Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız."},{"id":94,"translation":"Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Üstəlik, axirətdə böyük bir əzaba düçar olarsınız."},{"id":95,"translation":"Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allah yanında olan (savab) sizin üçün daha xeyirlidir."},{"id":96,"translation":"Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik."},{"id":97,"translation":"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq."},{"id":98,"translation":"Quran oxuduqda (Allahın rəhmətindən) qovulmuş şeytandan Allaha sığın!"},{"id":99,"translation":"Şübhəsiz ki, iman gətirib və Rəbbinə təvəkkül edənlər üzərində şeytanın heç bir hökmranlığı yoxdur."},{"id":100,"translation":"Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir."},{"id":101,"translation":"Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların əksəriyyəti (bunu) bilməz."},{"id":102,"translation":"De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən, iman gətirənləri sabitqədəm etmək, müsəlmanlara doğru yol göstərmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir”."},{"id":103,"translation":"Biz onların: “(Quranı) ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların istinad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir."},{"id":104,"translation":"Allahın ayələrinə inanmayanları Allah doğru yola yönəltməz və onlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":105,"translation":"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar."},{"id":106,"translation":"Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər müstəsna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır."},{"id":107,"translation":"Bu, onların dünya həyatını axirətdən üstün tutduqlarına görədir. Allah kafir qövmü doğru yola yönəltməz."},{"id":108,"translation":"Bunlar, Allahın, qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurduğu kimsələrdir. Onlar əsl qafildirlər."},{"id":109,"translation":"Heç şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır."},{"id":110,"translation":"Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib, (çətinliklərə) səbir edənləri bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir."},{"id":111,"translation":"O gün hər kəs öz canını qurtarmağa çalışacaq, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir."},{"id":112,"translation":"Allah arxayınlıq və əmin-amanlıq içində olan, ruzisi hər yerdən bol-bol gələn bir diyarı (Məkkəni) misal çəkir. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü."},{"id":113,"translation":"Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu yalançı saydılar. (Buna görə də) zülm etdikləri zaman əzab onları yaxaladı."},{"id":114,"translation":"Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin."},{"id":115,"translation":"O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa (ona günah yazılmaz), şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!"},{"id":116,"translation":"Dilinizin yalana alışdığından dolayı, Allaha qarşı yalan uydurmaq üçün: “Bu halaldır, o haramdır!”– deməyin. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar."},{"id":117,"translation":"(Dünyada onlar üçün) az bir mənfəət (vardır, axirətdə isə) onları ağrılı-acılı bir əzab gözləyir."},{"id":118,"translation":"Sənə xəbər verdiyimiz şeyləri daha öncə yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər."},{"id":119,"translation":"Şübhəsiz ki, Rəbbin, cahillikləri üzündən pis iş görən, ondan sonra tövbə edib (özlərini) islah edənləri, (bütün) bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək."},{"id":120,"translation":"Həqiqətən, İbrahim Allaha müti, hənif (batildən haqqa tapınan) bir rəhbər idi. O, müşriklərdən olmamışdı."},{"id":121,"translation":"O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi."},{"id":122,"translation":"Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir."},{"id":123,"translation":"Sonra sənə (belə) vəhy etdik: “Hənif (Batildən haqqa tapınan) İbrahimin dininə tabe ol. O, müşriklərdən deyildi”."},{"id":124,"translation":"Şənbə günü, ancaq onun barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir."},{"id":125,"translation":"(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır."},{"id":126,"translation":"(Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir."},{"id":127,"translation":"Səbir et! Sənin səbrin ancaq Allahın köməyilədir. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma."},{"id":128,"translation":"Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir."}]},{"id":17,"verses":[{"id":1,"translation":"Ayələrimizdən bəzisini ona (Muhammədə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir."},{"id":2,"translation":"Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən başqasını özünüzə himayədar götürməyin!”– deyə o Kitabı doğru yol göstəricisi etdik."},{"id":3,"translation":"(Ey) Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyəti! Nuh, doğrudan da, çox şükür edən bir qul idi."},{"id":4,"translation":"Biz Kitabda (Tövratda) İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və (insanlara zülm etməklə) həddinizi olduqca aşacaqsınz”– (deyə) xəbər verdik."},{"id":5,"translation":"İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb (sizi) axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi."},{"id":6,"translation":"Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq."},{"id":7,"translation":"Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə (Qüdsdəki) məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik)."},{"id":8,"translation":"Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (fəsad törətməyə) qayıtsanız, Biz də (sizi cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik."},{"id":9,"translation":"Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir."},{"id":10,"translation":"Axirətə iman gətirməyənlər üçün isə ağrılı-acılı bir əzab hazırlamışıq."},{"id":11,"translation":"İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir."},{"id":12,"translation":"Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik."},{"id":13,"translation":"Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik."},{"id":14,"translation":"(Ona belə deyərik:) Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər."},{"id":15,"translation":"Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermərik."},{"id":16,"translation":"Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (Allaha itaət etməyi) əmr edərik. Onlar isə orada günah işlər görərlər. Beləcə, (o məmləkətin) barəsindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik."},{"id":17,"translation":"Biz Nuhdan sonra neçə-neçə nəsli məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir."},{"id":18,"translation":"Kim keçici dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq."},{"id":19,"translation":"Kim də Axirəti istəsə, mömin olaraq, ona layiq bir səylə onun üçün çalışarsa, onların səyi məmnuniyyətlə qəbul olunar."},{"id":20,"translation":"Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti (heç kəsə) qadağan deyildir."},{"id":21,"translation":"Bax gör (dünyada) onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır."},{"id":22,"translation":"Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və zəlil (köməksiz) vəziyyətdə qalarsan."},{"id":23,"translation":"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlər ilə yaxşı davranmağı əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara: \"Uf!\" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!"},{"id":24,"translation":"Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de."},{"id":25,"translation":"Rəbbiniz qəlblərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır."},{"id":26,"translation":"Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin israfçılıq edərək (malını) lazımsız yerə sərf etmə."},{"id":27,"translation":"Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur."},{"id":28,"translation":"Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onlardan üz çevirməli olsan (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de."},{"id":29,"translation":"Əlini nə sıxıb saxlama, nə də onu büsbütün açma (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan."},{"id":30,"translation":"Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, O, (Öz qullarının halından) xəbərdardır, görəndir."},{"id":31,"translation":"Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır."},{"id":32,"translation":"Zinaya yaxınlaşmayın. Çünki o, iyrənc bir əməl və murdar bir yoldur!"},{"id":33,"translation":"Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur."},{"id":34,"translation":"Yetim həddi-büluğa çatana qədər –xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla– onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır."},{"id":35,"translation":"Ölçdükdə ölçüyə tam riayət edin, (çəkdikdə) düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır."},{"id":36,"translation":"Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısı barəsində sorğu-sual olunacaqdır."},{"id":37,"translation":"Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən."},{"id":38,"translation":"Bütün bu (qadağan edilmiş) pis əməllərin günahı, Rəbbinin dərgahında məkruhdur."},{"id":39,"translation":"Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan."},{"id":40,"translation":"Doğrudanmı Rəbbiniz oğlanları sizin üçün seçib, (Özünə isə) mələklərdən qızlar götürüb?! Siz, həqiqətən də, olduqca pis söz danışırsınız."},{"id":41,"translation":"Biz bu Quranda (şəri əhkamları) izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu, onların yalnız nifrətini artırdı."},{"id":42,"translation":"De: “Əgər (müşriklərin) söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına (çatmaq üçün) yol axtarardılar”."},{"id":43,"translation":"Allah (müşriklərin) söylədiklərindən uzaq və ucadır."},{"id":44,"translation":"Yeddi göy, yer və onların arasında olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır."},{"id":45,"translation":"Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik."},{"id":46,"translation":"Quranı anlamasınlar deyə, Biz onların qəlblərinə örtüklər çəkdik, qulaqlarına da tıxaclar vurduq. Sən Quranda Rəbbinin Tək (Allah) olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər."},{"id":47,"translation":"Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik."},{"id":48,"translation":"Gör sənin üçün necə (pis) məsəllər çəkdilər. Onlar azdılar və (artıq doğru) yolu tapa bilməzlər."},{"id":49,"translation":"Onlar deyirlər: “Biz sür-sümük və çürüyüb toz-torpaq halına düşdüyümüz zaman yeni bir məxluq olaraq dirildiləcəyikmi?”"},{"id":50,"translation":"De: “İstər daş olun, istər dəmir,"},{"id":51,"translation":"və ya qəlbinizdə özünüzü nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar (istehza ilə) başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaq?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!”"},{"id":52,"translation":"O gün Allah sizi (məhşərə) çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az (müddət) qaldığınızı güman edəcəksiniz."},{"id":53,"translation":"Qullarıma de ki, (bir-birləri ilə danışdıqda) ən gözəl sözləri söyləsinlər. Çünki şeytan onların arasına ədavət salar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir."},{"id":54,"translation":"Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara vəkil olaraq göndərmədik."},{"id":55,"translation":"Rəbbiniz göylərdə və yerdə olanları çox yaxşı tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik."},{"id":56,"translation":"De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyillər”."},{"id":57,"translation":"Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı qorxub çəkiniləcək bir əzabdır."},{"id":58,"translation":"Elə bir (kafir) məmləkət yoxdur ki, Qiyamət günündən əvvəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, Kitabda (Lövhi-məhfuzda) yazılmışdır."},{"id":59,"translation":"Bizim ayələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın (ayə olaraq) bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz ayələri yalnız qorxutmaq üçün göndəririk."},{"id":60,"translation":"Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (zəqqum adlı) ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır."},{"id":61,"translation":"Bir zaman mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa (hamısı) səcdə etdi. O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəmmi?!”"},{"id":62,"translation":"(İblis) dedi: “Məndən üstün tutduğun (məxluq) budurmu? Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun (bütün) nəslini özümə ram edəcəyəm”."},{"id":63,"translation":"(Allah) buyurdu: “Çıx get! Onlardan kim sənə tabe olsa, tam bir əvəz olaraq cəzanız Cəhənnəm olacaqdır."},{"id":64,"translation":"Onlardan gücün çatdığı kimsələri səsinlə (günaha) təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər."},{"id":65,"translation":"Şübhəsiz ki, ixlaslı qullarım üzərində sənin hökmranlığın olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”."},{"id":66,"translation":"Lütfünə nail olasınız deyə dənizdə gəmiləri sizin üçün hərəkətə gətirən Rəbbinizdir. Həqiqətən, O sizə qarşı rəhmlidir."},{"id":67,"translation":"Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!"},{"id":68,"translation":"(Allahın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz."},{"id":69,"translation":"Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə (dənizdə) sizi batırmayacağına əminsinizmi? Sonra buna görə Bizdən intiqam alan bir kəs belə tapa bilməzsiniz."},{"id":70,"translation":"Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik."},{"id":71,"translation":"O gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir."},{"id":72,"translation":"Bu dünyada kor olan kəs axirətdə də kor olacaq və (haqq) yoldan daha çox azacaqdır."},{"id":73,"translation":"(Müşriklər) səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar."},{"id":74,"translation":"Əgər Biz səni (dinində) sabit saxlamasaydıq, az da olsa onlara meyl edəcəkdin."},{"id":75,"translation":"Belə olacağı təqdirdə sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzsən."},{"id":76,"translation":"(Müşriklər) az qala səni bu torpaqdan (Məkkədən) sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər."},{"id":77,"translation":"Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim sünnətimizdə heç bir dəyişiklik tapa bilməzsən."},{"id":78,"translation":"Gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Qurana (mələklər tərəfindən) şahidlik edilir."},{"id":79,"translation":"Gecənin bir vaxtı qalxıb, sənə nafilə olaraq buyrulmuş təhəccüd namazını qıl. Bəlkə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin."},{"id":80,"translation":"De: “Ey Rəbbim! Məni daxil olacağım yerə (Mədinəyə) yaxşılıqla daxil et; məni çıxacağım yerdən (Məkkədən) də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”."},{"id":81,"translation":"De: “Haqq gəldi, batil yox oldu. Həqiqətən də, batil puçluğa məhkumdur!”"},{"id":82,"translation":"Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır."},{"id":83,"translation":"İnsana nemət verdiyimiz zaman üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar."},{"id":84,"translation":"De: “Hər kəs öz xasiyyətinə görə iş görər. Rəbbiniz isə kimin doğru yolda olduğunu daha yaxşı bilir”."},{"id":85,"translation":"Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə elmdən yalnız az bir şey verilmişdir”."},{"id":86,"translation":"Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) silib aparardıq. Sonra bundan dolayı Bizə qarşı özünə himayəçi tapa bilməzdin."},{"id":87,"translation":"Ancaq Rəbbinin mərhəməti sayəsində (bunu etmədik). Doğrudan da, Onun sənə olan lütfü böyükdür."},{"id":88,"translation":"De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”."},{"id":89,"translation":"Biz bu Quranda insanlar üçün hər cür misalı müfəssəl izah etdik. Lakin insanların əksəriyyəti yalnız küfrü seçdi."},{"id":90,"translation":"Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik;"},{"id":91,"translation":"və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca;"},{"id":92,"translation":"yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə;"},{"id":93,"translation":"yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”."},{"id":94,"translation":"İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu."},{"id":95,"translation":"De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik”."},{"id":96,"translation":"De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”."},{"id":97,"translation":"Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq."},{"id":98,"translation":"Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük və çürüyüb toz-torpaq olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?”– dediklərinə görə onların cəzasıdır."},{"id":99,"translation":"Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün haqqında heç bir şəkk-şübhə olmayan bir əcəl müəyyən etmişdir. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər."},{"id":100,"translation":"De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”."},{"id":101,"translation":"Biz Musaya doqquz açıq-aşkar ayət verdik. İsrail oğullarından soruş; (Musa) onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”– demişdi."},{"id":102,"translation":"(Musa) dedi: “Sən artıq bunları yalnız göylərin və yerin Rəbbi tərəfindən, açıq-aşkar ayət olaraq endirildiyini bilirsən. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”."},{"id":103,"translation":"(Firon) onları Misirdən qovub çıxartmaq istədi. Biz isə onu və onunla birlikdə olanların hamısını (dənizdə) batırdıq."},{"id":104,"translation":"Bundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı birlikdə (məhşərə) gətirəcəyik”– dedik."},{"id":105,"translation":"Biz onu (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və xəbərdar edən (bir elçi) olaraq göndərdik."},{"id":106,"translation":"Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb tədriclə nazil etdik."},{"id":107,"translation":"De: “İstər ona inanın, istərsə də inanmayın. Şübhəsiz ki, ondan öncə özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır"},{"id":108,"translation":"və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər."},{"id":109,"translation":"Onlar üzüstə səcdəyə qapanıb ağlayır və (bu ayələr) onların (Allahdan) qorxusunu daha da artırır."},{"id":110,"translation":"De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut."},{"id":111,"translation":"De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut."}]},{"id":18,"verses":[{"id":1,"translation":"Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!"},{"id":2,"translation":"(Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, saleh əməllər edən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dosdoğru olaraq nazil etdi."},{"id":3,"translation":"Onlar (Möminlər) orada əbədi qalacaqlar."},{"id":4,"translation":"(Kitabı həm də:) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün (nazil etdi)."},{"id":5,"translation":"Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar."},{"id":6,"translation":"Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?"},{"id":7,"translation":"Biz, insanların hansının daha gözəl əməl sahibi olduğunu sınayaq deyə, yer üzündə olan şeyləri yer üzü üçün bir zinət etdik."},{"id":8,"translation":"Biz yer üzündə olan hər şeyi (lazım gəldikdə), məhv edib qupquru bir torpağa döndərərik."},{"id":9,"translation":"Yoxsa sən mağara və Rəqim əhlinin ayələrimizdən ən təəccüblüsü olduğunumu güman edirsən?"},{"id":10,"translation":"Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər."},{"id":11,"translation":"Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik)."},{"id":12,"translation":"Sonra iki dəstədən (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq."},{"id":13,"translation":"Biz onların əhvalatını sənə həqiqət olaraq söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq."},{"id":14,"translation":"Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda biz yalan danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik."},{"id":15,"translation":"(Cavanlardan biri o birilərinə dedi:) “Bizim bu qövmümüz Allahdan başqa məbudlar qəbul etdi. Elə isə onlar bu bütlərə dair bir dəlil gətirsinlər. Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!"},{"id":16,"translation":"Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, elə isə mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın."},{"id":17,"translation":"(Ya Rəsulum! Əgər orada olsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə adladığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən."},{"id":18,"translation":"Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi."},{"id":19,"translation":"Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!"},{"id":20,"translation":"Əgər onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. O zaman siz heç vaxt nicat tapa bilməzsiniz!”."},{"id":21,"translation":"Beləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və (Qiyamət) saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman (möminlər və kafirlər) öz aralarında onların işi barəsində mübahisə edirdilər. (Bəziləri:) “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. (Mübahisədə) üstün gələnlər isə: “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər."},{"id":22,"translation":"(Bəziləri: “Onlar) üçdür, dördüncüsü köpəkləridir!”– deyəcəklər. (Digərləri isə “Onlar) beşdir, altıncısı köpəkləridir!”– deyəcəklər. (Bununla da) qeyb haqqında təxmini fikir yürüdəcəklər. (Bəziləri də:) “Onlar yeddidir, səkkizincisi köpəkləridir!”– deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan) bunu bilən çox azdır!” Mağara əhli barədə (ayələrə əsaslanaraq) açıq mübahisə et və (kitab əhlinin) heç birindən onlar barədə bir şey soruşma!"},{"id":23,"translation":"Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə!"},{"id":24,"translation":"Ancaq: “Əgər Allah istəsə!” (“İnşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de."},{"id":25,"translation":"Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar."},{"id":26,"translation":"De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O Öz hökmünə heç kəsi şərik etməz!”"},{"id":27,"translation":"Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən."},{"id":28,"translation":"Səhər və axşam çağı Rəbbinin Üzünü (rizasını və ya savabını) diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!"},{"id":29,"translation":"De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir iman etsin, kim də istəyir iman etməsin.” Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş mədən kimi üzlərini yandırıb yaxan bir su ilə kömək ediləcəkdir. Nə pis içki, necə də pis məskəndir!"},{"id":30,"translation":"İman gətirib saleh əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik."},{"id":31,"translation":"Məhz onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətləri hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!"},{"id":32,"translation":"Onlara iki kişinin (əhvalatını) misal çək. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq."},{"id":33,"translation":"Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskiltmədi. Biz də onların arasından bir çay axıtdıq."},{"id":34,"translation":"Onun (başqa) sərvəti də var idi. O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi."},{"id":35,"translation":"O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini zənn etmirəm."},{"id":36,"translation":"Qiyamət saatının gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaqdır!”"},{"id":37,"translation":"Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni insan qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən?"},{"id":38,"translation":"Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!"},{"id":39,"translation":"Kaşki bağına girdiyin zaman: “Maşallah! Qüvvət yalnız Allaha məxsusdur!”– deyəydin! Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa,"},{"id":40,"translation":"ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün."},{"id":41,"translation":"Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!”"},{"id":42,"translation":"Beləcə, onun (bağının) məhsulu bir anda məhv edildi. O, (bağını belə görüb) ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları uçulub darmadağın olmuşdu. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!”"},{"id":43,"translation":"Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi."},{"id":44,"translation":"Belə bir durumda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur."},{"id":45,"translation":"Onlara dünya həyatını misal çək. Bu (dünya həyatı) göydən göndərdiyimiz yağışa bənzər. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir."},{"id":46,"translation":"Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir."},{"id":47,"translation":"O gün Biz dağları hərəkətə gətirəcəyik. (O vaxt) yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini (kənarda) buraxmayacağıq."},{"id":48,"translation":"Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. (Biz deyəcəyik:) “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi (lüt-üryan) \ngəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”."},{"id":49,"translation":"Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə zülm etməz!"},{"id":50,"translation":"Bir zaman Biz mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun zürriyyətini özünüzə dostmu tutursunuz?! Zalımlar üçün bu necə də pis bir mübadilədir!"},{"id":51,"translation":"Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən (başqalarını haqq yoldan) azdıranları Özümə köməkçi tutmuram."},{"id":52,"translation":"O gün Allah (müşriklərə): “İddia etdiyiniz şəriklərimi çağırın!”– deyəcək. (Müşriklər) onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz onların (müşriklərlə bütlərin) arasına həlakedici bir yarğan salarıq."},{"id":53,"translation":"Günahkarlar atəşi gördükdə oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər."},{"id":54,"translation":"Biz bu Quranda insanlar üçün hər cür misalı izah etdik. İnsan isə ən çox mübahisə edəndir."},{"id":55,"translation":"İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu."},{"id":56,"translation":"Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. Kafirlər isə batil (dəlilləri) ilə haqqı yox etmək üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər."},{"id":57,"translation":"Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri (günahlarını) unudan adamdan daha zalım kim ola bilər? Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər."},{"id":58,"translation":"Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər."},{"id":59,"translation":"Budur zülm etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik."},{"id":60,"translation":"Bir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər, yaxud uzun müddət sərf edənə qədər (səfərimə) davam edəcəyəm”."},{"id":61,"translation":"Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (özləri ilə götürdükləri) balığı unutdular. Balıq isə dənizdə (iz buraxaraq) yol alıb getdi."},{"id":62,"translation":"Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikdə (Musa) öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi."},{"id":63,"translation":"(Xidmətçi) dedi: “Qayaya sığındığımız vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib əcaib bir şəkildə dənizdə yol tutub getmişdir”."},{"id":64,"translation":"(Musa:) “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar."},{"id":65,"translation":"Onlar (orada) Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər."},{"id":66,"translation":"Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətməyin üçün sənə tabe olummu?”"},{"id":67,"translation":"(Xıdır) dedi: “Doğrusu, sən mənimlə birgə olsan səbir edə bilməzsən."},{"id":68,"translation":"Axı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”"},{"id":69,"translation":"(Musa) dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”."},{"id":70,"translation":"(Xıdır) dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”."},{"id":71,"translation":"Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xıdır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, böyük bir pis iş gördün”."},{"id":72,"translation":"Xıdır dedi: “Mən demədimmi ki, sən mənimlə birgə olsan səbir edə bilməzsən?”"},{"id":73,"translation":"(Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”"},{"id":74,"translation":"Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xıdır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, olduqca pis bir iş tutdun”."},{"id":75,"translation":"Xıdır dedi: “Sənə demədimmi ki, mənimlə birgə olsan səbir edə bilməzsən?”"},{"id":76,"translation":"(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”."},{"id":77,"translation":"Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xıdır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”."},{"id":78,"translation":"(Xıdır) dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm."},{"id":79,"translation":"Gəmiyə gəlincə, o, dənizdə çalışan miskinlərə məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi."},{"id":80,"translation":"Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) ata-anasını azğınlığa və küfrə sürükləməsindən qorxduq."},{"id":81,"translation":"Biz (bununla) Rəbbinin onun əvəzində ata-anasına ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad verməsini istədik."},{"id":82,"translation":"Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”"},{"id":83,"translation":"Səndən Zülqərneyn barəsində soruşurlar. De: “Onun barəsində sizə bir əhvalat danışacağam”."},{"id":84,"translation":"Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik."},{"id":85,"translation":"O, (yer üzündə gəzib dolaşmaq üçün) səfərə çıxdı."},{"id":86,"translation":"Nəhayət, günəşin qürub etdiyi yerə gəlib çatdıqda onu qara palçıqlı bir yerdə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”"},{"id":87,"translation":"O dedi: “Zülm edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaq. O da ona ağır bir əzab verəcəkdir!"},{"id":88,"translation":"İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcək. Biz ona əmrimizdən asan olanı buyuracağıq”."},{"id":89,"translation":"Sonra o, yoluna davam etdi."},{"id":90,"translation":"Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir örtük yaratmamışdıq."},{"id":91,"translation":"Beləliklə Biz onun başına gələnlərin hamısından xəbərdarıq."},{"id":92,"translation":"Sonra o, yenə yoluna davam etdi."},{"id":93,"translation":"Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi."},{"id":94,"translation":"Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc (tayfası) yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onların arasında bir sədd düzəldəsən?”"},{"id":95,"translation":"O dedi: “Rəbbimin mənə əta etdiyi (mülk) daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onların arasında bir sədd çəkim."},{"id":96,"translation":"Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yanı arasını (dəmir parçaları ilə) doldurduqda: “Körükləyin!”– dedi. (Dəmir) közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”– dedi."},{"id":97,"translation":"Yəcuc və Məcuc (tayfası) nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər."},{"id":98,"translation":"(Zülqərneyn) dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”."},{"id":99,"translation":"O gün (Yəcuc və Məcuc tayfasını yaxud insanları) axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq."},{"id":100,"translation":"O gün Biz Cəhənnəmi kafirlərə aşkar göstərərik."},{"id":101,"translation":"O kəslərə ki, gözləri Məni anmaqdan qapalı idi, (ayələrimdən üz döndərərdilər), özləri də eşidə bilmirdilər."},{"id":102,"translation":"Olmaya, kafirlər Məni qoyub qullarımı (Mələkləri, İsanı və başqalarını) özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq."},{"id":103,"translation":"De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?"},{"id":104,"translation":"O kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Halbuki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər."},{"id":105,"translation":"Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”."},{"id":106,"translation":"Kafir olduqlarına, ayələrimi və elçilərimi məsxərəyə qoyduqlarına görə onların cəzası Cəhənnəmdir."},{"id":107,"translation":"İman gətirib saleh əməllər edənlərin məskəni isə Firdovs cənnətləri olacaqdır."},{"id":108,"translation":"Onlar orada əbədi qalacaq, oranı (başqa bir yerə) dəyişmək istəməyəcəklər."},{"id":109,"translation":"De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”."},{"id":110,"translation":"De: “Mən də sizin kimi bir insanam. Mənə, sizin məbudunuzun Tək bir ilah olduğu vəhy olunur. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, qoy yaxşı işlər görsün və Rəbbinə etdiyi ibadətlərində heç kəsi Ona şərik qoşmasın!”"}]},{"id":19,"verses":[{"id":1,"translation":"Kəf. Hə. Yə. Ayn. Sad."},{"id":2,"translation":"(Bu) Rəbbinin, qulu Zəkəriyyaya (göstərdiyi) mərhəmətinin yada salınmasıdır."},{"id":3,"translation":"Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib"},{"id":4,"translation":"demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam."},{"id":5,"translation":"Mən özümdən sonra gələn qohumlarımdan (bəzisinin dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,"},{"id":6,"translation":"o həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!”"},{"id":7,"translation":"(Ona belə vəhy olundu:) “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!”"},{"id":8,"translation":"O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim necə övladım ola bilər?”"},{"id":9,"translation":"(Mələk) dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»"},{"id":10,"translation":"O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”."},{"id":11,"translation":"O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara: “Səhər-axşam (Allahın şəninə) təriflər deyin!”- deyə işarə etdi."},{"id":12,"translation":"(Yəhyaya da:) “Ey Yəhya! Kitabdan (Tövratdan) möhkəm yapış!”– (deyə vəhy etdik). Biz ona uşaq ikən hikmət bəxş etdik."},{"id":13,"translation":"Ona Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi."},{"id":14,"translation":"Ata-anasına qarşı da qayğıkeş idi; lovğa və asi deyildi."},{"id":15,"translation":"Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!"},{"id":16,"translation":"Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş"},{"id":17,"translation":"və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuz (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu."},{"id":18,"translation":"(Məryəm) dedi: “Mən səndən Rəhmana sığınıram! Əgər müttəqisənsə (mənə toxunma)”."},{"id":19,"translation":"(Mələk) dedi: “Mən sənə pak bir oğlan bəxş etmək üçün Rəbbinin (göndərdiyi) elçisiyəm”."},{"id":20,"translation":"(Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, mənim necə övladım ola bilər?”"},{"id":21,"translation":"(Mələk) dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir ayə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, (əzəldən) hökmü verilmiş bir işdir”»."},{"id":22,"translation":"(Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə uzaq bir yerə çəkildi."},{"id":23,"translation":"Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!”"},{"id":24,"translation":"(Məryəmin) aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı."},{"id":25,"translation":"Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün."},{"id":26,"translation":"Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Rəhman üçün oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”."},{"id":27,"translation":"(Məryəm) körpəni qucağına alıb qövmünün yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən çirkin (və ya görünməmiş) bir iş tutdun."},{"id":28,"translation":"Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun (bir qadın) deyildi”."},{"id":29,"translation":"(Məryəm) uşağa işarə etdi. Onlar dedilər: “Beşikdə olan bir körpə ilə necə danışaq?”"},{"id":30,"translation":"(Körpə dil açıb) dedi: “Mən Allahın quluyam! O mənə Kitab (İncil) verdi və məni peyğəmbər etdi."},{"id":31,"translation":"Harada oluramsa olum, məni mübarək etdi və həyatda olduğum müddətcə mənə namaz qılıb, zəkat verməyi əmr etdi."},{"id":32,"translation":"Məni anama qarşı qayğıkeş etdi. Məni lovğa və bədbəxt etmədi."},{"id":33,"translation":"Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”"},{"id":34,"translation":"Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!"},{"id":35,"translation":"Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar."},{"id":36,"translation":"(İsa dedi:) “Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Doğru yol da budur”."},{"id":37,"translation":"Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!"},{"id":38,"translation":"Onlar Bizim hüzurumuza gələcəkləri gün nə yaxşı eşidəcək, nə yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər."},{"id":39,"translation":"Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər."},{"id":40,"translation":"Şübhəsiz ki, yerə və onun üzərində olan hər şeyə təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır."},{"id":41,"translation":"Kitabda (Quranda) İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi."},{"id":42,"translation":"Bir zaman o, atasına delə dedi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda verməyən bir şeyə ibadət edirsən?"},{"id":43,"translation":"Atacan! Sənə gəlməyən bir elm mənə gəlmişdir. Mənə tabe ol ki, səni doğru yola yönəldim."},{"id":44,"translation":"Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Rəhmana asi oldu."},{"id":45,"translation":"Atacan! Rəhmandan sənə bir əzab toxunub və beləcə, şeytana yoldaş olmandan qorxuram”."},{"id":46,"translation":"(Atası) dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üzmü çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”"},{"id":47,"translation":"(İbrahim) dedi: “Sənə salam olsun! Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır."},{"id":48,"translation":"Mən sizi və Allahdan başqa ibadət etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”."},{"id":49,"translation":"İbrahim onları və onların Allahdan başqa ibadət etdiklərini tərk etdiyi zaman Biz ona İshaqı və Yəqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik."},{"id":50,"translation":"Biz onlara öz mərhəmətimizdən əta etdik və (gələcək nəsillər həmişə yada salsın deyə) onlara yaxşı ad qismət elədik."},{"id":51,"translation":"Kitabda (Quranda) Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi."},{"id":52,"translation":"Biz (Musanı) sağ tərəfindəki Tur dağının yaxınlığından çağırdıq və onunla danışıb onu özümüzə yaxın etdik."},{"id":53,"translation":"Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik."},{"id":54,"translation":"Kitabda (Quranda) İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi."},{"id":55,"translation":"O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edərdi. O, Rəbbinin rizasını qazanmış bir kimsə idi."},{"id":56,"translation":"Kitabda (Quranda) İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi."},{"id":57,"translation":"Biz onu yüksək bir məqama qaldırdıq."},{"id":58,"translation":"Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyətindən, İbrahimin və İsrailin zürriyyətindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır."},{"id":59,"translation":"Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar."},{"id":60,"translation":"Ancaq tövbə edib iman gətirənlər və saleh əməllər edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar."},{"id":61,"translation":"(Bu Cənnət) Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn cənnətləridir. Onun vədi mütləq yerinə yetəcəkdir."},{"id":62,"translation":"Onlar orada boş sözlər deyil, yalnız: “Salam!” eşidəcəklər. Orada onlar üçün səhər-axşam ruzilər vardır."},{"id":63,"translation":"Qullarımızdan təqva sahiblərini miras edəcəyimiz Cənnət budur."},{"id":64,"translation":"(Cəbrail belə dedi:) “Biz (dünyaya) ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”."},{"id":65,"translation":"O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!"},{"id":66,"translation":"(Kafir) insan: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?”– deyir."},{"id":67,"translation":"Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?"},{"id":68,"translation":"Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik."},{"id":69,"translation":"Sonra hər firqədən Rəhmana ən çox asi olanı çıxardacağıq."},{"id":70,"translation":"Sonra orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq."},{"id":71,"translation":"İçinizdən hər kəs oraya varid olacaqdır. (Bu,) Rəbbinin (əzəldən) müəyyən etdiyi qəti bir qərardır."},{"id":72,"translation":"Sonra Biz müttəqiləri (oddan) xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik."},{"id":73,"translation":"Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”"},{"id":74,"translation":"Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik."},{"id":75,"translation":"De: “Qoy Rəhman azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da Qiyamət saatını gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”."},{"id":76,"translation":"Allah doğru yolda olanların hidayətini artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır."},{"id":77,"translation":"Ayələrimizi inkar edib: “Mənə mütləq var-dövlət və övlad veriləcək!”– deyən kimsəni gördünmü?"},{"id":78,"translation":"Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Rəhmandan əhd almışdır?"},{"id":79,"translation":"Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq."},{"id":80,"translation":"Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir."},{"id":81,"translation":"(Müşriklər) Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar."},{"id":82,"translation":"Xeyr! (Qiyamət günü o məbudlar) onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar."},{"id":83,"translation":"Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?"},{"id":84,"translation":"Odur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq."},{"id":85,"translation":"O gün Biz müttəqiləri Rəhmanın hüzuruna hörmətli nümayəndələr olaraq toplayarıq."},{"id":86,"translation":"Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq."},{"id":87,"translation":"Rəhmandan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar."},{"id":88,"translation":"(Kafirlər:) “Rəhman özünə övlad götürmüşdür!”– dedilər."},{"id":89,"translation":"Siz olduqca pis bir iş tutdunuz."},{"id":90,"translation":"Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –"},{"id":91,"translation":"Rəhmana övlad isnad etdiklərinə görə."},{"id":92,"translation":"Halbuki Rəhmana övlad götürmək yaraşmaz."},{"id":93,"translation":"Göylərdə və yerdə olanların hamısı Rəhmanın hüzuruna qul olaraq gələcəkdir."},{"id":94,"translation":"Allah onları hesablamış və bir-bir saymışdır."},{"id":95,"translation":"Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcəkdir."},{"id":96,"translation":"İman gətirib saleh əməllər edənlərə gəlincə, Rəhman onlar üçün (qəlblərdə) bir sevgi yaradacaqdır."},{"id":97,"translation":"(Ey Rəsulum!) Biz, müttəqilərə Quranla müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən deyə, onu sənin dilinlə asanlaşdırdıq."},{"id":98,"translation":"Biz onlardan öncə neçə-neçə nəsli məhv etdik. Heç onlardan kiminsə (mövcudluğunu) hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?"}]},{"id":20,"verses":[{"id":1,"translation":"Ta. Ha."},{"id":2,"translation":"Biz bu Quranı sənə bədbəxt olasan deyə nazil etmədik."},{"id":3,"translation":"(Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət olaraq (göndərdik)."},{"id":4,"translation":"O, yeri və uca göyləri yaradan (Allah) tərəfindən nazil olmuşdur."},{"id":5,"translation":"Rəhman Ərşin üzərində ucaldı."},{"id":6,"translation":"Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, (hamısı) Ona məxsusdur."},{"id":7,"translation":"Sən ucadan danışsan da, (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir."},{"id":8,"translation":"Allah! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur!"},{"id":9,"translation":"Musanın əhvalatı sənə gəlib çatdımı?"},{"id":10,"translation":"O zaman o, bir od görüb ailəsinə: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!”– demişdi."},{"id":11,"translation":"(Musa) oda yaxınlaşdıqda (Allah) ona belə nida etdi: “Ey Musa!"},{"id":12,"translation":"Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!"},{"id":13,"translation":"Mən səni seçmişəm. (Sənə) vəhy olunanı dinlə!"},{"id":14,"translation":"Həqiqətən, Mən Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!"},{"id":15,"translation":"Qiyamət saatı mütləq gələcəkdir! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala (Özümdən belə) gizlədirəm."},{"id":16,"translation":"Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!"},{"id":17,"translation":"Sağ əlindəki nədir, ey Musa?”"},{"id":18,"translation":"(Musa) dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarayır”."},{"id":19,"translation":"(Allah) buyurdu: “At onu (yerə), ey Musa!”"},{"id":20,"translation":"(Musa) onu (yerə) atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı."},{"id":21,"translation":"Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq."},{"id":22,"translation":"Əlini qoynuna sal ki, (əlin oradan) başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın."},{"id":23,"translation":"(Belə etdik) ki, sənə ən böyük ayələrimizdən (bir neçəsini) göstərək."},{"id":24,"translation":"Fironun yanına get! Çünki o, həddini aşmışdır”."},{"id":25,"translation":"(Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!"},{"id":26,"translation":"İşimi yüngülləşdir!"},{"id":27,"translation":"Dilimdəki düyünü aç ki,"},{"id":28,"translation":"sözümü anlasınlar!"},{"id":29,"translation":"Mənə öz ailəmdən bir köməkçi ver –"},{"id":30,"translation":"Qardaşım Harunu!"},{"id":31,"translation":"Onun sayəsində mənim gücümü artır!"},{"id":32,"translation":"Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,"},{"id":33,"translation":"Sənə çoxlu təriflər deyək"},{"id":34,"translation":"və Səni çox zikr edək."},{"id":35,"translation":"Şübhəsiz ki, Sən bizi görürsən!”"},{"id":36,"translation":"(Allah) buyurdu: “İstədiyin sənə verildi, ey Musa!"},{"id":37,"translation":"Sənə bir dəfə də mərhəmət göstərmişdik."},{"id":38,"translation":"O vaxt ki, anana ilham yolu ilə belə buyurduq:"},{"id":39,"translation":"“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi (Firon) onu götürsün”. Gözüm önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım."},{"id":40,"translation":"O zaman bacın gedib (Firon ailəsinə belə) deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən (boya-başa çatdıqda) bir nəfəri öldürdün. (O vaxt) Biz səni qəm-qüssədən qurtardıq. Biz səni (çətin) sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da əzəldən yazılmış qədərə görə gəlib (bu yerə) çatdın, ey Musa!"},{"id":41,"translation":"Mən səni Özümə (peyğəmbər) seçdim!"},{"id":42,"translation":"Sən və qardaşın ayətlərimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin."},{"id":43,"translation":"Fironun yanına gedin. Çünki o, həddini aşmışdır."},{"id":44,"translation":"Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”"},{"id":45,"translation":"Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”."},{"id":46,"translation":"(Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!"},{"id":47,"translation":"Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!"},{"id":48,"translation":"Bizə, əzabın (haqqı) yalan sayan və üz döndərənlərə veriləcəyi vəhy olunur!”"},{"id":49,"translation":"(Firon) dedi: “Rəbbiniz kimdir, ey Musa?”"},{"id":50,"translation":"(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!”"},{"id":51,"translation":"(Firon) dedi: “Bəs keçmiş nəsillərin halı necə olacaq?”"},{"id":52,"translation":"(Musa) dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim nə xəta edir, nə də unudur!”"},{"id":53,"translation":"O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik."},{"id":54,"translation":"(Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda ağıl sahibləri üçün dəlillər vardır."},{"id":55,"translation":"Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq."},{"id":56,"translation":"Biz dəlillərimizin hamısını (Firona) göstərdik. O isə (bu dəlilləri) yalan sayıb qəbul etmədi."},{"id":57,"translation":"(Firon) dedi: “Sən sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəldin, ey Musa?"},{"id":58,"translation":"Biz də mütləq sənə buna bənzər bir sehr göstərəcəyik. Bizimlə öz aranda vaxt təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. (Bu hamımıza) münasib bir yerdə olsun”."},{"id":59,"translation":"(Musa) dedi: “Görüş vaxtınız bayram günü, camaatın (bir yerə) toplaşacağı səhər vaxtıdır!”"},{"id":60,"translation":"Firon arxasını çevirib getdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi."},{"id":61,"translation":"Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar."},{"id":62,"translation":"(Sehrbazlar) öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər."},{"id":63,"translation":"Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu yox etmək istəyirlər."},{"id":64,"translation":"Odur ki, bütün hiylələrinizi cəmləşdirib (meydana) dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”."},{"id":65,"translation":"(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əlindəkini) at, ya da birinci atan biz olaq!”"},{"id":66,"translation":"(Musa) dedi: “Yox, siz atın!” (Sehrbazlar əllərindəkiləri yerə atan kimi) sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür."},{"id":67,"translation":"Musa bunu görüncə içində bir qorxu hiss etdi."},{"id":68,"translation":"Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan!"},{"id":69,"translation":"Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”."},{"id":70,"translation":"Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!”"},{"id":71,"translation":"(Firon) dedi: “Mən sizə izin verməzdən öncə siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, özünüzü də xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha davamlı olduğunu biləcəksiniz!”"},{"id":72,"translation":"Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!"},{"id":73,"translation":"Həqiqətən biz, günahlarımızı və sənin bizə məcbur etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allahın mükafatı daha xeyirli, cəzası isə daha davamlıdır!”"},{"id":74,"translation":"Kim Rəbbinin hüzuruna günahkar olaraq gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar."},{"id":75,"translation":"Kim (Onun hüzuruna) saleh əməllər etmiş bir mömin olaraq gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar –"},{"id":76,"translation":"(ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətləri. Onlar orada əbədi qalarlar. Bu, (günahlardan) təmizlənənlərin mükafatıdır."},{"id":77,"translation":"Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru yol aç. (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!”– (deyə) vəhy etdik."},{"id":78,"translation":"Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı."},{"id":79,"translation":"Firon öz qövmünü azğınlığa sürüklədi və (onlara) doğru yol göstərmədi."},{"id":80,"translation":"Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə Tur dağının sağ tərəfini vəd verdik. Sizə (göydən) manna və bildirçin endirdik."},{"id":81,"translation":"Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar."},{"id":82,"translation":"Mən, həqiqətən də, tövbə edib, iman gətirib saleh əməllər edən, sonra da doğru yolu tutanları bağışlayıram."},{"id":83,"translation":"(Allah buyurdu:) “Səni qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?”"},{"id":84,"translation":"(Musa) dedi: “Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!”"},{"id":85,"translation":"(Allah) buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”."},{"id":86,"translation":"Musa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”"},{"id":87,"translation":"Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o qövmün (Misir xalqının) zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”."},{"id":88,"translation":"(Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. (Buzova məftun olanlar:) “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o (bunu) unutmuşdur”– dedilər."},{"id":89,"translation":"Məgər (bu heykəlin) onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!"},{"id":90,"translation":"Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin!”"},{"id":91,"translation":"Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!”– dedilər."},{"id":92,"translation":"(Musa) dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,"},{"id":93,"translation":"ardımca gəlmədin? Əmrimə qarşımı çıxdın?"},{"id":94,"translation":"(Harun) dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum."},{"id":95,"translation":"(Musa) dedi: “Səni bu işə vadar edən nə idi, ey Samiri?”"},{"id":96,"translation":"O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi”."},{"id":97,"translation":"(Musa) dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!”– deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq."},{"id":98,"translation":"Sizin məbudunuz yalnız Özündən başqa heç bir (haqq) məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə etmişdir”."},{"id":99,"translation":"Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr (Quran) vermişik."},{"id":100,"translation":"Kim ondan üz döndərsə Qiyamət günü ağır bir günah yükü daşıyacaqdır."},{"id":101,"translation":"Onlar o günahın azabı içində əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis (yük) olacaqdır!"},{"id":102,"translation":"O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq."},{"id":103,"translation":"Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “(Dünyada) cəmi on gün qaldınız!”"},{"id":104,"translation":"Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı: “(Dünyada) cəmisi bir gün qaldınız!”– deyəcək."},{"id":105,"translation":"(Ey Muhamməd!) Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq,"},{"id":106,"translation":"oranı boş düzəngaha çevirəcəkdir."},{"id":107,"translation":"Sən orada nə bir eniş, nə də bir yoxuş görə biləcəksən”."},{"id":108,"translation":"O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən."},{"id":109,"translation":"O gün Rəhmanın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir."},{"id":110,"translation":"Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu (Allahın zatını və sifətlərini) ehtiva edə bilməz!"},{"id":111,"translation":"(O gün) üzlər (əbədi) Yaşayan, yaratdıqlarının Qəyyumu (olan Allah) qarşısında zəlil görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar."},{"id":112,"translation":"Mömin olub saleh işlər görənlər isə nə haqsızlığa məruz qalmaqdan, nə də (savabının) əksilməsindən qorxarlar."},{"id":113,"translation":"Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar (pis əməllərindən) çəkinsinlər və ya ibrət alsınlar."},{"id":114,"translation":"Haqq Hökmdar olan Allah ucadır! Onun sənə nazil etdiyi vəhy tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de."},{"id":115,"translation":"Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik."},{"id":116,"translation":"Bir zaman mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməkdən) imtina etdi."},{"id":117,"translation":"Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan."},{"id":118,"translation":"Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan."},{"id":119,"translation":"Sən orada nə susayacaq, nə də günəşin istisindən əziyyət çəkəcəksən!”"},{"id":120,"translation":"Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”"},{"id":121,"translation":"İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət (ağaclarının) yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu."},{"id":122,"translation":"Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və (onu) doğru yola yönəltdi."},{"id":123,"translation":"Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan (yerə) enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən (bələdçimin) ardınca getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar."},{"id":124,"translation":"Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı daralar və Biz Qiyamət günü onu kor olaraq həşir edərik”."},{"id":125,"translation":"O: “Ey Rəbbim! Məni nə üçün kor olaraq həşr etdin, axı mən (dünyada) görürdüm?”– deyəcəkdir."},{"id":126,"translation":"(Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”"},{"id":127,"translation":"Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha davamlıdır."},{"id":128,"translation":"Yurdlarında gəzib dolaşdıqları, özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onlara dərs olmadımı? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır."},{"id":129,"translation":"Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı, (əzab onları) dərhal yaxalayardı."},{"id":130,"translation":"Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan."},{"id":131,"translation":"(Kafirlərdən) bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi olaraq verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin verdiyi ruzi daha xeyirli və daha davamlıdır."},{"id":132,"translation":"Ailənə namaz qılmağı əmr et, özün də onu (namazı) səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir."},{"id":133,"translation":"(Kafirlər: “Muhamməd) bizə Rəbbindən bir ayə gətirməli deyildimi?”– dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı?"},{"id":134,"translation":"Əgər Biz onları bundan əvvəl (Muhamməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”"},{"id":135,"translation":"De: “Hamı gözləyir, siz də gözləyin. (Tezliklə) siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!”"}]},{"id":21,"verses":[{"id":1,"translation":"İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində (imandan) üz çevirirlər."},{"id":2,"translation":"Rəbbindən özlərinə bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar –"},{"id":3,"translation":"qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?”"},{"id":4,"translation":"(Peyğəmbər) dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”"},{"id":5,"translation":"Onlar dedilər: “(Bunlar) qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən ayətlər kimi bizə də bir ayət gətirsin”."},{"id":6,"translation":"Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlarmı iman gətirəcəklər?"},{"id":7,"translation":"Biz səndən əvvəl də özlərinə vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun."},{"id":8,"translation":"Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyildilər."},{"id":9,"translation":"Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq."},{"id":10,"translation":"Sizə, içində şərəfiniz olan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?"},{"id":11,"translation":"Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, onlardan sonra başqa qövmlər yaratdıq."},{"id":12,"translation":"Onlar əzabımızı hiss edincə dərhal oradan qaçmağa başladılar."},{"id":13,"translation":"“Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Ola bilsin ki, soruşulasınız.”"},{"id":14,"translation":"Onlar: “Vay halımıza! Biz, doğrudan da zalım olmuşuq”– dedilər."},{"id":15,"translation":"Biz onları yanmış küləşə döndərənəcən fəryad qoparırdılar."},{"id":16,"translation":"Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq."},{"id":17,"translation":"Əgər Biz (Özümüzə) əyləncə (arvad-uşaq) etmək istəsəydik, onu mütləq Öz yanımızda olanlardan edərdik. Lakin Biz (bunu) etmədik."},{"id":18,"translation":"Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onu yox edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!"},{"id":19,"translation":"Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Onun yanında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və (ibadət etməkdən) yorulmazlar."},{"id":20,"translation":"Onlar gecə-gündüz, usanmadan (Onun şəninə) təriflər deyirlər."},{"id":21,"translation":"Yoxsa (müşriklər) özlərinə yer üzündə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər?"},{"id":22,"translation":"Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) Ona aid etdikləri sifətlərdən uzaqdır!"},{"id":23,"translation":"O (Allah) etdiyi işlər barədə soruşulmaz, onlar isə soruşulacaqlar."},{"id":24,"translation":"Məgər (müşriklər) Ondan başqa məbudlaramı tapınmışlar? De: “Dəlilinizi gətirin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların əksəriyyəti əsl həqiqəti bilmir və (ondan) üz çevirirlər."},{"id":25,"translation":"Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək."},{"id":26,"translation":"(Kafirlər:) “Rəhman (Özünə) övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, (o mələklər) möhtərəm qullardır."},{"id":27,"translation":"(Mələklər) Ondan qabaq danışmazlar, onlar ancaq Onun əmrini yerinə yetirərlər."},{"id":28,"translation":"(Allah) onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər."},{"id":29,"translation":"Onlardan (Mələklərdən) kimsə: “Mən Ondan başqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq."},{"id":30,"translation":"Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?"},{"id":31,"translation":"Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar (istədikləri yerə) gedə bilsinlər deyə, orada geniş yollar saldıq."},{"id":32,"translation":"Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər."},{"id":33,"translation":"Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Onların hər biri öz yolu ilə hərəkət edər."},{"id":34,"translation":"Biz, səndən əvvəl də heç bir bəşərə əbədi həyat nəsib etmədik. Məgər sən öləcəksən, onlar dirimi qalacaqlar?!"},{"id":35,"translation":"Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!"},{"id":36,"translation":"Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək (bir-birinə): “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Rəhmanın öyüd-nəsihətini inkar edirlər."},{"id":37,"translation":"İnsan tələskən yaradılmışdır. Mən ayələrimi sizə göstərəcəyəm. Tələsməyin."},{"id":38,"translation":"Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər."},{"id":39,"translation":"Kaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər!"},{"id":40,"translation":"Əksinə, (Qiyamət) onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir."},{"id":41,"translation":"Səndən əvvəlki elçilər də istehza edilmişdi. Onlara rişxənd edənləri (həmin o) istehza etdikləri şey məhv etdi."},{"id":42,"translation":"De: “Gecə də, gündüz də sizi Rəhmandan (Onun əzabından) kim qoruya bilər?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər."},{"id":43,"translation":"Yoxsa onları Bizdən qoruya biləcək məbudlarımı vardır? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də qoruna bilməzlər."},{"id":44,"translation":"Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim, yer üzünə gəlib onu (bəzi) tərəflərindən əksiltdiyimizi (müsəlmanların fəthi və İslamın yayılması ilə kafirlərin torpaqlarını müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?!"},{"id":45,"translation":"De: “Mən sizi ancaq vəhy ilə (qabaqcadan) xəbərdar edirəm”. Karlar xəbərdar edilsələr də, çağırışı eşitməzlər."},{"id":46,"translation":"Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, həqiqətən də, zalımlardan olmuşuq”– deyərlər."},{"id":47,"translation":"Biz Qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə zülm edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz hesab çəkməyə bəs edərik."},{"id":48,"translation":"Biz Furqanı Musaya və Haruna müttəqilərdən ötrü bir nur və öyüd-nəsihət olaraq verdik."},{"id":49,"translation":"O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və Qiyamət saatından lərzəyə gəlirlər."},{"id":50,"translation":"Bu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz?"},{"id":51,"translation":"Biz daha öncə İbrahimə də doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq."},{"id":52,"translation":"Bir zaman o öz atasına və qövmünə: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi."},{"id":53,"translation":"Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– dedilər."},{"id":54,"translation":"(İbrahim) dedi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”."},{"id":55,"translation":"Onlar dedilər: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”"},{"id":56,"translation":"(İbrahim) dedi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm."},{"id":57,"translation":"Allaha and olsun ki, siz dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!”"},{"id":58,"translation":"(Nəhayət İbrahim) bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr."},{"id":59,"translation":"Onlar dedilər: “İlahlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!”"},{"id":60,"translation":"(Bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər."},{"id":61,"translation":"(Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər."},{"id":62,"translation":"Onlar dedilər: “İlahlarımızı sənmi bu kökə saldın, ey İbrahim?”"},{"id":63,"translation":"(İbrahim) dedi: “Xeyr, bunu onların bu böyüyü etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun”."},{"id":64,"translation":"Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımsınız”– dedilər."},{"id":65,"translation":"Sonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”."},{"id":66,"translation":"(İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız?"},{"id":67,"translation":"Yazıqlar olsun sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğrudanmı, siz dərk etmirsiniz?”"},{"id":68,"translation":"Onlar dedilər: “Əgər (bir şey) edəcəksinizsə, onu yandırın, ilahlarınıza kömək edin”."},{"id":69,"translation":"Biz: “Ey od! İbrahim üçün sərin və salamat ol!”– dedik."},{"id":70,"translation":"Onlar İbrahimə bir hiylə qurmaq istədilər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq."},{"id":71,"translation":"Biz onu da (İbrahimi də, qardaşı oğlu) Lutu da (zalımlardan) xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə (Şam torpağına) gətirdik."},{"id":72,"translation":"Biz ona (İbrahimə) İshaqı və bir də Yəqubu bəxş edib və hər birini əməlisalehlərdən etdik."},{"id":73,"translation":"Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız bizə ibadət edən kimsələr idi."},{"id":74,"translation":"Biz Luta da hökmranlıq və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir qövm idilər."},{"id":75,"translation":"Biz onu Öz mərhəmətimizə qovuşdurduq. Həqiqətən o, əməlisalehlərdən idi."},{"id":76,"translation":"Nuhu da (yada sal)! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul edib, onu və onun ailəsini böyük qəm-qüssədən qurtardıq!"},{"id":77,"translation":"Ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım etdik. Doğrudan da onlar pis bir qövm idi. Odur ki, Biz onların hamısını suda boğduq."},{"id":78,"translation":"Davudu və Süleymanı da (yada sal)! Bir zaman onlar bir qövmün qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik."},{"id":79,"translation":"Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təsbih etmələri üçün ona ram etdik. Bunları Biz etdik."},{"id":80,"translation":"Biz ona (Davuda) sizi (döyüşdə) qorumaq üçün zirehli geyim düzəltməyi öyrətdik. Heç siz şükür edirsinizmi?"},{"id":81,"translation":"Süleymana da güclü əsən küləyi ram etdik. Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Şama) tərəf əsərdi. Biz hər şeyi bilirik."},{"id":82,"translation":"Şeytanlar arasından onun üçün (dəniz sularına dalıb) dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq."},{"id":83,"translation":"Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə nida edərək demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”"},{"id":84,"translation":"Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik."},{"id":85,"translation":"İsmaili, İdrisi və Zülkifli də (yada sal)! Hamısı səbir edənlərdən idilər."},{"id":86,"translation":"Biz onları mərhəmətimizə qovuşdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər."},{"id":87,"translation":"Zün-Nunu (Yunusu) da (yada sal)! Bir zaman o qəzəbli halda (qövmündən ayrılıb) getmiş və onu sıxıntıya salmayacağımızı güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”"},{"id":88,"translation":"Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!"},{"id":89,"translation":"Zəkəriyyanı da (yada sal)! Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən xeyirlisisən!”"},{"id":90,"translation":"Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini onun üçün islah etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər."},{"id":91,"translation":"İsmətini qoruyan (Məryəmi də yada sal)! Biz ona Öz ruhumuzdan (Cəbrail vasitəsilə) üfürdük, onu və onun oğlunu aləmlərə bir ayət etdik."},{"id":92,"translation":"Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!"},{"id":93,"translation":"Lakin onlar dini öz aralarında parçalayıb (muvahid, müşrik, kafir və mömin olmaqla) dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar."},{"id":94,"translation":"Kim mömin olaraq saleh əməllər edərsə, onun zəhməti inkar olunmaz. Şübhəsiz ki, Biz onun üçün (əməllərini) yazırıq."},{"id":95,"translation":"Məhv etdiyimiz bir məmləkət əhlinin (tövbə etməsi üçün yenidən dünyaya qayıtması) haram edilmişdir. Onlar (bir daha bu dünyaya) qayıtmayacaqlar."},{"id":96,"translation":"Nəhayət, Yəcuc və Məcuc (səddi) açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman;"},{"id":97,"translation":"haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. (Onlar deyəcəklər:) “Vay halımıza! Biz bundan qafil idik. Xeyir, biz zalımlardan olmuşduq!”"},{"id":98,"translation":"(Ey kafirlər!) Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz (mütləq) ora girəcəksiniz."},{"id":99,"translation":"Əgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar."},{"id":100,"translation":"Onlar orada inildəyəcək və heç nə eşitməyəcəklər."},{"id":101,"translation":"Əzəldən özlərinə ən gözəl aqibət yazılmış kimsələrə gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar."},{"id":102,"translation":"Onlar onun (Cəhənnəmin) xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar."},{"id":103,"translation":"Ən böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!”– deyəcəklər."},{"id":104,"translation":"O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik."},{"id":105,"translation":"Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) Zəburda da yer üzünə Mənim əməlisaleh qullarımın varis olacaqlarını yazmışdıq."},{"id":106,"translation":"Həqiqətən, bunda ibadət edən bir qövm üçün bir bildiriş vardır."},{"id":107,"translation":"Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik."},{"id":108,"translation":"De: “Mənə, ilahınızın yalnız tək bir İlah olduğu vəhy olunur. Siz müsəlman olacaqsınızmı?”"},{"id":109,"translation":"Əgər onlar üz döndərsələr, de: “(Mən bu dini) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm."},{"id":110,"translation":"Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir."},{"id":111,"translation":"Bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən vaxta qədər (bu dünyada) faydalanmağınız üçündür”."},{"id":112,"translation":"(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”."}]},{"id":22,"verses":[{"id":1,"translation":"Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamət saatının zəlzələsi dəhşətli bir şeydir."},{"id":2,"translation":"Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı şiddətlidir."},{"id":3,"translation":"İnsanlar arasında, Allah barəsində elmsiz mübahisə edən və hər bir asi şeytanın ardınca gedən kimsələr də vardır."},{"id":4,"translation":"Onun (Şeytanın) haqqında belə yazılmışdır; kim onunla (şeytanla) dostluq etsə, (şeytan) onu azdırar və alovlu Odun əzabına sürükləyər."},{"id":5,"translation":"Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxta qədər saxlayırıq. Sonra sizi (oradan) uşaq olaraq çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və cürbəcür gözəl bitkilər bitirər."},{"id":6,"translation":"Bunun səbəbi Allahın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir."},{"id":7,"translation":"Qiyamət saatı gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir."},{"id":8,"translation":"İnsanlar içərisində heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edənlər də vardır."},{"id":9,"translation":"O, başını (təkəbbürlə) o yan-bu yana çevirir ki, (insanları) Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm atəşinin əzabını daddıracağıq."},{"id":10,"translation":"(Ona deyiləcəkdir:) “Bu, (dünyada ikən) törətdiyin əməllərin cəzasıdır, yoxsa Allah qullarına əsla zülm edən deyildir”."},{"id":11,"translation":"İnsanlardan eləsi də var ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir müsibət gəlsə, üz döndərib (küfrə) qayıdar. O (kimsə) dünyanı da itirər, axirəti də. Həqiqi zərər də elə budur."},{"id":12,"translation":"O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə dua edir. Dərin azğınlıq da elə budur."},{"id":13,"translation":"Həm də zərəri xeyrindən daha yaxın olana dua edir. O nə pis köməkçi, nə pis yoldaşdır!"},{"id":14,"translation":"Allah iman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər."},{"id":15,"translation":"Kim Allahın, dünyada və axirətdə (Öz peyğəmbərinə) kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb (boynuna keçirsin), sonra da (ayağını yerdən) üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu (Allahın bu köməyinə) mane ola bilərmi?"},{"id":16,"translation":"Beləcə, Biz (Quranı) açıq-aydın ayələr olaraq nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldər."},{"id":17,"translation":"Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, nəsranilər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir."},{"id":18,"translation":"Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların bir çoxu isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər."},{"id":19,"translation":"Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir."},{"id":20,"translation":"Bununla, onların bətnlərindəkiləri və dəriləri əridiləcəkdir."},{"id":21,"translation":"Onlar üçün dəmir toppuzlar da vardır."},{"id":22,"translation":"Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtulmaq istədikdə yenidən oraya qaytarılacaq (və onlara): “Dadın odun əzabını!”– (deyiləcəkdir)."},{"id":23,"translation":"Həqiqətən də, Allah iman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır."},{"id":24,"translation":"Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər."},{"id":25,"translation":"Kafir olanlara, (insanları) həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr – üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq."},{"id":26,"translation":"Bir zaman Biz İbrahimə (müqəddəs) Evin yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”– (demişdik)."},{"id":27,"translation":"İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər."},{"id":28,"translation":"Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, çarəsiz qalmış fəqirə də yedirdin!"},{"id":29,"translation":"Sonra kirlərini təmizləyərək (dırnaq kəsmək, saçını qırxmaq yaxud qısaltmaq və s.) həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə yetirsinlər və qədim Evi (Kəbəni) təvaf etsinlər."},{"id":30,"translation":"Bu belədir, hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu) sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin;"},{"id":31,"translation":"ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Allaha şərik qoşan kimsə, göydən düşüb, quşların da onu alıb apardığı, yaxud küləyin onu sovurub uzaq bir yerə atdığı şeyə bənzər."},{"id":32,"translation":"Bu belədir! Hər kim Allahın ayinlərinə hörmət edərsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır."},{"id":33,"translation":"(Qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim Evin yaxınlığındadır."},{"id":34,"translation":"Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;"},{"id":35,"translation":"o kəslərə ki, Allah anıldığı zaman qəlbləri qorxuya düşər, başlarına gələnlərə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər."},{"id":36,"translation":"Biz qurbanlıq dəvələri də sizin üçün Allahın (dininin) ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. (Onları) səf-səf düzülmüş (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Qurbanlıq heyvanları sizə beləcə ram etdik ki, bəlkə şükür edəsiniz."},{"id":37,"translation":"Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bunları sizə beləcə ram etdi. Sən yaxşılıq edənləri müjdələ!"},{"id":38,"translation":"Şübhəsiz ki, Allah iman gətirənləri (düşmənlərinin şərindən) qoruyar. Həqiqətən, Allah heç bir nankor xaini sevməz!"},{"id":39,"translation":"Zülmə məruz qaldıqlarına görə vuruşanlara (Allah yolunda döyüşməyə) izin verildi. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir."},{"id":40,"translation":"Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir."},{"id":41,"translation":"Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işləri əmr edib, pis işləri qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir."},{"id":42,"translation":"Əgər səni yalançı saysalar, (bil ki,) səndən əvvəl Nuhun qövmü də, Ad və Səmud tayfası da (elçiləri) yalançı saymışdı."},{"id":43,"translation":"İbrahim qövmü də, Lut tayfası da,"},{"id":44,"translation":"Mədyən əhli də (elçiləri yalançı saymışdı). Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir görəydin!"},{"id":45,"translation":"Neçə-neçə məmləkət olmuşdur ki, (əhalisi) zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyu və neçə-neçə boş qalmış qəsr də vardır."},{"id":46,"translation":"Məgər onlar yer üzündə gəzib dolaşaraq (zalımların aqibətini) qəlbləri ilə düşünüb, qulaqları ilə eşitmirlər? Axı əslində gözlər deyil, sinələrdəki qəlblər kor olur."},{"id":47,"translation":"Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!"},{"id":48,"translation":"Neçə-neçə məmləkətə, (əhalisi) zülm edərkən möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Dönüş də ancaq Mənədir!"},{"id":49,"translation":"De: “Ey insanlar! Mən sizə yalnız açıq-aydın xəbərdarlıq edənəm."},{"id":50,"translation":"İman gətirib saleh əməllər edənər üçün bağışlanma və bol ruzi hazırlanmışdır."},{"id":51,"translation":"Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər."},{"id":52,"translation":"Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":53,"translation":"(Belə edər ki,) şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan kimsələr üçün bır fitnəyə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər."},{"id":54,"translation":"Qoy elm verilən kəslər, bu (Kitabın) Rəbbin tərəfindən (göndərilmiş) həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər."},{"id":55,"translation":"Kafir olanlar isə Qiyamət saatı qəflətən onların başlarının üstünü alanadək yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək (Quran barəsində) şəkk-şübhə içində qalarlar."},{"id":56,"translation":"O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib saleh əməllər edənlər Nəim cənnətlərində olacaqlar."},{"id":57,"translation":"Kafir olub ayələrimizi yalan hesab edənlər üçün alçaldıcı bir əzab vardır."},{"id":58,"translation":"Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır!"},{"id":59,"translation":"Allah onları razı qalacaqları yerə (Cənnətə) daxil edəcəkdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, həlimdir!"},{"id":60,"translation":"Bu belədir! Hər kim özünə verilən cəzanın eynisi ilə cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, (bilsin ki,) Allah ona mütləq yardım edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır!"},{"id":61,"translation":"Beləcə Allah gecəni gündüzə, gündüzü də gecəyə qatır. Allah Eşidəndir, Görəndir."},{"id":62,"translation":"Bu belədir. Çünki Allah Haqdır. (müşriklərin) Ondan başqa dua etdikləri isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür."},{"id":63,"translation":"Məgər Allahın göydən yağış yağdırdığını və (onunla) yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır."},{"id":64,"translation":"Göylərdə və yerdə nə varsa hamısı Ona məxsusdur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir."},{"id":65,"translation":"Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayır. Həqiqətən, Allah insanlara qarşı çox şəfqətlidir, rəhmlidir."},{"id":66,"translation":"Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. İnsan, həqiqətən də, nankordur."},{"id":67,"translation":"Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə mübahisə etməsinlər. Sən (onları) Rəbbinə (ibadət etməyə) dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan."},{"id":68,"translation":"Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir."},{"id":69,"translation":"İxtilaf etdiyiniz məsələlər barəsində Allah Qiyamət günü aranızda hökmünü verəcəkdir”."},{"id":70,"translation":"Məgər Allahın göydə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Həqiqətən, bu, Kitabda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır."},{"id":71,"translation":"Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz."},{"id":72,"translation":"Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan (nifrətinizdən və qəzəbinizdən) daha pisini xəbər verimmi? (Bu,) Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayıdış yeridir!”"},{"id":73,"translation":"Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa dua etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də acizdir, istənilən də!"},{"id":74,"translation":"Onlar (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!"},{"id":75,"translation":"Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir!"},{"id":76,"translation":"Allah onların keçmişini və gələcəyini bilir. Bütün işlər Allaha qayıdır."},{"id":77,"translation":"Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız."},{"id":78,"translation":"Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bunda (Quranda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!"}]},{"id":23,"verses":[{"id":1,"translation":"Möminlər, həqiqətən də, nicat tapmışlar;"},{"id":2,"translation":"o kəslər ki, namazlarında mütidirlər,"},{"id":3,"translation":"o kəslər ki, lağlağıdan üz çevirirlər,"},{"id":4,"translation":"o kəslər ki, zəkat verirlər,"},{"id":5,"translation":"o kəslər ki, övrət yerlərini qoruyurlar,"},{"id":6,"translation":"zövcələri və sahib olduqları cariyələr müstəsnadır. Onlar (buna görə) qınanmazlar."},{"id":7,"translation":"Bundan artığına can atanlar isə həddi aşanlardır."},{"id":8,"translation":"O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar."},{"id":9,"translation":"O kəslər ki, namazlarını vaxtlı-vaxtında qılırlar."},{"id":10,"translation":"Məhz onlar – varis olanlardır."},{"id":11,"translation":"O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar; onlar orada əbədi qalacaqlar."},{"id":12,"translation":"Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq."},{"id":13,"translation":"Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik."},{"id":14,"translation":"Sonra nütfədən laxtalanmış qan yaratdıq; sonra o laxtalanmış qandan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sümüklər yaratdıq; sonra da sümükləri ət ilə örtdük; sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!"},{"id":15,"translation":"Bundan sonra siz mütləq öləcəksiniz."},{"id":16,"translation":"Sonra da Qiyamət günü dirildiləcəksiniz."},{"id":17,"translation":"Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatdan da xəbərsiz deyilik."},{"id":18,"translation":"Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu aparmağa da qadirik."},{"id":19,"translation":"Sonra həmin su ilə sizin üçün xurma və üzüm bağları yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır."},{"id":20,"translation":"Biz Sina dağında bir ağac bitirdik ki, (barından) yeyənlərə həm yağ, həm də şirə verir."},{"id":21,"translation":"Həqiqətən, heyvanlarda da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda bir çox faydalar da var. Üstəlik onlardan yeyirsiniz də."},{"id":22,"translation":"Siz həm o heyvanların, həm də gəmilərin üstündə daşınırsınız."},{"id":23,"translation":"Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”"},{"id":24,"translation":"Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik."},{"id":25,"translation":"Bu ancaq cinli bir adamdır. Odur ki, onu bir müddət gözləyin!”"},{"id":26,"translation":"O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə yardım et!”"},{"id":27,"translation":"Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman hər canlıdan bir cüt (erkək və dişi), barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər müstəsna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar (suya) qərq olunacaqlar."},{"id":28,"translation":"Sən və səninlə bərabər olanlar, gəmiyə mindiyiniz zaman: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!”– de."},{"id":29,"translation":"Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən yer verənlərin ən yaxşısısan!”"},{"id":30,"translation":"Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz (qullarımızı belə) sınağa çəkirik."},{"id":31,"translation":"Biz onlardan sonra isə başqa bir nəsil yaratdıq."},{"id":32,"translation":"Onlara özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”"},{"id":33,"translation":"Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir."},{"id":34,"translation":"Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız."},{"id":35,"translation":"O sizə, ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra (qəbirlərinizdən) çıxarılacağınızımı vəd edir?"},{"id":36,"translation":"Sizə vəd olunan (öldükdən sonra dirilmək) çox uzaqdır, çox uzaq!"},{"id":37,"translation":"Həyat, ancaq bizim bu dünya həyatımızdır. Ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik."},{"id":38,"translation":"Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”."},{"id":39,"translation":"O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymalarına qarşı mənə yardım et!”"},{"id":40,"translation":"(Allah) dedi: “Onlar tezliklə peşman olacaqlar!”"},{"id":41,"translation":"Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları (daşqının apardığı) çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar!"},{"id":42,"translation":"Biz onlardan sonra başqa-başqa nəsillər yaratdıq."},{"id":43,"translation":"Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar."},{"id":44,"translation":"Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyən qövm!"},{"id":45,"translation":"Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –"},{"id":46,"translation":"Firona və onun əyanlarına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan kimsələr idilər."},{"id":47,"translation":"Onlar dedilər: “Qövmləri bizə kölə olduğu halda, bizim kimi iki insana inanacağıq?”"},{"id":48,"translation":"Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular."},{"id":49,"translation":"Biz Musaya Kitab (Tövrat) verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər!"},{"id":50,"translation":"Biz Məryəm oğlunu və onun anasını (qüdrətimizə dəlalət edən) bir ayət etdik. Onları əlverişli bir yerdə, çeşmə axan uca bir yerdə yerləşdirdik."},{"id":51,"translation":"Ey elçilər! Halal nemətlərdən yeyin və saleh əməllər edin! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!"},{"id":52,"translation":"Bu (İslam), vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun."},{"id":53,"translation":"Lakin (insanlar) dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə yanında olanlarla sevinər."},{"id":54,"translation":"(Ey Rəsulum!) Sən onları bir müddət öz cəhaləti içində burax!"},{"id":55,"translation":"Yoxsa (kafirlər) elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə"},{"id":56,"translation":"onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar (bunu) hiss etmirlər."},{"id":57,"translation":"Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər,"},{"id":58,"translation":"Rəbbinin ayələrinə iman gətirənlər,"},{"id":59,"translation":"Rəbbinə şərik qoşmayanlar,"},{"id":60,"translation":"Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını (namazı, zəkatı, həcci, sədəqəni və s. başqa ibadətləri) qəlbləri qorxa-qorxa yerinə yetirənlər –"},{"id":61,"translation":"Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər."},{"id":62,"translation":"Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz."},{"id":63,"translation":"Lakin onların qəlbi bundan (haqqı deyən bir Kitabdan) qafildir. Onların bundan əlavə etdikləri başqa (pis) əməlləri də vardır."},{"id":64,"translation":"Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar."},{"id":65,"translation":"(Onlara deyiləcək:) “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir yardım göstərməyəcəyik!”"},{"id":66,"translation":"Ayələrim sizə oxunurdu, siz isə arxanızı çevirirdiniz."},{"id":67,"translation":"Həm də (Kəbə əhlisiniz deyə bununla özünüzü insanlardan üstün görərək) təkəbbürlük edir, gecələr (Kəbənin ətrafında toplanaraq Quran barədə) pis sözlər danışırdınız."},{"id":68,"translation":"Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yoxsa onlara ulu babalarına gəlməyən bir şeymi gəldi?"},{"id":69,"translation":"Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər?"},{"id":70,"translation":"Yoxsa: “O cinlidir?”– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır."},{"id":71,"translation":"Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər."},{"id":72,"translation":"Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir!"},{"id":73,"translation":"Şübhəsiz ki sən, onları doğru yola çağırırsan."},{"id":74,"translation":"Axirətə inanmayanlar isə doğru yoldan azanlardır."},{"id":75,"translation":"Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək, onlar (yenə öz) azğınlıqları içində sərgərdan gəzəcəklər."},{"id":76,"translation":"Biz onları əzabla yaxaladıq, onlar yenə də öz Rəbbinə boyun əymədilər, (Ona) yalvarıb-yaxarmadılar."},{"id":77,"translation":"Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapıldılar."},{"id":78,"translation":"Sizin üçün qulaqlar, gözlər və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz."},{"id":79,"translation":"Sizi yer üzündə yaradıb yayan Odur. Siz Onun hüzuruna həşir olunacaqsınız."},{"id":80,"translation":"Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər (bunu) dərk etmirsiniz?"},{"id":81,"translation":"Xeyr, onlar da əvvəlkilərin dedikləri kimi dedilər."},{"id":82,"translation":"Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?”"},{"id":83,"translation":"Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir."},{"id":84,"translation":"De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimə məxsusdur?”"},{"id":85,"translation":"Onlar: “Allahındır!”– deyəcəklər. De: “Elə isə düşünüb ibrət almırsıniz?”"},{"id":86,"translation":"De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Sahibi kimdir?”"},{"id":87,"translation":"Onlar: “Allahdır!”– deyəcəklər. De: “Elə isə (Allahdan) qorxmursunuz?”"},{"id":88,"translation":"De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”"},{"id":89,"translation":"Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”"},{"id":90,"translation":"Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!"},{"id":91,"translation":"Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı (ibadətə layiq olan) heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır."},{"id":92,"translation":"O, qeybi və aşkarı biləndir. Allah (müşriklərin) Ona qoşduqları şəriklərdən ucadır."},{"id":93,"translation":"De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə,"},{"id":94,"translation":"məni zalım qövmün içində qoyma, ey Rəbbim!”"},{"id":95,"translation":"Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik."},{"id":96,"translation":"Sən pisliyi yaxşılıqla dəf et. Biz onların vəsf etdikləri sifətləri (Allaha şəriklər qərar verdiklərini və ya sənin barəndə dediklərini) daha yaxşı bilirik."},{"id":97,"translation":"De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!"},{"id":98,"translation":"Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”"},{"id":99,"translation":"Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar."},{"id":100,"translation":"Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (həyatı) vardır."},{"id":101,"translation":"Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar."},{"id":102,"translation":"(O gün) tərəziləri ağır gələnlər nicat tapacaqlar."},{"id":103,"translation":"Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar."},{"id":104,"translation":"Od onların üzünü yandıracaq və onlar orada (dodaqları əzabdan qıc olub) dişləri ağarmış bir halda qalacaqlar."},{"id":105,"translation":"Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi?"},{"id":106,"translation":"Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir qövm olduq."},{"id":107,"translation":"Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də (günah işlərə) qayıtsaq, həqiqətən biz, zalımlardan olarıq”."},{"id":108,"translation":"(Allah) buyuracaq: “Orada zəlil vəziyyətdə qalın və Mənə heç nə deməyin!"},{"id":109,"translation":"Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”– deyirdilər."},{"id":110,"translation":"Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz."},{"id":111,"translation":"Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!”"},{"id":112,"translation":"Allah (kafirlərdən): “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaqdır."},{"id":113,"translation":"Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan (mələklərdən) soruş”– deyəcəklər."},{"id":114,"translation":"Allah deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz!"},{"id":115,"translation":"Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?”"},{"id":116,"translation":"Haqq Hökmdar olan Allah (hər şeydən) ucadır! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. O, dəyərli Ərşin Rəbbidir."},{"id":117,"translation":"Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!"},{"id":118,"translation":"De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”"}]},{"id":24,"verses":[{"id":1,"translation":"(Bu,) Bizim nazil edib (sizə) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız."},{"id":2,"translation":"Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun."},{"id":3,"translation":"Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Bu, möminlərə haram edilmişdir."},{"id":4,"translation":"İsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir."},{"id":5,"translation":"Ancaq bundan sonra tövbə edib özlərini islah edənlər müstəsnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir."},{"id":6,"translation":"Arvadlarını (zinada) günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutmasıdır."},{"id":7,"translation":"Beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”– (deməsidir)."},{"id":8,"translation":"Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər."},{"id":9,"translation":"Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allahın ona (o qadına) qəzəbi tutsun!”– deməlidir."},{"id":10,"translation":"Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı (yalan danışanlara cəzanı dərhal verərdi). Allah tövbələri qəbul edəndir və hikmət sahibidir."},{"id":11,"translation":"Şübhəsiz ki, (Aişə barəsində) yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir."},{"id":12,"translation":"Kaş ki bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı zənndə olub: “Bu, açıq-aydın bir böhtandır!”– deyərdilər."},{"id":13,"translation":"Kaş ki buna dair dörd şahid gətirsəydilər. Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar."},{"id":14,"translation":"Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı."},{"id":15,"translation":"O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır."},{"id":16,"translation":"Kaş ki onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. (Ey Allah!) Sən pak və müqəddəssən! Bu, böyük bir böhtandır!”– deyəydiniz."},{"id":17,"translation":"Əgər möminsinizsə, (bilin ki,) Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir."},{"id":18,"translation":"Allah ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":19,"translation":"Möminlər arasında əxlaqsızlığın yayılmasını istəyən kimsələr üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz."},{"id":20,"translation":"Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı (yaydığınız şayiələrə görə sizi məhv edərdi). Həqiqətən Allah şəfqətlidir və rəhmlidir."},{"id":21,"translation":"Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir."},{"id":22,"translation":"Sizlərdən fəzilət və sərvət sahibi olanlar qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir."},{"id":23,"translation":"İsmətli, (zinadan) xəbəri olmayan mömin qadınlara (zinada ittiham edərək) böhtan atanlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir –"},{"id":24,"translation":"Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir."},{"id":25,"translation":"O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər."},{"id":26,"translation":"Pis qadınlar pis kişilərə, pis kişilər isə pis qadınlara, eləcə də yaxşı qadınlar yaxşı kişilərə, yaxşı kişilər də yaxşı qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir."},{"id":27,"translation":"Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən daxil olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız."},{"id":28,"translation":"Əgər orada heç kəsi tapmasanız, sizə izin verilməyincə ora girməyin. Sizə: “Qayıdın!”– deyilsə, qayıdın. Bu sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir."},{"id":29,"translation":"İçərisində əşyanız olan, yaşayış olmayan evlərə (icazəsiz) daxil olmaq sizə günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir."},{"id":30,"translation":"Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır."},{"id":31,"translation":"Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirmiş kişi xidmətçilərdən, yaxud qadınların ayıb yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız."},{"id":32,"translation":"Aranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü) geniş olandır, (hər şeyi) biləndir."},{"id":33,"translation":"Qoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən köləlikdən azad olması üçün bədəl vermək) istəyənlərlə – əgər onlarda bir xeyir görürsünüzsə – onlarla mükatəbə edin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları (bu işə) məcbur etsə, (bilsin ki,) onlar məcbur edildikdən sonra Allah (onları) bağışlayar və (onlara) rəhm edər."},{"id":34,"translation":"Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik."},{"id":35,"translation":"Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı, özünə od toxunmasa da, sanki işıq saçır. (Bu,) nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün məsəllər çəkir. Allah hər şeyi biləndir."},{"id":36,"translation":"(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. (Mömin kişilər) orada səhər-axşam Ona təriflər deyirlər."},{"id":37,"translation":"O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar."},{"id":38,"translation":"(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyini hesabsız ruziləndirər."},{"id":39,"translation":"Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. Allah da onun (əməllərinin) hesabını layiqincə verər. Allah tez haqq-hesab çəkəndir."},{"id":40,"translation":"Yaxud (onların əməlləri) dərin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də (başqa) bir dalğa örtər; onun da üstündə bir bulud var; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz."},{"id":41,"translation":"Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini biləndir."},{"id":42,"translation":"Göylərin və yerin mülkü Allaha məxsusdur. Dönüş də Allahadır."},{"id":43,"translation":"Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin."},{"id":44,"translation":"Allah gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır."},{"id":45,"translation":"Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir."},{"id":46,"translation":"Biz açıq-aydın ayələr nazil etdik. Allah istədiyini doğru yola yönəldər."},{"id":47,"translation":"(Münafiqlər:) “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!”– deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər."},{"id":48,"translation":"Aralarında hökm vermək üçün Allaha və Onun Elçisinə çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir."},{"id":49,"translation":"Əgər haqq onların tərəfində olsaydı, itaət edərək onun yanına gələrdilər."},{"id":50,"translation":"Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar."},{"id":51,"translation":"Aralarında hökm vermək üçün Allaha və Onun Elçisinə çağırıldıqda möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!”– demələri oldu. Nicat tapanlar da məhz onlardır."},{"id":52,"translation":"Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz onlar uğur qazananlardır."},{"id":53,"translation":"(Münafiqlər) Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) çıxacaqlar. De: “And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”."},{"id":54,"translation":"De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, (bilin ki,) o, ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğ etməkdir."},{"id":55,"translation":"Allah sizlərdən iman gətirib saleh əməllər edənlərə, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcəyinə, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcəyinə və onların qorxusunu sonra əminliklə əvəz edəcəyinə vəd vermişdir. Onlar Mənə ibadət edər və heç bir şeyi Mənə şərik qoşmazlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir."},{"id":56,"translation":"Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm edilsin."},{"id":57,"translation":"Kafirlərin yer üzündə (Allahdan) yaxa qurtara biləcəklərini zənn etmə. Onların gedəcəkləri yer Oddur. Ora nə pis dönüş yeridir!"},{"id":58,"translation":"Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu) sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmaqda nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":59,"translation":"Uşaqlarınız da həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilər (yanınıza daxil olmaq üçün) izin istədikləri kimi izin istəsinlər. Allah ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":60,"translation":"Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara zinətlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah eşidəndir, biləndir."},{"id":61,"translation":"Kora, çolağa, bir də xəstəyə (cihadda iştirak edə bilmədiyinə görə) günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, bəlkə başa düşəsiniz."},{"id":62,"translation":"Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda ondan izin almadan heç yerə getməzlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir."},{"id":63,"translation":"Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar."},{"id":64,"translation":"Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu bilir. Allah (məxluqatın) Onun hüzuruna qaytarılacaqları gün onlara (dünyada) nə etdikləri barədə xəbər verəcəkdir. Allah hər şeyi biləndir."}]},{"id":25,"verses":[{"id":1,"translation":"Aləmləri xəbərdar etməsindən ötrü quluna Furqanı nazil edən Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!"},{"id":2,"translation":"Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə oğul götürməmişdir, mülkündə də heç bir şəriki yoxdur. O, hər şeyi xəlq etmiş və ona münasib bir biçim vermişdir."},{"id":3,"translation":"(Kafirlər) Allahı qoyub heç bir şey yarada bilməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud qəbul etdilər."},{"id":4,"translation":"Kafirlər: “Bu, (Muhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqaları da kömək etmişlər”– dedilər. Beləcə, onlar zülmə və iftiraya yol verdilər."},{"id":5,"translation":"Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları (başqasına) yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur”– dedilər."},{"id":6,"translation":"De: “Onu (Quranı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”"},{"id":7,"translation":"Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?"},{"id":8,"translation":"Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər."},{"id":9,"translation":"Gör sənə aid necə misallar çəkdilər! Onlar (haqq yoldan) azdılar və bir daha o yolu tapa bilməyəcəklər!"},{"id":10,"translation":"İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!"},{"id":11,"translation":"Xeyr, onlar Qiyamət saatını da yalan saydılar. Biz də Qiyamət saatını yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq."},{"id":12,"translation":"O (Cəhənnəm) onları uzaqdan görüncə (kafirlər) onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər."},{"id":13,"translation":"Onlar əlləri boynunda bağlı halda (Cəhənnəmin) dar bir yerinə atıldıqları zaman ölüm diləyəcəklər."},{"id":14,"translation":"(Onlara deyilər:) “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”"},{"id":15,"translation":"De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən əbədiyyət cənnəti?”"},{"id":16,"translation":"Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü (və yerinə yetirilməsi) arzu olunan bir vəddir."},{"id":17,"translation":"O gün Allah onları və onların Allahdan başqa ibadət etdiklərini məhşərə cəm edərək deyəcək: “Mənim bu qullarımı (haqq yoldan) sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”"},{"id":18,"translation":"Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri (Quranı, öyüd-nəsihəti) də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir qövmə çevrildilər”."},{"id":19,"translation":"(Kafirlərə deyiləcək:) “Onlar sizin dediklərinizi yalan hesab etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edə bilər, nə də başqa bir əlac tapa bilərsiniz. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”."},{"id":20,"translation":"Səndən öncə göndərdiyimiz elçilərimiz də yemək yeyər, bazarları gəzib dolaşardılar. Biz sizin bəzilərinizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir."},{"id":21,"translation":"Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər."},{"id":22,"translation":"Mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaq. (Mələklər) deyəcəklər: “(Cənnətə girməyiniz) haramdır, haram!”"},{"id":23,"translation":"Biz onların etdikləri (yaxşı) əməllərə nəzər saldıq və onları (havada) sovrulmuş toz dənəciklərinə çevirərik."},{"id":24,"translation":"O gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır."},{"id":25,"translation":"O gün göy (bəyaz) buludla parçalanacaq və mələklər yerə endiriləcək."},{"id":26,"translation":"O gün (qiyamət günü) həqiqi mülk ancaq Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaq."},{"id":27,"translation":"O gün zalım kimsə barmaqlarını dişləyərək deyəcək: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!"},{"id":28,"translation":"Vay halıma! Kaş ki mən, filankəsi özümə dost tutmayaydım!"},{"id":29,"translation":"Çünki Zikr (Quran) mənə gəldikdən sonra o məni ondan (Qurandan) uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır."},{"id":30,"translation":"Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək."},{"id":31,"translation":"Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı olaraq Rəbbin sənə yetər."},{"id":32,"translation":"Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik."},{"id":33,"translation":"Onlar sənə elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək."},{"id":34,"translation":"Cəhənnəmə üzüstə sürüklənəcək kimsələr – məhz onlar yerləri ən pis olan, (haqq) yoldan ən çox azan kimsələrdir."},{"id":35,"translation":"Biz Musaya Kitabı (Tövratı) verdik və qardaşı Harunu da ona köməkçi etdik."},{"id":36,"translation":"(Onlara:) “Ayələrimizi yalan sayan bir qövmün yanına gedin!”– dedik. Sonra Biz onları (o qövmü) yerli-dibli yox etdik."},{"id":37,"translation":"Biz Nuh qövmünü də elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq."},{"id":38,"translation":"Biz Adı da, Səmudu da, Rəss əhlini də və onların arasında olan bir çox nəsilləri də (məhv etdik)."},{"id":39,"translation":"Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik."},{"id":40,"translation":"(Məkkə müşrikləri) bəla yağmuru düşüb (viran qalmış) diyarın yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə inanmırlar."},{"id":41,"translation":"Onlar səni gördükdə ancaq sənə lağ edib (belə deyirlər): “Budurmu Allahın elçi göndərdiyi kəs?"},{"id":42,"translation":"Əgər biz məbudlarımıza ibadətdə səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını biləcəklər."},{"id":43,"translation":"Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkilmi olacaqsan?"},{"id":44,"translation":"Yoxsa sən onların çoxunun eşidəcəyini və ya anlayacağını zənn edirsən? Onlar heyvan kimidirlər, bəlkə, ondan da (heyvandan da) daha çox haqq yoldan azmışlar."},{"id":45,"translation":"Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər Allah istəsəydi, onu hərəkətsiz bir halda saxlayardı. Sonra Biz günəşi ona dəlil etdik (kölgənin varlığını günəşə bağlı etdik)."},{"id":46,"translation":"Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik."},{"id":47,"translation":"Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də (ruzi qazanasız deyə) canlanma vaxtı edən Odur."},{"id":48,"translation":"Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,"},{"id":49,"translation":"onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvana və neçə-neçə insana ondan içirdək."},{"id":50,"translation":"Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədi."},{"id":51,"translation":"Əgər istəsəydik, hər məmləkətə xəbərdarlıq edən bir peyğəmbər göndərərdik."},{"id":52,"translation":"Kafirlərə baş əymə və onlara qarşı (Quranla) böyük bir cihad et!"},{"id":53,"translation":"Birinin suyu olduqca şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur."},{"id":54,"translation":"Sudan insan yaradan, sonra onu nəsəb və qohum-əqraba sahibi edən Odur. Rəbbin (hər şeyə) Qadirdir."},{"id":55,"translation":"Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə ibadət edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir."},{"id":56,"translation":"Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən olaraq göndərdik."},{"id":57,"translation":"De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Ancaq sizdən kim Rəbbinə tərəf aparan doğru yol tutmaq istəyərsə (qoy tutsun)”."},{"id":58,"translation":"Sən, Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun qullarının günahlarından xəbərdar olması kifayətdir."},{"id":59,"translation":"O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşin üzərinə ucaldı. O, Rəhmandır. Bunu biləndən (Allah və ya Cəbraildən) soruş!"},{"id":60,"translation":"Onlara: “Rəhmana səcdə edin!”– deyildikdə: “Rəhman nədir? Sənin bizə əmr etdiyinə səcdəmi edəcəyik?”– deyərlər. Bu da onların nifrətini artırar."},{"id":61,"translation":"Səmada bürcləri var edən və orada günəş və nurlu bir ay yaradan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır."},{"id":62,"translation":"Xatırlamaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən də Odur."},{"id":63,"translation":"Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdqda: “Salam (xoş söz)!”– deyib keçərlər."},{"id":64,"translation":"Onlar gecəni Rəbbi üçün səcdədə və qiyamda keçirərlər."},{"id":65,"translation":"Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq et. Doğrusu, onun əzabı daimidir."},{"id":66,"translation":"Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!”"},{"id":67,"translation":"Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar."},{"id":68,"translation":"Onlar Allahla yanaşı başqa məbuda dua etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər. Kim bunu (və ya bunlardan birini) edərsə cəzaya məruz qalar."},{"id":69,"translation":"Qiyamət günü onun əzabı qat-qat artırılar və onun (əzabın) içində zəlil olaraq əbədi qalar."},{"id":70,"translation":"Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!"},{"id":71,"translation":"Kim tövbə edib saleh əməl edərsə, o, tövbəsi qəbul edilmiş olaraq Allaha tərəf dönər."},{"id":72,"translation":"Onlar yalana şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan vüqarla ötüb keçərlər."},{"id":73,"translation":"Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar."},{"id":74,"translation":"Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzün nuru olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”– deyərlər."},{"id":75,"translation":"Onlar səbir etdiklərinə görə (Cənnətdə olan) yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua və salamla qarşılanacaqlar."},{"id":76,"translation":"Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır!"},{"id":77,"translation":"De: “Əgər duanız (ibadətiniz) olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (haqqı) yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”"}]},{"id":26,"verses":[{"id":1,"translation":"Ta. Sin. Mim."},{"id":2,"translation":"Bunlar aydın Kitabın ayələridir."},{"id":3,"translation":"Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?"},{"id":4,"translation":"Biz istəsəydik, göydən onlara elə bir ayə göndərərdik ki, onlar da Ona itaətkarlıqla boyun əyərdilər."},{"id":5,"translation":"Rəhmandan onlara yeni bir ayə gəlməz ki, ondan üz çevirməsinlər."},{"id":6,"translation":"Onlar (ayələri) təkzib etdilər. İstehza etdiklərinin xəbəri onlara yetişəcəkdir."},{"id":7,"translation":"Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?"},{"id":8,"translation":"Həqiqətən də, bunda bir ayə vardır. Lakin onların əksəriyyəti mömin olmadı."},{"id":9,"translation":"Şübhəsiz ki, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."},{"id":10,"translation":"Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –"},{"id":11,"translation":"Firon qövmünün yanına! Onlar qorxmurlarmı?”"},{"id":12,"translation":"(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,"},{"id":13,"translation":"(belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər."},{"id":14,"translation":"Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”."},{"id":15,"translation":"(Allah) dedi: “Xeyr, (bu mümkün deyil!) İkiniz də ayələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik."},{"id":16,"translation":"Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!"},{"id":17,"translation":"İsrail oğullarını bizimlə göndər!”"},{"id":18,"translation":"(Firon) dedi: “Biz səni körpə ikən (himayəmizə alıb) böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?"},{"id":19,"translation":"Elədiyin (pis) əməli də elədin (Qibtini öldürdün). (Doğrudan da,) sən bir nankorsan!”"},{"id":20,"translation":"(Musa) dedi: “Mən onu edərkən nadanlardan olmuşam."},{"id":21,"translation":"Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Sonra Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi."},{"id":22,"translation":"Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etdiyinə görədir”."},{"id":23,"translation":"Firon dedi: “Aləmlərin Rəbbi nədir?”"},{"id":24,"translation":"(Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”"},{"id":25,"translation":"Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”"},{"id":26,"translation":"(Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”"},{"id":27,"translation":"(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”"},{"id":28,"translation":"(Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”"},{"id":29,"translation":"(Firon) dedi: “Əgər məndən başqa məbud qəbul etsən, səni zindana atılanlardan edəcəm!”"},{"id":30,"translation":"(Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey gətirsəm necə?”"},{"id":31,"translation":"(Firon) dedi: “Əgər doğru danışanlardansansa, gətir onu!”"},{"id":32,"translation":"(Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi."},{"id":33,"translation":"Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu."},{"id":34,"translation":"(Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!"},{"id":35,"translation":"O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”"},{"id":36,"translation":"Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,"},{"id":37,"translation":"bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”."},{"id":38,"translation":"Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar."},{"id":39,"translation":"İnsanlara deyildi: “Siz də yığışırsınızmı?"},{"id":40,"translation":"Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”."},{"id":41,"translation":"Sehrbazlar gələn kimi Firona: “Əgər qalib gəlsək, bizə bir mükafat veriləcəkmi?”– dedilər."},{"id":42,"translation":"(Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”."},{"id":43,"translation":"Musa onlara: “Nə atacaqsınızsa, atın!”– dedi."},{"id":44,"translation":"Onlar iplərini və əsalarını (yerə) atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər."},{"id":45,"translation":"Musa əsasını (yerə) atdı və əsa onların uydurduqları şeyləri uddu."},{"id":46,"translation":"Sehrbazlar səcdəyə qapandılar"},{"id":47,"translation":"və dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik –"},{"id":48,"translation":"Musanın və Harunun Rəbbinə!”"},{"id":49,"translation":"(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”."},{"id":50,"translation":"Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq."},{"id":51,"translation":"Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”."},{"id":52,"translation":"Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– (deyə) vəhy etdik."},{"id":53,"translation":"Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi."},{"id":54,"translation":"(O dedi:) “Bunlar kiçik bir dəstədir."},{"id":55,"translation":"Onlar bizi qəzəbləndirmişlər."},{"id":56,"translation":"Biz hamımız ayıq-sayıq olmalıyıq.”"},{"id":57,"translation":"Biz (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;"},{"id":58,"translation":"xəzinələrdən və gözəl yerlərdən də (uzaqlaşdırdıq)."},{"id":59,"translation":"Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik."},{"id":60,"translation":"Günəş üfüqdən qalxarkən (Firon öz əsgərləri ilə) onları təqib etməyə başladılar."},{"id":61,"translation":"İki dəstə bir-birini görüncə Musanın əshabı: “Biz yaxalanacağıq!”– dedilər."},{"id":62,"translation":"(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”"},{"id":63,"translation":"Biz Musaya: “Əsanla dənizə vur!”– (deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu."},{"id":64,"translation":"O birilərini (Firon və əsgərlərini) də ora yaxınlaşdırdıq."},{"id":65,"translation":"Musa və onunla birlikdə olanların hamısını xilas etdik."},{"id":66,"translation":"O birilərini (Firon və əsgərlərini) isə suya qərq etdik."},{"id":67,"translation":"Şübhəsiz ki, bunda (bu hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi."},{"id":68,"translation":"Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."},{"id":69,"translation":"Onlara İbrahimin əhvalatını da oxu."},{"id":70,"translation":"Bir zaman o öz atasına və qövmünə: “Nəyə ibadət edirsiniz?”– demişdi."},{"id":71,"translation":"Onlar: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”– dedilər."},{"id":72,"translation":"O dedi: “Onlara dua etdiyiniz zaman sizi eşidirlərmi?"},{"id":73,"translation":"Yaxud sizə xeyir və ya zərər verirlərmi?”"},{"id":74,"translation":"Onlar: “Xeyr, (amma) biz öz atalarımızın belə etdiklərini gördük”– dedilər."},{"id":75,"translation":"O dedi: “Siz nəyə ibadət etdiyinizi düşündünüzmü –"},{"id":76,"translation":"həm siz, həm də ulu babalarınız?"},{"id":77,"translation":"Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir."},{"id":78,"translation":"(O Rəbb ki,) məni yaratmış və məni doğru yola yönəltmişdir;"},{"id":79,"translation":"(O Rəbb ki,) məni yedirdir və içirdir;"},{"id":80,"translation":"(O Rəbb ki,) xəstələndiyim zaman mənə şəfa verir;"},{"id":81,"translation":"(O Rəbb ki,) məni öldürəcək, sonra dirildəcəkdir;"},{"id":82,"translation":"(O Rəbb ki,) Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram."},{"id":83,"translation":"Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!"},{"id":84,"translation":"Sonra gələnlər arasında (həmişə yad edilim deyə) mənə yaxşı ad qismət elə!"},{"id":85,"translation":"Məni Nəim cənnətinin varislərindən et!"},{"id":86,"translation":"Atamı bağışla! Çünki o, azmışlardandır."},{"id":87,"translation":"(İnsanların) dirildiləcəyi gün məni rüsvay etmə!"},{"id":88,"translation":"O gün, nə var-dövlət, nə də oğul-uşaq fayda verər."},{"id":89,"translation":"Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”"},{"id":90,"translation":"(O gün) Cənnət müttəqilərə yaxınlaşdırılar."},{"id":91,"translation":"Cəhənnəm də azğınlara göstərilər."},{"id":92,"translation":"Onlara deyilər: “Hanı sizin ibadət etdikləriniz –"},{"id":93,"translation":"Allahdan başqa (pənah apardıqlarınız?) Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”"},{"id":94,"translation":"Onlar azğınlarla birlikdə (Cəhənnəmə) atılarlar,"},{"id":95,"translation":"İblisin bütün əsgərləri də, (həmçinin)."},{"id":96,"translation":"Onlar orada höcətləşərək deyərlər:"},{"id":97,"translation":"“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –"},{"id":98,"translation":"o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq."},{"id":99,"translation":"Bizi ancaq günahkarlar azdırdı."},{"id":100,"translation":"İndi isə bizim nə şəfaətçilərimiz,"},{"id":101,"translation":"nə də (bizə) canıyanan bir dostumuz var!"},{"id":102,"translation":"Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”"},{"id":103,"translation":"Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi."},{"id":104,"translation":"Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."},{"id":105,"translation":"Nuh qövmü də elçiləri yalançı saydı."},{"id":106,"translation":"O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?"},{"id":107,"translation":"Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm."},{"id":108,"translation":"Allahdan qorxun və mənə itaət edin."},{"id":109,"translation":"Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir."},{"id":110,"translation":"Allahdan qorxun və mənə itaət edin!”"},{"id":111,"translation":"Onlar: “Sənə ən rəzil kimsələr tabe olduğu halda biz sənə inanarıqmı?”– dedilər."},{"id":112,"translation":"(Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!"},{"id":113,"translation":"Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!"},{"id":114,"translation":"Mən iman gətirənləri qovan deyiləm."},{"id":115,"translation":"Mən yalnız açıq-aşkar bir qorxudanam”."},{"id":116,"translation":"Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”."},{"id":117,"translation":"(Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi."},{"id":118,"translation":"Mənimlə onların arasında hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”"},{"id":119,"translation":"Biz onu və onunla birlikdə olanları (insan və hevyanlarla) yüklənmiş gəmidə xilas etdik."},{"id":120,"translation":"Sonra qalanları isə suya qərq etdik."},{"id":121,"translation":"Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi."},{"id":122,"translation":"Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."},{"id":123,"translation":"Ad tayfası da elçiləri yalançı saydı."},{"id":124,"translation":"O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?"},{"id":125,"translation":"Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm."},{"id":126,"translation":"Allahdan qorxun və mənə itaət edin!"},{"id":127,"translation":"Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir."},{"id":128,"translation":"Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?"},{"id":129,"translation":"Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?"},{"id":130,"translation":"(Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınız?"},{"id":131,"translation":"Allahdan qorxun və mənə itaət edin!"},{"id":132,"translation":"Bildiyiniz nemətləri sizə verəndən qorxun."},{"id":133,"translation":"O sizə heyvanat və oğul-uşaq verdi,"},{"id":134,"translation":"(üstəlik) bağlar və çeşmələr də əta etdi."},{"id":135,"translation":"Mən sizə üz verəcək böyük günün (Qiyamət gününün) əzabından qorxuram”."},{"id":136,"translation":"Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir."},{"id":137,"translation":"Bu, yalnız əvvəlkilərin adətidir."},{"id":138,"translation":"Biz əzaba düçar olan da deyilik”."},{"id":139,"translation":"(Qövmü) onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi."},{"id":140,"translation":"Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."},{"id":141,"translation":"Səmud tayfası da elçiləri yalançı saydı."},{"id":142,"translation":"O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?"},{"id":143,"translation":"Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm."},{"id":144,"translation":"Allahdan qorxun və mənə itaət edin."},{"id":145,"translation":"Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir."},{"id":146,"translation":"Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?"},{"id":147,"translation":"Bağlar və bulaqlar içində,"},{"id":148,"translation":"əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız?)"},{"id":149,"translation":"Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?"},{"id":150,"translation":"Allahdan qorxun və mənə itaət edin!"},{"id":151,"translation":"Həddi aşanların əmrinə tabe olmayın."},{"id":152,"translation":"O kəslər ki, yer üzündə fəsad törədər və islah etməzlər”."},{"id":153,"translation":"Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən."},{"id":154,"translation":"Sən də bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir ayə gətir”."},{"id":155,"translation":"(Saleh) dedi: “(Ayə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o su içməli, bir gün də siz su içməlisiniz)."},{"id":156,"translation":"Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”."},{"id":157,"translation":"Onlar dəvəni kəsdilər, sonra da peşman oldular."},{"id":158,"translation":"Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi."},{"id":159,"translation":"Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."},{"id":160,"translation":"Lut qövmü da elçiləri yalançı saydı."},{"id":161,"translation":"O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?"},{"id":162,"translation":"Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm."},{"id":163,"translation":"Allahdan qorxun və mənə itaət edin!"},{"id":164,"translation":"Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir."},{"id":165,"translation":"Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir"},{"id":166,"translation":"və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan bir qövmsünüz”."},{"id":167,"translation":"Onlar dedilər: “Ey Lut! Əgər (dəvətinə) son qoymasan, mütləq qovulanlardan olacaqsan!”"},{"id":168,"translation":"O dedi: “Mən sizin əməlinizə nifrət edənlərdənəm."},{"id":169,"translation":"Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”"},{"id":170,"translation":"Biz onu və bütün ailəsini xilas etdik."},{"id":171,"translation":"Geridə qalanlar arasındakı yaşlı qadından (Lutun zövcəsindən) başqa."},{"id":172,"translation":"Sonra da o birilərini məhv etdik."},{"id":173,"translation":"Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis imiş!"},{"id":174,"translation":"Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi."},{"id":175,"translation":"Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."},{"id":176,"translation":"Əykə əhli də elçiləri yalançı saydı."},{"id":177,"translation":"O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?"},{"id":178,"translation":"Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm."},{"id":179,"translation":"Allahdan qorxun və mənə itaət edin!"},{"id":180,"translation":"Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir."},{"id":181,"translation":"Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın."},{"id":182,"translation":"Düz tərəzi ilə çəkin."},{"id":183,"translation":"İnsanların haqqını əksiltməyin və yer üzündə fitnə-fəsad yayaraq pis işlər görməyin."},{"id":184,"translation":"Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”"},{"id":185,"translation":"Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən."},{"id":186,"translation":"Sən də bizim kimi bir insansan. Biz səni yalançılardan (biri) hesab edirik."},{"id":187,"translation":"Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”."},{"id":188,"translation":"(Şueyb) dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”."},{"id":189,"translation":"Onlar isə onu (Şüeybi) yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi."},{"id":190,"translation":"Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi."},{"id":191,"translation":"Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir."},{"id":192,"translation":"Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbindən nazil edilmişdir."},{"id":193,"translation":"Onu sadiq ruh (Cəbrail) endirdi –"},{"id":194,"translation":"sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan."},{"id":195,"translation":"(Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi)."},{"id":196,"translation":"Şübhəsiz ki, o (Quran), əvvəlki ümmətlərin kitablarında (Tövratda və İncildə) də zikr edilmişdir."},{"id":197,"translation":"Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri onlar üçün bir əlamət deyilmi?!"},{"id":198,"translation":"Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik"},{"id":199,"translation":"və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər."},{"id":200,"translation":"Biz (küfrü) günahkarların qəlbinə belə saldıq."},{"id":201,"translation":"Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar."},{"id":202,"translation":"O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir."},{"id":203,"translation":"Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”"},{"id":204,"translation":"Onlar əzabımızın tez gəlməsini istəyirlər?"},{"id":205,"translation":"Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,"},{"id":206,"translation":"sonra vəd olunduqları (əzab) onlara yetişsə,"},{"id":207,"translation":"onlara nəsib olmuş firavanlıq, (əzabımızı) onlardan dəf edə bilməz."},{"id":208,"translation":"Biz heç bir məmləkəti ora xəbərdar edənlər göndərmədən məhv etmədik."},{"id":209,"translation":"(Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!"},{"id":210,"translation":"Onu (Quranı) şeytanlar endirmədi."},{"id":211,"translation":"Onlar buna layiq deyillər və heç (bunu) bacarmazlar da."},{"id":212,"translation":"Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər."},{"id":213,"translation":"Odur ki, Allahla yanaşı başqa bir ilaha dua etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan."},{"id":214,"translation":"Ən yaxın qohumlarını qorxut!"},{"id":215,"translation":"Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!"},{"id":216,"translation":"Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”"},{"id":217,"translation":"Qüdrətli və Rəhmli olana təvəkkül et!"},{"id":218,"translation":"O səni (namaza) duranda da görür,"},{"id":219,"translation":"səcdə edənlər içində hərəkətinidə."},{"id":220,"translation":"Həqiqətən də, O, Eşidəndir, Biləndir!"},{"id":221,"translation":"Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?"},{"id":222,"translation":"Onlar hər bir yalançıya və günahkara (kahinə) nazil olarlar."},{"id":223,"translation":"(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!"},{"id":224,"translation":"Şairlərə gəldikdə isə, onlara ancaq azmışlar uyar."},{"id":225,"translation":"Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)"},{"id":226,"translation":"və etmədikləri şeylərdən danışırlar?"},{"id":227,"translation":"Yalınz iman gətirib saleh əməllər edən, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra (İslam dinini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər."}]},{"id":27,"verses":[{"id":1,"translation":"Ta. Sin. Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir."},{"id":2,"translation":"Möminlərə doğru yol göstəricisi və bir müjdədir."},{"id":3,"translation":"O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar."},{"id":4,"translation":"Həqiqətən, Axirətə iman gətirməyənlərin (pis) əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar (azğınlıqları üzündən heç nə anlamadan yer üzündə) şaşqınlıq içindədirlər."},{"id":5,"translation":"Onlar əzabı ağır olacaq kimsələrdir. Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır."},{"id":6,"translation":"Həqiqətən, Quran sənə, Müdrik və Bilən Allah tərəfindən təlqin edilir."},{"id":7,"translation":"Bir zaman Musa öz ailəsinə: “Mən bir od gördüm. (Qoy gedib) ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız”– demişdi."},{"id":8,"translation":"(Musa) oraya gəlib çatanda ona nida gəldi: “Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!"},{"id":9,"translation":"Ey Musa! Qüdrətli və Hikmətli olan Allah Mənəm!"},{"id":10,"translation":"Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. (Allah dedi:) “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar."},{"id":11,"translation":"Ancaq kim zülm edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, (bilsin ki,) Mən Bağışlayanam, Rəhmliyəm!"},{"id":12,"translation":"Əlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Firona və onun qövmünə göndərilən doqquz ayədən biri budur. Həqiqətən, onlar fasiq bir qövmdür!”"},{"id":13,"translation":"Ayələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər."},{"id":14,"translation":"Buna yəqinliklə inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!"},{"id":15,"translation":"Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”"},{"id":16,"translation":"Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, açıq-aşkar üstünlükdür”."},{"id":17,"translation":"Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar (müntəzəm şəkildə) yerbəyer edildilər."},{"id":18,"translation":"Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”."},{"id":19,"translation":"(Süleyman) qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə, həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməli etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”"},{"id":20,"translation":"(Süleyman) quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o burada yoxdur?"},{"id":21,"translation":"Ya ona şiddətli bir əzab verəcəm, ya onun boğazını üzəcəm, ya da mənə aşkar bir dəlil gətirəcək”."},{"id":22,"translation":"Çox keçmədən (hüdhüd) gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirdim."},{"id":23,"translation":"Mən onlara hökmdarlıq edən, özünə hər şey verilmiş və çox böyük taxtı olan bir qadın gördüm."},{"id":24,"translation":"Mən onun və qövmünü Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər."},{"id":25,"translation":"Göylərdə və yerdə gizli olanı aşkara çıxaran, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər deyə (şeytan onları yoldan çıxarmışdır)."},{"id":26,"translation":"Böyük Ərşin Rəbbi olan Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur”."},{"id":27,"translation":"(Süleyman) dedi: “Baxacağıq görək doğru deyirsən, yoxsa yalançılardansan."},{"id":28,"translation":"Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!”"},{"id":29,"translation":"(Qadın) dedi: «Ey əyanlar! Mənə çox hörmətli bir məktub atıldı."},{"id":30,"translation":"O (məktub) Süleymandandır və (onda deyilir:) “Mərhəmətli və Rəhmli Allahın adı ilə!"},{"id":31,"translation":"Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”»"},{"id":32,"translation":"(Qadın) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən sizinlə məsləhətləşmədən heç bir qəti qərar vermərəm”."},{"id":33,"translation":"Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün düşün!”"},{"id":34,"translation":"(Qadın) dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman oranı viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər."},{"id":35,"translation":"Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar."},{"id":36,"translation":"(Elçilər) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz."},{"id":37,"translation":"Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!”"},{"id":38,"translation":"(Süleyman) dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”"},{"id":39,"translation":"Cinlərdən olan (çox qüvvətli birisi) ifrit dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”"},{"id":40,"translation":"Kitabdan bilgisi olan birisi isə belə dedi: “Mən onu sənə gözünü yumub açmadan öncə gətirərəm!” (Süleyman o) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görsün şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki,) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil, Səxavətlidir!”"},{"id":41,"translation":"(Süleyman) dedi: “Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, yoxsa tanımayanlardan olacaq?”"},{"id":42,"translation":"Qadın gəldikdə ona: “Taxtın bu cürdürmü?”– deyildi. O dedi: “Deyəsən odur!” (Süleyman dedi:) “Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!”"},{"id":43,"translation":"Allahdan başqa tapındığı şeylər o qadını (tövhiddən) yayındırmışdır. Çünki o, kafir bir qövmdən idi."},{"id":44,"translation":"Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!”"},{"id":45,"translation":"Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (elçi) göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə (möminlərə və kafirlərə) bölündülər."},{"id":46,"translation":"O dedi: “Ey qövmüm! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Kaş ki Allahdan bağışlanmağınızı diləsəydiniz. Ola bilsin ki, sizə rəhm oluna”."},{"id":47,"translation":"Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Siz sınağa çəkilən bir qövmsünüz”."},{"id":48,"translation":"Şəhərdə doqquz kişi var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər."},{"id":49,"translation":"Onlar dedilər: “Öz aranızda Allaha and için ki, gecə ona və ailəsinə basqın edib (onları) öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”."},{"id":50,"translation":"Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər."},{"id":51,"translation":"Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün qövmləri ilə birlikdə yerlə yeksan etdik."},{"id":52,"translation":"Zülmləri üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən bir qövm üçün ibrət vardır."},{"id":53,"translation":"İman gətirib (Allahdan) qorxanları isə xilas etdik."},{"id":54,"translation":"Lutu da (yada sal). Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz?"},{"id":55,"translation":"Siz qadınları qoyub şəhvətlə kişilərəmi yaxınlaşacaqsınız? Xeyir, siz cahil bir qövmsünüz!”"},{"id":56,"translation":"Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!”– demələri oldu."},{"id":57,"translation":"Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun (arvadının) geridə qalanlardan olmasına qərar verdik."},{"id":58,"translation":"Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis imiş!"},{"id":59,"translation":"De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah xeyirlidir, yoxsa Ona şərik qoşduqlarınız?"},{"id":60,"translation":"(Bütlər xeyirlidir,) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən (Allah)?! Biz o yağmurla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Allahla yanaşı başqa bir məbud varmı? Xeyr, onlar (haqdan) yayınan qövmdürlər."},{"id":61,"translation":"(Bütlər xeyirlidir,) yoxsa yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı? Xeyr, onların əksəriyyəti (bunu) bilmirlər."},{"id":62,"translation":"(Bütlər xeyirlidir,) yoxsa darda qalan kimsə Ona dua etdiyi zaman onun duasını qəbul edən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı? Siz necə də az düşünürsünüz?"},{"id":63,"translation":"(Bütlər xeyirlidir,) yoxsa qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə (yağışdan öncə) müjdəçi olaraq göndərən Allah?! Allahla yanaşı başqa bir məbud varmı? Allah onların qoşduqları şəriklərdən ucadır."},{"id":64,"translation":"(Bütlər xeyirlidir,) yoxsa məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən (Allah)?! Allahla yanaşı başqa bir məbud varmı?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”."},{"id":65,"translation":"De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər."},{"id":66,"translation":"Xeyr, onların elmi axirəti dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”."},{"id":67,"translation":"Kafirlər dedilər: “Məgər biz və atalarımız torpaq olduqdan sonra (qəbirlərdən) çıxardılacağıq?"},{"id":68,"translation":"Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdən başqa bir şey deyildir”."},{"id":69,"translation":"De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur”."},{"id":70,"translation":"Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma."},{"id":71,"translation":"Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər."},{"id":72,"translation":"De: “Bəlkə də, tez gəlməsini istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”."},{"id":73,"translation":"Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti şükür etməz."},{"id":74,"translation":"Şübhəsiz ki, Rəbbin onların qəlblərinin gizli saxladıqlarını da, onların aşkar etdiklərini də bilir."},{"id":75,"translation":"Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-məhfuzda) olmasın."},{"id":76,"translation":"Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır."},{"id":77,"translation":"Həqiqətən, o, möminlərə doğru yol göstəricisi və bir mərhəmətdir."},{"id":78,"translation":"Şübhəsiz ki, sənin Rəbbin onların arasında Öz hökmünü verəcək. O, Qüdrətlidir, Biləndir!"},{"id":79,"translation":"Sən Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan."},{"id":80,"translation":"Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən."},{"id":81,"translation":"Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən (haqqı) yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən."},{"id":82,"translation":"O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər."},{"id":83,"translation":"O gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər."},{"id":84,"translation":"Nəhayət (haqq-hesab) yerinə gəldikləri zaman (Allah) deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə edirdiniz?”"},{"id":85,"translation":"Zülm etdiklərinə görə o söz (vəd olunduqları əzab) onları haqlayacaq və onlar danışa bilməyəcəklər."},{"id":86,"translation":"Məgər onlar gecəni istirahət etmələri üçün yaratdığımızı, gündüzü isə işıqlı etdiyimizi görmürlərmi? Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün dəlillər vardır."},{"id":87,"translation":"Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir."},{"id":88,"translation":"Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır."},{"id":89,"translation":"Hər kim yaxşı əməllə gəlsə, onun üçün ondan daha xeyirlisi vardır. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar."},{"id":90,"translation":"Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınız?”"},{"id":91,"translation":"(De:) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, (Rəbbim) onu toxunulmaz buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum"},{"id":92,"translation":"və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. (Haqq yoldan) azana isə (belə) de: “Mən ancaq xəbərdar edənlərdənəm!”"},{"id":93,"translation":"De: “Həmd, Allaha məxsusdur! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiklərinizdən qafil deyildir!”"}]},{"id":28,"verses":[{"id":1,"translation":"Ta. Sin. Mim."},{"id":2,"translation":"Bu, açıq-aydın Kitabın ayələridir."},{"id":3,"translation":"Biz sənə, iman gətirən bir qövm üçün, Musa ilə Fironun əhvalatını olduğu kimi oxuyacağıq."},{"id":4,"translation":"Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni (İsrail oğullarını) zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi."},{"id":5,"translation":"Biz istədik ki, o yerdə aciz qalanlara (İsrail oğullarına) mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək,"},{"id":6,"translation":"yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib səltənətlərinin əllərindən alınmasını) göstərək."},{"id":7,"translation":"Biz Musanın anasına ilham yolu ilə belə buyurduq: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərdən biri edəcəyik”."},{"id":8,"translation":"Nəhayət Fironun ailəsi özlərinə düşmən və hüzün (qaynağı) olacaq o uşağı tapıb götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər."},{"id":9,"translation":"Fironun zövcəsi dedi: “(Bu uşaq) həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar (bu işin sonunu) bilmirdilər."},{"id":10,"translation":"Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, (vədimizə) inananlardan olsun deyə, onun qəlbinə səbir verməsəydik, az qala (gördüyü işi) açıb bildirəcəkdi."},{"id":11,"translation":"(Anası) onun bacısına: “Onun dalınca get!”– dedi. O da heç kimə hiss etdirmədən kənardan (Musaya) göz qoyurdu."},{"id":12,"translation":"Daha öncə Biz ona (öz anasından başqa bütün) süd analarının (döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı) dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”"},{"id":13,"translation":"Beləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu (bunu) bilməz."},{"id":14,"translation":"(Musa) yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq."},{"id":15,"translation":"O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, (haqq yoldan) azdıran açıq-aydın bir düşməndir!”– dedi."},{"id":16,"translation":"(Musa) dedi: “Ey Rəbbim! Mən nəfsimə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir."},{"id":17,"translation":"(Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemətlə əsla günahkarlara arxa olmayacağam!”"},{"id":18,"translation":"Beləliklə, (Musa) şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!”– dedi."},{"id":19,"translation":"(Musa) hər ikisinin də düşməni olan kəsi (qibtini) yaxalamaq istədikdə, o (qibti) dedi: “Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən”."},{"id":20,"translation":"Şəhərin kənarından bir kişi tələsik gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! Mən sənə nəsihət edənlərdənəm!”"},{"id":21,"translation":"(Musa) qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım qövmdən xilas et!”– dedi."},{"id":22,"translation":"O, Mədyən tərəfə yollandı (və:) “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”– dedi."},{"id":23,"translation":"O, Mədyən sulağına gəlib çatanda quyunun yanında (heyvanlarına) su verən adamlar gördü. Onların yaxınlığında da (qoyunlarını o biri heyvanlardan) geri çəkən iki qadın görüb: “Sizə nə olub?”– dedi. Onlar dedilər: “Çobanlar (heyvanlarını) sürüb aparmamış biz (qoyunlarımıza) su verə bilmirik. Atamız da çox qocadır”."},{"id":24,"translation":"(Musa) onların yerinə (qoyunlara) su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”"},{"id":25,"translation":"(Bir qədər sonra) qadınlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə (qoyunları) sulamağının haqqını ödəmək üçün səni çağırır”. (Musa) onun yanına gəlib (başına gələn) əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım bir qövmün əlindən xilas olmusan!”"},{"id":26,"translation":"Qadınlardan biri dedi: “Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü və etibarlı olanıdır”."},{"id":27,"translation":"(Şueyb) dedi: “Səkkiz il mənim üçün işləmək qarşılığında qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən (bu müddəti) on ilə çatdırsan, bu, sənin tərəfindən (bir lütf) olar. Mən sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim əməlisalehlərdən olduğumu görəcəksən”."},{"id":28,"translation":"(Musa) dedi: “Bu, mənimlə sənin aranda (olan razılıqdır). Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə vəkildir!”"},{"id":29,"translation":"Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman Tur dağının yanında bir od gördü və ailəsinə dedi: “Dayanın! Mən bir od gördüm. Mən ondan sizə bir xəbər və ya bir köz gətirərəm ki, qızınasınız”."},{"id":30,"translation":"Musa oraya gəldikdə, o mübarək yerdəki vadinin sağ tərəfındəki ağacdan ona nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!"},{"id":31,"translation":"Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçdı. (Allah dedi:) “Ey Musa! Yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!"},{"id":32,"translation":"Əlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki dəlildir. Çünki onlar fasiq bir qövmdürlər”."},{"id":33,"translation":"(Musa) dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər.\n."},{"id":34,"translation":"Qardaşım Harun dildə məndən daha fəsahətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi olaraq mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”."},{"id":35,"translation":"(Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz ikiniz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”."},{"id":36,"translation":"Musa onların yanına açıq-aydın dəlillərimizlə gəldikdə onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik”– dedilər."},{"id":37,"translation":"Musa dedi: “Rəbbim Öz tərəfindən kimin hidayətlə gəldiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”"},{"id":38,"translation":"Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir ilah tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala (palçıqdan kərpic bişir) və bir qüllə düzəlt ki, Musanın ilahının yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm."},{"id":39,"translation":"Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və hüzurumuza qaytarılmayacaqlarını zənn etdilər."},{"id":40,"translation":"Biz də onu və onun əsgərlərini tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu."},{"id":41,"translation":"Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir."},{"id":42,"translation":"Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar (Allahın rəhmətindən) qovulmuş kimsələrdən olacaqlar."},{"id":43,"translation":"Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yol göstəricisi və rəhmət olaraq Kitab (Tövrat) verdik ki, bəlkə, düşünüb ibrət alsınlar."},{"id":44,"translation":"Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən (dağın) qərb tərəfində deyildin. Sən (buna) şahid olanlardan da deyildin."},{"id":45,"translation":"Lakin Biz (Musadan sonra) neçə-neçə nəsil yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk."},{"id":46,"translation":"Biz (Musaya) nida etdiyimiz zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq (səni peyğəmbər göndərdik ki), bəlkə, düşünüb anlayalar."},{"id":47,"translation":"Etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Kaş ki bizə bir peyğəmbər göndərsəydin, biz də ayələrinə tabe olub möminlərdən olaydıq”– deməsəydilər, (səni peyğəmbər göndərməzdik)."},{"id":48,"translation":"Tərəfimizdən onlara (Məkkə əhlinə) haqq (Quran və Muhamməd) gəldikdə onlar: “Nə üçün Musaya verilənin bənzəri ona da verilmədi?”– dedilər. Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat və Quran)!”– demişdilər”. (Həmçinin:) “Biz heç birinə inanmırıq!”– demişdilər."},{"id":49,"translation":"De: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən, bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!”"},{"id":50,"translation":"Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz."},{"id":51,"translation":"Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar."},{"id":52,"translation":"Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər."},{"id":53,"translation":"Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər."},{"id":54,"translation":"Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər."},{"id":55,"translation":"Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər."},{"id":56,"translation":"Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər. O, doğru yolda olanları daha yaxşı tanıyır."},{"id":57,"translation":"(Məkkə müşrikləri) dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq.” Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir."},{"id":58,"translation":"Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə məmləkəti məhv etdik. Budur onların yurdları. Onlardan sonra az bir qisim müstəsna olmaqla orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq."},{"id":59,"translation":"Rəbbin məmləkətin anasına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o məmləkəti məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik."},{"id":60,"translation":"Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha davamlıdır. Məgər anlamırsınız?"},{"id":61,"translation":"Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü (Cəhənnəmə) gətiriləcək kimsə ilə eyni ola bilərmi?"},{"id":62,"translation":"O gün (Allah) onlara nida edib deyəcəkdir: “İddia etdiyiniz şəriklərim haradadırlar?”"},{"id":63,"translation":"Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz (onlardan) uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”."},{"id":64,"translation":"(Müşriklərə:) “Şəriklərinizi çağırın!”– deyiləcək. (Müşriklər) onları çağıracaq, lakin (şərikləri) onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Kaş ki onlar doğru yola gəlmiş olsaydılar."},{"id":65,"translation":"O gün Allah onlara nida edib: “Elçilərə nə cavab verdiniz?”– deyəcəkdir."},{"id":66,"translation":"O gün hüccətləri onlardan gizli qalacaq. Onlar bir-birindən (heç bir şey) soruşa bilməyəcəklər."},{"id":67,"translation":"Tövbə edib iman gətirən və saleh əməllər edən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun."},{"id":68,"translation":"Rəbbin istədiyini yaradır və (istədiyini də peyğəmbər) seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır."},{"id":69,"translation":"Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir."},{"id":70,"translation":"O, Allahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız."},{"id":71,"translation":"De: “Bir deyin görək, əgər Allah gecəni üzərinizdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər eşitmirsiniz?”"},{"id":72,"translation":"De: “Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər görmürsünüz?”"},{"id":73,"translation":"O, Öz mərhəməti ilə sizin üçün gecəni və (gündüzü) yaratdı ki, gecəni dincələsiniz və gündüzü Onun lütfündən (ruzi) axtarasınız. Bəlkə, şükür edəsiniz."},{"id":74,"translation":"O gün (Allah) onlara nida edib: “İddia etdiyiniz şəriklərim haradadırlar?”– deyəcəkdir."},{"id":75,"translation":"Biz hər ümmətdən bir şahid çıxardacaq və: “Dəlilinizi gətirin!”– deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər. Uydurduqları bütlər isə onları qoyub gedəcəklər."},{"id":76,"translation":"Həqiqətən, Qarun Musanın qövmündən idi. Onlara qarşı azğınlıq etdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevməz."},{"id":77,"translation":"Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”."},{"id":78,"translation":"(Qarun) dedi: “Bu mənə ancaq məndə olan elmə görə verilmişdir”. Məgər o, Allahın ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox (var-dövlət) yığan kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar)."},{"id":79,"translation":"(Qarun) öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”."},{"id":80,"translation":"Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib saleh əməl edən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”."},{"id":81,"translation":"Biz onu evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi."},{"id":82,"translation":"Dünən onun yerində olmağı arzulayanlar: “Vay, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırır da, azaldır da. Əgər Allah bizə lütf etməsəydi, bizi də (yerə) batırardı. Vay, demək kafirlər nicat tapmayacaqlarmış!”– dedilər."},{"id":83,"translation":"Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. (Gözəl) aqibət müttəqilərindir."},{"id":84,"translation":"Kim Qiyamət günü yaxşı əməllə gəlsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməllə gəlsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər."},{"id":85,"translation":"Quranı sənə (oxumağı, təbliğ etməyi və ona tabe olmağı) vacib buyuran Allah qayıdacağın yerə (Məkkəyə, yaxud Axirət yurduna) səni mütləq qaytaracaqdır. De: “Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq-aydın azğınlıq içində olduğunu yaxşı bilir”."},{"id":86,"translation":"Sən (bu) Kitabın sənə nazil olacağına ümid etmirdin. (Bu) ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma!"},{"id":87,"translation":"Allahın ayələri sənə nazil edildikdən sonra onlar səni əsla bu ayələrdən döndərməsinlər. Sən Rəbbinə dəvət et və müşriklərdən olma!"},{"id":88,"translation":"Allahla yanaşı başqa bir ilaha dua etmə! Ondan başqa ibadətə layiq olan heç bir ilah yoxdur. Onun Üzündən (Zatından) başqa hər şey məhv olacaq. Hökm Onundur və siz Ona qaytarılacaqsınız."}]},{"id":29,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Mim."},{"id":2,"translation":"İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?"},{"id":3,"translation":"Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır."},{"id":4,"translation":"Yoxsa pis əməllər edənlər canlarını Bizdən qurtara biləcəklərinimi zənn edirlər? Onların verdikləri hökm necə də pisdir."},{"id":5,"translation":"Kim Allahla qarşılaşmağa ümid edirsə, (bilsin ki,) Allahın təyin etdiyi o vaxt mütləq gələcək. O, Eşidəndir, Biləndir."},{"id":6,"translation":"Kim də (Allah yolunda və ya nəfsi ilə) cihad edərsə, o ancaq özü üçün cihad etmiş olar (faydası özünə qayıdar). Allah aləmlərə (məxluqata) möhtac deyildir."},{"id":7,"translation":"İman gətirib saleh əməllər edənlərin, əlbəttə ki, günahlarını bağışlayarıq və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq."},{"id":8,"translation":"Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağa səni məcbur etsələr, onlara tabe olma. Dönüşünüz Mənə olacaq, Mən də etdikləriniz barədə sizə xəbər verəcəyəm."},{"id":9,"translation":"İman gətirib saleh əməllər edənləri əməlisalehlərə qovuşduracağıq."},{"id":10,"translation":"İnsanlar arasında: “Allaha iman gətirdik!”– deyənləri də var. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”– deyərlər. Məgər Allah hər kəsin qəlbindəkiləri ən yaxşı bilən deyilmi?"},{"id":11,"translation":"Allah, iman gətirənləri də bilir, münafiqləri də bilir."},{"id":12,"translation":"Kafirlər möminlərə: “Bizim yolumuzla gedin ki, günahlarınızı öz üzərimizə götürək”– deyirlər. Halbuki onların heç biri heç kimin günahını öz üzərinə götürən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar."},{"id":13,"translation":"Onlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükü də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər."},{"id":14,"translation":"Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı."},{"id":15,"translation":"Biz onu və gəmidə olanları qurtardıq və bunu aləmlərə ibrət etdik."},{"id":16,"translation":"İbrahimi də (xatırla)! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Bu sizin üçün daha xeyirlidir, kaş ki bilsəydiniz”."},{"id":17,"translation":"Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz Ona qaytarılacaqsınız”."},{"id":18,"translation":"Əgər (onu) yalançı hesab etsəniz, (bilin ki,) sizdən əvvəlki ümmətlər də öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi yalnız (dini) açıq-aşkar təbliğ etməkdir."},{"id":19,"translation":"Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlər? Həqiqətən, bu, Allah üçün asandır."},{"id":20,"translation":"De: “Yer üzünü gəzib dolaşın və (Allahın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir."},{"id":21,"translation":"O, istədiyinə əzab verər, istədiyinə də rəhm edər. Siz Ona qaytarılacaqsınız."},{"id":22,"translation":"Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaqdır”."},{"id":23,"translation":"Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":24,"translation":"Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!”– demələri oldu. Lakin Allah onu oddan qorudu. Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır."},{"id":25,"translation":"(İbrahim) dedi: “Siz dünyada aranızda olan məhəbbətə görə Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi inkar edib lənətləyəcəksiniz. Gedəcəyiniz yer də Oddur. Sizə yardım edən kimsələr də tapılmayacaqdır!\"."},{"id":26,"translation":"Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimə (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.”"},{"id":27,"translation":"Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab bəxş etdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!"},{"id":28,"translation":"Lutu da (xatırla)! Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudanmı siz özünüzdən öncə heç kimsənin etmədiyi iyrənc bir iş edirsiniz?"},{"id":29,"translation":"Doğrudanmı, siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq məqsədi ilə) yol kəsir və məclislərinizdə (bir-birinizlə) murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”– demələri oldu."},{"id":30,"translation":"(Lut) dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et!”"},{"id":31,"translation":"Elçilərimiz İbrahimə müjdə ilə gəldikdə: “Biz bu məmləkətin əhlini məhv edəcəyik. Həqiqətən, oranın sakinləri zalımlardır”– dedilər."},{"id":32,"translation":"(İbrahim) dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”."},{"id":33,"translation":"Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq."},{"id":34,"translation":"Biz günah əməllər törətdiklərinə görə bu məmləkət əhlinin üstünə göydən əzab endirəcəyik”."},{"id":35,"translation":"Həqiqətən, Biz düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir əlamət saxladıq."},{"id":36,"translation":"Mədyənə də qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”."},{"id":37,"translation":"Onlar isə onu yalançı saydılar. Buna görə də onları (qorxunc səsli bir) titrəyiş bürüdü və onlar öz evlərində üzüqoylu düşüb qaldılar."},{"id":38,"translation":"Ad və Səmud (qövmünü də məhv etdik). Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar bəsirət sahibi idilər."},{"id":39,"translation":"Qarunu, Fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və (sonda əzabımızdan) qaça bilmədilər."},{"id":40,"translation":"Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə (qasırğa ilə birgə) daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də (suya) qərq etdik. Allah onlara zülm etmirdi, lakin onlar özləri özlərinə zülm edirdilər."},{"id":41,"translation":"Allahdan başqasını özlərinə dost tutanların məsəli özünə ev qurmuş hörümçəyin məsəlinə bənzəyir. Evlərin ən zəifi isə, əlbəttə ki, hörümçəyin evidir. Kaş ki, biləydilər!"},{"id":42,"translation":"Həqiqətən Allah onların Ondan başqa nəyə dua etdiklərini bilir. O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":43,"translation":"Biz insanlar üçün belə məsəllər çəkirik. Bunları isə yalnız (həqiqəti) dərk edən kimsələr anlayarlar."},{"id":44,"translation":"Allah göyləri və yeri haqq olaraq yaratdı. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır."},{"id":45,"translation":"Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis işlərdən çəkindirir. Allahı zikr etmək daha əzəmətlidir. Allah nə etdiklərinizi bilir."},{"id":46,"translation":"İçərilərindən zülm edənlər müstəsna olmaqla Kitab əhli ilə gözəl tərzdə mücadilə edin və (belə) deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də ilahımız, sizin də ilahınız birdir. Biz yalnız Ona təslim olanlarıq”."},{"id":47,"translation":"Biz beləcə, (bu müqəddəs) Kitabı sənə nazil etdik. Kitab verdiyimiz kimsələr də ona iman gətirirlər. Onların arasında (Məkkə əhlindən) Ona (Qurana) iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edərlər."},{"id":48,"translation":"Sən bundan əvvəl nə bir kitab oxuya bilir, nə də onu sağ əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər."},{"id":49,"translation":"Əksinə, bu (Quran) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Ayələrimizi ancaq zalımlar inkar edərlər."},{"id":50,"translation":"Onlar dedilər: “Bəs nə üçün Rəbbindən ona ayələr nazil edilmədi?” De: “Ayələr Allah yanındadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”."},{"id":51,"translation":"Məgər onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?! Həqiqətən, bunda iman gətirən bir qövm üçün mərhəmət və ibrət var."},{"id":52,"translation":"De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”."},{"id":53,"translation":"Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər əvvəlcədən müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir."},{"id":54,"translation":"Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir."},{"id":55,"translation":"O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcək və (Allah onlara): “Etdiyiniz əməllərin cəzasını dadın!”– deyəcəkdir."},{"id":56,"translation":"Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin."},{"id":57,"translation":"Hər bir nəfs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız."},{"id":58,"translation":"İman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar orada əbədi olaraq qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!"},{"id":59,"translation":"Onlar, səbir edən və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir."},{"id":60,"translation":"Neçə-neçə canlı var ki, ruzisini (əldə edə) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir."},{"id":61,"translation":"Əgər onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər!"},{"id":62,"translation":"Allah Öz qullarından istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, Allah hər şeyi biləndir."},{"id":63,"translation":"Əgər onlardan: “Göydən su endirib onunla yeri öldükdən sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların əksəriyyəti (bunu) başa düşmür."},{"id":64,"translation":"Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əbədi həyatdır. Kaş ki, biləydilər!"},{"id":65,"translation":"Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona (ixlasla) dua edərlər. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar."},{"id":66,"translation":"(Bu ona görədir ki,) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və (hələlik) əylənsinlər. Tezliklə biləcəklər."},{"id":67,"translation":"Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, (Məkkəni) onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?"},{"id":68,"translation":"Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?"},{"id":69,"translation":"Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah muhsinlərlə birgədir."}]},{"id":30,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Mim."},{"id":2,"translation":"Rumlular məğlub edildilər;"},{"id":3,"translation":"ən aşağı (və ya Ərəblərın yaşadığı yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar;"},{"id":4,"translation":"bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;"},{"id":5,"translation":"Allahın zəfəri ilə. O, istədiyinə yardım edir. O, Qüdrətlidir, Rəhmlidir."},{"id":6,"translation":"Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların əksəriyyəti bunu bilmir."},{"id":7,"translation":"Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə qafildirlər."},{"id":8,"translation":"Məgər onlar öz nəfslərində Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən müddətə qədər yaratdığını düşünmürlərmi? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir."},{"id":9,"translation":"Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırmışdılar. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlara Allaha zülm etmirdi. Onlar özləri özlərinə zülm edirdilər."},{"id":10,"translation":"Sonra isə Allahın ayələrini yalan sayıb onlara istehza etməklə pislik göstərənlərin aqibəti lap yaman oldu."},{"id":11,"translation":"Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öldürdükdən) sonra onu (yenidən) dirildir. Sonra isə siz Ona qaytarılacaqsınız."},{"id":12,"translation":"Qiyamət saatının gələcəyi gün günahkarlar (Allahın rəhmətindən) ümidlərini itirəcəklər."},{"id":13,"translation":"(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. (Allaha qoşduqları) şəriklər onları inkar edəcəklər."},{"id":14,"translation":"Qiyamət saatının gələcəyi gün (mömin və kafir olmaqla iki firqəyə) ayrılacaqlar."},{"id":15,"translation":"İman gətirib saleh əməllər edənlərə gəlincə isə, onlar Cənnət bağçalarında sevinc içində olacaqlar."},{"id":16,"translation":"Amma kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sayanlara gəlincə, onlar əzaba düçar ediləcəklər."},{"id":17,"translation":"Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Allahın şəninə tərif söyləyin."},{"id":18,"translation":"Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də (Onun şəninə təriflər deyin!)"},{"id":19,"translation":"O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də (qəbirlərinizdən) belə (dirildilib) çıxardılacaqsınız."},{"id":20,"translation":"(Allahın) sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir bəşər olaraq (yer üzünə) yayıldınız."},{"id":21,"translation":"Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır."},{"id":22,"translation":"Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün dəlillər vardır!"},{"id":23,"translation":"Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü (ruzi) axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır."},{"id":24,"translation":"Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən bir qövm üçün dəlillər vardır."},{"id":25,"translation":"Göyün və yerin Onun əmri ilə öz yerlərində (sabit) qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi (mələyin sura bir dəfə üfürməsi ilə) dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız."},{"id":26,"translation":"Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona boyun əyər!"},{"id":27,"translation":"Məxluqatı ilk dəfə (yoxdan) yaradan, öldükdən sonra təkrar dirildən Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":28,"translation":"Allah sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünən bir qövm üçün belə müfəssəl izah edirik."},{"id":29,"translation":"Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz."},{"id":30,"translation":"Sən batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz."},{"id":31,"translation":"Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!"},{"id":32,"translation":"O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə özündə olanlarla sevinər."},{"id":33,"translation":"İnsanlara bir zərər toxunduqda Rəbbinə üz tutub Ona yalvararlar. Sonra Allah onlara bir mərhəmət daddırdıqda isə onlardan bir dəstə Rəbbinə şərik qoşar."},{"id":34,"translation":"(Bu ona görədir ki,) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz."},{"id":35,"translation":"Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlilmi göndərdik?"},{"id":36,"translation":"İnsanlara bir mərhəmət göstərdiyimiz zaman ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər."},{"id":37,"translation":"Məgər onlar, Allahın istədiyinin ruzisini bol edib, istədiyininkini də azaltdığını görmürlərmi? Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır."},{"id":38,"translation":"Qohum-əqrəbaya, yoxsula və müsafirə (onlara çatacaq) haqqını ver! Allahın Üzünü diləyənlər (ixlaslı olanlar) üçün bu daha xeyirlidir. Uğur qazananlar da məhz onlardır."},{"id":39,"translation":"İnsanların var-dövləti sayəsində, artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək (ixlasla) verdiyiniz zəkata gəlincə, (bilin ki,) bunu edənlər (mallarının bərəkətini) qat-qat artıranlardır."},{"id":40,"translation":"Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, (heç olmasa,) birini edə bilən varmı? O, pakdır və (müşriklərin) Ona şərik qoşduqlarından ucadır."},{"id":41,"translation":"İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar."},{"id":42,"translation":"De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu (Allaha) şərik qoşanlar idi”."},{"id":43,"translation":"Qarşısıalınmaz gün Allah tərəfindən gəlməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar (Cənnət və Cəhənnəm əhli olmaqla) iki dəstəyə bölünəcəklər."},{"id":44,"translation":"Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə yer) hazırlamış olarlar."},{"id":45,"translation":"(Bu ona görədir ki, Allah) iman gətirib saleh əməllər edənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevməz."},{"id":46,"translation":"Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və (sizə verdiyi nemətlərə) şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir."},{"id":47,"translation":"Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Üzərimizə bir haqqdır."},{"id":48,"translation":"Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən buludların arasından yağış çıxdığını görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinərlər."},{"id":49,"translation":"Halbuki o (yağış) onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər."},{"id":50,"translation":"Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcək. O, hər şeyə qadirdir."},{"id":51,"translation":"Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar."},{"id":52,"translation":"Şübhəsiz ki, sən nə ölülərə (haqqı), nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən."},{"id":53,"translation":"Sən korları da zəlalətdən (çıxarıb) doğru yola yönəldə bilməzsən. Sən (haqqı) yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən."},{"id":54,"translation":"Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir."},{"id":55,"translation":"Qiyamət saatının qopacağı gün günahkarlar (dünyada) bircə saat qaldıqlarına and içəcəklər. Onlar (dünyada da haqdan) belə döndərilirdilər."},{"id":56,"translation":"Elm və iman verilmiş kimsələr isə deyəcəklər: “Siz (orada) Allahın yazısı ilə dirilmə gününə qədər qaldınız. Bu (gün), məhz dirilmə günüdür, lakin siz (bunu) bilmirdiniz”."},{"id":57,"translation":"Həmin gün zalımlara üzür gətirmələri fayda verməyəcək və onlardan tövbə etmələri də tələb olunmayacaq."},{"id":58,"translation":"Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir ayə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər."},{"id":59,"translation":"Allah (haqqı) bilməyənlərin qəlbini belə möhürləyər."},{"id":60,"translation":"Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy (axirətə) yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa – (dindən dönməyə) sövq etməsinlər."}]},{"id":31,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Mim."},{"id":2,"translation":"Bu, hikmətli Kitabın ayələridir."},{"id":3,"translation":"Yaxşı əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir."},{"id":4,"translation":"O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə yəqinliklə inanırlar."},{"id":5,"translation":"Onlar öz Rəbbindən (gələn) doğru yol üzərindədirlər. Məhz onlar nicat tapanlardır."},{"id":6,"translation":"İnsanlar arasında eləsi də var ki, heç bir elmi olmadan (başqalarını) Allah yolundan azdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alır. Məhz onları alçaldıcı bir əzab gözləyir."},{"id":7,"translation":"Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ."},{"id":8,"translation":"İman gətirib saleh əməllər edənlər üçün Nəim cənnətləri vardır."},{"id":9,"translation":"Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrət və Hikmət sahibidir."},{"id":10,"translation":"O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaratmış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada müxtəlif növ gözəl bitkilər bitirdik."},{"id":11,"translation":"Bunlar Allahın yaratdıqlarıdır. İndi siz Mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər."},{"id":12,"translation":"Biz Loğmana: “Allaha şükür et” deyə hikmət verdik. Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyildir, tərifəlayiqdir”."},{"id":13,"translation":"Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, (Allaha) şərik qoşmaq böyük zülmdür!”"},{"id":14,"translation":"Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Dönüş Mənədir."},{"id":15,"translation":"Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara tabe olma! Dünya işlərində onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də etdikləriniz barədə sizə xəbər verəcəyəm."},{"id":16,"translation":"(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır."},{"id":17,"translation":"Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir."},{"id":18,"translation":"İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevməz."},{"id":19,"translation":"Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”."},{"id":20,"translation":"Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol bəxş etdiyini görmürsünüzmü? İnsanlar arasında heç bir elmi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edənlər də vardır."},{"id":21,"translation":"Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr! Biz atalarımızın getdiyi yolla tabe olacağıq!”– deyərlər. Əgər şeytan onları Cəhənnəm əzabına çağırırsa necə?"},{"id":22,"translation":"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən kəs ən möhkəm dəstəkdən yapışmış olar. İşlərin sonu Allaha qayıdır."},{"id":23,"translation":"Kim küfrü edərsə, onun küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizədir. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah qəlblərdə olanları biləndir."},{"id":24,"translation":"Biz onlara (dünyada olan) nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba (qatlaşmağa) məcbur edəcəyik."},{"id":25,"translation":"Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların çoxu (bunu) bilməz."},{"id":26,"translation":"Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir."},{"id":27,"translation":"Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrət və Hikmət sahibidir."},{"id":28,"translation":"Sizi yaratmaq və diriltmək ancaq bir insanı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir."},{"id":29,"translation":"Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı (mənfəətiniz üçün) ram etdiyini, üstəlik Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi?"},{"id":30,"translation":"Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür."},{"id":31,"translation":"Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunda səbirli olanlar və şükür edənlər üçün ibrətlər vardır."},{"id":32,"translation":"(Dağların saldığı) kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona dua edərlər. (Allah) onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri (küfrlə iman arasında) orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər."},{"id":33,"translation":"Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir fayda verə bilməyəcəyi gündən qorxun. Həqiqətən, Allahın vədi haqdır. Qoy dünya həyatı sizi aldatmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın."},{"id":34,"translation":"Həqiqətən, Qiyamət saatı haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır."}]},{"id":32,"verses":[{"id":1,"translation":"Əlif. Ləm. Mim."},{"id":2,"translation":"Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi (olan Allah) nazil etmişdir."},{"id":3,"translation":"Yoxsa onlar: “(Muhamməd) bunu özündən uydurmuşdur!”– deyirlər. Xeyr, o, Rəbbindən (nazil) olan bir haqdır ki, səndən öncə xəbərdar edən (peyğəmbər) gəlməmiş bir qövmə xəbərdar edəsən. Bəlkə onlar doğru yola yönələlər."},{"id":4,"translation":"Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz var. Məgər düşünüb ibrət almayacaqsınızmı?"},{"id":5,"translation":"O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksələr."},{"id":6,"translation":"O, qeybi və aşkarı biləndir. Qüdrət və Mərhəmət sahibidir."},{"id":7,"translation":"Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,"},{"id":8,"translation":"sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,"},{"id":9,"translation":"sonra onu tamamlayıb müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürəklər vermişdir. Siz necə də az şükür edirsiniz!"},{"id":10,"translation":"Onlar deyirlər: “Biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər."},{"id":11,"translation":"De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır, sonra da Rəbbinizə qaytarılacaqsınız!”"},{"id":12,"translation":"Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, saleh əməl edək. Həqiqətən də, biz yəqinliklə inandıq!”– (deyəndə) görəydin!"},{"id":13,"translation":"Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcəkdir."},{"id":14,"translation":"Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (əzabı)! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!"},{"id":15,"translation":"Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər."},{"id":16,"translation":"Onlar (gecə namazını qılmaq üçün) yanlarını yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər."},{"id":17,"translation":"Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nə cür nemətlər saxlandığını heç kəs bilməz"},{"id":18,"translation":"Məgər möminlə fasiq eyni ola bilərmi? Eyni ola bilməzlər!"},{"id":19,"translation":"İman gətirib saleh əməllər edənləri etdikləri əməllərə görə Məva cənnətlərində (əbədi) ziyafət gözləyir."},{"id":20,"translation":"Amma fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir."},{"id":21,"translation":"Biz ən böyük əzabdan əvvəl onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar."},{"id":22,"translation":"Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq."},{"id":23,"translation":"Biz Musaya Kitab (Tövrat) verdik. Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə. Biz onu (Tövratı yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik."},{"id":24,"translation":"Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik."},{"id":25,"translation":"Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir."},{"id":26,"translation":"Yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər var. Məgər onlar eşitmirlərmi?"},{"id":27,"translation":"Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri əkinlər (bitkilər, meyvələr) yetişdirdiyimizi görmürlərmi? Hələ də bunu görmürlər?"},{"id":28,"translation":"Onlar: “Əgər doğru danışanlardansınızsa, (deyin görək) bu (möminlərlə kafirlərin arasını ayıran) hökm nə vaxt olacaqdır?”– deyirlər."},{"id":29,"translation":"De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara (tövbə etmək üçün) möhlət də verilməyəcəkdir”."},{"id":30,"translation":"Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. Doğrusu, onlar da (sənin başına bir müsibət gələcəyini) gözləyirlər."}]},{"id":33,"verses":[{"id":1,"translation":"Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":2,"translation":"Rəbbindən sənə vəhy olunana tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":3,"translation":"Allaha təvəkkül et! Allahın Qoruyan olması (sənə) yetər."},{"id":4,"translation":"Allah bir insanın sinəsinəndə iki ürək yaratmamışdır. Allah zihar (analarınıza bənzədərək özünüzə haram) etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz (yalan) sözlərdir. Allah isə haqqı söyləyir və doğru yola yönəldir."},{"id":5,"translation":"(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız da, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir."},{"id":6,"translation":"Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın Kitabında (varis olmaq baxımından) bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə (bundan) müstəsnadır. Bu (hökm) Kitabda (Lövhi-məhfuzda) yazılmışdır."},{"id":7,"translation":"Bir zaman Biz peyğəmbərlərdən əhd aldıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd aldıq."},{"id":8,"translation":"(Allah bunu) doğru danışanlardan doğruluqları barədə soruşmaq üçün etdi. O, kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışdır."},{"id":9,"translation":"Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. O zaman ordular sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür."},{"id":10,"translation":"O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfinizdən (vadinin üst və alt tərəfindən) üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə qapılmışdınız."},{"id":11,"translation":"Orada möminlər imtahana çəkilmiş və şiddətli sarsıntıya məruz qalmışdılar."},{"id":12,"translation":"O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq boş vəd vermişdir”– deyirdilər."},{"id":13,"translation":"Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb”– deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər."},{"id":14,"translation":"Əgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və (bu işdə) azacıq da olsa ləngiməzdilər."},{"id":15,"translation":"Halbuki onlar bundan əvvəl (cihaddan) boyun qaçırmayacaqlarına dair Allaha əhd vermişdilər. Allaha verilən əhd soruşulacaqdır."},{"id":16,"translation":"De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, (bu) qaçmağın sizə (əsla) faydası olmaz. Belə olduğu təqdirdə siz ancaq (əcəliniz çatana qədər) çox az (bir müddət ərzində) gün-güzəran görəcəksiniz”."},{"id":17,"translation":"De: “Əgər Allah sizə bir pislik istəsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq istəsə, Ona kim mane ola bilər?” Onlar özlərinə Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər."},{"id":18,"translation":"Allah aranızdan (camaatı cihaddan) çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar."},{"id":19,"translation":"(Çünki) sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən. Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə sizi sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır."},{"id":20,"translation":"(Münafiqlər) müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Əgər aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər."},{"id":21,"translation":"Allahın Rəsulunda sizlər, Allaha və Axirət gününə ümidini bağlayanlar və Allahı çox zikr edənlər üçün gözəl örnək vardır."},{"id":22,"translation":"Möminlər müttəfiqləri (düşmən dəstələrini) gördükdə: “Bu, Allahın və Onun Rəsulunun bizə olan vədidir. Allah və Onun Rəsulu doğru söyləmişlər!”– dedilər. Bu onların yalnız imanını və itaətini artırdı."},{"id":23,"translation":"Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər var. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər."},{"id":24,"translation":"Bu, Allahın doğru danışanları doğruluqlarına görə mükafatlandırması, münafiqlərə də ya istəsə əzab verməsi, ya da onların tövbələrini qəbul etməsi üçündür. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir."},{"id":25,"translation":"Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir."},{"id":26,"translation":"(Allah) Kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz."},{"id":27,"translation":"Allah sizi onların torpaqlarına, yurdlarına, mallarına və ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir."},{"id":28,"translation":"Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizə boşanma bədəllərinizi verim və sizi gözəl tərzdə boşayım."},{"id":29,"translation":"Əgər siz Allahı, Onun Rəsulunu və Axirət yurdunu istəyirsinizsə, (bilin ki,) Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”."},{"id":30,"translation":"Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır."},{"id":31,"translation":"Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib və saleh bir əməl edərsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq."},{"id":32,"translation":"Ey Peyğəmbərin zövcələri! Siz qadınlardan hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan kəs tamaha düşər. Danışarkən (şək-şübhədən uzaq, Şəriətə müvafiq qaydada) gözəl danışın."},{"id":33,"translation":"Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir."},{"id":34,"translation":"Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah lütfkardır, (hər şeydən) xəbərdardır."},{"id":35,"translation":"Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətkar kişilər və itaətkar qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allahdan qorxan kişilər və Allahdan qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, övrətlərini qoruyan kişilər və övrətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır."},{"id":36,"translation":"Allah və Onun Rəsulu bir iş haqqında hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadının öz işlərində başqa bir yol seçmək ixtiyarı yoxdur. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, açıq-aydın azmışdır."},{"id":37,"translation":"Bir zaman Allahın (İslama yönəldərək) nemət verdiyi və sənin də (köləlikdən azad edərək) nemət verdiyin (Zeydə): “Zövcəni öz yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi (Zeyd zövcəsini boşayacağı təqdirdə onla evlənəcəyini) ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları zövcələrini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcək."},{"id":38,"translation":"Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə (Zeydin zövcəsi ilə evlənməkdə) ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın sünnəsi belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür."},{"id":39,"translation":"Onlar Allahın risalətlərini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurlar. Haqq-hesab çəkməyə Allah yetər."},{"id":40,"translation":"Muhamməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir."},{"id":41,"translation":"Ey iman gətirənlər! Allahı çox zikr edin!"},{"id":42,"translation":"Səhər-axşam Onun şəninə təriflər deyin!"},{"id":43,"translation":"Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Mələkləri də (sizin üçün bağışlanma diləyirlər). Allah möminlərə qarşı Rəhmlidir."},{"id":44,"translation":"(Möminlərin) Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. (Allah) onlar üçün gözəl mükafat hazırlamışdır."},{"id":45,"translation":"Ey Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik."},{"id":46,"translation":"(Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq olaraq (göndərdik)."},{"id":47,"translation":"Möminlərə Allah tərəfindən böyük bir lütf nəsib ediləcəyini müjdə ver."},{"id":48,"translation":"Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın Qoruyan olması kifayətdir."},{"id":49,"translation":"Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan (yaxınlıq etməzdən) əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa (onları yanınızda saxlamağa) haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara (boşanma) bədəllərini verin və (onları) gözəl tərzdə sərbəst buraxın."},{"id":50,"translation":"Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə, Peyğəmbərin evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə (mehrsiz) bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. (Sonuncusu) digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. (Belə etdik ki,) sənə bir çətinlik olmasın. Allah bağışlayandır, rəhmlidir."},{"id":51,"translation":"Onlardan istədiyinin (səninlə gecələmək) növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini (yenidən öz yanına almaq) istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah (hər şeyi) biləndir, həlimdir."},{"id":52,"translation":"Bundan sonra (başqa) qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də, onları başqa qadınlarla dəyişmək sənə halal deyildir. Sahib olduğun cariyələr isə müstəsnadır. Allah hər şeyə nəzarət edəndir."},{"id":53,"translation":"Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbərə əziyyət verir və o sizdən utanır. Allah isə haqqı söyləməkdən utanmaz. (Peyğəmbərin) zövcələrindən bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin qəlbiniz, həm də onların qəlbləri üçün daha təmizdir. Sizə Allahın Elçisinə əziyyət vermək, vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək əsla icazəli deyildir. Həqiqətən, bu, Allah yanında böyük günahdır."},{"id":54,"translation":"Bir şeyi aşkara çıxarsanız da, gizli saxlasanız da, şübhəsiz ki, Allah hər şeyi bilir."},{"id":55,"translation":"Qadınlara ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, (mömin) qadınların, sahib olduqları kölə və kənizləri yanında (hicab geyməmələrində) heç bir günah yoxdur. (Ey qadınlar!) Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir."},{"id":56,"translation":"Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər! Siz də ona salavat gətirib, layiqincə salamlayın!"},{"id":57,"translation":"Şübhəsiz ki, Allaha və Onun rəsuluna əziyyət verənləri Allah dünyada və Axirətdə lənətləmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır."},{"id":58,"translation":"Mömin kişilərə və mömin qadınlara etmədikləri bir işdən ötrü əziyyət verənlər, sözsüz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər."},{"id":59,"translation":"Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında bütün bədənlərini örtən) örtükləri ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir."},{"id":60,"translation":"Əgər münafiqlər, qəlbi xəstə olanlar və Mədinədə yalan şayiələr yayanlar (öz yaramaz əməllərinə) son qoymasalar, səni onlara musallat edərik. Sonra onlar orada sənin çevrəndə qısa bir müddət qala bilərlər."},{"id":61,"translation":"Lənətlənmiş kimsələr olaraq, harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər."},{"id":62,"translation":"Allahın (onlardan) əvvəl olub-keçənlər (keçmiş ümmətlərin münafiqlər) barəsində sünnəsi belədir. Sən Allahın sünnəsində heç bir dəyişiklik tapa bilməzsən."},{"id":63,"translation":"İnsanlar səndən Qiyamət saatı (Qiyamət günü) barədə soruşurlar. De: “Onun elmi yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, Qiyamət saatı yaxındır."},{"id":64,"translation":"Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün yandırıb-yaxan Od hazırlamışdır."},{"id":65,"translation":"Onlar orada əbədi qalacaq, (özlərinə) nə bir himayəçi, nə də bir yardımçı tapa biləcəklər."},{"id":66,"translation":"Üzləri odda o yan-bu yana çeviriləcəyi gün onlar deyəcəklər: “Kaş, Allaha itaət edər və Onun rəsuluna itaətkar olaydıq!”"},{"id":67,"translation":"Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar."},{"id":68,"translation":"Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və onları böyük bir lənətə məruz qoy!”"},{"id":69,"translation":"Ey iman gətirənlər! Musaya əziyyət verən kimsələr kimi olmayın. Allah onu onların dediklərindən (ona etdikləri eyibdən) təmizə çıxartdı. O, Allahın yanında ehtiram edilən bir kimsə idi."},{"id":70,"translation":"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin ki,"},{"id":71,"translation":"O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun rəsuluna itaət etsə, böyük bir uğur qazanar."},{"id":72,"translation":"Biz əmanəti (şəri əhkamları) göylərə, yerə və dağlara ərz etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. İnsan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir."},{"id":73,"translation":"(Bu əmanət insana ona görə verildi ki,) Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir."}]},{"id":34,"verses":[{"id":1,"translation":"Həmd, göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsusdur. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır."},{"id":2,"translation":"O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır."},{"id":3,"translation":"Kafirlər: “Qiyamət saatı bizə gəlməyəcək!”– dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lovhi-məhfuzda) olmasın”."},{"id":4,"translation":"(Bunlar ona görədir ki,) Allah iman gətirib saleh əməllər edənləri mükafatlandırsın. Məhz onlar üçün bağışlanma və bolluca ruzi vardır."},{"id":5,"translation":"Ayələrimizi batil etməyə cəhd göstərənlərə isə ən pis, ağrılı-acılı əzab vardır."},{"id":6,"translation":"Özlərinə elm verilənlər (Kitab əhlindən iman gətirənlər) Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini bilirlər."},{"id":7,"translation":"Kafirlər dedilər: “Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi?"},{"id":8,"translation":"Yoxsa, o, Allahın əleyhinə yalan uydurur, bəlkə onda divanəlik var?” Xeyr! Axirətə inanmayanlar əzaba düçar olacaq, dərin bir azğınlıq içində qalacaqlar."},{"id":9,"translation":"Məgər onlar qarşılarındakı yeri və arxalarındakı göyü görmürlərmi?! Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların üzərlərinə salardıq. Şübhəsiz ki, bunda tövbə edib (Allaha) qayıdan hər bir qul üçün ibrət vardır."},{"id":10,"translation":"Biz Davuda Özümüzdən bir lütf bəxş etdik (və buyurduq): “Ey dağlar və quşlar! Onunla birlikdə (Allahın şəninə) təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq."},{"id":11,"translation":"(Sonra buyurduq:) “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. (Ey Davud ailəsi,) yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”."},{"id":12,"translation":"Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra yenə bir aylıq məsafəni qət edən küləyi də Süleymana (ram etdik). Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qarşısında işləyirdi. Onlardan hər kim, (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona Cəhənnəm odunun əzabından daddırırdıq."},{"id":13,"translation":"(Cinlər) onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud ailəsi! (Bu nemətlərə) şükür edin! Qullarımdan şükür edən azdır."},{"id":14,"translation":"(Süleymanın) ölümünə hökm verdiyimiz zaman onun öldüyünü (cinlərə) ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. (Süleyman) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar."},{"id":15,"translation":"Səba (qəbiləsinin) yaşadığı yerdə (Allahın qüdrətinə dəlalət edən) ayə (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Budur) gözəl diyar və Bağışlayan Rəbb!”– (deyilmişdi)."},{"id":16,"translation":"Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və (içində) bir az sidr ağacı olan iki bağla əvəz etdik."},{"id":17,"translation":"Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı?!"},{"id":18,"translation":"(Səba qəbiləsi ilə) bərəkət verdiyimiz məmləkətlər (Şam) arasında aydın görünən (bir-birinə) yaxın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”– (demişdik)."},{"id":19,"translation":"Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər və özlərinə zülm etdilər. Biz onları (ibrət alınası) əfsanələrə çevirdik, özlərini də darmadağın etdik. Həqiqətən, bunda çox səbir və şükür edən hər bir kəs üçün ibrətlər vardır."},{"id":20,"translation":"İblisin onlar barəsindəki zənni doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları ona tabe oldular."},{"id":21,"translation":"Halbuki (İblis) bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (İblisə) belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi hifz edəndir."},{"id":22,"translation":"De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Onların (göylərin və yerin yaradılışında) heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur."},{"id":23,"translation":"Allah yanında, Onun izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət, (mələklərin) qəlbindən qorxu getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşar, digərləri isə: “Haqqı (buyurdu)! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər."},{"id":24,"translation":"De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə biz yaxud siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”."},{"id":25,"translation":"De: “Siz bizim etdiyimiz günahlara görə sorğu-sual edilməyəcəksiniz, biz də sizin etdiklərinizə görə sorğu-sual edilməyəcəyik.”"},{"id":26,"translation":"De: “Rəbbimiz hamımızı bir yerə toplayıb, sonra aramızda ədalətlə hökm verəcək. O, ən ədalətli Hakimdir, Biləndir”."},{"id":27,"translation":"De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr! O, Qüdrətli və Hikmət sahibi olan Allahdır!”"},{"id":28,"translation":"Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) olaraq göndərdik. Lakin insanların çoxu (bunu) bilməz."},{"id":29,"translation":"Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaqdır?”– deyirlər."},{"id":30,"translation":"De: “Sizə vəd edilmiş bir gün var ki, siz onu nə bircə saat yubadar, nə də tezləşdirə bilərsiniz”."},{"id":31,"translation":"Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə (səmavi kitablara) inanacağıq!” Kaş sən o zalımları Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları (bir-birini təqsirləndirdikləri) anda görəydin. Zəiflər, özlərini yüksək tutanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz iman gətirərdik”."},{"id":32,"translation":"Özlərini yüksək tutanlar da zəiflərə belə deyərlər: “Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq?! Xeyr, siz özünüz günahkar idiniz”."},{"id":33,"translation":"Zəiflər özlərini yüksək tutanlara deyəcəklər: “Xeyr! (İşiniz) gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar."},{"id":34,"translation":"Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan kimsələri: “Biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər."},{"id":35,"translation":"Onlar: “Biz mal-dövlət və övlad baxımından daha çoxuq və bizə əzab verilməyəcəkdir”– dedilər."},{"id":36,"translation":"De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu (bunu) bilməz”."},{"id":37,"translation":"Nə var-dövlətiniz, nə də oğul-uşağınız sizi Bizə yaxınlaşdırmaz. Ancaq iman gətirib saleh əməl edənlər mütəsnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində əmin-amanlıq içində yaşayacaqlar."},{"id":38,"translation":"Ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə əzaba düçar ediləcəklər."},{"id":39,"translation":"De: “Həqiqətən, Rəbbim qullarından istədiyinin ruzisini bol edər, (istədiyinə də) onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”"},{"id":40,"translation":"O gün (Allah) onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: “Bunlar sizə ibadət edirdilər?”"},{"id":41,"translation":"(Mələklər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”."},{"id":42,"translation":"Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bilərsiniz. Biz zalımlara: “Dadın yalan saydığınız Cəhənnəm əzabını!”– deyəcəyik."},{"id":43,"translation":"Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!”– deyərlər. Onlar: “Bu, uydurulmuş yalandan başqa bir şey deyil!”– deyərlər. Kafirlərə haqq gəldikdə onun barəsində: “Bu yalnız açıq-aydın bir sehrdir!”– deyərlər."},{"id":44,"translation":"Halbuki Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmişdik və səndən əvvəl də onlara bir xəbərdarlıq edən göndərməmişdik."},{"id":45,"translation":"Onlardan əvvəlkilər də (elçilərimizi) yalançı hesab etmişdilər. Müşriklər onlara verdiklərimizin onda birini belə əldə etməmişlər. Lakin onlar Mənim elçilərimi yalançı saydılar. (Görəydin,) Mənim (onları) həlak etməyim necə oldu!"},{"id":46,"translation":"De: “Mənim sizə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin dostunuzda heç bir dəlilik (əlaməti) yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir”."},{"id":47,"translation":"De: “Mən sizdən bir mükafat istəmişəmsə, o sizin olsun. Mənim mükafatımı ancaq Allah verəcəkdir. O, hər şeyə Şahiddir”."},{"id":48,"translation":"De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”."},{"id":49,"translation":"De: “Haqq gəldi. Batil (ona qarşı) nə ortaya (bir şey) çıxarar, nə də (onu) geri qaytara bilər”."},{"id":50,"translation":"De: “Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, eşidəndir, yaxındır”."},{"id":51,"translation":"Kaş, sən onları (o kafirləri) qorxuya düşdükləri vaxt görəydin. Onlar qaçıb canlarını qurtara bilməyəcək və yaxın bir yerdə ələ keçiriləcəklər."},{"id":52,"translation":"Onlar: “Biz ona inandıq!”– deyəcəklər. Axı uzaq bir yerdə (Axirətdə) imana necə nail ola bilərlər?!"},{"id":53,"translation":"Halbuki bundan əvvəl onu (Quranı və ya Muhammədi) inkar edir və uzaq bir yerdən qeyb haqqında fikir yürüdürdülər (öldükdən sonra dirilməyəcəyik. Cənnət, Cəhənnəm yoxdur deyirdilər)."},{"id":54,"translation":"Onlarla arzuladıqları şey (dünyaya qayıdıb iman və tövbə etmək) arasına sədd çəkilər. Daha əvvəl özlərinə bənzər kəslərə (keçmiş ümmətlərin kafirlərinə) də belə edilmişdir. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər."}]},{"id":35,"verses":[{"id":1,"translation":"Həmd, göyləri və yeri yaradan, mələkləri iki, üç və dördqanadlı elçilər edən Allaha məxsusdur! O, yaratdıqlarından istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir."},{"id":2,"translation":"Allahın insanlara bəxş etdiyi mərhəmətin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs göndərə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":3,"translation":"Ey insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!"},{"id":4,"translation":"Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır."},{"id":5,"translation":"Ey insanlar! Həqiqətən, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın, tovlayan (şeytan) da sizi yoldan çıxartmasın."},{"id":6,"translation":"Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən qəbul edin. O öz tərəfdarlarını Cəhənnəm əhli olmağa çağırır."},{"id":7,"translation":"Kafirlər üçün şiddətli əzab, iman gətirib saleh əməllər edənlər üçün isə bağışlanma və böyük bir mükafat hazırlanmışdır."},{"id":8,"translation":"Pis əməli özünə gözəl göstərilib onu yaxşı görənlə, (doğru yolla gedən kimsə eyni ola bilərmi?) Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini biləndir."},{"id":9,"translation":"Küləkləri göndərib buludu hərəkətə gətirən Allahdır. Biz onu ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriliş də belə olacaqdır."},{"id":10,"translation":"Kim izzət istəsə, (bilsin ki,) izzət bütünlüklə yalnız Allaha məxsusdur. Yaxşı söz Ona tərəf yüksələr və yaxşı sözü də saleh əməl qaldırar. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxacaqdır."},{"id":11,"translation":"Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cüt-cüt xəlq etmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoyar. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, ancaq (açıq-aydın) Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır."},{"id":12,"translation":"İki dəniz eyni ola bilməz. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür."},{"id":13,"translation":"O, gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı (Öz əmrinə) ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək (qiyamət gününə qədər) hərəkət edər. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa dua etdikləriniz xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər."},{"id":14,"translation":"Əgər siz onlara dua etsəniz, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onları Allaha) şərik qoşduğunuzu inkar edəcəklər. Heç kəs sənə (hər şeydən) Xəbərdar olan (Allah) kimi xəbər verə bilməz."},{"id":15,"translation":"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir."},{"id":16,"translation":"Əgər Allah istəsə, sizi yox edib (yerinizə) yeni bir məxluq gətirər."},{"id":17,"translation":"Bu, Allah üçün çətin deyildir."},{"id":18,"translation":"Heç bir günahkar başqasının günahını daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim (günahlardan) təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış Allahadır."},{"id":19,"translation":"Kor ilə görən eyni deyildir,"},{"id":20,"translation":"zülmətlərlə nur da,"},{"id":21,"translation":"kölgə ilə isti külək də (eyni deyildir)."},{"id":22,"translation":"Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə (haqqı) eşitdirər. Sən isə qəbirlərdə olanlara (haqqı) eşitdirə bilməzsən."},{"id":23,"translation":"Sən ancaq xəbərdar edənsən."},{"id":24,"translation":"Həqiqətən, Biz səni haqla müjdə verən və xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın."},{"id":25,"translation":"Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də (elçiləri) yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, (İbrahimin səhifələri kimi) müqəddəs yazılar və (Tövrat və İncil kimi) nur saçan kitab gətirmişdilər."},{"id":26,"translation":"Sonra Mən (haqqı) inkar edənləri yaxaladım. (Görəydin) Mənim (onları) həlak etməyim necə oldu!"},{"id":27,"translation":"Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi?! Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik."},{"id":28,"translation":"İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır."},{"id":29,"translation":"Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər zərər olmayacaq bir ticarətə ümid edirlər ki,"},{"id":30,"translation":"(Allah) onlara mükafatlarını tam olaraq versin və onlara Öz lütfündən artırsın. Həqiqətən, O, bağışlayandır, şükürün əvəzini verəndir."},{"id":31,"translation":"Kitabdan (Qurandan) sənə vəhy etdiyimiz, özündən əvvəlki kitabları təsdiqləyici olaraq gələn haqdır. Həqiqətən, Allah Öz qullarından xəbərdardır, görəndir."},{"id":32,"translation":"Sonra, Kitabı qullarımızdan seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur."},{"id":33,"translation":"Onlar Ədn cənnətlərinə daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır."},{"id":34,"translation":"Onlar deyəcəklər: “Həmd, qəm-qüssəni bizdən aparan Allaha məxsusdur! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir."},{"id":35,"translation":"Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”"},{"id":36,"translation":"Kafirlər üçün isə Cəhənnəm odu vardır. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq."},{"id":37,"translation":"Onlar orada: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”– deyə fəryad edəcəklər. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünüb öyüd ala biləcək kimsənin düşünüb öyüd ala biləcəyi qədər uzun ömür vermədikmi?! Sizə xəbərdar edən (Peyğəmbər) də gəlmişdi. Elə isə dadın (əzabı)! Zalımlara kömək edən olmaz”."},{"id":38,"translation":"Şübhəsiz ki, Allah göylərin və yerin qeybini biləndir. O, sinələrdə olanları da bilir."},{"id":39,"translation":"Sizi yer üzündə xələflər edən Odur. Kim küfr edərsə küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz."},{"id":40,"translation":"De: “Allahdan başqa dua etdikləriniz şəriklərin yer üzündə nəyi yaratdıqlarını mənə bir göstərin görüm. Yoxsa onların göylərin yaradılmasında şərikliyi vardır? Yaxud onlara bir kitab vermişik, onlar da oradakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər."},{"id":41,"translation":"Həqiqətən, Allah göyləri və yeri zaval olmasınlar deyə, tutub saxlayır. Əgər zaval olsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, həlimdir, bağışlayandır."},{"id":42,"translation":"Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə xəbərdar edən (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara xəbərdar edən (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı."},{"id":43,"translation":"(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və pis hiylələr qurduqlarına görə idi. Pis hiylələr isə ancaq öz sahibini qaplayar. Yoxsa onlar əvvəlkilərin başına gələn bəlalarımı gözləyirlər?! Sən Allahın sünnəsinə heç bir əvəz tapa bilməzsən. Sən Allahın sünnəsində heç bir dəyişiklik də tapa bilməzsən."},{"id":44,"translation":"Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Onlar, bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir."},{"id":45,"translation":"Əgər Allah insanları qazandıqları günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə (sağ) buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək (Qiyamət gününə qədər) möhlət verir. Onların vaxtı gəlib çatdıqda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcək). Şübhəsiz ki, Allah Öz qullarını görəndir."}]},{"id":36,"verses":[{"id":1,"translation":"Ya. Sin."},{"id":2,"translation":"And olsun hikmətli Qurana!"},{"id":3,"translation":"Həqiqətən, sən göndərilmiş elçilərdənsən,"},{"id":4,"translation":"doğru yoldasan."},{"id":5,"translation":"(Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki,"},{"id":6,"translation":"ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir qövmü xəbərdar edəsən."},{"id":7,"translation":"Artıq əksəriyyətinin iman gətirməyəcəyinə dair söz gerçəkləşdi."},{"id":8,"translation":"Biz onların boyunlarına dəmir həlqələr keçirdik. Bu həlqələr onların çənələrinə dirənmişdir. Odur ki, başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir."},{"id":9,"translation":"Biz onların önlərindən bir sədd, arxalarından da bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görməzlər."},{"id":10,"translation":"Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməzlər."},{"id":11,"translation":"Sən ancaq Zikrə (Qurana) tabe olub Rəhmanı görmədən (Ondan) çəkinən kimsəni qorxuda bilərsən. Beləsini bağışlanma və gözəl bir mükafatla müjdələ."},{"id":12,"translation":"Həqiqətən, ölüləri dirildən, onların (dünyada) etdiklərini və buraxdıqları izləri (axar sədəqə kimi saleh əməlləri) yazan Bizik. Biz hər şeyi açıq-aydın Kitabda (Lövhi-məhfuzda) qeydə almışıq."},{"id":13,"translation":"Sən onlara o şəhər sakinlərini misal çək. O zaman ki, onlara elçilər gəlmişdi."},{"id":14,"translation":"O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. (Bu elçilər:) “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər."},{"id":15,"translation":"Onlar dedilər: “Siz də bizim kimi bir insansınız. Rəhman sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”."},{"id":16,"translation":"(Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik."},{"id":17,"translation":"Bizim üzərimizə düşən (vəhy olunanı) aşkar təbliğ etməkdir”."},{"id":18,"translation":"Onlar dedilər: “Biz sizdə uğursuzluq gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq şiddətli bir əzab toxunacaqdır”."},{"id":19,"translation":"(Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Yoxsa sizə edilən öyüd-nəsihəti (bəd əlamət sayırsınız)?! Xeyr, siz həddi aşmış bir qövmsünüz”."},{"id":20,"translation":"Şəhərin ən ucqar yerindən (Həbib bin Musa ən-Nəccar adlı) bir kişi tələsik gəlib dedi: “Ey qövmüm, elçilərə tabe olun!"},{"id":21,"translation":"Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan kəslərə tabe olun!"},{"id":22,"translation":"Mən nə üçün məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?!"},{"id":23,"translation":"Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər."},{"id":24,"translation":"Belə olacağı təqdirdə mən açıq-aydın azğınlığa düşmüş olaram."},{"id":25,"translation":"Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”"},{"id":26,"translation":"(Şəhər sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş qövmüm biləydi ki,"},{"id":27,"translation":"Rəbbim məni bağışladı və məni hörmətli kimsələrdən etdi”."},{"id":28,"translation":"Biz ondan (Həbib bin Musa ən-Nəccardan) sonra qövmünün üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik."},{"id":29,"translation":"(Onları məhv edən) ancaq dəhşətli bir səs oldu. Onlar bir anda məhv oldular."},{"id":30,"translation":"Vay olsun o qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər."},{"id":31,"translation":"Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə (dünyaya) öz yanlarına qayıtmadığını görmürlərmi?!"},{"id":32,"translation":"Onların hamısı (Qiyamət günü hesab üçün) hüzurumuza gətiriləcəklər."},{"id":33,"translation":"Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan toxum (dənli bitkilər) çıxardırıq, onlar da ondan yeyirlər."},{"id":34,"translation":"Biz orada xurma və üzüm bağları yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,"},{"id":35,"translation":"onların meyvələrindən və öz əlləri ilə becərmədiklərindən (yaxud becərdiklərindən) yesinlər. Yenə də şükür etməyəcəklərmi?!"},{"id":36,"translation":"Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir."},{"id":37,"translation":"Gecə də, onlar üçün (Allahın qüdrətinə dəlalət edən) bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar."},{"id":38,"translation":"Günəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər. Bu, Qüdrətli, (hər şeyi) Bilən Allahın əzəli hökmüdür."},{"id":39,"translation":"Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (mənzilləri tədricən başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olar."},{"id":40,"translation":"Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz yolu ilə hərəkət edər."},{"id":41,"translation":"Onların züriyyətini yüklü gəmidə (Nuhun gəmisində) daşımağımız da onlar üçün bir dəlildir."},{"id":42,"translation":"Biz onlar üçün buna (Nuhun gəmisinə) bənzər (daha neçə-neçə) minik vasitəsi yaratdıq."},{"id":43,"translation":"Əgər istəsək, onları (suya) qərq edərik. O zaman nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər."},{"id":44,"translation":"Yalnız Bizim (onlara) rəhm etməyimiz və (onlara,) müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz müstəsnadır."},{"id":45,"translation":"Onlara: “Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər)."},{"id":46,"translation":"Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz döndərməsinlər."},{"id":47,"translation":"Onlara: “Allahın sizə verdiyi ruzidən xərcləyin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?! Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”."},{"id":48,"translation":"Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər."},{"id":49,"translation":"Onlar, bir-birləri ilə höcətləşərkən (dünya işləri ilə məşğul olarkən) özlərini yaxalayacaq bir tükürpədici səsi (sura birinci dəfə üfürülməsini) gözləyirlər."},{"id":50,"translation":"Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər."},{"id":51,"translation":"Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf tələsəcəklər."},{"id":52,"translation":"Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Rəhmanın vəd etdiyidir. Elçilər doğru deyirlərmiş”."},{"id":53,"translation":"Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər."},{"id":54,"translation":"O gün heç kəsə zülm edilməyəcək. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir."},{"id":55,"translation":"O gün Cənnət əhli nemətlər içində kef çəkməklə məşğul olacaqlar."},{"id":56,"translation":"Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər."},{"id":57,"translation":"Onlar üçün orada meyvələr və istədikləri hər şey vardır."},{"id":58,"translation":"Onlara Mərhəmətli Rəbbdən bir söz olaraq “Salam” vardır."},{"id":59,"translation":"(Qiyamət günü kafirlərə:) \"Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!\"– (deyiləcəkdir)."},{"id":60,"translation":"Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,"},{"id":61,"translation":"Mənə ibadət edin! Doğru yol budur."},{"id":62,"translation":"Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?!"},{"id":63,"translation":"Bu, sizə vəd edilmiş Cəhənnəmdir."},{"id":64,"translation":"Küfür etdiyinizə görə bu gün orada yanın!"},{"id":65,"translation":"Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər."},{"id":66,"translation":"Əgər istəsəydik, onların gözlərini kor edərdik. O zaman onlar (düz) yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?!"},{"id":67,"translation":"Əgər istəsəydik, onları yerlərindəcə elə hala salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər."},{"id":68,"translation":"Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?!"},{"id":69,"translation":"Biz Ona (Muhammədə) şeir öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,"},{"id":70,"translation":"diri olanları xəbərdar etsin və kafirlər barəsindəki söz gerçəkləşsin."},{"id":71,"translation":"Məgər onlar görmürlər ki, Biz onlar üçün, sahib olduqları heyvanları Öz əllərimizlə yaratmışıq?!"},{"id":72,"translation":"Biz bunları (heyvanları) onların ixtiyarına verdik. Onların bəzisini minir, bəzisini də yeyirlər."},{"id":73,"translation":"Bunlarda (bu heyvanlarda) onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?!"},{"id":74,"translation":"(Müşriklər) Allahdan başqa ilahlar qəbul etdilər ki, bəlkə özlərinə bir kömək olsun."},{"id":75,"translation":"(O ilahlar) onlara heç bir kömək edə bilməzlər. Halbuki özləri onlar üçün (onları qorumağa) hazır durmuş əsgərlərdir."},{"id":76,"translation":"Onların sözü (bütlər bizim ilahlarımızdır yaxud sən peyğəmbər deyilsən) səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizli saxladıqlarını və aşkar etdiklərini bilirik."},{"id":77,"translation":"Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir."},{"id":78,"translation":"O Bizə bir məsəl çəkdi, lakin öz yaradılışını unutdu. O: “Çürümüş sümükləri kim dirildə bilər?”– dedi."},{"id":79,"translation":"De: “Onları ilk dəfə yaradan (Allah) dirildəcəkdir. O, hər bir məxluqu yaxşı tanıyandır."},{"id":80,"translation":"O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”."},{"id":81,"translation":"Göyləri və yeri xəlq edən Allah onlar kimisini xəlq etməyə qadir deyilmi?! Əlbəttə ki, (hər şeyi) xəlq edən və (hər şeyi) bilən Odur."},{"id":82,"translation":"O, bir şeyi (yaratmaq) istədikdə ona: “Ol!” deyər, o da olar."},{"id":83,"translation":"Əlində hər şeyin hökmü olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız."}]},{"id":37,"verses":[{"id":1,"translation":"And olsun (ibadət üçün) səf-səf duranlara (mələklərə),"},{"id":2,"translation":"(buludları) qətiyyətlə qovanlara"},{"id":3,"translation":"və Zikri oxuyanlara!"},{"id":4,"translation":"Həqiqətən, sizin ilahınız təkdir!"},{"id":5,"translation":"O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir."},{"id":6,"translation":"Biz dünya səmasını ulduzlarla bəzədik"},{"id":7,"translation":"və (onu) hər bir asi şeytandan mühafizə etdik."},{"id":8,"translation":"Onlar ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar"},{"id":9,"translation":"(və oradan) qovularlar. Onlar üçün daimi bir əzab vardır."},{"id":10,"translation":"Lakin (şeytanlardan) hər kim (mələklərin söhbətlərindən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan alov təqib edər."},{"id":11,"translation":"Onlardan (öldükdən sonra yenidə dirilməyi inkar edən kafirlərdən) soruş: Onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz onları yapışqan bir palçıqdan yaratdıq."},{"id":12,"translation":"Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar."},{"id":13,"translation":"Onlara xatırlatdıqda düşünüb ibrət almazlar."},{"id":14,"translation":"Bir ayə gördükdə isə ona istehza edərlər"},{"id":15,"translation":"və deyirlər: “Bu ancaq açıq-aydın bir sehrdir."},{"id":16,"translation":"Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?!"},{"id":17,"translation":"Həmçinin, (bizdən) əvvəlki atalarımız da (dirildiləcəklərmi)?!”"},{"id":18,"translation":"De: “Bəli, özü də, zəlil olduğunuz halda (dirildiləcəksiniz)”."},{"id":19,"translation":"Bu, təkcə dəhşətli bir səs olacaq. Onlar dərhal (dirilib düçar olduqları müsibətə) baxacaqlar."},{"id":20,"translation":"(Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu, Din günüdür!”"},{"id":21,"translation":"(Onlara deyiləcək:) “Bu, yalan saydığınız hökm günüdür!”"},{"id":22,"translation":"(Mələklərə belə əmr olunacaq:) “Zalımları, onların həmtaylarını və ibadət etdiklərini bir yerə toplayın –"},{"id":23,"translation":"Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin."},{"id":24,"translation":"Onları (Cəhənnəmə daxil etməzdən əvvəl) tutub saxlayın, çünki onlar sorğu-sual olunacaqlar”."},{"id":25,"translation":"(Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, (dünyada olduğu kimi) bir-birinizə kömək etmirsiniz?”"},{"id":26,"translation":"Xeyr, onlar bu gün təslim olmuşlar!"},{"id":27,"translation":"Onlar bir-birinə üz tutub soruşacaqlar."},{"id":28,"translation":"(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (şirki və küfürü bizə gözəl göstərib, haqqdan çəkindirərək) sağ tərəfdən gəlirdiniz”."},{"id":29,"translation":"(Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan kimsələr deyildiniz."},{"id":30,"translation":"Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz (günahlar etməklə) həddi aşmış bir qövm idiniz."},{"id":31,"translation":"Rəbbimizin (Mən Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!) sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) mütləq dadacağıq."},{"id":32,"translation":"Biz sizi azdırdıq. Çünki biz özümüz də azmışdıq”."},{"id":33,"translation":"O gün onlar (tabe olanlar və başçılar) əzabda şərik olacaqlar."},{"id":34,"translation":"Biz günahkarlarla belə edərik."},{"id":35,"translation":"Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir"},{"id":36,"translation":"və: “Məgər bir dəli şairə görə ilahlarımızı tərkmi edəcəyik?!”– deyirdilər."},{"id":37,"translation":"Xeyr! O, haqla (Quranla) gəldi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi."},{"id":38,"translation":"Siz (ey müşriklər) mütləq ağrılı-acılı əzabı dadacaqsınız."},{"id":39,"translation":"Siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılacaqsınız."},{"id":40,"translation":"Yalnız Allahın ixlaslı qulları (bundan) müstəsnadır."},{"id":41,"translation":"Onlar üçün məlum bir ruzi vardır –"},{"id":42,"translation":"(Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcək –"},{"id":43,"translation":"Nəim cənnətlərində."},{"id":44,"translation":"(Onlar) taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar)."},{"id":45,"translation":"Onların ətrafında çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq."},{"id":46,"translation":"Ağappaq, içənlərə ləzzət verən (bir şərab)."},{"id":47,"translation":"O (şərab) nə baş ağrısı verər, nə də onlar ondan sərxoş olarlar."},{"id":48,"translation":"Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qara gözlü hurilər olacaqdır."},{"id":49,"translation":"Sanki onlar qorunub saxlanılmış yumurtadırlar."},{"id":50,"translation":"Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar."},{"id":51,"translation":"Onlardan biri deyəcək: “Mənim (öldükdən sonra yenidən dirilməyi inkar edən) bir yoldaşım var idi."},{"id":52,"translation":"O deyirdi: “Sən də inananlardansan?"},{"id":53,"translation":"Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?!”"},{"id":54,"translation":"O (sözünə davam edib) deyəcək: “Siz (onun harada olduğunu görmək) istəyirsinizmi?”"},{"id":55,"translation":"O boylanıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək"},{"id":56,"translation":"və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin."},{"id":57,"translation":"Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım."},{"id":58,"translation":"Doğrudanmı biz bir daha ölməyəcəyik?"},{"id":59,"translation":"Yalnız ilk ölümümüzdən başqa. Biz əzaba da düçar olmayacağıq”."},{"id":60,"translation":"Həqiqətən, bu, böyük qurtuluşdur."},{"id":61,"translation":"Qoy çalışanlar bunun üçün çalışsınlar!"},{"id":62,"translation":"Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı?!"},{"id":63,"translation":"Biz onu (zəqqum ağacını) zalımlar (Cəhənnəm atəşində hər hansı bir ağacın bitməsi qeymi mümkündür deyən kafirlər) üçün bir fitnə etdik."},{"id":64,"translation":"O, Cəhənnəmin dibindən çıxan bir ağacdır."},{"id":65,"translation":"Onun meyvəsi sanki şeytanların başları kimidir."},{"id":66,"translation":"(Günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar."},{"id":67,"translation":"Sonra da onlar üçün bunun üstündən qaynar su ilə qatışdırılmış bir içki vardır."},{"id":68,"translation":"Sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəmdir."},{"id":69,"translation":"Çünki onlar ata-babalarını azmış gördülər,"},{"id":70,"translation":"özləri də tələm-tələsik onların izini tutub getdilər."},{"id":71,"translation":"Artıq onlardan öncə əvvəlkilərin çoxu zəlalətə düşmüşdü."},{"id":72,"translation":"Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik."},{"id":73,"translation":"Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu."},{"id":74,"translation":"Yalnız Allahın ixlaslı qullarından başqa."},{"id":75,"translation":"Nuh Bizi (dua edib) çağırdı. Biz çağırışa necə də gözəl cavab verənik!"},{"id":76,"translation":"Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq."},{"id":77,"translation":"Təkcə onun nəslini (yer üzündə) qalanlar etdik."},{"id":78,"translation":"Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;"},{"id":79,"translation":"aləmlər içərisində Nuha salam olsun!"},{"id":80,"translation":"Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq."},{"id":81,"translation":"O, Bizim mömin qullarımızdan idi."},{"id":82,"translation":"Sonra o birilərini suya qərq etdik."},{"id":83,"translation":"Həqiqətən, İbrahim onun ardıcıllarından idi."},{"id":84,"translation":"Bir zaman o, öz Rəbbinin hüzuruna pak bir qəlblə gəlmişdi."},{"id":85,"translation":"O zaman o, atasına və qövmünə demişdi: “Siz nəyə ibadət edirsiniz?"},{"id":86,"translation":"Allahı qoyub uydurma ilahlarımı istəyirsiniz?"},{"id":87,"translation":"Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”"},{"id":88,"translation":"O, ulduzlara bir nəzər saldı"},{"id":89,"translation":"“Mən xəstəyəm!”– dedi."},{"id":90,"translation":"Onlar ondan (İbrahimdən) üz çevirib getdilər."},{"id":91,"translation":"O, xəlvətcə onların ilahlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?!"},{"id":92,"translation":"Sizə nə olub ki, danışmırsınız?!”"},{"id":93,"translation":"Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi."},{"id":94,"translation":"(Qövmü) tələm-tələsik onun yanına gəldi."},{"id":95,"translation":"O dedi: “Siz (öz əllərinizlə) yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?"},{"id":96,"translation":"Halbuki sizi də, sizin etdiklərinizi (öz əllərinizlə düzəltdiklərinizi) də Allah yaratmışdır”."},{"id":97,"translation":"Onlar: “Bunun (İbrahim) üçün bir bina tikin və onu oda atın!”– dedilər."},{"id":98,"translation":"Beləcə ona (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik."},{"id":99,"translation":"O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”."},{"id":100,"translation":"O (dedi:) “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (bir övlad) bəxş et!”"},{"id":101,"translation":"Biz də onu həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdələdik."},{"id":102,"translation":"O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda səni qurban kəsdiyimi gördüm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. İnşallah mənim səbirlilərdən olduğumu görəcəksən”."},{"id":103,"translation":"Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman"},{"id":104,"translation":"Biz onu çağırıb dedik: “Ey İbrahim!"},{"id":105,"translation":"Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq."},{"id":106,"translation":"Həqiqətən də, bu, açıq-aydın bir imtahandır."},{"id":107,"translation":"Biz onun (İsmailin) əvəzinə (İbrahimə) böyük bir qurbanlığı fidyə verdik."},{"id":108,"translation":"Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq."},{"id":109,"translation":"İbrahimə salam olsun!"},{"id":110,"translation":"Biz yaxşı iş görənləri belə mükafatlandırırıq."},{"id":111,"translation":"O, Bizim mömin qullarımızdan idi."},{"id":112,"translation":"Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik."},{"id":113,"translation":"Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də."},{"id":114,"translation":"Biz Musa ilə Haruna da nemət (peyğəmbərlik) bəxş etdik."},{"id":115,"translation":"Onların hər ikisini və qövmlərini böyük sıxıntıdan qurtardıq."},{"id":116,"translation":"Onlara kömək etdik, onlar qalib oldular."},{"id":117,"translation":"Onların ikisinə də aydın bir Kitab (Tövrat) verdik."},{"id":118,"translation":"Hər ikisini də doğru yola yönəltdik."},{"id":119,"translation":"Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq."},{"id":120,"translation":"Musaya və Haruna salam olsun!"},{"id":121,"translation":"Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq."},{"id":122,"translation":"Onların ikisi Bizim mömin qullarımızdan idi."},{"id":123,"translation":"Şübhəsiz ki, İlyas da elçilərdəndir."},{"id":124,"translation":"Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?"},{"id":125,"translation":"Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ (Bəl adlı bütə) dua edirsiniz”."},{"id":126,"translation":"Allah sizin də Rəbbinizdir və sizdən əvvəlki atalarınızın da Rəbbidir."},{"id":127,"translation":"Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir."},{"id":128,"translation":"Yalnız Allahın ixlaslı qullarından başqa."},{"id":129,"translation":"Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq."},{"id":130,"translation":"İlyasinə salam olsun!"},{"id":131,"translation":"Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq."},{"id":132,"translation":"O Bizim mömin qullarımızdan idi."},{"id":133,"translation":"Şübhəsiz ki, Lut da elçilərdəndir."},{"id":134,"translation":"Bir zaman Biz onu və onun bütün ailəsini xilas etdik."},{"id":135,"translation":"Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa."},{"id":136,"translation":"Sonra da o birilərini məhv etdik."},{"id":137,"translation":"Siz (həm) səhər çağı onların yurdundan keçirsiniz,"},{"id":138,"translation":"(həm də) axşam çağı. Məgər anlamırsınız?"},{"id":139,"translation":"Şübhəsiz ki, Yunus da elçilərdəndir"},{"id":140,"translation":"Bir zaman o, yüklü bir gəmiyə qaçmışdı."},{"id":141,"translation":"Püşk atmış və uduzanlardan olmuşdu."},{"id":142,"translation":"O, qınanmış bir halda (dənizə atılarkən) balıq onu uddu."},{"id":143,"translation":"Əgər o, Allaha təsbih edənlərdən olmasaydı,"},{"id":144,"translation":"balığın qarnında Qiyamət gününə qədər qalardı."},{"id":145,"translation":"O xəstə olduğu bir halda Biz onu (ağac və bitki olmayan) boş bir yerə çıxartdıq."},{"id":146,"translation":"Və üstünə (kölgə salmaq üçün) qabaq növündən (iriyarpaqlı) bir ağac bitirdik."},{"id":147,"translation":"Biz onu yüz min nəfərə yaxud daha çox kimsəyə (peyğəmbər) göndərdik."},{"id":148,"translation":"Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək (ömürlərinin sonuna qədər) firavanlıq nəsib etdik."},{"id":149,"translation":"(Ey Muhamməd) Onlardan (Kafirlərdən) soruş: “Qızlar Rəbbin üçün, oğlanlar isə onlar üçündür?!”"},{"id":150,"translation":"Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?!"},{"id":151,"translation":"Agah olun ki, onlar öz yalanlarına görə belə deyəcəklər:"},{"id":152,"translation":"“Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar."},{"id":153,"translation":"Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?!"},{"id":154,"translation":"Sizə nə olub, necə hökm verirsiniz?!"},{"id":155,"translation":"Məgər düşünmürsünüz?!"},{"id":156,"translation":"Yoxsa sizin aydın bir dəliliniz var?!"},{"id":157,"translation":"Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!"},{"id":158,"translation":"Onlar (Müşriklər) Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların məhşərə gətiriləcəyini bilirlər."},{"id":159,"translation":"Allah onların (müşriklərin Allahı) vəsf etdikləri sifətlərdən uzaqdır."},{"id":160,"translation":"Yalnız Allahın ixlaslı qullarından başqa."},{"id":161,"translation":"(Ey müşriklər!) Nə siz, nə də sizin ibadət etdikləriniz"},{"id":162,"translation":"heç kəsi (Allaha qarşı) yoldan çıxara bilməzsiniz."},{"id":163,"translation":"Ancaq Cəhənnəmə girəcək kimsədən başqa."},{"id":164,"translation":"(Mələklər dedi:) “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır."},{"id":165,"translation":"Həqiqətən, biz səf-səf dururuq."},{"id":166,"translation":"Həqiqətən, biz (Allahın şəninə) təriflər deyirik”."},{"id":167,"translation":"(Halbuki müşriklər) deyirdilər:"},{"id":168,"translation":"“Əgər bizdə də əvvəlkilərdə olan zikrdən (o kitabdan) olsaydı,"},{"id":169,"translation":"biz mütləq Allahın ixlaslı qulları olardıq”."},{"id":170,"translation":"Lakin onlar onu (Quranı) inkar etdilər. Onlar tezliklə biləcəklər."},{"id":171,"translation":"Elçi göndərdiyimiz qullarımız haqqında (bu) Sözümüz əzəldən deyilmişdi:"},{"id":172,"translation":"“Onlara yardım ediləcəkdir."},{"id":173,"translation":"Ordumuz mütləq qalib gələcəkdir”."},{"id":174,"translation":"(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!"},{"id":175,"translation":"Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər."},{"id":176,"translation":"Yoxsa onlar əzabımızamı tələsirlər?"},{"id":177,"translation":"Əzab onların yurdlarına yetişdiyi zaman qorxudulanların sabahı necə də pis olacaqdır!"},{"id":178,"translation":"(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!"},{"id":179,"translation":"Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər."},{"id":180,"translation":"Sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Onu vəsf etdikləri sifətlərdən uzaqdır."},{"id":181,"translation":"Elçilərə salam olsun!"},{"id":182,"translation":"Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!"}]},{"id":38,"verses":[{"id":1,"translation":"Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!"},{"id":2,"translation":"Kafirlər təkəbbür və ixtilaf içindədirlər."},{"id":3,"translation":"Biz onlardan öncə neçə-neçə nəsilləri məhv etdik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq (əzabdan) qurtulma vaxtı keçmişdi."},{"id":4,"translation":"Onlar özlərindən onlara xəbərdarlıq edən (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər və kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!"},{"id":5,"translation":"O, ilahları tək bir ilahmı etdi?! Həqiqətən, bu, əcaib bir şeydir”."},{"id":6,"translation":"Onların zadəganları çıxıb gedərək (belə) dedilər: “Gedin öz ilahlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir."},{"id":7,"translation":"Biz bunu axırıncı dində (nəsranilikdə) də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyildir."},{"id":8,"translation":"Məgər içimizdən təkcə onamı Zikr (Quran) vəhy edilmişdir?!” Xeyr, onlar Mənim Zikrimə şəkk edirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar."},{"id":9,"translation":"Yoxsa sənin Qüdrətli və Bəxş edən Rəbbinin rəhmət xəzinələri onlardadır?!"},{"id":10,"translation":"Yaxud göylərin, yerin və onların arasında olanların mülkü onlara məxsudur?! Elə isə qoy yollarla (göyə) qalxsınlar."},{"id":11,"translation":"Onlar orada (Bədr döyüşündə) müxtəlif dəstələrdən ibarət məğlub ediləcək bir ordudurlar."},{"id":12,"translation":"Onlardan əvvəl Nuh qövmü, Ad (tayfası) və dirəklər (qüvvət və səltənət) sahibi Firon da (elçiləri) yalançı saymışdılar."},{"id":13,"translation":"Həmçinin Səmud, Lut qövmü və Əykə əhli (Şüeyb qövmü) də. Bunlar (peyğəmbərlərə qarşı düşmənçilik edən) dəstələr idi."},{"id":14,"translation":"Hər biri elçiləri yalançı hesab etdi və cəzam da (onlara) haqq oldu."},{"id":15,"translation":"Onlar qarşısıalınmaz təkcə bir tükürpədici səsi gözləyirlər."},{"id":16,"translation":"Onlar (istehza edərək): “Ey Rəbbimiz! Bizim (əzabdan olan) payımızı Haqq-hesab günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər."},{"id":17,"translation":"Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutan bir kimsə idi."},{"id":18,"translation":"Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə (Allahın şəninə) təriflər deyirdilər."},{"id":19,"translation":"Biz quşları da toplum halda (ona ram etmişdik). Hamısı daima Allaha üz tutardı."},{"id":20,"translation":"Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün hökm vermək (və ya gözəl danışıq) qabiliyyəti bəxş etdik."},{"id":21,"translation":"(Ey Peyğəmbər! Davudun yanında) mübahisə edənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girmişdilər."},{"id":22,"translation":"Onlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki mübahisəçiyik. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!"},{"id":23,"translation":"Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum var. (Bununla belə:) “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”."},{"id":24,"translation":"(Davud) dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı zülm etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinə qarşı haqsızlıq edər. Yalnız iman gətirib saleh əməllər edənlərdən başqa. Onlar isə çox azdırlar!” (Bunları dedikdən sonra,) Davud Bizim onu sınağa çəkdiyimizi bildi, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi."},{"id":25,"translation":"Biz bunu ona bağışladıq. Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri (Cənnət) vardır."},{"id":26,"translation":"Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir."},{"id":27,"translation":"Biz göyü, yeri və onların arasındakıları boş yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!"},{"id":28,"translation":"Məgər Biz iman gətirib saleh əməllər edənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı?! Yaxud Allahdan qorxanları günahkarlara tay tutarıqmı?!"},{"id":29,"translation":"Bu (Quran), ayələrini düşünsünlər və ağıl sahibləri ibrət götürsünlər deyə sənə nazil etdiyimiz mübarək bir kitabdır."},{"id":30,"translation":"Biz Davuda Süleymanı bəxş etdik. O necə gözəl qul idi! O, daim Allaha üz tutardı."},{"id":31,"translation":"Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağını dırnağının üstündə tutan, qaçağan atlar göstərildi."},{"id":32,"translation":"(Süleyman) dedi: “Mən, günəş batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum (atlar məni əsr namazından yayındırdı)”."},{"id":33,"translation":"(Süleyman dedi:) “Onları yanıma qaytarın!”– dedi, sonra da, o atların qıçlarını və boyunlarını vurmağa başladı."},{"id":34,"translation":"Biz Süleymanı sınağa çəkib taxtının üstünə (cansız) bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı."},{"id":35,"translation":"O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə, məndən sonra heç kimsəyə nəsib olmayan bir mülk nəsib et. Həqiqətən, Sən Bəxşedənsən."},{"id":36,"translation":"Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə sakitcə gedirdi."},{"id":37,"translation":"Həmçinin şeytanlardan olan müxtəlif (nəqşlər vuran) bənnaları, dalğıcları"},{"id":38,"translation":"və başqalarını da zəncirlənmiş halda (ona tabe etdik)"},{"id":39,"translation":"(və ona belə buyurduq:) “Bu Bizim hədiyyəmizdir! (Bunlardan istədiyinə) versən də, verməsən də (səndən) haqq-hesab tələb olunmayacaqdır”."},{"id":40,"translation":"Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri (Cənnət) vardır."},{"id":41,"translation":"Qulumuz Əyyubu da yada sal! Bir zaman o Rəbbinə nida edərək belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”"},{"id":42,"translation":"(Biz ona dedik:) “Ayağını (yerə) vur! Budur yuyunacaq və içiləcək sərin su!”"},{"id":43,"translation":"Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona həm ailəsini (qaytardıq), həm də onlarla yanaşı bir mislini bəxş etdik."},{"id":44,"translation":"(Biz ona dedik:) “Əlinə bir dəstə (çubuq) götür və onunla (zövcəni) vur. Andını pozma.” Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı."},{"id":45,"translation":"(Ey Peyğəmbər!) Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!"},{"id":46,"translation":"Biz onları (axirət) yurdunu düşünən ixlaslı qullar etdik."},{"id":47,"translation":"Həqiqətən, onlar Bizim yanımızda, seçilmiş ən yaxşı kimsələrdəndirlər."},{"id":48,"translation":"(Ey Peyğəmbər!) İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların hamısı seçilmiş kimsələrdəndir."},{"id":49,"translation":"Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –"},{"id":50,"translation":"qapıları onlar üçün açılmış Ədn cənnətləri."},{"id":51,"translation":"Onlar orada (taxtlara) dirsəklənib müxtəlif növ meyvələr və içkilər istəyəcəklər."},{"id":52,"translation":"Onların yanında gözlərini (ərindən) çəkməyən həmyaşıdları (zövcələr) olacaqdır."},{"id":53,"translation":"Bu haqq-hesab günü üçün sizə vəd edilənlərdir."},{"id":54,"translation":"Bu, Bizim ruzidir. O, tükənməzdir."},{"id":55,"translation":"Bu belədir! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir –"},{"id":56,"translation":"vasil olacaqları Cəhənnəm. Ora nə pis yataqdır!"},{"id":57,"translation":"Bu (əzab), qaynar su və irindir. Qoy onu dadsınlar!"},{"id":58,"translation":"(Kafirlər üçün əzabın) buna bənzər başqa növləri də vardır."},{"id":59,"translation":"(Kafirlərin başçılarına deyiləcək:) “Bu, sizinlə birlikdə (Cəhənnəmə) girən dəstədir. (Başçılar deyəcəklər:) “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”."},{"id":60,"translation":"(Tabe olanlar) deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”"},{"id":61,"translation":"Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat et!”"},{"id":62,"translation":"(Günahkarlar) deyəcəklər: “Bizə nə olub ki, (dünyada ikən) pis adamlar saydığımız kişiləri burada görmürük?"},{"id":63,"translation":"Biz onları (haqsızcasına) məsxərəyə qoyurduq? Yoxsa, onlar gözə dəymirlər?”"},{"id":64,"translation":"Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə mübahisə etməsi bir həqiqətdir."},{"id":65,"translation":"De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, (hər şeyə) Qalib gələn Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur”."},{"id":66,"translation":"O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır."},{"id":67,"translation":"(Ey Peyğəmbər!) De: “O (Quran), böyük xəbərdir."},{"id":68,"translation":"Siz isə ondan üz döndərirsiniz."},{"id":69,"translation":"Ali toplum (Mələklər Adəmin yaradılması barəsində) mübahisə edərkən mənim onlardan heç bir xəbərim yox idi."},{"id":70,"translation":"Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğum üçün vəhy olunur”."},{"id":71,"translation":"Bir zaman Rəbbin mələklərə belə dedi: “Mən palçıqdan bir bəşər yaradacağam."},{"id":72,"translation":"Mən ona surət verib, ruhumdan üfürdüyüm zaman ona (hörmət əlaməti olaraq) səcdə edin!”"},{"id":73,"translation":"Mələklərin hamısı birlikdə səcdə etdi."},{"id":74,"translation":"Yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu."},{"id":75,"translation":"(Allah) buyurdu: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nədir? Təkəbbür göstərdin, yoxsa özünü yüksək tutanlardan oldun?”"},{"id":76,"translation":"(İblis) dedi: “Mən ondan daha xeyirliyəm. Məni oddan, onu isə palçıqdan yaratdın!”"},{"id":77,"translation":"(Allah) buyurdu: “Oradan (Cənnətdən) çıx! Sən artıq (rəhmətimdən) qovuldun!"},{"id":78,"translation":"Din (Qiyamət) gününə qədər lənətim sənin üzərində olacaqdır!”"},{"id":79,"translation":"(İblis) dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”."},{"id":80,"translation":"(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən –"},{"id":81,"translation":"vaxtı məlum olan günə (sura birinci dəfə üfürülənə) qədər!”"},{"id":82,"translation":"(İblis) dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını azdıracağam;"},{"id":83,"translation":"Yalnız Sənin ixlaslı qullarından başqa!”"},{"id":84,"translation":"(Allah) buyurdu: “Bu haqqdır! Mən haqqı deyirəm!"},{"id":85,"translation":"Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”"},{"id":86,"translation":"(Ey Peyğəmbər!) De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uyduranlardan da deyiləm."},{"id":87,"translation":"Bu (Quran) aləmlər üçün yalnız bir öyüd-nəsihətdir."},{"id":88,"translation":"Siz onun verdiyi xəbəri bir müddətdən (öldükdən yaxud qiyamət qopduqdan) sonra mütləq biləcəksiniz!”"}]},{"id":39,"verses":[{"id":1,"translation":"Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir."},{"id":2,"translation":"Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!"},{"id":3,"translation":"Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz."},{"id":4,"translation":"Əgər Allah Özünə övlad götürmək istəsəydi, xəlq etdiklərindən istədiyini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, (hər şeyə) Qalib gələn Allahdır."},{"id":5,"translation":"O, göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edər. Agah olun ki, O, Qüdrətlidir, Bağışlayandır."},{"id":6,"translation":"Allah sizi tək bir nəfərdən yaratdı. Sonra ondan zövcəsini yaratdı. O sizin üçün (erkək və dişi olmaqla dəvə, inək, qoyun və keçi kimi) səkkiz cüt heyvan yaratdı. O sizi analarınızın bətnində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!"},{"id":7,"translation":"Küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının küfr etməsinə razı olmaz. Əgər şükür etsəniz, sizdən razı qalar. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, sinələrdə olanları biləndir."},{"id":8,"translation":"İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona dua edər. Sonra Allah ona bir nemət bəxş etsə o, daha öncə Ona dua etdiyini unudar və (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə (bu dünyada) bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!”"},{"id":9,"translation":"Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən həzər edən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi)?! De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! (Bundan) yalnız ağıl sahibləri ibrət alar”."},{"id":10,"translation":"(Qullarıma Mənim bu Sözümü) de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yeri genişdir. Yalnız səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”."},{"id":11,"translation":"De: “Mən, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etməklə əmr olundum."},{"id":12,"translation":"Mənə həm də müsəlmanların birincisi olmaq əmr olundu”."},{"id":13,"translation":"De: “Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxaram”."},{"id":14,"translation":"De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm."},{"id":15,"translation":"Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”"},{"id":16,"translation":"Onların üstündə oddan təbəqələr, altında da (oddan) təbəqələr olacaqdır. Allah qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!"},{"id":17,"translation":"Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. (Ey Peyğəmbər!) Qullarımı müjdələ!"},{"id":18,"translation":"O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də məhz onlardır."},{"id":19,"translation":"Haqqında əzab sözü gerçəkləşmiş və Cəhənnəmdə olacaq kimsəni sənmi xilas edəcəksən?!"},{"id":20,"translation":"Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, (ağacları və qəsrləri) altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz."},{"id":21,"translation":"Məgər Allahın göydən su endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra (Allah) onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da (Allah) onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır."},{"id":22,"translation":"Məgər Allahın, sinəsini (qəlbini) İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (qəlbi daşlaşmış kimsə ilə eyni ola bilərmi)?! Qəlbi Allahın zikrinə qarşı sərt olanların vay halına! Onlar açıq-aydın azğınlıq içindədirlər."},{"id":23,"translation":"Allah Sözün ən gözəlini – (ayələri) bir-birinə bənzəyən və təkrarlanan Kitab olaraq nazil etdi. Rəbbindən qorxanların Ondan (Quranın təhdidlərindən) dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalar. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın azdırdığı kimsəyə isə (doğru) yol göstərən olmaz."},{"id":24,"translation":"Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kimsə (yaxud Cəhənnəm oduna üzüqoylu atılan kimsə möminlə eyni ola bilərmi)? Zalımlara: “Dadın, etdiyiniz əməllərin cəzasını!”– deyilər."},{"id":25,"translation":"Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saydılar və buna görə əzab onlara gözləmədikləri yerdən gəldi."},{"id":26,"translation":"Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər!"},{"id":27,"translation":"Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb ibrət alarlar."},{"id":28,"translation":"(Biz onlara) heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə (Allahdan) qorxsunlar."},{"id":29,"translation":"Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi?! Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilməz."},{"id":30,"translation":"(Ey Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!"},{"id":31,"translation":"Sonra siz Qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz."},{"id":32,"translation":"Allaha qarşı yalan uyduran və həqiqət ona gəldikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər?! Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?!"},{"id":33,"translation":"Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir."},{"id":34,"translation":"Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, yaxşı işlər görənlərin mükafatıdır."},{"id":35,"translation":"Beləcə, Allah onların etdikləri ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcək."},{"id":36,"translation":"Məgər Allah Öz quluna kifayət deyilmi?! (Müşriklər) isə səni (Allahdan) başqaları ilə qorxudurlar. Allahın azdırdığı kimsəyə doğru yol göstərən tapılmaz."},{"id":37,"translation":"Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran tapılmaz. Məgər Allah qüdrətli, intiqam almağa qadir deyilmi?!"},{"id":38,"translation":"Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Elə isə bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa dua etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud (Allah) mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”"},{"id":39,"translation":"(Ey Peyğəmbər!) De: “Ey qövmüm! Əlinizdən gələni (istədiyinizi) edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki,"},{"id":40,"translation":"rüsvayedici əzab kimə gələcək, kim davamlı əzaba düçar olacaqdır”."},{"id":41,"translation":"Biz Kitabı sənə, insanlar üçün haqq olaraq nazil etdik. Kim doğru yolla getsə, (xeyri) onun özünə olar, kim azğınlığa düşsə, (ziyanı) onun öz əleyhinə olar. Sən onlara vəkil deyilsən."},{"id":42,"translation":"Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayar, digərini isə müəyyən olunmuş vaxtadək buraxar. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır."},{"id":43,"translation":"Yoxsa onlar Allahdan başqalarını özlərinə şəfaətçi etdilər?! De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa, onda necə?!”"},{"id":44,"translation":"(Ey Peyğəmbər!) De: “Şəfaət bütünlüklə Allaha aiddir. Göylərin və yerin mülkü da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”."},{"id":45,"translation":"Allah tək olaraq xatırlandığı zaman axirətə inanmayanların qəlbini nifrət bürüyər. Ondan (Allahdan) qeyriləri yad edildikdə isə onlar sevinərlər."},{"id":46,"translation":"(Ey Peyğəmbər!) De: “Ey göyləri və yeri yaradan, qeybi və aşkarı bilən Allahım! Qullarının arasında ixtilafda olduqları (məsələlər) barəsində hökmü yalnız Sən verəcəksən!”"},{"id":47,"translation":"Yer üzündə olanların hamısı, üstəlik bir o qədəri də zalımların olmuş olsaydı, onlar onun hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Allahdan onlara güman etmədikləri (bir əzab) üz verəcəkdir."},{"id":48,"translation":"Onların qazandıqları pis əməllər özlərinə göstəriləcək və istehza etdikləri (əzab) onları bürüyəcək."},{"id":49,"translation":"İnsana bir zərər toxunduğu zaman Bizə dua edər. Sonra Biz ona Özümüzdən bir nemət bəxş etdikdə: “Bu mənə yalnız (özümdə olan) elmə görə verilmişdir!”– deyər. Xeyr, bu, bir sınaqdır, lakin onların çoxu (bunu) bilməz."},{"id":50,"translation":"Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları (dünya malı və oğul-uşaq) onlara heç bir fayda vermədi."},{"id":51,"translation":"Onlar etdikləri pis əməllərin cəzasını aldılar. Bunlardan zalım olanlar da qazandıqları günahların cəzasını alacaqlar. Onlar qaçıb (canlarını) qurtara bilməyəcəklər."},{"id":52,"translation":"Məgər onlar bilmirlər ki, Allah istədiyinin ruzisini bol edir, (istədiyininkini də) azaldır?! Həqiqətən, bunda iman gətirən bir qövm üçün dəlillər vardır."},{"id":53,"translation":"(Ey Peyğəmbər! Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”"},{"id":54,"translation":"Əzab sizə gəlməmişdən öncə Rəbbinizə dönün və Ona təslim olun. Sonra sizə heç bir kömək edilməz."},{"id":55,"translation":"Əzab sizə özünüz də hiss etmədən, qəfil gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilənin ən gözəlinə (Qurana) tabe olun!"},{"id":56,"translation":"(Sonra) kimsə deməsin: “Allaha qarşı etdiyim nöqsanlara görə vay mənim halıma! Həqiqətən, mən (iman və itaət əhlinə) istehza edənlərdən idim!”"},{"id":57,"translation":"Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən müttəqilərdən olardım!”"},{"id":58,"translation":"Yaxud da, əzabı gördüyü zaman deməsin: “Kaş, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olaydım!”"},{"id":59,"translation":"Xeyr, Mənim ayələrim sənə gəldi, lakin sən onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”."},{"id":60,"translation":"Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər təkəbbürlülər üçün Cəhənnəmdə yer yoxdur?!"},{"id":61,"translation":"Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər."},{"id":62,"translation":"Allah hər şeyin xaliqidir. O, hər şeyi qoruyandır."},{"id":63,"translation":"Göylərin və yerin açarları Ondadır. Allahın ayələrini inkar edənlər, məhz onlar ziyana uğrayanlardır!"},{"id":64,"translation":"(Ey Peyğəmbər!) De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?!”"},{"id":65,"translation":"Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan."},{"id":66,"translation":"Xeyir, sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”"},{"id":67,"translation":"Onlar Allahı layiqincə dəyərləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun ovcunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (müşriklərin Ona) şərik qoşduqlarından ucadır."},{"id":68,"translation":"Sura üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcək. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar."},{"id":69,"translation":"Yer Rəbbinin nuru ilə işıqlanacaq, (əməllər yazılmış) kitab (hər kəsin qarşısına) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara zülm olunmayacaq."},{"id":70,"translation":"Hər kəsə əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir."},{"id":71,"translation":"Kafirlər dəstə-dəstə Cəhənnəmə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Bəli, (gəlmişdi), lakin əzab (Mən Cəhənnəmi bütün (günahkar) cinlər və insanlarla dolduracağam!) sözü kafirlər barəsində gerçəkləşdi”– deyəcəklər."},{"id":72,"translation":"(Onlara) deyiləcək: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarından girin!” Təkəbbürlülərin yeri necə də pisdir!"},{"id":73,"translation":"Rəbbindən qorxanlar isə dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”"},{"id":74,"translation":"Onlar: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətdə istədiyimiz yerdə sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!”– deyəcəklər."},{"id":75,"translation":"Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!”– deyiləcəkdir."}]},{"id":40,"verses":[{"id":1,"translation":"Hə. Mim."},{"id":2,"translation":"Kitabın nazil edilməsi Qüdrət sahibi olan, (hər şeyi) Bilən Allah tərəfindəndir."},{"id":3,"translation":"Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütfü böyük olan (Allahdandır)! Ondan başqa (ibadətə layiq) ilah yoxdur. Dönüş də Onadır."},{"id":4,"translation":"Allahın ayələri barəsində yalnız kafirlər mücadilə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın."},{"id":5,"translation":"Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da (elçiləri) yalançı saydılar. Hər ümmət öz elçisini yaxalamağa (öldürməyə) \ncəhd göstərdi. Onlar haqqın yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə etdilər. Odur ki, Mən onları (əzabla) yaxaladım. (Görəydin) Mənim cəzam necə oldu!"},{"id":6,"translation":"Beləliklə kafirlərin Cəhənnəm əhli olacağı barədə Rəbbinin sözü gerçəkləşdi."},{"id":7,"translation":"Ərşi daşıyanlar və onun ətrafındakılar Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları Cəhənnəm əzabından qoru!"},{"id":8,"translation":"Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisaleh kimsələri də, onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Hikmət sahibisən."},{"id":9,"translation":"Onları pisliklərdən qoru. O gün (Qiyamət günü) Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”."},{"id":10,"translation":"Kafirlərə belə xitab olunacaqdır: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyinizə görə, Allahın sizə olan nifrəti (indi) sizin özünüzə olan nifrətinizdən daha böyükdür”."},{"id":11,"translation":"Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Cəhənnəmdən) çıxmağa bir yol varmı?”"},{"id":12,"translation":"(Onlara deyiləcək:) “Bu ona görədir ki, Tək Allah çağırıldığı zaman siz küfr edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. (Artıq) hökm Uca və Böyük Allahındır”."},{"id":13,"translation":"Sizə Öz dəlillərini göstərən və sizə göydən ruzi nazil edən Odur. (Bundan) yalnız (Allaha) yönələn ibrət alar!"},{"id":14,"translation":"(Ey möminlər!) Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək Ona (ixlasla) dua edin!"},{"id":15,"translation":"Yüksək dərəcələrin (yaxud dərəcələri yüksəldən) və Ərşin sahibi Odur. O, əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, (o, insanları) görüş günü ilə qorxutsun."},{"id":16,"translation":"O gün onlar (qəbirlərindən) çıxacaqlar. Onların heç bir şeyi Allaha gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün mülk kimə məxsusdur? Vahid, (hər şeyə) qalib gələn Allaha məxsusdur!”"},{"id":17,"translation":"Bu gün hər kəsə qazandığının əvəzi veriləcək. Bu gün zülm olmayacaq. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir."},{"id":18,"translation":"Onları ürəklərin xirtdəyə çatacağı, (özləri də) qəm-qüssə içində olacaqları yaxın günlə (Qiyamət günü ilə) qorxut. (O gün) zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar."},{"id":19,"translation":"Allah gözlərin xaincəsinə baxışını və sinələrin (qəlblərin nələr) gizlətdiyini biləndir."},{"id":20,"translation":"Allah ədalətlə hökm verər. (Onların) Ondan başqa tapındıqları (bütlər) isə heç bir şeyə hökm edə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir!"},{"id":21,"translation":"Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allah onları günahlarına görə (əzabla) yaxaladı və onları Allahdan qoruyan bir kimsə tapılmadı."},{"id":22,"translation":"Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Odur ki, Allah onları (əzabla) yaxaladı. Həqiqətən, O, qüvvətlidir, cəzası da şiddətlidir."},{"id":23,"translation":"Biz Musanı ayələrimizlə və açıq-aşkar bir dəlillə göndərdik –"},{"id":24,"translation":"Firona, Hamana və Qaruna. Onlar isə: “Bu, yalançı bir sehrbazdır!”– dedilər."},{"id":25,"translation":"(Musa) onlara Bizim tərəfimizdən haqq ilə gəldikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Kafirlərin hiyləsi boşa çıxar."},{"id":26,"translation":"Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbini çağırsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”."},{"id":27,"translation":"Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!”"},{"id":28,"translation":"Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi?! Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişdir. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz."},{"id":29,"translation":"Ey qövmüm! Bu gün mülk sizə məxsusdur. Yer üzündə qalib gələnlər də sizsiniz. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?!” Firon dedi: “Mən sizə ancaq öz rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm”."},{"id":30,"translation":"Mömin kişi dedi: “Ey qövmüm! Mən (peyğəmbərləri təkzib edən) o toplumların başına gələn (dəhşətli) günün bənzərinin sizin də başınıza gəlməsindən qorxuram."},{"id":31,"translation":"Nuh, Ad və Səmud qövmünün və onlardan sonrakıların düçar olduğu bəlanın bənzərinin (gəlməsindən qorxuram). Allah Öz bəndələrinə zülm etmək istəməz."},{"id":32,"translation":"Ey qövmüm! Mən sizin üçün fəryad günündən qorxuram."},{"id":33,"translation":"Geriyə dönüb qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın azdırdığı kimsəyə isə yol göstərən olmaz”."},{"id":34,"translation":"Daha öncə Yusif sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə: “Allah ondan sonra elçi göndərməyəcək!”– dediniz. Allah həddi aşan, şübhə edən kimsəni belə azdırar."},{"id":35,"translation":"O kəslər ki, özlərinə bir dəlil gəlmədiyi halda, Allahın ayələri barəsində mücadilə edirlər. Bu, həm Allah yanında, həm də iman gətirənlər yanında nifrət artırar. Allah hər bir təkəbbürlünün və zalımın qəlbini belə möhürləyər."},{"id":36,"translation":"Firon dedi: “Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəlkə yollara çatım –"},{"id":37,"translation":"göylərin yollarına (çatım) və Musanın İlahını görüm. Çünki mən onun yalançı olduğunu zənn edirəm!” Beləcə Firona pis əməli gözəl göstərildi və o, yoldan azdırıldı. Fironun hiyləsi boşa çıxdı."},{"id":38,"translation":"İman gətirən (o kişi) dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola yönəldim."},{"id":39,"translation":"Ey qövmüm! Bu dünya həyatı fani bir zövqdür, axirət isə əbədi qərar tutulacaq yurddur."},{"id":40,"translation":"Kim bir pis iş etsə, o, ancaq etdiyi pislik qədər cəza alar. Mömin olduğu halda yaxşı iş görən kişilər və qadınlar isə Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar."},{"id":41,"translation":"Ey qövmüm! Sizə nə olub ki, mən sizi nicata çağırıram, siz isə məni oda çağırırsınız?!"},{"id":42,"translation":"Siz məni Allaha küfür etməyə və bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi qüdrətli, çox bağışlayan Allaha çağırıram."},{"id":43,"translation":"Heç şübhəsiz ki, sizin məni (iman etməyə) çağırdıqlarınızın (bütlərin) nə dünyada, nə də axirətdə çağırılmağa (iman edilməyə) haqqı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar isə Cəhənnəm əhlidirlər."},{"id":44,"translation":"Sizə söylədiklərimi xatırlayacaqsınız. Mən işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını görəndir”."},{"id":45,"translation":"Allah onu (Firon ailəsindən olub imanını gizlədən mömin kişini) onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü."},{"id":46,"translation":"Onlar səhər-axşam oda ərz olunarlar. Qiyamətin qopacağı gündə isə (Mələklərə): “Firon nəslini ən şiddətli əzaba salın!”– (deyiləcəkdir)."},{"id":47,"translation":"Onlar Cəhənnəmdə bir-birilə höcətləşəcək, zəiflər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizin ardınızca gedirdik. İndi siz Cəhənnəm odunun bir hissəsini bizdən uzaq edə bilərsinizmi?!”"},{"id":48,"translation":"Təkəbbür göstərənlər deyəcəklər: “Hamımız odun içindəyik. Allah artıq qulları arasında hökmünü vermişdir”."},{"id":49,"translation":"Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, bircə gün əzabımızı yüngülləşdirsin!”"},{"id":50,"translation":"(Gözətçilər) deyəcəklər: “Məgər elçiləriniz sizə açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə (gətirmişdilər)!”– deyə cavab verəcəklər. (Gözətçilər də:) “Elə isə özünüz dua edin!”– deyəcəklər. Kafirlərin duası isə əbəsdir."},{"id":51,"translation":"Şübhəsiz ki, Biz elçilərimizə və iman gətirənlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət vermək üçün ayağa qalxacağı gündə (Qiyamət günündə) yardım edəcəyik."},{"id":52,"translation":"O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcək. Onları üçün həm lənət, həm də pis yurd (Cəhənnəm) vardır."},{"id":53,"translation":"Biz Musaya doğru yol (Tövrat və peyğəmbərlik) bəxş etdik və İsrail oğullarını Kitaba (Tövrata) varis etdik –"},{"id":54,"translation":"ağıl sahiblərinə doğru yol göstəricisi və öyüd-nəsihət olaraq."},{"id":55,"translation":"Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd-səna ilə təriflə."},{"id":56,"translation":"Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin sinələrində (qəlblərində) bir təkəbbürlük vardır. Onlar heç vaxt buna çatmayacaqlar. (Ey Peyğəmbər!) Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir."},{"id":57,"translation":"Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların əksəriyyəti (bunu) bilməz."},{"id":58,"translation":"Korla görən, iman gətirib saleh əməllər edənlərlə pislik edən eyni olmaz. Necə də az düşünürsünüz!"},{"id":59,"translation":"Qiyamət saatı mütləq gələcək, buna heç bir şübhə yoxdur. Lakin insanların əksəriyyəti (buna) inanmır."},{"id":60,"translation":"Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də duanıza cavab verim. Mənə ibadət etməyə təkəbbürlük göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”."},{"id":61,"translation":"Sizin rahatlanmanız üçün gecəni və (ruzi qazanmanız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların əksəriyyəti şükür etməz."},{"id":62,"translation":"Bu sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allahdır! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur! Siz necə də haqdan döndərilirsiniz!"},{"id":63,"translation":"Allahın ayələrini inkar edənlər (haqdan) belə döndərilərlər."},{"id":64,"translation":"Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəlləşdirən, sizə pak nemətlərdən ruzi verən Allahdır. Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah (ən Əzəmətli), xeyri və bərəkəti bol Olandır!"},{"id":65,"translation":"O, (əbədi) Yaşayandır, Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Dini yalnız Ona məxsus edərək (Allaha ixlasla) dua edin. Həmd, Aləmlərin Rəbbi olan Allaha məxsusdur!"},{"id":66,"translation":"De: “Rəbbimdən mənə açıq-aydın dəlillər gəldiyi zaman sizin Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmiş və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur”."},{"id":67,"translation":"Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq (ana bətnindən) çıxardan Odur. İçərinizdə (qocalmamışdan) əvvəl ölənlər də vardır. (Bütün bunlar) müəyyən olunmuş vaxta (ömrünüzün sonuna) yetişməniz və bəlkə, düşünüb anlamanız üçündür."},{"id":68,"translation":"Dirildən də, Öldürən də Odur. O, bir işə hökm verdikdə, ona ancaq: “Ol”– deyir, o da olur."},{"id":69,"translation":"(Ey Peyğəmbər!) Allahın ayələri (Quran) barədə mücadilə edənləri görmürsənmi?! Onlar necə də (haqdan) döndərilirlər!"},{"id":70,"translation":"Kitabı və elçilərimizə göndərdiklərimizi yalan sayan kimsələr (pis əməllərinin aqibətini) biləcəklər."},{"id":71,"translation":"O zaman onlar boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər –"},{"id":72,"translation":"qaynar suda, sonra odda yandırılacaqlar."},{"id":73,"translation":"Sonra da onlara deyiləcək: “Haradadır şərik qoşduqlarınız –"},{"id":74,"translation":"Allahdan başqa?” Onlar deyəcəklər: “Onlar bizdən uzaqlaşdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri belə azdırar."},{"id":75,"translation":"“Bu (əzab), sizin yer üzündə haqsız yerə sevinməyinizə və qürrələnməyinizə görədir!"},{"id":76,"translation":"İçində əbədi qalacağınız Cəhənnəm qapılarından girin!” Təkəbbürlülərin yeri necə də pisdir!"},{"id":77,"translation":"(Ey Peyğəmbər!) Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin bir qismini sənə göstərəcək, ya da (göstərmədən öncə) səni vəfat etdirəcəyik. Onlar (sonda) Bizə qaytarılacaqlar."},{"id":78,"translation":"Biz səndən əvvəl də elçilər göndərdik. Onlardan bəziləri haqqında sənə danışdıq, bəziləri haqqında isə danışmadıq. Heç bir elçi Allahın izni olmadan bir ayə gətirə bilməz. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər və yalan danışanlar orada ziyana uğrayarlar."},{"id":79,"translation":"Bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan Allahdır."},{"id":80,"translation":"Sizin üçün onlarda (başqa) mənfəətlər də vardır. Siz onları minərək qəlbinizdən keçən yerlərə gedib çatırsınız. Siz həm onların üstündə, həm də gəmilərdə daşınırsınız."},{"id":81,"translation":"O (Allah) sizə Öz ayələrini göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz?!"},{"id":82,"translation":"Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Onlar bunlardan sayca daha çox, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Qazandıqları (dünya malı Allahın əzabı gəldikdə) onlara bir fayda vermədi."},{"id":83,"translation":"Peyğəmbərləri onlara açıq-aydın ayələr gətirdikdə özlərində olan elmə sevindilər və beləliklə, istehza etdikləri (əzab) onları bürüdü."},{"id":84,"translation":"Onlar əzabımızı gördükdə: “Biz tək Allaha iman gətirdik və Ona qoşduğumuz şərikləri inkar etdik!”– dedilər."},{"id":85,"translation":"Əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın qulları barəsində əzəldən olan sünnəsidir. Kafirlər orada (əzabı gördükdə) ziyana uğradılar."}]},{"id":41,"verses":[{"id":1,"translation":"Hə. Mim."},{"id":2,"translation":"(Bu Quran) Mərhəmətli və Rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir."},{"id":3,"translation":"(Bu) bilən bir qövm üçün ərəbcə Quran olaraq ayələri müfəssəl izah edilmiş bir kitabdır."},{"id":4,"translation":"(O) müjdə verən və qorxudan olaraq (göndərilmişdir). Lakin onların əksəriyyəti (haqqı) eşitməz."},{"id":5,"translation":"Onlar deyirlər: “Bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda karlıq və bizimlə sənin aranda bir örtük vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik!”"},{"id":6,"translation":"(Ey Peyğəmbər!) De: “Mən də sizin kimi bir insanam. Mənə ilahınızın yalnız tək bir ilah olduğu vəhy olunur. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!"},{"id":7,"translation":"O kəslər ki, zəkat vermir və axirəti inkar edirlər."},{"id":8,"translation":"İman gətirib saleh əməllər edənlər üçün tükənməz nemətlər vardır”."},{"id":9,"translation":"(Ey Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki (bazar və birinci) gündə yaradana küfr edir və Ona şəriklər qoşursunuz?! O, aləmlərin Rəbbidir."},{"id":10,"translation":"O, dörd gün ərzində (bazar, birinci, ikinci və üçüncü günlərdə) yerin üzərində möhkəm duran dağlar yerləşdirdi, yeri bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini təqdir etdi. (Yaxud bütün bunların hamısının neçə gündə yaradıldığını soruşanların bilməsi üçün Allah onları dörd gün ərzində xəlq etdi)."},{"id":11,"translation":"Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə buyurdu: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin)!” Onlar: “Könüllü olaraq gəldik!”– dedilər."},{"id":12,"translation":"O, iki (dördüncü və beşinci) gündə onları yeddi göy olaraq yaratdı və hər göyə onun özünə aid iş tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və (onu) hifz etdik. Bu, Qüdrətli və Bilən Allahın təqdiridir."},{"id":13,"translation":"Əgər üz döndərsələr, de: “Mən sizi Ad və Səmud ildırımına bənzər bir ildırım barədə xəbərdar edirəm”."},{"id":14,"translation":"Peyğəmbərlər onlara önlərindən və arxalarından (bir-birinin ardınca) gələrək: “Allahdan başqasına ibadət etməyin”– dedikləri zaman: “Rəbbimiz istəsəydi əlbəttə mələklər endirərdi. Biz sizinlə göndərilənləri inkar edirik!”– demişdilər."},{"id":15,"translation":"Ad (qövmünə) gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmədilərmi?! Onlar ayələrimizi inkar edirdilər."},{"id":16,"translation":"Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə vıyıltılı külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz."},{"id":17,"translation":"Səmud (qövmünə) gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular. Odur ki, onları qazandıqları (günahlar) üzündən alçaldıcı əzab ildırımı yaxaladı."},{"id":18,"translation":"İman gətirib (Allahdan) qorxanları isə xilas etdik."},{"id":19,"translation":"Allahın düşmənləri Cəhənnəmə toplanılacaqları gün onlar (axırdakıların əvvəldəkilərə gəlib çatması üçün bir yerdə) saxlanılacaqlar."},{"id":20,"translation":"Nəhayət, onlar oraya (Cəhənnəmə) gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir."},{"id":21,"translation":"Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. (Dəriləri) deyəcək: “Bizi hər şeyi danışdıran Allah danışdırdı”. Sizi ilk dəfə O yaratmışdır və siz Ona qaytarılacaqsınız."},{"id":22,"translation":"(Əzaları onlara deyəcək:) Siz (günah işləyərkən) qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahidlik etməsindən çəkinmirdiniz. Lakin etdiyiniz əməllərin çoxunu Allahın bilmədiyini zənn edirdiniz."},{"id":23,"translation":"Rəbbiniz barəsində olan bu zənniniz (Allahın etdiyiniz əməllərin çoxunu bilməməsi) sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz."},{"id":24,"translation":"(Əzaba) dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz."},{"id":25,"translation":"Biz onlara (fasiq) dostlar qoşduq və (bu dostlar) onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar."},{"id":26,"translation":"Kafirlər: “Bu Qurana qulaq asmayın, (o oxunarkən) hay-küy salın. Bəlkə, (Muhammədə) qalib gələsiniz”– dedilər."},{"id":27,"translation":"Biz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq."},{"id":28,"translation":"Budur Allahın düşmənlərinin cəzası – Od! Ayələrimizi inkar etmələrinin cəzası olaraq orada onlar üçün əbədi yurd vardır."},{"id":29,"translation":"Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, biz onları ayaqlarımız altına salaq, beləcə onlar zəlillərdən (yaxud Cəhənnəmin ən aşağı təbəqəsinə düşənlərdən) olsunlar”."},{"id":30,"translation":"Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə (ölüm anında) mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!"},{"id":31,"translation":"Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi və istədiyiniz hər şey vardır."},{"id":32,"translation":"Bağışlayan və Rəhmli (Allah) tərəfindən bir ziyafət olaraq”."},{"id":33,"translation":"Allaha tərəf çağıran, saleh əməl edən və: “Mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz söyləyən kim ola bilər?!"},{"id":34,"translation":"Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar."},{"id":35,"translation":"Bu ancaq səbir edənlərə verilər və ancaq böyük qismət sahiblərinə nəsib olar."},{"id":36,"translation":"Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir."},{"id":37,"translation":"Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin."},{"id":38,"translation":"Əgər onlar (Allaha səcdə etməkdən) təkəbbürlük göstərsələr (bilsinlər ki), Rəbbinin yanında olanlar (mələklər) gecə-gündüz usanmadan Onun şəninə təriflər deyərlər."},{"id":39,"translation":"Yer üzünü qupquru görməyin də Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır (müxtəlif növ bitkilər yetişdirər). Şübhəsiz ki, onu canlandıran (Allah), ölüləri də mütləq dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir."},{"id":40,"translation":"Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət günü əmin-amanlıq içində gələn kimsə?! İstədiyinizi edin! Həqiqətən O, nə etdiklərinizi görür."},{"id":41,"translation":"Özlərinə Zikr (Quran) gəldiyi zaman ona küfür edənlər (cəzalandırılacaqlar). Həqiqətən, bu, əziz (eyibdən uzaq) bir Kitabdır."},{"id":42,"translation":"Batil ona nə önündən, nə də arxasından gələ bilməz. O, hikmət sahibi, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir."},{"id":43,"translation":"(Ey Peyğəmbər!) Sənə deyilənlər, səndən əvvəlki elçilərə deyilənlərdən (sehribaz, yalançı, məcnun və s. bu kimi sözlərdən) başqa bir şey deyildir. Həqiqətən, sənin Rəbbin bağışlayandır, şiddətli cəza verəndir."},{"id":44,"translation":"Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? (Kitab) başqa dildə, (Peyğəmbər isə) ərəbmidir?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar."},{"id":45,"translation":"Biz Musaya da Kitab verdik, lakin onun barəsində ixtilaf düşdü. Əgər Rəbbinin (cəzanın müəyyən bir vaxtadək təxirə salınması barəsindəki) öncədən buyurduğu Söz olmasaydı, onların arasında hökm verilmiş olardı. Həqiqətən, (kafirlər) onun (Quran) barəsində anlaşılmaz bir şübhə içindədirlər."},{"id":46,"translation":"Kim saleh bir əməl etsə, xeyri özünə, kim də pislik etsə, zərəri əleyhinə olar. Rəbbin qullara zülm edən deyildir."},{"id":47,"translation":"Qiyamət saatının elmi yalnız Ona məxsusdur. O bilmədən heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə qalmaz və bətnində daşıdığı yükü yerə qoymaz. O gün (Allah) onlara (müşriklərə) nida edib: “Şəriklərim haradadır?”– deyəcək. Onlar da: “Biz Sənə bildirdik ki, aramızda (Sənin şərikin olduğuna şəhadət verəcək) heç bir şahid yoxdur!”– deyəcəklər."},{"id":48,"translation":"Əvvəllər tapındıqları (bütlər) onları qoyub gedəcək və onlar özləri üçün bir qurtuluş yeri olmadığını yəqin biləcəklər."},{"id":49,"translation":"İnsan özünə (mal-dövlət, sağlamlıq, oğul-uşaq və s. bu kimi) xeyir diləməkdən usanmaz. Əgər ona bir pislik toxunsa, məyus olub ümidsizliyə qapanar."},{"id":50,"translation":"Başına gələn zərərdən sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq: “Bu mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət vardır!”– deyər. Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara mütləq ağır bir əzab daddıracağıq."},{"id":51,"translation":"İnsana nemət verdiyimiz zaman üz çevirib (haqdan) uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı dua edər."},{"id":52,"translation":"(Ey Peyğəmbər! Quranı yalan sayan o müşriklərə) de: “Bir deyin görək, əgər (Quran) Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, o zaman haqdan uzaq bir ayrılıq içində olan kimsədən daha çox azmış kim ola bilər?!”"},{"id":53,"translation":"Onun (Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm üfüqlərdə (kainatda), həm də öz nəfslərində göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!"},{"id":54,"translation":"Bilin ki, onlar (müşriklər) Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Bilin ki, O, (elmi ilə) hər şeyi əhatə edəndir."}]},{"id":42,"verses":[{"id":1,"translation":"Hə. Mim."},{"id":2,"translation":"Ayn. Sin. Qaf."},{"id":3,"translation":"(Ey Muhamməd!) Qüdrətli və Hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir."},{"id":4,"translation":"Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. O, Ucadır, Əzəmətlidir."},{"id":5,"translation":"Göylər (Allahın əzəmətindən) az qaldı ki, bir-birinin üstündən çatlayıb parçalansın. Mələklər də Rəbbinə həmd-səna ilə təriflər deyər və yerdəkilər üçün bağışlanma diləyərlər. Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir."},{"id":6,"translation":"Allahdan başqasını (bütləri özlərinə) dost tutanlar üzərində Allah nəzarətçidir. Sən onlar üzərində vəkil deyilsən."},{"id":7,"translation":"Beləliklə, Biz, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və (barəsində) heç bir şübhə olmayan məhşər günü ilə qorxudasan deyə, sənə ərəbcə Quran vəhy etdik. Bir qismi (möminlər) Cənnətdə, digər qismi (kafirlər) isə Odda olacaqdır."},{"id":8,"translation":"Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi. Lakin O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir himayəçisi olar, nə də bir yardımçısı."},{"id":9,"translation":"Yoxsa onlar özlərinə Allahdan başqa himayəçilər götürdülər. (Halbuki,) Himayədar yalnız Allahdır. O, ölüləri dirildir. O, hər şeyə qadirdir."},{"id":10,"translation":"İxtilafa düşdüyünüz hər hansı bir şeyin hökmü ancaq Allaha aiddir. Bu, mənim Rəbbim olan Allahdır. Mən yalnız Ona təvəkkül etdim və yalnız Ona üz tuturam."},{"id":11,"translation":"(Allah) göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir."},{"id":12,"translation":"Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. O, hər şeyi biləndir."},{"id":13,"translation":"(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dini doğru-dürüst tutun və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər."},{"id":14,"translation":"Onlar, özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. Əgər Rəbbindən müəyyən bir vaxtadək (əzabın qiyamət gününə qədər gecikdirilməsi barədə) Söz verilmiş olmasaydı, onların arasında artıq hökm verilərdi. Onlardan sonra Kitaba varis olanlar (yəhudilər və nəsranilər) da onun (Quran) barəsində anlaşılmaz bir şübhə içindədirlər."},{"id":15,"translation":"Buna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolda ol. Onların nəfslərinin istəyinə tabe olma və de: “Mən Allahın nazil etdiyi Kitaba (bütün kitablara) iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur (çünki artıq haqq bəlidir). Allah hamımızı bir yerə toplayacaq. Dönüş də yalnız Onadır”."},{"id":16,"translation":"Allahın dəvəti qəbul olunduqdan (insanlar iman gətirdikdən) sonra Onun barəsində mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar qəzəbə düçar olacaqlar. Axirətdə isə onlar üçün şiddətli əzab vardır."},{"id":17,"translation":"Kitabı və tərəzini haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də Qiyamət saatı yaxındır."},{"id":18,"translation":"Ona (Qiyamətə) inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Ona inanlar (möminlər) isə ondan qorxar və onun haqq olduğunu bilirlər. Bilin ki, Qiyamət saatı barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər."},{"id":19,"translation":"Allah qullarına qarşı Lütfkardır. O, istədiyini ruziləndirir. O, Qüvvətlidir, Qüdrətlidir."},{"id":20,"translation":"Kim axirət savabını istərsə, Biz onun savabını artırarıq. Kim də dünya qazancını istərsə, Biz ona də ondan (dünya qazancından) verərik. Axirətdə onun heç bir payı olmaz."},{"id":21,"translation":"Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?! Əgər (cəzanın gecikdirilməsinə dair) qəti Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab vardır."},{"id":22,"translation":"(Ey Peyğəmbər! Qiyamət günü) zalımların qazandıqları (günahlar) özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib saleh əməllər edənlər isə Cənnət bağlarında olacaqlar. Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, böyük lütfdür."},{"id":23,"translation":"Bu, Allahın iman gətirib saleh əməllər edən qullarına verdiyi müjdədir. (Ey Peyğəmbər!) De: “Mən sizdən bunun (dini təbliğ etməyimin) əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükrün əvəzini verəndir."},{"id":24,"translation":"Yoxsa onlar (sənin barəndə): “O, Allaha qarşı yalan uydurdu”– deyirlər?! Əgər Allah istəsə, sənin qəlbini möhürləyər. Allah batili silib yox edər və haqqı (Qurandan nazil etdiyi) sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, sinələrdə (qəlblərdə) olanları biləndir."},{"id":25,"translation":"O, qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi biləndir."},{"id":26,"translation":"O, iman gətirib saleh əməllər edənlərin duasını qəbul edər və lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab vardır."},{"id":27,"translation":"Əgər Allah qullarına bol bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, (ruzini) istədiyi qədər göndərir. Həqiqətən, O, qullarından xəbərdardır, görəndir."},{"id":28,"translation":"(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini (hər yana) yayan Odur. O, Himayəçidir, Tərifəlayiqdir."},{"id":29,"translation":"Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılması Onun (vəhdaniyyətinin və qüdrətinin) dəlillərindəndir. O, istədiyi zaman onları toplamağa qadirdir."},{"id":30,"translation":"Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandıqlarınızın ucbatındandır. (Allah günahların) çoxunu bağışlayır."},{"id":31,"translation":"Siz yer üzündə (Allahdan) yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz."},{"id":32,"translation":"Dənizdə dağlar kimi üzən gəmilər də Onun (vəhdaniyyətinin və qüdrətinin) dəlillərindəndir."},{"id":33,"translation":"Əgər (Allah) istəsə, küləyi sakitləşdirər, onlar da (gəmilər də) dənizin üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda çox səbirli olan və çox şükür edən hər bir kəs üçün ibrətlər vardır."},{"id":34,"translation":"Yaxud (gəmidəki insanların) qazandıqları (günahları) ucbatından onları məhv edər və bir çoxunu da bağışlayar."},{"id":35,"translation":"Ayələrimiz barəsində mücadilə edənlər özləri üçün heç bir qurtuluş yeri olmadığını bilsinlər."},{"id":36,"translation":"Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olan (nemətlər) isə daha xeyirli və daha davamlıdır. Bunlar iman gətirib və Rəbbinə təvəkkül edənlər üçündür."},{"id":37,"translation":"O kəslər ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir, qəzəbləndikləri zaman (xətanı) bağışlayırlar."},{"id":38,"translation":"O kəslər ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məşvərətlə görər və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər."},{"id":39,"translation":"O kəslər ki, zülmə məruz qaldıqda (nəfslərinin izzət və hörmətini qorumaq üçün) intiqam alarlar."},{"id":40,"translation":"Pisliyin cəzası özü kimi pislikdir. Kim bağışlasa və islah etsə, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevməz."},{"id":41,"translation":"Zülmə məruz qaldıqdan sonra qisas alanlara heç bir məzəmmət olunmaz."},{"id":42,"translation":"Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır."},{"id":43,"translation":"Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu, əzmkarlıq tələb edən işlərdəndir."},{"id":44,"translation":"Allah kimi azğınlığa salsa, bundan sonra onun heç bir himayəçisi olmaz. (Ey Peyğəmbər!) Sən zalımları (Qiyamət günü) əzabı gördükləri zaman: “(Dünyaya) qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən."},{"id":45,"translation":"(Cəhənnəmin) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Şübhəsiz ki, (əsl) ziyana uğrayanlar, Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır”. Bilin ki, zalımlar daimi əzab içində olacaqlar."},{"id":46,"translation":"Onlara Allahdan başqa kömək edəcək dostlar olmayacaqdır. Allah kimi zəlalətə salsa, onun üçün heç bir (qurtuluş) yolu olmaz."},{"id":47,"translation":"(Ey insanlar!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməzdən öncə Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz."},{"id":48,"translation":"Əgər üz dördənsələr, bil ki, Biz səni onlara nəzarətçi göndərməmişik. Sənin üzərinə düşən yalnız (sənə əmr olunanı) təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinər. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir müsibət üz verdikdə isə insan çox nankordur."},{"id":49,"translation":"Göylərin və yerin mülkü Allaha məxsusdur. O, istədiyini yaradır. İstədiyinə qız, istədiyinə də oğlan verər."},{"id":50,"translation":"Yaxud onları, oğlan və qız olmaqla cüt verər, istədiyini də sonsuz edər. Həqiqətən, O, (hər şeyi) biləndir, qadirdir."},{"id":51,"translation":"Allah insanla ancaq vəhy vasitəsilə və ya pərdə arxasından danışar yaxud bir elçi (mələk) göndərər, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir."},{"id":52,"translation":"(Ey Rəsulum!) Biz sənə Öz əmrimizdən olan Ruhu (Quranı) vəhy etdik. Sən (bundan öncə) kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (insanları) doğru yola yönəldirsən –"},{"id":53,"translation":"göylərdə və yerdə olanların sahibi Allahın yoluna. Bilin ki, bütün işlər (sonda) Allaha qayıdacaqdır."}]},{"id":43,"verses":[{"id":1,"translation":"Hə. Mim."},{"id":2,"translation":"(Bu) açıq-aydın Kitaba and olsun!"},{"id":3,"translation":"Biz onu, anlayasınız deyə, ərəbcə Quran etdik"},{"id":4,"translation":"Şübhəsiz ki, o, yanımızdakı ana kitabdadır (lövhi-məhfuzdadır). O, ucadır, hikmətlə doludur."},{"id":5,"translation":"Yoxsa, siz (şirk və küfür etməklə) həddi aşan bir qövm olduğunuza görə, Zikri (Quranı) sizə çatdırmaqdan vaz keçməliyikmi?!"},{"id":6,"translation":"Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbər göndərmişdik."},{"id":7,"translation":"Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər."},{"id":8,"translation":"Biz onlardan (qövmündən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti (Quranda) ötüb keçmişdir."},{"id":9,"translation":"Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən (Allah) yaratmışdır!”– deyəcəklər."},{"id":10,"translation":"O Allah ki, yeri sizin üçün döşədi və (istədiyiniz yerə) düz gedə biləsiniz deyə sizin üçün orada yollar saldı."},{"id":11,"translation":"O Allah ki, göydən lazımı qədər su endirdi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də (dirildilib qəbirlərinizdən) belə çıxarılacaqsınız."},{"id":12,"translation":"O Allah ki, bütün cütləri xəlq etdi. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki,"},{"id":13,"translation":"onları minəsiniz, sonra mindiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı."},{"id":14,"translation":"Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”."},{"id":15,"translation":"(Müşriklər: “Mələklər Allahın qızlarıdır”– deməklə) Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən insan açıq-aydın nankordur."},{"id":16,"translation":"Yoxsa (Allah) yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir?!"},{"id":17,"translation":"Onlardan birinə, Rəhmana aid etdiyi (qız uşağı) ilə müjdə verilsə, qəm-qüssədən üzü qapqara qaralar."},{"id":18,"translation":"Yoxsa onlar zinət içində böyüdülən və mübahisə etdikdə aydın danışa bilməyən (qadınlarımı Allaha isnad edirlər?!)"},{"id":19,"translation":"Onlar Rəhmanın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə sorğu-sual olunacaqlar."},{"id":20,"translation":"Onlar: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!”– dedilər. Onların bu haqda heç bir elmi yoxdur. Onlar ancaq yalan danışırlar."},{"id":21,"translation":"Yoxsa onlara bundan (bu Qurandan) əvvəl bir kitab vermişik, onlar da ona istinad edirlər?!"},{"id":22,"translation":"Xeyr! Onlar: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedirik!”– deyirlər."},{"id":23,"translation":"Biz səndən əvvəl hansı bir məmləkətə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların ardınca gedəcəyik!”– dedilər."},{"id":24,"translation":"(Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”."},{"id":25,"translation":"Biz də onlardan intiqam aldıq. Bir bax (haqqı) yalan sayanların aqibəti necə oldu."},{"id":26,"translation":"Bir zaman İbrahim öz atasına və qövmünə (belə) dedi: “Mən sizin ibadət etdiklərinizdən uzağam."},{"id":27,"translation":"Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”."},{"id":28,"translation":"O, bu (lə iləhə illəllah kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar."},{"id":29,"translation":"Doğrusu, Mən bunlara da, atalarına da, haqq (Quran) və (onu) bəyan edən bir elçi (Muhamməd) gələnədək gün-güzəran nəsib etdim."},{"id":30,"translation":"Onlara haqq (Quran) gəldikdə isə: “Bu, sehrdir, biz onu inkar edirik!”– dedilər."},{"id":31,"translation":"Onlar: “Kaş ki bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (Vəlid bin Müğirəyə və Ürvə bin Məsuda) nazil ediləydi?”– dedilər."},{"id":32,"translation":"Yoxsa Rəbbinin rəhmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha xeyirlidir."},{"id":33,"translation":"Əgər insanlar (kafirlərə verdiyimiz nemətlərə baxıb küfürdə birləşən) vahid bir ümmət olmasaydı, Rəhmanı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik,"},{"id":34,"translation":"evlərinin qapılarını və söykəndikləri taxtları da,"},{"id":35,"translation":"zinət də (verərdik). Bütün bunlar dünya həyatının keçici zövqüdür. Axirət isə Rəbbinin yanında yalnız Allahdan qorxanlar üçündür."},{"id":36,"translation":"Kim Rəhmanın zikrindən üz döndərsə, Biz şeytanı ona musallat edərik, o da ona yoldaş olar."},{"id":37,"translation":"Şeytanlar onları (haqq) yoldan azdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər."},{"id":38,"translation":"Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!”"},{"id":39,"translation":"(Qiyamət günü onlara deyilər:) “Siz (nəfsinizə) zülüm etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!”"},{"id":40,"translation":"(Ey Peyğəmbər!) Yoxsa sənmi karlara eşitdirəcəksən, yaxud korları və açıq-aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?"},{"id":41,"translation":"Biz səni aparsaq da (onlara əzab verməzdən əvvəl öldürsəkdə), yenə onlardan intiqam alacağıq."},{"id":42,"translation":"Yaxud onlara vəd etdiyimizi (əzabı) sənə göstərərik. Şübhəsiz ki, Bizim onlara gücümüz yetər."},{"id":43,"translation":"Elə isə sən özünə vəhy olunandan yapış! Şübhəsiz ki, sən düz yoldasan."},{"id":44,"translation":"Həqiqətən, o (Quran) sənin üçün və sənin qövmün üçün bir şərəfdir. Siz sorğu-sual ediləcəksiniz."},{"id":45,"translation":"(Ey Peyğəmbər!) Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş: “Məgər Biz Rəhmandan başqa ibadət ediləsi ilahlarmı etdik?"},{"id":46,"translation":"Biz Musanı ayələrimizlə Firona və onun əyanlarına göndərdik. (Musa) dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”"},{"id":47,"translation":"(Musa) ayələrimizi onlara gətirdikdə, onlar bu ayələrə (istehza edərək) güldülər."},{"id":48,"translation":"Onlara göstərdiyimiz hər bir ayə, əvvəlki ayələrdən daha böyük idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, (haqq yola) qayıdalar."},{"id":49,"translation":"Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et. Biz mütləq doğru yola gələcəyik”– dedilər."},{"id":50,"translation":"Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər."},{"id":51,"translation":"Firon qövmünə səslənib dedi: “Ey qövmüm! Misir mülkü və altımdan (qəsrimin altından) axan bu çaylar mənim deyilmi? Məgər (mənim qüdrətimi və əzəmətimi) görmürsünüz?"},{"id":52,"translation":"Əksinə mən bu aciz və az qala (sözünü belə) aydın başa sala bilməyən kimsədən daha xeyirliyəm."},{"id":53,"translation":"Nə üçün ona qızıl bilərziklər taxılmayıb yaxud onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiqləyən) mələklər gəlməyib?”"},{"id":54,"translation":"(Beləliklə Firon) öz qövmünü aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər."},{"id":55,"translation":"Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq."},{"id":56,"translation":"Biz onları sonra gələnlərə örnək və ibrət etdik."},{"id":57,"translation":"Məryəm oğlu misal çəkilincə sənin qövmün sevincdən güldü."},{"id":58,"translation":"Onlar dedilər: “Bizim ilahlarımız yaxşıdır, yoxsa o (Məryəm oğlu İsa)?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən bir qövmdür."},{"id":59,"translation":"O, yalnız nemət verdiyimiz və İsrail oğullarına örnək etdiyimiz bir quldur."},{"id":60,"translation":"Əgər istəsəydik, içinizdən yer üzündə sizi əvəz edəcək mələklər yaradardıq."},{"id":61,"translation":"Həqiqətən, o, (İsanın yer üzünə enməsi) Qiyamət saatının bir əlamətidir. Ona (Qiyamətə) şəkk etməyin, mənə tabe olun. Bu, doğru yoldur!"},{"id":62,"translation":"Şeytan sizi (doğru yoldan) azdırmasın. Şübhəsiz ki, o, sizin açıq-aydın düşməninizdir."},{"id":63,"translation":"İsa aydın dəlillər gətirdiyi zaman dedi: “Mən sizə hikmət gətirdim və barəsində ixtilafda olduğunuz bəzi şeyləri (Tövratın bəzi hökmlərini) izah etmək üçün gəldim. Allahdan qorxun və (sizə əmr etdiyim tövhid və şəri əhkamlarda) mənə itaət edin!"},{"id":64,"translation":"Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Bu, doğru yoldur!”"},{"id":65,"translation":"Firqələr (nəsrani firqələri İsa barəsində) öz aralarında ixtilafa düşdülər (Onlardan bəziləri: “O, ilahdır”– dedi. Bəziləri: “O, Allahın oğludur”– dedi. Bəziləri də: “O və anası ilahdır”– dedi). Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!"},{"id":66,"translation":"Yoxsa onlar özləri də hiss etmədən Qiyamət saatının qəflətən başlarının üstünü alacağınımı gözləyirlər?"},{"id":67,"translation":"O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər."},{"id":68,"translation":"“Ey qullarım! Bu gün sizə qorxu yoxdur və siz (heç) kədərlənməyəcəksiniz də."},{"id":69,"translation":"O kəslər ki, ayələrimizə iman gətirib təslim olmuşlar."},{"id":70,"translation":"Siz də, zövcələriniz (və ya sizin kimi iman gətirmiş möminlər) də sevincli halda Cənnətə daxil olun!”"},{"id":71,"translation":"Onların ətrafında qızıl sinilər və piyalələr dolandırılacaq. Orada nəfslərin istədiyi və gözlərin xoşlandığı hər şey vardır. Siz orada əbədi qalacaqsınız."},{"id":72,"translation":"Bu sizin etdiyiniz əməllər sayəsində varis olduğunuz Cənnətdir."},{"id":73,"translation":"Orada sizin üçün bol meyvələr vardır, onlardan yeyəcəksiniz."},{"id":74,"translation":"Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar."},{"id":75,"translation":"Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada ümidsiz qalacaqlar."},{"id":76,"translation":"Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər."},{"id":77,"translation":"Onlar (Cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz (burada) əbədi qalacaqsınız!”– deyəcək."},{"id":78,"translation":"Biz sizə haqqı gətirdik, lakin sizin çoxunuz haqqı xoşlamadı."},{"id":79,"translation":"Yoxsa (müşriklər) işə doğru qərar verdilər?! Heç şübhəsiz ki, doğru qərarı Biz veririk."},{"id":80,"translation":"Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik?! Xeyr, onların yanında (əməlləri) yazan elçilərimiz vardır."},{"id":81,"translation":"(Ey Peyğəmbər! Mələklərin Allahın qızları olduğunu iddia edən müşriklərə) De: “Əgər Rəhmanın bir övladı olsaydı, ona (o övlada) ibadət edənlərin birincisi mən olaram."},{"id":82,"translation":"Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi olan Allah, onların vəsf etdikləri sifətlərdən uzaqdır!”"},{"id":83,"translation":"(Ey Peyğəmbər!) Onları tərk et, qoy vəd olunduqları günə qovuşanadək (batil inanclarına) dalsınlar və (bir müddət dünya həyatında) əylənsinlər."},{"id":84,"translation":"Göydə də ilah, yerdə də ilah Odur. O, Hikmət sahibidir, Biləndir."},{"id":85,"translation":"Göylərin, yerin və onların arasındakı mülkün sahibi olan Allah xeyiri və bərəkəti bol olandır. Qiyamət saatının elmi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız."},{"id":86,"translation":"(Müşriklərin) Allahdan başqa dua etdikləri şəfaətə sahib deyillər. Yalnız bildikləri halda (elm və bəsirət üzərində) haqqa şəhadət verənlər (ixlasla \"lə iləhə illallah\" deyənlər) bundan müstəsnadır."},{"id":87,"translation":"Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!”– deyərlər. Elə isə (haqdan) necə döndərilirlər?!"},{"id":88,"translation":"Onun (Peyğəmbərin qövmündən Rəbbinə şikayət edərək): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!”- deməsi də (Bizə məlumdur)."},{"id":89,"translation":"Onlardan üz döndər və (şərlərindən uzaq olmaq üçün) “Salam!” de. Onlar biləcəklər."}]},{"id":44,"verses":[{"id":1,"translation":"Hə. Mim."},{"id":2,"translation":"And olsun (bu) açıq-aydın Kitaba!"},{"id":3,"translation":"Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik."},{"id":4,"translation":"Hər bir hikmətli iş o gecədə ayırd edilir –"},{"id":5,"translation":"Tərəfimizdən vəhy edilən əmr ilə. Həqiqətən, (elçiləri) Biz göndəririk –"},{"id":6,"translation":"Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir."},{"id":7,"translation":"Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir."},{"id":8,"translation":"Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Dirildir və Öldürür. (O,) sizin də Rəbbinizdir, öncəki atalarınızın da Rəbbidir."},{"id":9,"translation":"Xeyr, onlar şəkkə qapılıb əylənirlər."},{"id":10,"translation":"Sən göydən aşkar bir duman gələcəyi günü gözlə."},{"id":11,"translation":"O (duman) insanları bürüyəcək. Bu, ağrılı-acılı bir əzabdır."},{"id":12,"translation":"(Onlar:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz iman gətiririk”– (deyəcəklər)."},{"id":13,"translation":"Onlar necə öyüd-nəsihət eşidə bilərlər?! Artıq onlara açıq-aşkar bir peyğəmbər gəldi."},{"id":14,"translation":"Onlar isə ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər."},{"id":15,"translation":"Biz əzabı (sizdən) bir az uzaqlaşdıracağıq, siz (yenə küfrə) qayıdacaqsınız."},{"id":16,"translation":"(Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün (Qiyamət və ya Bədr döyüşü günü), Biz (onlardan) intiqam alacağıq."},{"id":17,"translation":"Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkdik. Onlara hörmətli bir elçi (Musa) gəldi."},{"id":18,"translation":"(Musa, Firona və onun qövmünə belə dedi): “Allahın qullarını (İsrail oğullarını) mənə qaytarın. Həqiqətən, mən sizin üçün əmin bir elçiyəm."},{"id":19,"translation":"Allaha qarşı təkəbbürlük göstərməyin. Həqiqətən, mən sizə aydın bir dəli ilə gəlmişəm."},{"id":20,"translation":"Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha sığınıram."},{"id":21,"translation":"Əgər mənə iman gətirmirsinizsə, məndən uzaq olun!”"},{"id":22,"translation":"O (Musa), Rəbbinə dua edib dedi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”"},{"id":23,"translation":"(Allah buyurdu:) “Qullarımla (İsrail oğulları ilə) birlikdə gecə ikən yola çıx. Çünki siz təqib olunacaqsınız."},{"id":24,"translation":"Dənizi də sakit (və ya açıq) burax! Onlar suda batırılacaq əsgərlərdir!”"},{"id":25,"translation":"Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər,"},{"id":26,"translation":"və (neçə-neçə) əkinlər, möhtəşəm yerlər"},{"id":27,"translation":"və ləzzət aldıqları neçə-neçə nemətlər (qoyub getdilər)."},{"id":28,"translation":"(Onları) belə (cəzalandırdıq!) Biz o nemətlərə başqalarını (İsrail oğullarını) varis etdik."},{"id":29,"translation":"Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara möhlət də verilmədi."},{"id":30,"translation":"Biz İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –"},{"id":31,"translation":"Firondan. Çünki o, özünü yüksək tutan və həddi aşanlardan idi."},{"id":32,"translation":"Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən (zəmanələrindəki insanlardan) üstün etdik."},{"id":33,"translation":"Onlara içində açıq-aydın imtahan olan dəlillər (bildirçin əti, qüdrət halvası və s.) verdik."},{"id":34,"translation":"(Ey Peyğəmbər!) Bunlar (qövmünün müşrikləri) mütləq deyəcəklər:"},{"id":35,"translation":"“Bu bizim ilk ölümümüzdür. Biz (bir daha) dirildilməyəcəyik."},{"id":36,"translation":"Əgər (öldükdən sonra diriləcəyimizi) doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”"},{"id":37,"translation":"(Ey Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) üstündür (qüvvətlidir), yoxsa Tubba qövmü və onlardan əvvəlkilər? (Ad və Səmud qövmü?) Biz onları məhv etdik. Çünki onlar günahkarlar idilər."},{"id":38,"translation":"Biz göyləri, yeri və onların arasında olanları əyləncə (boş yerə) yaratmadıq."},{"id":39,"translation":"Biz onları haqq olaraq yaratdıq, lakin onların (müşriklərin) çoxu (bunu) bilməz."},{"id":40,"translation":"Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır."},{"id":41,"translation":"O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcək."},{"id":42,"translation":"Yalnız Allahın rəhm etdiyi kimsədən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir."},{"id":43,"translation":"Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı."},{"id":44,"translation":"Günahkar kimsənin yeməyidir."},{"id":45,"translation":"(Zəqqum ağacının meyvəsi) əridilmiş yağ (yaxud mis) kimi qarınlarda qaynayar –"},{"id":46,"translation":"qaynar suyun qaynaması kimi."},{"id":47,"translation":"Onu (günahkar kimsəni) tutub Cəhənnəmin ortasına sürükləyin!"},{"id":48,"translation":"Sonra başının üstünə əzab olaraq qaynar sudan tökün!"},{"id":49,"translation":"(Sonra ona belə deyilər:) Dad (bu əzabı!) Sən ki qüdrətli və hörmətli birisi idin."},{"id":50,"translation":"Bu, sizin (dünyada ikən) şübhə etdiyiniz əzabdır!"},{"id":51,"translation":"Müttəqilər isə əmin-aman bir məqamda –"},{"id":52,"translation":"bağçalarda və çeşmələr başında olacaqlar!"},{"id":53,"translation":"Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər."},{"id":54,"translation":"Bu belədir! (Üstəlik) onları iri qara gözlü hurilərlə də evləndirəcəyik."},{"id":55,"translation":"Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər."},{"id":56,"translation":"Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur."},{"id":57,"translation":"(Bunlar) Rəbbindən bir lütf olaraq (verilmişdir). Bu, böyük uğurdur."},{"id":58,"translation":"(Ey Peyğəmbər!) Biz onu (Quranı) sənin dilində asanlaşdırdıq ki, bəlkə ibrət alsınlar."},{"id":59,"translation":"(Ey Peyğəmbər!) Sən (Allahın zəfərini, müşriklərin həlakını) gözlə! Şübhəsiz ki, onlar da (sənin ölümünü) gözləyirlər."}]},{"id":45,"verses":[{"id":1,"translation":"Hə. Mim."},{"id":2,"translation":"Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir."},{"id":3,"translation":"Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır."},{"id":4,"translation":"Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda yəqinliklə iman gətirmiş bir qövm üçün dəlillər vardır."},{"id":5,"translation":"Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə) yönəltməsində düşünən bir qövm üçün dəlillər vardır."},{"id":6,"translation":"(Ey Peyğəmbər!) Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət olaraq oxuyuruq. Onlar Allaha və Onun ayələrinə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar?!"},{"id":7,"translation":"Hər bir yalançının və günahkarın vay halına!"},{"id":8,"translation":"O, Allahın ona oxunan ayələrini eşidir, sonra sanki onları eşitmirmiş kimi təkəbbürlük göstərərək (küfründə) israr edir. Onu ağrılı-acılı bir əzabla müjdələ."},{"id":9,"translation":"O, ayələrimizdən bir şey bildiyi zaman ona istehza edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır."},{"id":10,"translation":"Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa dost tutduqları himayəçilər onlara heç bir fayda verəcəkdir. Onlar üçün böyük bir azab vardır."},{"id":11,"translation":"Bu (Quran) doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənlər üçün ən şiddətli, ağrılı-acılı əzab vardır."},{"id":12,"translation":"Gəmilərin Allahın əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada ruzi) axtarmanız üçün dənizi xidmətinizə verən Allahdır. Bəlkə, şükür edəsiniz."},{"id":13,"translation":"Göylərdə və yerdə olanların hamısını sizin xidmətinizə verən də Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər var."},{"id":14,"translation":"(Ey Peyğəmbər!) İman gətirənlərə de ki, Allah, qazandıqları (günahlara) görə hər hansı bir qövmün cəzasını versin deyə, Allahın (əzab verəcəyi) günlərini gözləməyənləri bağışlasınlar."},{"id":15,"translation":"Kim saleh bir əməl etsə, (xeyri) özünə, kim də pislik etsə, (zərəri) öz əleyhinə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız."},{"id":16,"translation":"Biz İsrail oğullarına Kitab (Tövrat), hökm və peyğəmbərlik verdik, onları pak nemətlərlə ruziləndirdik və onları aləmlərdən (zəmanələrindəki insanlardan) üstün etdik."},{"id":17,"translation":"Onlara dinə aid açıq-aşkar dəlillər verdik. Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. (Ey Peyğəmbər!) Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcək."},{"id":18,"translation":"(Ey Peyğəmbər!) Sonra səni də dində şəriət sahibi etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin istəklərinə tabe olma!"},{"id":19,"translation":"Çünki onlar səni (heç bir vəchlə) Allahdan qurtara bilməzlər. Zalımlar bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur."},{"id":20,"translation":"Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, yəqinliklə inanan bir qövm üçün isə hidayət və rəhmətdir."},{"id":21,"translation":"Yoxsa günah qazananlar, özlərini, həyatda olduğu kimi ölümlərindən sonra da iman gətirib saleh əməllər edənlərlə eyni tutacağımızı güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər!"},{"id":22,"translation":"Allah, göyləri və yeri ədalətlə və hər kəsə qazandığının əvəzini versin deyə yaratmışdır. Onlara zülm edilməz."},{"id":23,"translation":"Nəfsinin istəyini ilahiləşdirən, Allah (Öz əzəli) elmi ilə azdırdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb ibrət almırsınız?"},{"id":24,"translation":"Onlar dedilər: “Dünya həyatımızdan başqa bir həyat yoxdur. Ölürük və dirilirik. Bizi öldürən ancaq zamandır”. Onların Bu haqda heç bir elmi yoxdur. Onlar yalnız zənnə qapılırlar."},{"id":25,"translation":"Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”– deməkdən başqa bir şey deyildir."},{"id":26,"translation":"(Ey Peyğəmbər!) De: “Allah sizi dirildir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaq”. Lakin insanların çoxu (bunu) bilməz."},{"id":27,"translation":"Göylərin və yerin mülkü Allaha məxsusdur. Qiyamətin qopacağı gün, məhz o gün batil danışanlar xüsrana uğrayacaqlar."},{"id":28,"translation":"(Ey Peyğəmbər!) Sən (o gün) hər ümməti diz çökmüş görəcəksən. Hər ümmət öz əməl kitabına tərəf çağırılacaqdır. (Onlara deyiləcəkdir:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcək!"},{"id":29,"translation":"Bu, sizə qarşı həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz etdiyiniz əməlləri (orada mələklərə) yazdırmışıq!”"},{"id":30,"translation":"İman gətirib saleh əməllər edənlərə gəlincə, Rəbbi onları Öz rəhmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar uğurdur."},{"id":31,"translation":"Kafir olanlara gəldikdə isə (onlara deyiləcək:) “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbürlük göstərirdiniz və özünüz də günahkar bir qövm idiniz."},{"id":32,"translation":"(Sizə:) “Allahın vədi haqdır, Qiyamət saatına heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz Qiyamət saatının nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz (buna) əmin deyilik!”– deyirdiniz."},{"id":33,"translation":"(Dünyada ikən) etdikləri pis əməllər özlərinə görsənəcək və istehza etdikləri (əzab) onları bürüyəcək"},{"id":34,"translation":"(Onlara) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Qərar tutacağınız yer Oddur. Sizə yardım edənlər də olmayacaqdır."},{"id":35,"translation":"Çünki siz, Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatdı”. Bu gün onlar oradan (Oddan) çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaq."},{"id":36,"translation":"Həmd, göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur!"},{"id":37,"translation":"Göylərdə və yerdə əzəmət yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir."}]},{"id":46,"verses":[{"id":1,"translation":"Hə. Mim."},{"id":2,"translation":"Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir."},{"id":3,"translation":"Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər."},{"id":4,"translation":"(Ey Peyğəmbər! Bu müşriklərə) de: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyimi var?! Əgər doğru danışanlarsınızsa, mənə bundan (Qurandan) əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”."},{"id":5,"translation":"Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən bütlərə dua edən kimsədən daha çox azmış kim ola bilər?! Halbuki bütlər onların dualarından qafildirlər."},{"id":6,"translation":"İnsanlar (Qiyamət günü) həşr olunduğu zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər."},{"id":7,"translation":"Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq haqqın gəldiyini görüb onu inkar edən kafirlər: “Bu, açıq-aydın bir sehrdir!”– deyirlər"},{"id":8,"translation":"Yoxsa onlar: “O (Muhamməd) bunu özündən uydurmuşdur!”– deyirlər. (Ey Peyğəmbər!) De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan qurtara bilməzsiniz. O sizin (Quran) haqqındakı söz-söhbətlərinizi (Quranı təkzib etmənizi və ona sehir demənizi) daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, Bağışlayandır, Rəhmlidir”."},{"id":9,"translation":"(Ey Peyğəmbər!) De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən ancaq mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”"},{"id":10,"translation":"(Ey Peyğəmbər!) De: “Bir deyin görək, əgər (bu Quran) Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə (Tövrata) şahidlik edib iman gətirib, siz isə təkəbbürlük göstərmisinizsə (o halda zülm etmiş olmazsınızmı)?! Allah zalım qövmü doğru yola yönəltməz!”"},{"id":11,"translation":"Kafirlər möminlərə dedilər: “Əgər (Quran) xeyirli bir şey olsaydı, onlar bu işdə bizi qabaqlaya bilməzdilər!” Onlar bununla (Quranla) doğru yola müvəffəq olmadıqda isə: “Bu, köhnə yalandır!”– deyəcəklər."},{"id":12,"translation":"Ondan (Qurandan) əvvəl Musanın rəhbər və rəhmət olan Kitabı (Tövrat) vardı. Bu (Quran) isə zalımları qorxutmaq və yaxşı əməl sahiblərinə müjdə verən olaraq ərəb dilində nazil edilmiş, (əvvəlki ilahi kitabları) təsdiq edən bir Kitabdır."},{"id":13,"translation":"Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər."},{"id":14,"translation":"Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar."},{"id":15,"translation":"Biz insana valideynlərinə yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) məşəqqətlə daşımış və məşəqqətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, o, kamillik həddinə yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın saleh əməlləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”"},{"id":16,"translation":"Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu, onlara verilmiş doğru vəddir."},{"id":17,"translation":"(Kimisi də) valideyninə: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsil gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımla hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər."},{"id":18,"translation":"Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan ibarət olan ümmətlər haqqındakı söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır."},{"id":19,"translation":"Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. (Bu, Allahın) onlara əməllərinin əvəzini verməsi üçündür. Onlara əsla zülm edilməz."},{"id":20,"translation":"Kafirlər Cəhənnəmə ərz olunacaqları gün (onlara belə deyiləcəkdır:) “Siz dünya həyatınızda gözəl olan hər şeyinizi xərclədiniz və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbürlük göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”"},{"id":21,"translation":"(Ey Peyğəmbər!) Ad (qövmünün) qardaşını (Hudu) xatırla! Bir zaman o, özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qumsal təpələrdə (yaşayan) qövmünü: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi."},{"id":22,"translation":"Onlar isə: “Sən bizi ilahlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir!”– dedilər."},{"id":23,"translation":"(Hud) dedi: “(Bu haqda) elm ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil bir qövm olduğunuzu görürəm”."},{"id":24,"translation":"Nəhayət, onu (əzabı) vadilərinə doğru yönəldiyini gördükləri zaman: “Bu, bizə yağış yağdıracaq bir buluddur!”– dedilər. (Hud dedi:) “Xeyr! Bu, sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!"},{"id":25,"translation":"O Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edər!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq."},{"id":26,"translation":"Biz sizə vermədiyimiz imkanları onlara verdik. Onlara qulaqlar, gözlər və qəlblər verdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara fayda verdi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları istehza etdikləri (əzab) bürüdü."},{"id":27,"translation":"Biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik. Bəlkə doğru yola qayıdalar deyə ayələri onlara (müxtəlif cür) izah etdik."},{"id":28,"translation":"Bəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri (bütlər) onlara kömək etmədi?! Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu, onların iftiraları və uydurmalarıdır."},{"id":29,"translation":"Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar (onu dinləməyə) gəldikdə (bir-birinə:) “Susun, (qulaq asaq)!”– dedilər. (Quran oxunub) qurtardıqdan sonra isə qorxudanlar olaraq öz qövmlərinin yanına qayıtdılar."},{"id":30,"translation":"Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Allahın nazil etdiyi kitabları) təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab eşitdik!"},{"id":31,"translation":"Ey qövmümüz! Allahın dəvətçisinə cavab verib, ona iman gətirin ki, Allah sizin günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!”"},{"id":32,"translation":"Allahın dəvətçisinə cavab verməyən kimsə yer üzündə (Allahdan) yaxa qurtara bilməz və onun Alladan başqa dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər."},{"id":33,"translation":"Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi?! Əlbəttə ki, O, hər şeyə qadirdir."},{"id":34,"translation":"Kafirlər Cəhənnəmə ərz ediləcəkləri gün onlara: “Məgər bu, həqiqət deyilmi?!”– (deyiləcək). Onlar: “Bəli, Rəbbimizə and olsun (ki, həqiqətdir)!”– deyəcəklər. (Allah) buyuracaqdır: “Küfr etdiyinizə görə dadın əzabı!”"},{"id":35,"translation":"(Ey Peyğəmbər!) Elçilərdən əzm sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! Onlara (əzabın) tez gəlməsini istəmə. Onlar özlərinə vəd olunanı görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını güman edəcəklər. (Bu,) bir təbliğdir. Məgər fasiq qövmdən başqası məhv edilərmi?!"}]},{"id":47,"verses":[{"id":1,"translation":"Kafirlərin və (insanları) Allahın yolundan azdıranların əməllərini (Allah) puça çıxarmışdır."},{"id":2,"translation":"İman gətirib saleh əməllər edənlərin və Rəbbindən haqq olaraq Muhammədə nazil edilənə inananların Allah günahlarını örtmüş və (din və dünya) işlərini islah etmişdir."},{"id":3,"translation":"Bu ona görədir ki, kafirlər batilə tabe olmuş, iman gətirənlər isə Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah, insanlara özlərinə aid misalları belə çəkər."},{"id":4,"translation":"(Ey möminlər!) Kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Müharibə bitdikdə isə onları ya fidyəsiz, ya da fidyə alıb azad edin. Bu (Allahın hökmüdür). Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Onun yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz."},{"id":5,"translation":"(Allah) onları doğru yola yönəldəcək, onların (din və dünya) işlərini islah edəcək"},{"id":6,"translation":"və onları (dünyada) özlərinə tanıtdığı Cənnətə daxil edəcəkdir."},{"id":7,"translation":"Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi (döyüşdə və ya sirat körpüsündə) sabit edər."},{"id":8,"translation":"Məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxardar."},{"id":9,"translation":"Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı."},{"id":10,"translation":"Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etmişdir. Kafirləri də buna bənzərləri gözləyir."},{"id":11,"translation":"Bu ona görədir ki, Allah möminlərin Dostudur. Kafirlərin isə dostu yoxdur."},{"id":12,"translation":"Allah iman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünya həyatından) zövq alıb, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur!"},{"id":13,"translation":"(Ey Peyğəmbər!) Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkət var idi ki, Biz onları məhv etdik və onlara kömək edən də tapılmadı."},{"id":14,"translation":"Məgər Rəbbindən bir dəlilə istinad edən kimsə, pis əməli özünə gözəl göstərilən və istəklərinə uyan kimsələr kimi ola bilərmi?!"},{"id":15,"translation":"Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada tamı dəyişməyən sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvələr və Rəbbi tərəfindən bağışlanma vardır. Məgər o, od içində əbədi qalacaq və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?!"},{"id":16,"translation":"(Ey Peyğəmbər!) Onların (münafiqlərin) arasında səni dinləyənlər də var. Nəhayət, onlar sənin yanından çıxdıqda, özlərinə elm verilmiş kimsələrə (istehza ilə) deyərlər: “O, bayaq nə deyirdi?” Onlar, Allahın, qəlblərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir."},{"id":17,"translation":"Doğru yola yönələnlərə gəldikdə isə Allah onların hidayətini artırar və onları təqvaya (saleh əməllərə) müvəffəq edər."},{"id":18,"translation":"Yoxsa (kafirlər) Qiyamət saatının qəfildən onlara gəlməsinimi gözləyirlər?! Artıq onun (Muhammədin Peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə yarılması kimi) əlamətləri gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almalarının nə faydası?!"},{"id":19,"translation":"(Ey Peyğəmbər!) Bil ki, Allahdan başqa (ibadətə layiq olan heç bir) ilah yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə və mömin qadınların bağışlanmasını dilə. Allah (gündüzlər) gəzib-dolaşdığınız yeri də, (gecələr) gecələyəcəyiniz məskəni də bilir."},{"id":20,"translation":"Möminlər: “Kaş (cihada dair) bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş zikir edildikdə qəlbində xəstəlik olanların sənə, ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlar üçün daha yaxşı olardı ki,"},{"id":21,"translation":"itaət etsinlər və xoş söz söyləsinlər. (Cihada) qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı."},{"id":22,"translation":"Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz."},{"id":23,"translation":"Onlar Allahın lənətlədiyi, qulaqlarını kar, gözlərini də kor etdiyi kimsələrdir."},{"id":24,"translation":"Məgər onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlbləri qıfıllıdır?!"},{"id":25,"translation":"Özlərinə hidayət yolu bəlli olduqdan sonra (haqdan dönüb) geriyə üz tutan kimsələrə şeytan (günah işləri) gözəl göstərmiş və onlara uzun ömür vəd etmişdir."},{"id":26,"translation":"Bu onların (münafiqlərin) Allahın nazil etdiyinə nifrət edənlərə (müşriklərə): “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dediklərinə görədir. Allah onların sirlərini bilir."},{"id":27,"translation":"Bəs mələklər onların üzlərinə və arxalarına vuraraq canlarını alanda onların halı necə olacaqdır?!"},{"id":28,"translation":"Bu onların Allahı qəzəbləndirən şeylərə uyduqlarına və Onun razı qaldığı şeylərə nifrət etdiklərinə görədir. Buna görə də Allah onların əməllərini boşa çıxartdı."},{"id":29,"translation":"Yoxsa qəlblərində xəstəlik olanlar, Allah onların (qəlblərindəki) kin-küdurətini üzə çıxarmayacağını hesab edirdilər?!"},{"id":30,"translation":"(Ey Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir."},{"id":31,"translation":"(Ey möminlər!) Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxardanadək sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də (Allahın əmrinə tabe olub cihad edənləri və tənbəllik edib cihaddan geridə qalanları da) yoxlayacağıq."},{"id":32,"translation":"Sözsüz ki, kafir olanlar, (insanları) Allah yolundan azdıranlar və hidayət yolu özlərinə bəlli olduqdan sonra Peyğəmbərə düşmənçilik edənlər Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puça çıxaracaqdır."},{"id":33,"translation":"Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!"},{"id":34,"translation":"Şübhəsiz ki, kafir olanları, (insanları) Allah yolundan azdıranları, sonra da kafir olaraq ölənləri, Allah bağışlamayacaqdır."},{"id":35,"translation":"(Ey Möminlər!) Zəiflik göstərməyin və üstün olduğunuz halda (kafirləri) sülhə çağırmayın! Allah sizinlədir. O sizin əməllərinizi (əməllərinizin savabını) əskiltməz."},{"id":36,"translation":"Dünya həyatı sadəcə oyun və əyləncədən ibarətdir. Əgər iman gətirib (Allahdan) qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz."},{"id":37,"translation":"Əgər (Allah) sizdən bunu istəsə və sizdən təkidlə tələb etsə, siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar."},{"id":38,"translation":"Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə çağırılırsınız. Aranızda isə xəsislik edənlər də vardır. Kim xəsislik etsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə başqa bir qövm gətirər sonra onlar sizin kimi olmazlar."}]},{"id":48,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) Həqiqətən, Biz sənə (Hüdeybiyyə sülhü ilə) aydın bir zəfər bəxş etdik ki,"},{"id":2,"translation":"Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin"},{"id":3,"translation":"və Allah sənə şanlı bir zəfər ilə kömək etsin."},{"id":4,"translation":"Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allaha məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":5,"translation":"(Bütün bunlar,) Allahın, mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil etməsi və onların günahlarından keçməsi üçündür. Bu, Allah yanında böyük uğurdur."},{"id":6,"translation":"(Bu, həm də) Allah barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab verməsi üçündür. Onların pis niyyəti öz başlarına olsun! Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir."},{"id":7,"translation":"Göylərin və yerin orduları Allaha məxsusdur. Allah Qüdrətlidir, Hikmət sahibidir."},{"id":8,"translation":"(Ey Peyğəmbər!) Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən bir elçi olaraq göndərdik."},{"id":9,"translation":"(Biz belə etdik ki, bəlkə) siz, Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və səhər-axşam Allahın şəninə təriflər deyəsiniz."},{"id":10,"translation":"(Ey Peyğəmbər! Ridvan beyətində) sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər."},{"id":11,"translation":"(Ey Peyğəmbər! Hüdeybiyyə səfərindən) geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi (döyüşə getməkdən) yayındırdı. (Allahdan) bizim üçün bağışlanma dilə!”– deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır."},{"id":12,"translation":"Əksinə siz, Peyğəmbər və möminlərin bir daha ailələrinə qayıtmayacaqlarını zənn edirdiniz. Bu, (şeytan tərəfindən) qəlblərinizə gözəl göstərildi. Siz pis zənnə düşüb məhvə məhkum bir qövm oldunuz."},{"id":13,"translation":"Kim Allaha və Onun rəsuluna iman gətirməzsə, (bilsin ki,) Biz kafirlər üçün od hazırlamışıq."},{"id":14,"translation":"Göylərin və yerin mülkü Allaha məxsusdur. O, istədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah bağışlayandır, rəhmlidir."},{"id":15,"translation":"(Ey Möminlər!) Siz (Xeybərə) qənimətləri götürməyə getdiyiniz zaman (Hüdeybiyyə sülhündən) geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!”– deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir."},{"id":16,"translation":"(Ey Peyğəmbər!) Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir qövmə qarşı (döyüşməyə) çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. (Yox,) əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”."},{"id":17,"translation":"(Döyüşə getməməkdə) kora, çolağa və xəstəyə günah yoxdur. Kim Allaha və Onun rəsuluna itaət etsə, (Allah) onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər."},{"id":18,"translation":"Allah, (Hüdeybiyyədə ikən, Ridvan beyətində) ağac altında sənə beyət edən möminlərdən razı qaldı. (Allah) onların qəlblərində olanı bildi, onlara sükunət nazil etdi və onları yaxın bir zəfərlə (Xeybərin fəthi ilə) mükafatlandırdı."},{"id":19,"translation":"(Onları Xeybər əhlindən) əldə edəcəkləri çoxlu qənimətlərə də (müvəffəq etdi). Allah Qüdrətlidir, Hikmət sahibidir."},{"id":20,"translation":"(Ey möminlər!) Allah sizə (gələcəkdə İslam fəthləri ilə) əldə edəcəyiniz çoxlu qənimətlər vəd etdi. O, bunu (Xeybərdə əldə etdiyiniz qənimətləri) sizə tezliklə verdi. Möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin deyə insanların (Qureyşin) əllərini sizdən çəkdi."},{"id":21,"translation":"Əldə edə bilmədiyiniz başqa qənimətlər də (vardır). Artıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir."},{"id":22,"translation":"(Ey möminlər!) Əgər kafirlər sizinlə vuruşsalar, arxa çevirib qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar."},{"id":23,"translation":"Allahın əzəldən qoyduğu sünnəsi belədir. Sən Allahın sünnəsində (heç vaxt) bir dəyişiklik tapa bilməzsən."},{"id":24,"translation":"Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində (Hüdeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir."},{"id":25,"translation":"O kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişiləri və mömin qadınları bilmədən ayaq altına alıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi olmasaydı, (Allah ora zorla girməyinizə izin verərdi). Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (buna izin vermədi). Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik."},{"id":26,"translation":"Kafirlər qəlblərində təkəbbürlüyə – cahillik lovğalığına qapıldıqları zaman Allah Öz rəsuluna və möminlərə sükunət nazil etdi və onlara təqva (Lə iləhə illallah, Muhammədun rəsulullah) sözünü vacib buyurdu. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir."},{"id":27,"translation":"Allah Öz rəsulunun haqq olaraq gördüyü yuxusunu (yuxuda Məkkəyə daxil olduğunu) gerçəyə çevirdi. İnşallah siz əmin-amanlıqla, başınızı qırxdırmış, (bəziləriniz də saçlarını) qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə daxil olmazdan əvvəl sizə) yaxın bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir."},{"id":28,"translation":"(İslamı) bütün dinlərdən üstün etmək üçün Öz rəsulunu hidayət və haqq din ilə göndərən Odur. Şahid olaraq Allah yetər."},{"id":29,"translation":"Muhamməd Allahın rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhmlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə olan vəsfləri isə cücərtisini çıxarıb, onu qüvvətləndirmiş, o da qalınlaşıb, gövdəsi üzərində şax durmuş, əkinçiləri heyran edən bir əkin kimidirlər. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki,) kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib saleh əməllər edənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir."}]},{"id":49,"verses":[{"id":1,"translation":"Ey iman gətirənlər! (Heç bir işdə) Allahın və Onun rəsulunu qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir."},{"id":2,"translation":"Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz batil olar."},{"id":3,"translation":"Allahın rəsulu yanında səslərini asta çıxaranlar, Allahın qəlblərini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük mükafat vardır."},{"id":4,"translation":"(Ey Peyğəmbər!) Şübhəsiz ki, səni hücrələrin arxasından səsləyənlərin (bədəvilərin) əksəriyyəti (nə etdiklərini) anlamır."},{"id":5,"translation":"Əgər sən onların qarşılarına çıxanadək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olardı. Allah Bağışlayandır, Rəhmlidir."},{"id":6,"translation":"Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız."},{"id":7,"translation":"Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə itaət etsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlblərinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır."},{"id":8,"translation":"Bunlar Allahın lütfü və neməti sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":9,"translation":"Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını islah edin. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüz edənlə Allahın əmrinə qayıdanadək vuruşun. Əgər o qayıtsa, hər iki dəstənin arasını ədalətlə islah edin və ədalətli olun. Sözsüz ki, Allah ədalətli olanları sevər."},{"id":10,"translation":"Həqiqətən möminlər qardaşdırlar. Elə isə (mübahisə edən) iki qardaşınızın arasını islah edin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız."},{"id":11,"translation":"Ey iman gətirənlər! Bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır."},{"id":12,"translation":"Ey iman gətirənlər! Zənnin çoxundan çəkinin. Çünki zənnin bəzisi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?! Bu sizdə ikrah hissi oyadır. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir."},{"id":13,"translation":"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır."},{"id":14,"translation":"Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz (qəlbən) iman gətirmədiniz! Lakin: “Biz tabe olduq!”– deyin. İman hələ qəlbinizə daxil olmamışdır. Əgər Allaha və Onun rəsuluna itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir!”"},{"id":15,"translation":"Möminlər ancaq Allaha və Onun rəsuluna iman gətirən, sonra şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır."},{"id":16,"translation":"(Ey Peyğəmbər! Bu bədəvilərə belə) de: “Siz dininizi Allahamı öyrədirsiniz?!” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi biləndir."},{"id":17,"translation":"(Ey Peyğəmbər!) Onlar (Bədəvilər) İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “İslamı qəbul etdiyinizə görə mənə minnət qoymayın! Əgər doğru danışırsınızsa, (bilin ki,) əslində Allah sizi imana gətirməklə sizə minnət qoyur!”"},{"id":18,"translation":"Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Allah nə etdiklərinizi görəndir."}]},{"id":50,"verses":[{"id":1,"translation":"Qaf. And olsun Şanlı Qurana."},{"id":2,"translation":"Xeyr, onlar özlərindən qorxudan (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər: “Bu əcaib bir şeydir."},{"id":3,"translation":"Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, uzaq bir qayıdışdır!”"},{"id":4,"translation":"Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (yerin onların cəsədlərini yeməsini) bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır."},{"id":5,"translation":"Onlara haqq (Quran) gəldikdə onu yalan hesab etdilər. Onlar çaşqın bir haldadırlar."},{"id":6,"translation":"Məgər onlar üstlərindəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!"},{"id":7,"translation":"Biz yeri genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik."},{"id":8,"translation":"(Bütün bunları) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə etdik."},{"id":9,"translation":"Biz göydən bərəkətli su endirdik, onunla bağlar və (arpa, buğda və s. bu kimi) biçilən dənələr yetişdirdik."},{"id":10,"translation":"Tumurcuqları bir-birinin üstünə (salxım-salxım) düzülmüş hündür xurma ağacları (yetişdirdik)."},{"id":11,"translation":"Qullara ruzi olsun deyə (belə etdik)! Biz onunla (göydən endirdiyimiz su ilə) ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir."},{"id":12,"translation":"(Ey Peyğəmbər!) Onlardan (Qureyşdən) əvvəl Nuh qövmü, Rəss və Səmud əhli (elçiləri) yalançı saydı."},{"id":13,"translation":"Ad, Firon və Lut qardaşları da."},{"id":14,"translation":"Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim vədim (əzabım) gerçəkləşdi."},{"id":15,"translation":"Məgər Biz ilk yaradılışda acizmi qaldıq?! Xeyr! Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər."},{"id":16,"translation":"İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından daha yaxınıq."},{"id":17,"translation":"(İnsanın) sağında və solunda (əməllərini) qeydə alan iki mələk oturmuşdur!"},{"id":18,"translation":"Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (mələk) vardır"},{"id":19,"translation":"Ölüm bihuşluğu haqq olaraq gəldi. (Ey qafil insan!) Bu, sənin qorxub qaçdığın şeydir."},{"id":20,"translation":"Sura üfürüləcək. Bu, vəd olunmuş günüdür."},{"id":21,"translation":"Hər kəs onu (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (iki mələklə birgə) gələcəkdir."},{"id":22,"translation":"(Ona belə deyiləcəkdir:) “Sən bundan qəflət içində idin. Biz səndən pərdəni qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”"},{"id":23,"translation":"Onun yoldaşı (ona müvəkkəl olunmuş mələk) deyəcək: “Bu yanımda olan (əməl dəftəri) hazırdır!”"},{"id":24,"translation":"(Allah o iki mələyə belə buyuracaqdır:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,"},{"id":25,"translation":"xeyrə mane olanı, (zülm etməklə) həddi aşanı, (haqqa) şübhə edəni,"},{"id":26,"translation":"Allahla yanaşı özünə başqa bir ilah qəbul edəni. Atın onu şiddətli əzabın içinə!”"},{"id":27,"translation":"Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım, lakin o, özü dərin azğınlıq içində idi!”"},{"id":28,"translation":"(Allah) buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim."},{"id":29,"translation":"Mənim hüzurumda söz dəyişməzdir. Mən qullarıma zülm edən deyiləm!”"},{"id":30,"translation":"O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir."},{"id":31,"translation":"Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmayacaq."},{"id":32,"translation":"Budur sizə vəd edilən (Cənnət). O, hər bir (tövbə edib Allaha) üz tutan, (Onun əmrinə) riayət edən,"},{"id":33,"translation":"Rəhmandan (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür."},{"id":34,"translation":"Ora salamatlıqla daxil olun! Bu, əbədiyyət günüdür."},{"id":35,"translation":"Orada onlar üçün istədikləri hər şey vardır. Hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır."},{"id":36,"translation":"Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər (əzabdan) qaçacaq bir yer varmı?!"},{"id":37,"translation":"Həqiqətən, bunda (dərk edən) qəlbi olan, hazır durub (diqqətlə) qulaq asan kimsə üçün öyüd-nəsihət var."},{"id":38,"translation":"Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da toxunmadı."},{"id":39,"translation":"(Ey Peyğəmbər!) Onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd edərək şəninə təriflər de!"},{"id":40,"translation":"Gecənin bir vaxtında və namazlardan sonra Onun şəninə təriflər de!"},{"id":41,"translation":"(Ey Peyğəmbər!) Dinlə. O gün carçı (sura ikinci dəfə üfürən mələk, məxluqata) yaxın bir yerdən çağıracaqdır."},{"id":42,"translation":"O gün (bütün məxluqat) bu səsi gerçəkdən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxma günüdür."},{"id":43,"translation":"Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş Bizədir."},{"id":44,"translation":"O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə (carçıya doğru) çıxacaqlar. Bu həşir (onları bir yerə toplamaq) Bizim üçün asandır."},{"id":45,"translation":"Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları (imana) məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!"}]},{"id":51,"verses":[{"id":1,"translation":"And olsun toz-torpağı (ətrafa) səpələyən küləklərə!"},{"id":2,"translation":"And olsun yağmur yükü daşıyan buludlara!"},{"id":3,"translation":"And olsun asanlıqla üzüb gedən gəmilərə!"},{"id":4,"translation":"And olsun (Allahın əmr etdiyi) işləri (məxluqat arasında) bölüşdürən mələklərə!"},{"id":5,"translation":"Sizə vəd olunan həqiqətdir."},{"id":6,"translation":"Haqq-hesab da, mütləq olacaqdır."},{"id":7,"translation":"And olsun gözəl görünüşü olan səmaya!"},{"id":8,"translation":"(Ey Məkkə əhli!) Sizin sözləriniz ziddiyyətlidir (bəzən Qurana sehr, bəzən də şeir deyirsiniz. Bəzən Muhammədə sehribaz, bəzən də şair deyirsiniz).\n."},{"id":9,"translation":"Ondan (Qurandan və ya Peyğəmbərdən) döndərilən kimsə döndərilər."},{"id":10,"translation":"Məhv olsun yalançılar!"},{"id":11,"translation":"O kəslər ki, cəhalət içində olan qafillərdir."},{"id":12,"translation":"Onlar (səndən istehza ilə) Din gününün nə vaxt olacağını soruşurlar."},{"id":13,"translation":"O gün onlara odda əzab veriləcəkdir."},{"id":14,"translation":"(Onlara deyiləcək:) “Dadın əzabınızı! Sizin tez gəlməsini istədiyiniz şey (əzab) budur!”"},{"id":15,"translation":"Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar,"},{"id":16,"translation":"Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər edən kimsələr olmuşdular."},{"id":17,"translation":"Onlar gecələr (ibadət edib) az yatırdılar."},{"id":18,"translation":"Sübh çağları isə (Allahdan) bağışlanma diləyirdilər."},{"id":19,"translation":"Mallarında dilənçinin və yoxsulun payı vardır."},{"id":20,"translation":"Yer üzündə yəqinliklə inananlar üçün (Allahın qüdrətinə dəlalət edən) dəlillər vardır."},{"id":21,"translation":"(Ey İnsanlar!) Sizin özünüzdə də (Allahın qüdrətinə dəlalət edən) dəlillər var. Məgər görmürsünüz?!"},{"id":22,"translation":"Göydə ruziniz (yağış) və sizə vəd olunan (mükafat, cəza və ya xeyir, şər) vardır."},{"id":23,"translation":"Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışığınız kimi həqiqətdir."},{"id":24,"translation":"(Ey Peyğəmbər!) İbrahimin hörmətli qonaqlarının (mələklərin) xəbəri sənə gəlib çatdımı?"},{"id":25,"translation":"Onlar İbrahimin yanına daxil olub: “(Sənə) salam olsun!”– dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad kimsələrsiz!”– dedi."},{"id":26,"translation":"O, qorxu içində ailəsinin yanına getdi və (qızardılmış) kök bir buzovla gəldi."},{"id":27,"translation":"(Qızardılmış) buzovu onlara yaxınlaşdırıb dedi: “Yemirsinizmi?”"},{"id":28,"translation":"O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və onu elmli bir oğlan uşağı (İshaqın dünyaya gəlməsi) ilə müjdələdilər."},{"id":29,"translation":"Zövcəsi qışqırıb üzünə vuraraq: “Mən sonsuz, qoca bir qarıyam!”– dedi."},{"id":30,"translation":"Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, (hər şeyi) Biləndir!”"},{"id":31,"translation":"(İbrahim onlara) dedi: “Sizin işiniz nədir, ey elçilər?”"},{"id":32,"translation":"Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik."},{"id":33,"translation":"Onların üstünə gildən daşlar yağdırmaq üçün."},{"id":34,"translation":"Həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar)!”"},{"id":35,"translation":"Biz orada olan möminləri (o kənddən) çıxartdıq."},{"id":36,"translation":"Biz orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman tapmadıq."},{"id":37,"translation":"Biz ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir ibrət (əzabın əlamətlərini) qoyduq."},{"id":38,"translation":"Musada da (onun hekayətində də ibrət) vardır. O zaman Biz onu Fironun yanına açıq-aydın bir dəlillə göndərmişdik."},{"id":39,"translation":"O (Firon) öz camaatı ilə birlikdə üz çevirib: “Bu bir sehrbazdır, ya da bir dəlidir!”– dedi."},{"id":40,"translation":"Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi."},{"id":41,"translation":"Ad qövmündə də (ibrət) vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək (əzab və həlak küləyi) göndərmişdik."},{"id":42,"translation":"O, üstündən keçdiyi hər bir şeyi çürümüş çör-çöpə döndərirdi."},{"id":43,"translation":"Səmud qövmündə də (ibrət) vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi."},{"id":44,"translation":"Onlar Rəbbinin əmrinə qarşı təkəbbürlük göstərdilər və onları gözləri baxa-baxa ildırım vurdu."},{"id":45,"translation":"Onlar (yıxıldıqları yerdən) nə ayağa qalxa bildilər, nə də onlara kömək edən oldu."},{"id":46,"translation":"Daha əvvəl Nuh qövmünü də (suda boğaraq məhv etdik). Çünki onlar fasiq bir qövm idilər."},{"id":47,"translation":"Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk."},{"id":48,"translation":"Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik (Biz)!"},{"id":49,"translation":"Düşünüb ibrət alasınız deyə hər şeydən (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq."},{"id":50,"translation":"(Ey İnsanlar!) Allaha tərəf qaçın! Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!"},{"id":51,"translation":"Allahla yanaşı başqa bir ilah qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!”"},{"id":52,"translation":"Beləcə, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (ona:) “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər."},{"id":53,"translation":"Yoxsa onlar (əvvəlkilər və axırdakılar) bunu (peyğəmbərləri yalan saymağı) bir-birinə vəsiyyət etmişdilər?! Xeyr, onlar həddi aşmış bir qövmdür."},{"id":54,"translation":"(Ey Peyğəmbər!) Onlardan üz döndər! Sən (buna görə) qınanmazsan."},{"id":55,"translation":"Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir."},{"id":56,"translation":"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım."},{"id":57,"translation":"Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm."},{"id":58,"translation":"Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir."},{"id":59,"translation":"(Ey Peyğəmbər!) Şübhəsiz ki, (səni yalan saymaqla özlərinə) zülm edənlər üçün yoldaşlarının (əzab) payı mislində payı vardır. Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!"},{"id":60,"translation":"Vəd olunmuş günlərindən dolayı vay kafirlərin halına!"}]},{"id":52,"verses":[{"id":1,"translation":"And olsun Tur dağına!"},{"id":2,"translation":"And olsun yazılmış Kitaba (Qurana və ya Lövhi-Məhfuza yaxud Musaya verilən lövhələrə)"},{"id":3,"translation":"Yayılmış incə dəri üzərində (olan Kitaba)."},{"id":4,"translation":"And olsun (mələklərin ibadət etdiyi, yeddinci səma üzərində olan) Beytulməmura!"},{"id":5,"translation":"And olsun yüksək tavana (göy üzünə)!"},{"id":6,"translation":"And olsun (qiyamət günü) alovlanan (və ya su ilə dolu) dənizə!"},{"id":7,"translation":"(Ey Peyğəmbər!) Rəbbinin əzabı mütləq vaqe olacaqdır."},{"id":8,"translation":"Heç kəs onun qarşısını ala bilməz."},{"id":9,"translation":"O gün göy şiddətlə lərzəyə gələcək."},{"id":10,"translation":"Dağlar da (yerindən qopub) hərəkətə gələcəkdir."},{"id":11,"translation":"O gün (haqqı) yalan sayanların vay halına!"},{"id":12,"translation":"O kəslər ki, batil bataqlığında əylənirlər."},{"id":13,"translation":"O gün onlar amansızcasına (sürüklənib) Cəhənnəm oduna atılacaqlar."},{"id":14,"translation":"(Onlara deyiləcəkdir:) “Bu, sizin yalan saydığınız Cəhənnəm odudur!"},{"id":15,"translation":"Bu (əzab) da sehrdir, yoxsa görmürsünüz?"},{"id":16,"translation":"Dadın (yalan saydığınız Cəhənnəmin) hərarətini! Səbir etsəniz də, səbir etməsəniz də sizin üçün eynidir. Sizə yalnız etdiyiniz əməllərin cəzası veriləcəkdir”."},{"id":17,"translation":"Şübhəsiz ki, müttəqilər cənnətlərdə və nemət içində olacaqlar."},{"id":18,"translation":"Rəbbinin onlara bəxş etdiyi nemətlərə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından qorumuşdur."},{"id":19,"translation":"(Onlara belə deyiləcəkdir:) “(Dünyada ikən) etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin, için!”"},{"id":20,"translation":"Onlar səf-səf düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirdik."},{"id":21,"translation":"İman gətirənlərin, imanla onların arxasınca gedən zürriyyətlərini (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur."},{"id":22,"translation":"Onlara iştahları çəkdiyi meyvədən və ətdən verəcəyik."},{"id":23,"translation":"Onlar orada bir-birinə (şərab dolu) badə uzadacaqlar. Bu (şərab) onları nə lağlağaya, nə də günaha təhrik edəcəkdir."},{"id":24,"translation":"Onların ətrafında (xidmətlərinə verilmiş), qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar."},{"id":25,"translation":"Onlar bir-birinə üz tutub (dünyadakı əməlləri barəsində) soruşacaqlar."},{"id":26,"translation":"Onlar deyəcəklər: “Biz bundan öncə ailəmiz içində olarkən (Allahdan) qorxurduq."},{"id":27,"translation":"Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel (Cəhənnəm) əzabından qorudu."},{"id":28,"translation":"Biz bundan öncə Ona (bizi Cəhənnəm əzabından qoruması üçün) dua edirdik. Həqiqətən, O, (qullarına) yaxşılıq edəndir, (onlara qarşı) Rəhmlidir!”"},{"id":29,"translation":"(Ey Peyğəmbər!) Sən xatırlat! Sən Rəbbinin neməti (bəxş etdiyi iman və ağıl) sayəsində nə kahinsən, nə də dəli!"},{"id":30,"translation":"Yoxsa onlar: “O bir şairdir. Biz onun ölüb getməsini gözləyirik!”– deyirlər."},{"id":31,"translation":"(Ey Peyğəmbər!) De: “Gözləyin, mən də sizinlə birlikdə (sizə üz verəcək əzabı) gözləyənlərdənəm!”"},{"id":32,"translation":"Yoxsa onların ağılları bunu onlara əmr edir? Yoxsa onlar azğın bir qövmdürlər?"},{"id":33,"translation":"Yoxsa onlar: “(Muhamməd) onu (Quranı) özündən uydurdu!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər."},{"id":34,"translation":"Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər."},{"id":35,"translation":"Yoxsa onlar heç bir şey olmadan (Xaliqsizmi) yaranıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?"},{"id":36,"translation":"Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar."},{"id":37,"translation":"Yoxsa Rəbbinin xəzinələri onların yanındadır? Yoxsa onlar hökm sahibidirlər?"},{"id":38,"translation":"Yoxsa onların, (üstünə çıxıb mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanımı vardır? Elə isə qoy onların (mələkləri) dinləyənləri açıq-aydın bir dəlil gətirsinlər!"},{"id":39,"translation":"Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?"},{"id":40,"translation":"(Ey Peyğəmbər!) Yoxsa sən (dini təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və onlar da ağır borc yükü altındadırlar?"},{"id":41,"translation":"Yoxsa qeyb (elmi) onların yanındadır və onlar da (qeyb elmindən insanlar üçün istədiklərini) yazırlar?"},{"id":42,"translation":"(Ey Peyğəmbər!) Yoxsa (sənə qarşı) bir hiylə qurmaq istəyirlər? Kafirlər özləri o hiylənin qurbanı olacaqlar."},{"id":43,"translation":"Yoxsa onların Allahdan başqa bir ilahımı vardır? Allah onların qoşduqları şəriklərdən pak və ucadır."},{"id":44,"translation":"Əgər onlar göydən bir parça (başlarına) düşdüyünü görsələr: “Üst üstə yığılmış buludlardır!”– deyərlər."},{"id":45,"translation":"Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!"},{"id":46,"translation":"O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək edilməyəcək."},{"id":47,"translation":"(Günahlar etməklə nəfslərinə) zülüm edənlər üçün bundan başqa (dünyada və qəbirdə) əzab vardır. Lakin onların çoxu (bunu) bilməz."},{"id":48,"translation":"(Ey Peyğəmbər!) Sən Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Yuxudan və ya məclisdən) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!"},{"id":49,"translation":"Gecənin bir vaxtında və ulduzlar batanda Onun şəninə təriflər de!"}]},{"id":53,"verses":[{"id":1,"translation":"And olsun batmaqda olan ulduza!"},{"id":2,"translation":"Yoldaşınız (Muhamməd) nə azmış, nə də sapmışdır."},{"id":3,"translation":"O, havadan (istədiyini) danışmaz."},{"id":4,"translation":"Bu (Quran), ona nazil edilən bir vəhydir."},{"id":5,"translation":"Bunu ona çox qüvvətli olan öyrətdi –"},{"id":6,"translation":"gözəl görünüşlü (Cəbrail). O, yüksəlib (Peyğəmbərə öz surətində göründü)."},{"id":7,"translation":"O (Cəbrail), ən uca üfüqdə idi."},{"id":8,"translation":"Sonra (Muhammədə) yaxınlaşıb aşağı endi."},{"id":9,"translation":"(Cəbrail ilə Muhamməd arasındakı məsafə) iki yay qədər yaxud ondan da yaxın (məsafə) oldu."},{"id":10,"translation":"(Sonra Allah) quluna (Muhammədə) nazil edəcəyini vəhy etdi."},{"id":11,"translation":"Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü (Cəbraili iki gözü ilə görməsini) yalan saymadı."},{"id":12,"translation":"(Ey Müşriklər!) Siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?"},{"id":13,"translation":"(Muhamməd) Onu (Cəbraili) bir daha (isra gecəsi öz sürətində) enərkən gördü –"},{"id":14,"translation":"(Yeddinci səmadakı) Sidrətül-müntəhanın yanında."},{"id":15,"translation":"Onun yanında Məva cənnəti vardır."},{"id":16,"translation":"O zaman Sidrə ağacını bürüyən bürümüşdü."},{"id":17,"translation":"Göz (Peyğəmbərin gözü sağa-sola) yayınmadı və həddi aşmadı."},{"id":18,"translation":"O, Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü."},{"id":19,"translation":"(Ey müşriklər!) Lat və Uzzanı gördünüzmü?"},{"id":20,"translation":"Digər üçüncü olan Mənatı da?"},{"id":21,"translation":"Məgər oğlanlar sizin, qızlar Onundur (Allahındır)?!"},{"id":22,"translation":"Onda bu, ədalətsiz bir bölgüdür!"},{"id":23,"translation":"Bunlar (bütlər) sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir."},{"id":24,"translation":"Yoxsa insan üçün istədiyi şey (bütlərin onun üçün Allah yanında şəfaətçi olması) vardır?"},{"id":25,"translation":"Axirət də, dünya da Allahındır."},{"id":26,"translation":"Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və razı qaldığı kimsədən başqa (heç kəsə) heç bir fayda verməz."},{"id":27,"translation":"Axirətə inanmayanlar mələkləri (onların Allahın qızları olduğunu etiqad edərək) qadın adları ilə adlandırırlar."},{"id":28,"translation":"Onların buna dair heç bir elmi yoxdur. Onlar yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz."},{"id":29,"translation":"(Ey Peyğəmbər!) Zikrimizdən (Qurandan) üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!"},{"id":30,"translation":"Onların elmdən payı elə o qədərdir. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanı da, doğru yolda olanıda yaxşı bilir."},{"id":31,"translation":"Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür."},{"id":32,"translation":"Onlar kiçik günahlar müstəsna olmaqla, böyük günahlardan və çirkin əməllərdən (şirkdən və zinadan) çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində ruşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir."},{"id":33,"translation":"(Ey Peyğəmbər!) Üz çevirəni (Valid bin Muğiranı) gördünmü,"},{"id":34,"translation":"(malından) azacıq verib (sonra) paxıllıq edəni?"},{"id":35,"translation":"Məgər qeyb elmi onun yanındadır, o da (bunu) görür?"},{"id":36,"translation":"Yoxsa Musanın səhifələrindəkilər ona xəbər verilmədi?"},{"id":37,"translation":"Vəfalı olan İbrahimin (səhifələrindəkilər ona xəbər verilmədi?)"},{"id":38,"translation":"(O səhifələrində deyilənlərdən bəziləri bunlardır:) “Heç bir günahkar başqasının günahını daşımaz."},{"id":39,"translation":"İnsan üçün yalnız öz əməlinin əvəzi vardır."},{"id":40,"translation":"Şübhəsiz ki, onun əməli (Qiyamət günü) görünəcəkdir."},{"id":41,"translation":"Sonra da ona (əməlinin) əvəzi tam veriləcəkdir!”"},{"id":42,"translation":"Son dönüş Rəbbinədir."},{"id":43,"translation":"Güldürən də, ağladan da Odur!"},{"id":44,"translation":"Öldürən də, dirildən də Odur!"},{"id":45,"translation":"O, (insanlardan və heyvanlardan) biri erkək və biri dişi olmaqla iki cüt yaratdı."},{"id":46,"translation":"Axıdılan bir (damla) nütfədən."},{"id":47,"translation":"Təkrar diriltmək də Ona aiddir."},{"id":48,"translation":"Zəngin edən də, kasıb edən də Odur."},{"id":49,"translation":"Şiranın (müşriklərin ibadət etdiyi şira ulduzunun) da Rəbbi Odur."},{"id":50,"translation":"O, əvvəlki Adı (Ad qövmünü) məhv etdi."},{"id":51,"translation":"Səmudu da (məhv edib onlardan heç kəsi sağ) buraxmadı."},{"id":52,"translation":"Daha öncə Nuh qövmünü də (məhv etdi), çünki onlar daha zalım və daha azğın kimsələr idi."},{"id":53,"translation":"Mötəfikənin də (Lut qövmünün yurdu da) altını üstünə O çevirdi."},{"id":54,"translation":"Onların başına gətirdiyini gətirdi."},{"id":55,"translation":"(Ey insan!) Rəbbinin hansı nemətlərinə şübhə edirsən?"},{"id":56,"translation":"Bu (Muhamməd) də öncəki peyğəmbərlər kimi (Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir."},{"id":57,"translation":"Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı."},{"id":58,"translation":"Allahdan başqa heç kəs onun qarşısını ala bilməz! (Və ya: Allahdan başqa heç kəs onun vaqe olacaq vaxtı bilməz!)"},{"id":59,"translation":"Yoxsa siz bu sözə (Qurana) təəccübmü edirsiniz?!"},{"id":60,"translation":"(Ona istehza edərək) gülürsünüz, (oradakı öyüd-nəsihəti eşitdikdə) ağlamırsınız!"},{"id":61,"translation":"Və qəflət içində oynayıb əylənirsiniz (ona diqqət yetirmirsiniz)!"},{"id":62,"translation":"Allah üçün səcdəyə qapanın və (Ona) ibadət edin!"}]},{"id":54,"verses":[{"id":1,"translation":"Qiyamət saatı yaxınlaşdı və ay yarıldı."},{"id":2,"translation":"Əgər (müşriklər) bir möcüzə görsələr, üz döndərib: “Bu, davam edən bir sehrdir”– deyərlər."},{"id":3,"translation":"Onlar (haqqı) yalan saydılar və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır."},{"id":4,"translation":"Onlara (küfrdən) çəkindirən (neçə-neçə) xəbərlər gəldi."},{"id":5,"translation":"Bu (Quran) böyük bir hikmətdir. (Üz çevirənlərə) təhdidlər heç bir fayda verməz."},{"id":6,"translation":"(Ey Peyğəmbər!) Sən onlardan üz çevir. Carçının (İsrafilin) onları dəhşətli bir şeyə çağıracağı gün"},{"id":7,"translation":"onlar zəlilanə baxışlarla, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar."},{"id":8,"translation":"Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər."},{"id":9,"translation":"Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər."},{"id":10,"translation":"(Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum! Mənə yardım et!”– dedi."},{"id":11,"translation":"Biz göyün qapılarını leysan bir yağışla açdıq."},{"id":12,"translation":"Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan hər iki) su əzəldən (Lövhi-məhfuzda) təqdir edilmiş bir iş üçün bir-birinə qovuşdu."},{"id":13,"translation":"Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq."},{"id":14,"translation":"İnkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq (gəmi) Gözlərimiz önündə üzüb gedirdi."},{"id":15,"translation":"Biz onu (Nuhun hekayəsini nəsillərə) ibrət üçün saxladıq. Heç ibrət alan varmı?!"},{"id":16,"translation":"(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!"},{"id":17,"translation":"Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?"},{"id":18,"translation":"Ad (qövmü) də (elçiləri) yalan saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!"},{"id":19,"translation":"Biz onların üstünə uğursuzluğu davamlı bir gündə çox soyuq külək göndərdik."},{"id":20,"translation":"O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı."},{"id":21,"translation":"(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!"},{"id":22,"translation":"Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?"},{"id":23,"translation":"Səmud (qövmü də) peyğəmbərləri (Salehi) yalan saydı."},{"id":24,"translation":"Onlar dedilər: “Özümüzdən olan bir adama tabe olacağıq?! Elə isə biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!"},{"id":25,"translation":"Yoxsa zikir (vəhy) aramızdan yalnız ona nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”"},{"id":26,"translation":"Sabah (Qiyamət günü) onlar kimin yalançı və lovğa olduğunu biləcəklər."},{"id":27,"translation":"Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. (Ey Saleh!) Onların (nə edəcəklərini) gözlə və (əziyyətlərinə) səbir et!"},{"id":28,"translation":"Onlara xəbər ver ki, su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”"},{"id":29,"translation":"Onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da dəvəni tutub kəsdi."},{"id":30,"translation":"(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!"},{"id":31,"translation":"Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular."},{"id":32,"translation":"Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?"},{"id":33,"translation":"Lut qövmü də peyğəmbərləri yalan saydı."},{"id":34,"translation":"Biz, Lutun ailəsi müstəsna olmaqla onların üstünə daş (yağdıran külək) göndərdik. Onları sübh çağı xilas etdik –"},{"id":35,"translation":"Bizdən bir nemət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq."},{"id":36,"translation":"(Lut) onları əzabımızla qorxutdu, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar."},{"id":37,"translation":"Onlar Lutdan onun qonaqlarını (mələkləri) tələb etdilər. Biz də onların gözlərini kor etdik (və:) “Əzabımı və təhdidlərimi dadın!”– \n(dedik)."},{"id":38,"translation":"Sübh çağı onları daimi bir əzab yaxaladı."},{"id":39,"translation":"(Onlara:) Elə isə əzabımı və təhdidlərimi dadın! (dedik)."},{"id":40,"translation":"Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?"},{"id":41,"translation":"Xəbərdarlıqlar Firon nəslinə də gəldi."},{"id":42,"translation":"Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq."},{"id":43,"translation":"(Ey Məkkə əhli!) Sizin kafirləriniz onlardan (Nuhun, Adın, Səmudun, Lutun, Firon və onun qövmündən) xeyirlidirmi?! Yoxsa kitablarda sizin üçün bəraət vardır?!"},{"id":44,"translation":"Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?!"},{"id":45,"translation":"Bu dəstə məğlub olacaq və arxa çevirib qaçacaq."},{"id":46,"translation":"Xeyr! Onlara vəd edilmiş vaxt Qiyamət saatıdır. Qiyamət saatı isə daha ağır, daha acıdır."},{"id":47,"translation":"Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər."},{"id":48,"translation":"O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin toxunmasını (əzabını) dadın!”– (deyiləcəkdir)."},{"id":49,"translation":"Biz hər şeyi (əzəldən təqdir etdiyimiz) bir qədər ilə yaratdıq."},{"id":50,"translation":"Biz yalnız bir dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetər."},{"id":51,"translation":"Biz (küfür etməkdə neçə-neçə) sizə oxşayanları məhv etdik. Heç ibrət alan varmı?!"},{"id":52,"translation":"Onların etdiyi hər bir əməl (əməllərinin yazıldığı) kitablardadır."},{"id":53,"translation":"Hər bir kiçik və böyük (əməl lövhi-məhfuzda) yazılmışdır."},{"id":54,"translation":"Şübhəsiz ki, müttəqilər cənnətlərdə və çaylar kənarında,"},{"id":55,"translation":"Qadir Hökmdarın hüzurunda, haqq məclisində olacaqlar!"}]},{"id":55,"verses":[{"id":1,"translation":"Rəhman! (Mərhəmətli olan Allah!)"},{"id":2,"translation":"Quranı öyrətdi."},{"id":3,"translation":"İnsanı yaratdı."},{"id":4,"translation":"Ona bəyanı (duyğularını ifadə etməyi) öyrətdi."},{"id":5,"translation":"Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir)."},{"id":6,"translation":"Otlar (və ya ulduzlar) da, ağaclar da (Allaha) səcdə edir."},{"id":7,"translation":"(Allah) göyü ucaltdı və (yer üzündə) mizanı (ədaləti) qoydu ki,"},{"id":8,"translation":"çəkidə həddi aşmayasınız."},{"id":9,"translation":"(Əşyaları) mizanda insafla çəkin və çəkini əskiltməyin."},{"id":10,"translation":"O, yeri məxluqat üçün döşədi."},{"id":11,"translation":"Orada meyvələr və salxımlı xurma ağacları vardır."},{"id":12,"translation":"Həmçinin, saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır."},{"id":13,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":14,"translation":"O, insanı (Adəmi) saxsı kimi quru gildən yaratdı."},{"id":15,"translation":"Cannı da (Cinlərin atası olan İblisi də) xalis oddan O yaratdı."},{"id":16,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":17,"translation":"O, iki məşriqin və iki məğribin Rəbbidir."},{"id":18,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":19,"translation":"O, qarşı-qarşıya gələn (suyu şirin və acı olan) iki dənizi bir-birinə qovuşdurdu."},{"id":20,"translation":"Onların arasında bir maneə vardır, bir-birinə qatışa bilməzlər."},{"id":21,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":22,"translation":"O iki dənizdən mirvari və mərcan çıxır."},{"id":23,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":24,"translation":"Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur."},{"id":25,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":26,"translation":"Yer üzündə olan hər kəs fanidir."},{"id":27,"translation":"Yalnız cəlal və ikram sahibi olan Rəbbinin Üzü əbədidir."},{"id":28,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":29,"translation":"Göylərdə və yerdə olan hər kəs (ehtiyacını) Ondan istəyir. O hər gün bir işdədir."},{"id":30,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":31,"translation":"Ey insanlar və cinlər! (Tezliklə) sizi hesaba çəkəcəyik."},{"id":32,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":33,"translation":"Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüvvətlə keçə bilərsiniz."},{"id":34,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":35,"translation":"Üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz."},{"id":36,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":37,"translation":"Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır."},{"id":38,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":39,"translation":"O gün nə insan, nə də cin günahları barəsində sorğu-sual olunmayacaqdır."},{"id":40,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":41,"translation":"Günahkarlar simalarından (üzlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar."},{"id":42,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":43,"translation":"(Onlara belə deyiləcəkdir:) Bu, günahkarların yalan saydıqları Cəhənnəm!"},{"id":44,"translation":"Onlar onunla (Cəhənnəm atəşi ilə) olduqca qaynar su arasında dolanacaqlar."},{"id":45,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":46,"translation":"Rəbbinin hüzurunda durmaqdan qorxanlar üçün iki cənnət vardır."},{"id":47,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":48,"translation":"(O iki Cənnətin hər) ikisində də (növbənöv meyvələrlə dolu) ağaclar vardır."},{"id":49,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":50,"translation":"(Hər) ikisində də iki axar bulaq vardır."},{"id":51,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":52,"translation":"(Hər) ikisində də hər meyvədən cüt-cüt vardır."},{"id":53,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":54,"translation":"Onlar (orada) astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin meyvələri onlara yaxın olacaqdır."},{"id":55,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":56,"translation":"Orada gözlərini (öz ərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qadınlar vardır."},{"id":57,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":58,"translation":"Onlar (o qadınlar gözəllikdə) sanki yaqut və mərcandırlar."},{"id":59,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":60,"translation":"Yaxşılığın əvəzi yalnız yaxşılıq deyilmi?!"},{"id":61,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":62,"translation":"Bu Cənnətdən başqa daha iki Cənnət də vardır."},{"id":63,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":64,"translation":"Hər ikisi tünd yaşıldır."},{"id":65,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":66,"translation":"(Hər) ikisində də fışqırıb qaynayan iki bulaq vardır."},{"id":67,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":68,"translation":"(Hər) ikisində də (cürbəcür) meyvələr, xurma ağacları və nar vardır."},{"id":69,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":70,"translation":"Orada xoş xasiyyətli, gözəl (üzlü) qadınlar vardır."},{"id":71,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":72,"translation":"Çadırlar içində qorunub saxlanılmış (və ya: gözlərini öz ərlərinə dikmiş) hurilər vardır."},{"id":73,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":74,"translation":"Onlara ərlərindən öncə heç bir insan və cin toxunmamışdır."},{"id":75,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":76,"translation":"Onlar yaşıl balışlara və gözəl döşəkçələrə dirsəklənəcəklər."},{"id":77,"translation":"Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?"},{"id":78,"translation":"Cəlal və ikram sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir!"}]},{"id":56,"verses":[{"id":1,"translation":"Qiyamət vaqe olacağı zaman."},{"id":2,"translation":"Onun vaqe olacağına heç bir şübhə yoxdur."},{"id":3,"translation":"O, (kafirləri) alçaldacaq, (möminləri) ucaldacaq."},{"id":4,"translation":"Yer şiddətlə titrədiyi zaman,"},{"id":5,"translation":"Dağlar parça-parça olub ovxalandığı"},{"id":6,"translation":"(Ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,"},{"id":7,"translation":"siz üç dəstəyə ayrılacaqsınız."},{"id":8,"translation":"Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!"},{"id":9,"translation":"Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!"},{"id":10,"translation":"(Dünyada xeyirxah işlərdə) öndə gedənlər, (axirətdə də) öndədirlər!"},{"id":11,"translation":"Onlar (Allaha) yaxınlaşdırılmış kimsələrdir."},{"id":12,"translation":"Onlar Nəim cənnətlərində olacaqlar."},{"id":13,"translation":"Onların bir qismi əvvəlki ümmətlərlərdən."},{"id":14,"translation":"ِAz bir qismi də axırıncılardandır."},{"id":15,"translation":"(Onlar qızıl-gümüşlə) bəzənmiş taxtlar üstündə"},{"id":16,"translation":"qarşı-qarşıya əyləşib dirsəklənəcəklər."},{"id":17,"translation":"Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar dolanacaqlar –"},{"id":18,"translation":"çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –"},{"id":19,"translation":"ondan başları ağrımaz və məst olmazlar,"},{"id":20,"translation":"bəyənib seçdikləri meyvələr"},{"id":21,"translation":"və istədikləri quş əti ilə (onların ətrafında hərlənəcəklər)."},{"id":22,"translation":"(Onlar üçün orada) iri qara gözlü hurilər vardır –"},{"id":23,"translation":"Sanki (sədəf içində) qorunub-saxlanmış mirvariyə bənzər (hurilər)."},{"id":24,"translation":"(Bu, onlara) etdikləri əməllərin mükafatı olaraq (veriləcəkdir)."},{"id":25,"translation":"Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər."},{"id":26,"translation":"Yalnız: “Salam! Salam!”– sözləri (eşidəcəklər)."},{"id":27,"translation":"Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!"},{"id":28,"translation":"(Onlar) tikansız sidr ağacları,"},{"id":29,"translation":"meyvələri salxım-salxım asılmış banan ağacları altında,"},{"id":30,"translation":"daimi kölgədə,"},{"id":31,"translation":"daim axan su (kənarında),"},{"id":32,"translation":"çoxlu meyvələr –"},{"id":33,"translation":"tükənməyən və qadağan edilməyən (meyvələr içində)"},{"id":34,"translation":"və hündür döşəklər üstündə (olacaqlar)."},{"id":35,"translation":"Biz onları (huriləri) yeni bir biçimdə yaratdıq."},{"id":36,"translation":"Biz onları bakirə qızlar etdik –"},{"id":37,"translation":"ərlərini sevən, həmyaşıdlar."},{"id":38,"translation":"(Bunlar) sağ tərəf sahibləri üçündür."},{"id":39,"translation":"Onların bir qismi əvvəlkilərdən,"},{"id":40,"translation":"bir qismi də axırıncılardandır."},{"id":41,"translation":"Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!"},{"id":42,"translation":"Onlar qızmar yel və qaynar su içində,"},{"id":43,"translation":"qapqara duman kölgəsində olacaqlar."},{"id":44,"translation":"(Bu duman) nə sərin, nə də xoşagələndir."},{"id":45,"translation":"Onlar bundan əvvəl (dünyada) cah-calal içində idilər,"},{"id":46,"translation":"böyük günah işləməkdə (Allaha şərik qoşmaqda) israr edirdilər"},{"id":47,"translation":"və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyik?"},{"id":48,"translation":"Yaxud əvvəlki atalarımızda (dirildiləcəklərmi)?!”"},{"id":49,"translation":"(Ey Peyğəmbər!) De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,"},{"id":50,"translation":"bəlli bir günün (Qiyamət gününün) müəyyən vaxtında mütləq cəm ediləcəklər."},{"id":51,"translation":"Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!"},{"id":52,"translation":"Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,"},{"id":53,"translation":"qarınlarınızı onunla dolduracaqsınız,"},{"id":54,"translation":"üstündən də qaynar su içəcəksiniz."},{"id":55,"translation":"Siz (onu) susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz”."},{"id":56,"translation":"Bu, onların Din günündəki ziyafətidir."},{"id":57,"translation":"Sizi Biz yaratdıq. Kaş ki (dirildiləcəyinizi) təsdiq etsəniz!"},{"id":58,"translation":"Axıtdığınız nütfəni gördünüzmü?!"},{"id":59,"translation":"Onu siz yaradırsınız, yoxsa Bizik yaradan?!"},{"id":60,"translation":"Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz."},{"id":61,"translation":"Sizin yerinizə bənzərlərinizi gətirmək və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yenidən yaratmağa (Bizə mane olan tapılmaz)."},{"id":62,"translation":"Siz ilk yaradılışı bilirsiniz. Kaş ki (dirildiləcəyiniz barədə) düşünsəniz!"},{"id":63,"translation":"Əkdiyinizi gördünüzmü?!"},{"id":64,"translation":"Onu siz bitirirsiniz, yoxsa Bizik bitirən?!"},{"id":65,"translation":"Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də təəccüb edərdiniz,"},{"id":66,"translation":"(və deyərdiniz:) “Biz ziyana uğradıq."},{"id":67,"translation":"Xeyr, biz (ruzidən) məhrum olanlardanıq!”"},{"id":68,"translation":"İçdiyiniz suyu gördünüzmü?!"},{"id":69,"translation":"Onu buluddan siz endirirsiniz, yoxsa Bizik endirən!"},{"id":70,"translation":"Əgər istəsəydik, onu acı edərdik. Kaş ki şükür etsəniz!"},{"id":71,"translation":"Yandırdığınız odu gördünüzmü?!"},{"id":72,"translation":"Onun ağacını siz yaradırsınız, yoxsa Bizik yaradan!"},{"id":73,"translation":"Biz onu (Cəhənnəmi) xatırlamaq və müsafirlərin faydalanması üçün yaratdıq."},{"id":74,"translation":"(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!"},{"id":75,"translation":"Ulduzların batdığı yerlərə and olsun!"},{"id":76,"translation":"Şübhəsiz ki, bu, böyük bir anddır. Kaş ki biləydiniz."},{"id":77,"translation":"Həqiqətən, o, çox dəyərli Qurandır,"},{"id":78,"translation":"qorunub saxlanılan kitabdadır (lövhi-məhfuzdadır)."},{"id":79,"translation":"Ona yalnız pak olanlar toxunar."},{"id":80,"translation":"O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir."},{"id":81,"translation":"(Ey müşriklər!) Siz bu kəlamı yalanmı sayırsınız?!"},{"id":82,"translation":"Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqlamı edirsiniz?!"},{"id":83,"translation":"(Can) boğaza yetişdiyi zaman –"},{"id":84,"translation":"həmin an siz (qarşınızda can verən kimsəyə) baxırsınız."},{"id":85,"translation":"Biz ona (elmimiz və ya mələklərimizlə) sizdən daha yaxınıq, lakin siz isə (bunu) görmürsünüz."},{"id":86,"translation":"Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız"},{"id":87,"translation":"əgər doğru danışanlarsınızsa, onda, o canı geri qaytarın."},{"id":88,"translation":"Amma əgər o, (ölən kimsə Allaha) yaxın olanlardandırsa,"},{"id":89,"translation":"onda rahatlıq, gözəl ruzi və Nəim Cənnəti vardır."},{"id":90,"translation":"Əgər o, sağ tərəf sahiblərindəndirsə,"},{"id":91,"translation":"(ona:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir)."},{"id":92,"translation":"Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,"},{"id":93,"translation":"(onun) ziyafəti qaynar su olacaq,"},{"id":94,"translation":"özü də Cəhənnəmdə yanacaqdır."},{"id":95,"translation":"Həqiqətən, bu (qullara əməllərinin əvəzi verilməsi), açıq-aydın bir haqqdır."},{"id":96,"translation":"(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!"}]},{"id":57,"verses":[{"id":1,"translation":"Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":2,"translation":"Göylərin və yerin mülkü Ona məxsusdur. Dirildir, öldürür. O, hər şeyə qadirdir."},{"id":3,"translation":"O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir."},{"id":4,"translation":"Göyləri və yeri altı gündə yaradan, sonra Ərşin üzərinə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız, O (elmi ilə) sizinlədir. Allah nə etdiklərinizi görür."},{"id":5,"translation":"Göylərin və yerin mülkü Ona məxsusdur. (Sonda bütün) işlər Allaha qaytarılacaqdır."},{"id":6,"translation":"O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, sinələrdə (qəlblərdə) olanları biləndir."},{"id":7,"translation":"Allaha və Onun Rəsuluna iman gətirin! İxtiyarınıza verdiyi maldan (Allah yolunda) xərcləyin! Sizdən iman gətirib (mallarından) xərcləyənləri böyük bir mükafat gözləyir."},{"id":8,"translation":"Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz?! Əgər siz möminsinizsə, (bilin ki,) artıq O, sizdən (atanız Adəmin belindən çıxararaq) əhd almışdır."},{"id":9,"translation":"Sizi zülmətlərdən nura çıxartmaq üçün quluna (Muhammədə) açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə qarşı çox şəfqətlidir, rəhmlidir."},{"id":10,"translation":"Sizə nə olub ki, (malınızdan) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allaha məxsusdur. Sizlərdən (mallarını Məkkənin) fəthindən əvvəl xərcləyib (kafirlərə qarşı) döyüşənlər (başqaları ilə) eyni deyillər. Onların dərəcəsi (mallarını fəthdən) sonra xərcləyib döyüşənlərdən daha üstündür. Allah onların hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":11,"translation":"Kim Allaha gözəl bir borc verərsə, Allahda onun üçün (bunun əvəzini) qat-qat artırar. Onun üçün çox dəyərli bir mükafat (Cənnət) vardır."},{"id":12,"translation":"O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərində və sağ tərəflərində getdiyini görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!”– (deyiləcəkdir). Bu, böyük uğurdur."},{"id":13,"translation":"O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bizi gözləyin ki, sizin nurunuzdan bir az alaq”– deyəcəklər. (Onlara) deyiləcək: “Geriyə qayıdıb nur axtarın!” Onların arasına qapısının içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan bir sədd çəkiləcəkdir."},{"id":14,"translation":"(Münafiqlər) onlara səslənib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü (nifaqla və qəlbinizdə küfürü gizlətməklə) fitnəyə saldınız, (Muhammədə və möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allahın əmri (ölüm) gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı."},{"id":15,"translation":"Bu gün nə sizdən, nə də kafirlərdən fidyə qəbul olunar. Gedəcəyiniz yer də Oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”"},{"id":16,"translation":"Möminlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən öncə Kitab verilmiş kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onların üzərindən (peyğəmbərləri ilə özləri arasından) uzun bir müddət keçdi və qəlbləri sərtləşmişdi. Onların çoxu fasiq kimsələrdir."},{"id":17,"translation":"Bilin ki, Allah yer üzünü ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız."},{"id":18,"translation":"Sədəqə verən kişilərə və sədəqə verən qadınlara və Allaha gözəl borc verənlərə, verdiklərinin qarşılığı qat-qat veriləcəkdir. Onlar üçün çox dəyərli bir mükafat (Cənnət) vardır."},{"id":19,"translation":"Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar siddiqlərdir. Şəhidlərin də Rəbbi yanında mükafatı və nuru vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə isə, onlar Cəhənnəm əhlidirlər."},{"id":20,"translation":"Bilin ki, dünya həyatı oyun, əyləncə, bər-bəzək, aranızda öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kafirlər və münafiqlər üçün) axirətdə şiddətli əzab, (möminlər üçün isə) Allahdan bağışlanma və razılıq vardır. Dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyildir."},{"id":21,"translation":"(Ey insanlar!) Rəbbinizdən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir."},{"id":22,"translation":"Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Kitabda (lövhi-məhfuzda) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır."},{"id":23,"translation":"(Ey insanlar!) Bu, əlinizdən çıxana kədərlənməməyiniz və Allahın sizə verdiyinə fərəhlənməməyiniz üçündür. Allah heç bir özündən razını, (özü ilə) fəxr edəni sevməz."},{"id":24,"translation":"Onlar həm özləri xəsislik edib, həm də insanlara xəsis olmağı əmr edən kimsələrdir. Kim (haqdan) üz çevirsə, (bilsin ki,) Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir."},{"id":25,"translation":"Biz elçilərimizi aydın dəlillərlə göndərdik, onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri bilsin. Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir."},{"id":26,"translation":"Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və Kitabı (Tövratı, İncili, Zəburu və Quranı) onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir."},{"id":27,"translation":"Sonra onların ardından ardıcıl olaraq elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz onu (rahibliyi) vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir."},{"id":28,"translation":"Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz rəhmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir."},{"id":29,"translation":"Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf (peyğəmbərlik, elm və təqva) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir."}]},{"id":58,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) Əri (Əvs bin Samit) barəsində səninlə mücadilə edən və Allaha şikayətlənən qadının (Xəvləh bint Səaləbənin) sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir."},{"id":2,"translation":"Sizlərdən öz qadınlarını zihar edənlərin (öz analarına bənzədənlərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları doğan qadınlardır. Onlar (qadınlarını zihar edənlər) münkər və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır."},{"id":3,"translation":"Qadınlarını zihar edib sonra dediklərindən dönənlər, onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə olaraq) bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":4,"translation":"Kim (azad etməyə bir kölə) tapmasa, (qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış miskin yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlardır. Kafirlər üçün ağrılı-acılı bir əzab vardır."},{"id":5,"translation":"Allaha və Onun Rəsuluna qarşı düşmənçilik edənlər, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirlər üçün alçaldıcı bir əzab vardır."},{"id":6,"translation":"O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları (əməllərini bir-bir sayıb) hesaba almış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər şeyə şahiddir."},{"id":7,"translation":"(Ey Peyğəmbər!) Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsənmi? Üç nəfərin gizli danışdığı yerdə dördüncüsü Odur. Beş nəfərin gizli danışdığı yerdə altıncısı Odur. İstər bundan az, istərsə də çox olsunlar, harada olursa olsunlar, Allah (elmi ilə) onlarladır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi biləndir."},{"id":8,"translation":"(Ey Peyğəmbər!) Məgər gizli danışmaq qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə asi olmaq barədə öz aralarında gizli-gizli danışanları (yəhudiləri) görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır (\"əssəlamu əleykə\" əvəzinə \"əsammu əleykə - sənə ölüm olsun!\" - deyir) və öz-özlərinə: “(Əgər o həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”– deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir!"},{"id":9,"translation":"Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə asi olmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanacağınız Allahdan qorxun!"},{"id":10,"translation":"Şübhəsiz ki, gizli danışmalar iman gətirənləri kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Allahın izni olmadıqca (Şeytan), onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər."},{"id":11,"translation":"Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!”– deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!”– deyildikdə qalxın. Allah sizdən iman gətirənləri ucaldar və özlərinə elm verilmiş kimsələri isə daha yüksək dərəcələrə qaldırar. Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":12,"translation":"Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən öncə sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir."},{"id":13,"translation":"Yoxsa siz gizli söhbətinizdən öncə sədəqələr verməkdən qorxdunuzmu? Əgər siz (bunu) etmədinizsə (sədəqə vermədinizsə) və Allah da tövbənizi qəbul edibsə, o zaman namaz qılıb zəkat verin, Allaha və Onun rəsuluna itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":14,"translation":"(Ey Peyğəmbər!) Məgər sən, Allahın qəzəbinə gələn bir qövmlə (yəhudilərlə) dostluq edənləri (münafiqləri) görmədinmi? Onlar (münafiqlər) nə sizdəndirlər, nə də onlardan (yəhudilərdən). Onlar bilə-bilə yalandan and içirlər."},{"id":15,"translation":"Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir."},{"id":16,"translation":"Onlar andlarını özlərinə sipər edib (insanları) Allah yolundan döndərdilər. Onlar üçün alçaldıcı bir əzab vardır."},{"id":17,"translation":"Onların nə malları, nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcək. Onlar Cəhənnəm sakinləridir və onlar orada əbədi qalacaqlar."},{"id":18,"translation":"O gün Allah onların hamısını dirildəcək, (dünyada) sizə (özlərinin mömin olduqlarına dair) and içdikləri kimi, Allaha da (eyni ilə) and içəcək və (bununla) nə isə əldə etdiklərini güman edəcəklər. Bilin ki, onlar əsl yalançılardır."},{"id":19,"translation":"Şeytan onlara hakim olmuş və Allahın zikrini onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, Şeytanın firqəsi - məhz onlar ziyana uğrayanlardır!"},{"id":20,"translation":"Allaha və Onun Rəsuluna qarşı düşmənçilik edənlər ən zəlil kimsələr arasında olacaqlar."},{"id":21,"translation":"Allah (lövhi-məhfuzda belə) yazmışdır: “Mən və elçilərim mütləq qalib gələcəyik!” Həqiqətən, Allah qüvvətlidir, qüdrətlidir."},{"id":22,"translation":"(Ey Peyğəmbər!) Allaha və Axirət gününə iman gətirən bir qövmün – ataları, oğulları, qardaşları yaxud qohum-əqrəbaları olsalar belə – Allaha və Onun Rəsuluna düşmən olan kimsələrə sevgi bəslədiyini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidir. Bilin ki, məhz Allahın firqəsi nicat tapanlardır."}]},{"id":59,"verses":[{"id":1,"translation":"Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":2,"translation":"Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayan Bəni Nadir qəbiləsini) ilk sürgündə yurdlarından çıxardan Odur. (Ey möminlər!) Siz onların (öz yurdlarından) çıxacaqlarını zənn etmirdiniz. Onlar da qalalarının onları Allahdan qoruyacağını zənn edirdilər. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət alın, ey ağıl sahibləri!"},{"id":3,"translation":"Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada (başqa) əzab verərdi. Axirətdə isə onlar üçün Cəhənnəm əzabı vardır."},{"id":4,"translation":"Bu, onların Allaha və Onun Rəsuluna qarşı düşmənçilik etdiklərinə görədir. Kim Allaha qarşı düşmənçilik edərsə, (bilsin ki,) həqiqətən, Allah şiddətli cəza verəndir."},{"id":5,"translation":"(Ey möminlər! Bəni Nadir qəbiləsinin) xurma ağaclarını kəsməyiniz, yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Bu (Allahın) fasiqləri rəzil etməsi üçündür."},{"id":6,"translation":"Allahın Öz rəsuluna onlardan (Bəni Nadir qəbiləsinin mallarından) verdiyi qənimətlərə tərəf siz nə at (çapıb), nə də dəvə sürdünüz. Lakin Allah, elçilərini istədiyi kəslər üzərində hakim edər. Allah hər şeyə qadirdir."},{"id":7,"translation":"Allahın Öz rəsuluna (fəth edilən) məmləkətlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, onun qohum-əqrəbasına, yetimlərə, miskinlərə və müsafirlərə məxsus edilmişdir ki, (o mallar) aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Allahın rəsulu sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası şiddətlidir."},{"id":8,"translation":"(Qənimətlər həmçinin) Allahın lütfünü və razılığını qazanmağa can atan, Allaha və Onun rəsuluna yardım edərkən yurdlarından çıxardılan və mallarından məhrum edilən yoxsul mühacirlərə aiddir. Doğru olanlar da məhz onlardır."},{"id":9,"translation":"Onlardan (mühacirlərdən) öncə (Mədinədə) yurd salmış, (sonra da) iman gətirmiş kimsələr (ənsarlar) öz yanlarına hicrət edənləri sevər, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır."},{"id":10,"translation":"Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Qəlblərimizdə iman gətirənlərə qarşı kinə və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən şəfqətlisən, rəhmlisən!”"},{"id":11,"translation":"Münafiqlərin, Kitab əhlindən kafir olan (yəhudi) qardaşlarına: “Əgər siz (yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə çıxacaq və sizə qarşı heç vaxt heç kəsə itaət etməyəcəyik. Əgər (müsəlmanlar) sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!”– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir."},{"id":12,"translation":"Əgər onlar (Bəni Nadir qəbiləsindən olan yəhudilər yurdlarından) çıxarılsalar, (münafiqlər) onlarla birlikdə çıxmazlar. Əgər (müsəlmanlar) onlara qarşı vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) köməklik göstərməzlər. Əgər (münafiqlər) onlara yardım etmiş olsalar, geri dönüb qaçar, sonra da onlara (Bəni Nadir qəbiləsinə) heç bir kömək edilməz."},{"id":13,"translation":"(Ey möminlər!) Onların (münafiqlərlə yəhudilərin) qəlblərində sizə qarşı olan qorxu, Allaha olan qorxularından daha şiddətlidir. Çünki onlar anlamayan bir qövmdür."},{"id":14,"translation":"(Ey möminlər!) Onlar (yəhudilər) cəm halda sizə qarşı yalnız möhkəm şəhərlərdə və ya divarlar arxasından vuruşarlar. Aralarındakı düşmənçilik isə şiddətlidir. (Ya Peyğəmbər!) Sən onların birgə olduqlarını güman edirsən, halbuki onların qəlbləri müxtəlifdir. Bu, onların dərk etməyən bir qövm olduqları üçündür."},{"id":15,"translation":"Onlar (yəhudilər) özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış kimsələrə (Bədrdə məğlub edilmiş Məkkə müşriklərinə) bənzəyirlər. Onlara (axirətdə) ağrılı-acılı bir əzab vardır."},{"id":16,"translation":"(Münafiqlərin Bəni Nadir yəhudilərini aldatmasının məsəli) şeytanın məsəli kimidir. Şeytan insana: “Kafir ol!”– deyər. İnsan kafir olunca: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyər."},{"id":17,"translation":"(Nəhayət) onların hər ikisinin (Şeytanın və onun aldatdığı kimsənin) aqibəti Cəhənnəmdə əbədi qalmaq oldu. Zalımların cəzası budur."},{"id":18,"translation":"Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":19,"translation":"Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir."},{"id":20,"translation":"Cəhənnəm əhli ilə Cənnət əhli eyni ola bilməz. Məhz Cənnət əhli uğur qazanan kimsələrdir."},{"id":21,"translation":"(Ey Peyğəmbər!) Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onu Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar düşünsünlər deyə çəkirik."},{"id":22,"translation":"O, Özündən başqa heç bir ilah olmayan, qeybi və aşkarı bilən Allahdır. O, Rəhmandır, Rəhimdir."},{"id":23,"translation":"O, Özündən başqa heç bir ilah olmayan, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Salam (bütün eyib və naqis sifətlərdən uzaq), Mömin (haqqı təsdiq edən və qullarına əmin-amanlıq bəxş edən), Muhəymin (hər bir şeyi müşahidə edən), Əziz (yenilməz güc-qüvvət sahibi), Cabbar (istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan), Mutəkəbbir (əzəmətli, təkəbbürlü və məxluqata aid sifətlərdən uzaq) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır."},{"id":24,"translation":"O, Xaliq (yaradan), Bəri (yoxdan var edən), Musavvir (məxluqatına istədiyi surəti verən) Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir. O, Qüdrətlidir, Hikmət sahibidir."}]},{"id":60,"verses":[{"id":1,"translation":"Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlara mehribanlıq göstərirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi özünüzə dost tutmayın). Siz onlara gizlincə sevgi bəsliyirsiniz (sirrinizi açıb onlara deyirsiniz). Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, artıq haqq yoldan azmışdır!"},{"id":2,"translation":"Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər."},{"id":3,"translation":"Nə qohum-əqrabanız, nə də övladlarınız sizə bir fayda verəcəkdir. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir."},{"id":4,"translation":"İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz sizi inkar edirik. Siz tək olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəm. Lakin Allahdan sənə gələn əzabı dəf edə bilməyəcəm!”– deməsi müstəsnadır. (Onlar belə dedilər:) “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir."},{"id":5,"translation":"Ey Rəbbimiz! Bizi kafirlərin fitnəsinə (əzabına) məruz qoyma. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrət və Hikmət sahibisən!”"},{"id":6,"translation":"(Ey möminlər!) Onlarda (İbrahim və onunla birlikdə olanlarda) sizin üçün – Allaha və Axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə, (bilsin ki,) Allah Zəngindir, Tərifəlayiqdir."},{"id":7,"translation":"(Ey möminlər!) Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kimsələr arasında məhəbbət yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhmlidir."},{"id":8,"translation":"Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətlə davranmanızı sizə qadağan etməz. Şübhəsiz ki, Allah ədalətli olanları sevər."},{"id":9,"translation":"Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır."},{"id":10,"translation":"Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahan edin. Allah onların imanını daha yaxşı bilir. Əgər o qadınların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə) halaldır, nə də onlar (o kafirlər) bunlara (bu qadınlara) halaldırlar. (Kafirlərin bu qadınlara) sərf etdiklərini (mehri) özlərinə (kafir ərlərinə) qaytarın. (Həmin) qadınların mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Ey Möminlər! İslama gəldikdən sonra mürtəd olan qadınlara) verdiyiniz mehri (onların kafir ərlərindən) tələb edin. (Kafirlər də İslamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri qoy (sizdən) tələb etsinlər. Bu, Allahın hökmüdür. O sizin aranızda hökm verir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir."},{"id":11,"translation":"Əgər zövcələrinizdən hər hansı biri sizi tərk edib (mürtəd olaraq) kafirlərin yanına getsə və siz də (kafirlərlə) vuruşub qalib gəlsəniz, (ələ keçirdiyiniz qənimətdən) zövcələri çıxıb getmiş kimsələrə onların sərf etdikləri (mehr) qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!"},{"id":12,"translation":"Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasında olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir."},{"id":13,"translation":"Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş bir qövmlə dostluq etməyin. Kafirlər qəbirdəkilərin (bir daha) diriləcəyinə inanmadıqları kimi Axirət gününə də inanmırlar."}]},{"id":61,"verses":[{"id":1,"translation":"Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":2,"translation":"Ey iman gətirənlər! Etmədiyiniz bir şeyi nə üçün deyirsiniz?!"},{"id":3,"translation":"Etmədiyiniz bir şeyi deməyiniz Allah yanında böyük qəzəblə qarşılanır."},{"id":4,"translation":"Şübhəsiz ki, Allah, Onun yolunda sanki möhkəm bir divar kimi səf-səf düzülüb vuruşanları sevər."},{"id":5,"translation":"Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın rəsulu olduğumu bildiyiniz halda, nə üçün mənə əziyyət verirsiniz?!” Onlar (doğru yoldan) azdıqda, Allah da onların qəlblərini azdırdı. Allah fasiq bir qövmü doğru yola yönəltməz."},{"id":6,"translation":"(Ey Peyğəmbər! Xatırla ki,) bir zaman Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən mən, Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə (sizi) müjdələyən bir elçisiyəm!” Sonra (İsa yaxud Əhməd) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər."},{"id":7,"translation":"İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz."},{"id":8,"translation":"Onlar öz ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər. Kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaqdır."},{"id":9,"translation":"Müşriklər istəməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək üçün Öz rəsulunu hidayət və haqq dinlə göndərən Odur."},{"id":10,"translation":"Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi?"},{"id":11,"translation":"(Bu,) Allaha və Onun rəsuluna iman gətirməyiniz, malınız və canınızla Allah yolunda cihad etməyinizdir. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir."},{"id":12,"translation":"(Belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Bu, böyük uğurdur."},{"id":13,"translation":"(Sizin üçün) sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. (Ey Peyğəmbər!) Möminləri (bununla) müjdələ."},{"id":14,"translation":"Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir tayfa iman gətirdi, digər bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər."}]},{"id":62,"verses":[{"id":1,"translation":"Göylərdə və yerdə olanların hamısı, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Əziz (yenilməz güc-qüvvət sahibi) və Hikmətli olan Allahı təsbih edirlər."},{"id":2,"translation":"Ummilərə (yazıb-oxumağı bilməyən ərəblərə) özlərindən onlara Allahın ayələrini oxuyan, onları pis əməllərdən təmizləyən, onlara Kitabı və Hikməti (Quran və Sünnəni) öyrədən bir Peyğəmbər göndərən Odur. Halbuki onlar bundan öncə açıq-aydın azğınlıq içində idilər."},{"id":3,"translation":"(Allah səni) hələ onlara (yazıb-oxumağı bilməyən ərəblərə) qoşulmayan başqalarına da (elçi göndərmişdir). O, Qüdrətlidir, Hikmət sahibidir."},{"id":4,"translation":"Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir."},{"id":5,"translation":"Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlərin məsəli, belində kitablar daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağın məsəlinə bənzəyir. Allahın ayələrini yalan sayan qövmün məsəli necə də pisdir. Allah zalım qövmü doğru yola yönəltməz."},{"id":6,"translation":"(Ey Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda (Allahdan özünüzə) ölüm diləyin!”"},{"id":7,"translation":"Onlar öz əlləri ilə etdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları biləndir."},{"id":8,"translation":"(Ey Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”."},{"id":9,"translation":"Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!"},{"id":10,"translation":"Namaz qurtardıqdan sonra yer üzünə dağılışıb Allahın lütfündən (ruzisindən) axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız."},{"id":11,"translation":"Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə xütbə oxuyarkən) ayaq üstə olduğun halda tərk etdilər. (Ey Peyğəmbər!) De: “Allah yanında olan savab əyləncədən və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən xeyirlisidir”."}]},{"id":63,"verses":[{"id":1,"translation":"(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikdə: “Biz sənin, Allahın Rəsulu olduğuna şəhadət veririk!”– deyirlər. Allah sənin, Onun Rəsulu olduğunu bilir. Allah, münafiqlərin yalançı olduqlarına şahiddir."},{"id":2,"translation":"Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Onların etdikləri əməllər necə də pisdir!"},{"id":3,"translation":"Bu, onların (öncə) iman edib sonra küfür etmələri, bu yüzdən də qəlblərinə möhür vurulması səbəbiylədir. Artıq onlar anlamazlar."},{"id":4,"translation":"(Ey Peyğəmbər!) Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Sanki, onlar (divara) söykədilmiş kötüklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan üz çevirirlər!"},{"id":5,"translation":"Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman (istehza ilə) başlarını yelləyir və sən onların təkəbbürlə üz döndərdiklərini görürsən."},{"id":6,"translation":"(Ey Peyğəmbər!) Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz."},{"id":7,"translation":"Onlar: “Allahın Rəsulu yanında olanlara (mühacirlərə) bir şey xərcləməyin ki, dağılıb getsinlər!”– deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar."},{"id":8,"translation":"Onlar (münafiqlər): “Əgər biz Mədinəyə qayıtsaq, ən izzətli olan, ən zəlil olanı mütləq oradan çıxardacaqdır!”– deyirlər. Halbuki izzət yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilmirlər."},{"id":9,"translation":"Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Kim bunu etsə (bilsin ki,) onlar ziyana uğrayanlardır."},{"id":10,"translation":"Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməzdən öncə sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin."},{"id":11,"translation":"Allah, əcəli çatmış bir nəfsin ölümünü əsla gecikdirməz. Allah nə etdiklərinizdən xəbərdardır."}]},{"id":64,"verses":[{"id":1,"translation":"Göylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. Mülk Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir."},{"id":2,"translation":"(Ey insanlar!) Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür."},{"id":3,"translation":"O, göyləri və yeri haqqla (ədalət və hikmətlə) yaratdı, sizə surət verdi, surətlərinizi də gözəl şəklə saldı. Dönüş də Onadır."},{"id":4,"translation":"O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah sinələrdə (qəlblərdə) olanları biləndir."},{"id":5,"translation":"(Ey Məkkə müşrikləri!) Məgər daha öncə (Nuh, Ad, Səmud qövmləri kimi) kafir olanların xəbəri sizə gəlib çatmadımı? Onlar (dünyada) etdiklərinin cəzasını daddılar. Onlar üçün (axirətdə) acılı-ağrılı bir əzab vardır."},{"id":6,"translation":"Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir insanmı doğru yol göstərəcəkdir?”– deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allah heç nəyə möhtac deyildir. Allah Zəngindir, Tərifəlayiqdir."},{"id":7,"translation":"Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. (Ey Peyğəmbər!) De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə (dünyada) etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır!”"},{"id":8,"translation":"(Ey insanlar!) Allaha, Onun rəsuluna və nazil etdiyimiz Nura (Qurana) iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır."},{"id":9,"translation":"O gün (Allah) sizi Toplanma (Qiyamət) günü üçün cəm edəcəkdir. Həmin gün qarşılıqlı aldanma günüdür. Kim Allaha iman gətirib saleh əməl etsə, (Allah) onun günahlarını bağışlayar və onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük uğurdur."},{"id":10,"translation":"Kafir olub ayələrimizi yalan sayanlar isə, onlar Cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!"},{"id":11,"translation":"Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi biləndir."},{"id":12,"translation":"Allaha və Onun Rəsuluna itaət edin! Əgər üz çevirsəniz, (bilin ki,) Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğ etməkdir."},{"id":13,"translation":"Allah! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər."},{"id":14,"translation":"Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, (bilin ki,) Allah bağışlayandır, rəhmlidir."},{"id":15,"translation":"Mallarınız və övladlarınız (sizin üçün) ancaq bir fitnədir (imtahandır). Böyük mükafat (Cənnət) isə Allah yanındadır."},{"id":16,"translation":"Allahdan bacardığınız qədər qorxun. (Peyğəmbərə) qulaq asın, (ona) itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin xəsisliyindən qorunanlar – məhz onlar nicat tapanlardır."},{"id":17,"translation":"Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, həlimdir."},{"id":18,"translation":"(Allah) qeybi və aşkarı biləndir, Qüdrətlidir, Hikmət sahibidir."}]},{"id":65,"verses":[{"id":1,"translation":"Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə (iddə) müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın. Gözləmə (iddə) müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri müstəsna olmaqla, evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa artıq özünə zülm etmiş olar. Bilmirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin qəlbinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).\n."},{"id":2,"translation":"Gözləmə (iddə) vaxtı bitdikdə onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan şəriətə müvafiq qaydada ayrılın. (Zövcələrinizi saxlamaq və ya onlardan ayrılmaq istədikdə sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Ey şahidlər! Siz də) Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən öyüd-nəsihət budur. Kim Allahdan qorxarsa, Allah ona (hər sıxıntıdan) bir çıxış yolu açar"},{"id":3,"translation":"və ona gözləmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün (müəyyən) bir ölçü qoymuşdur."},{"id":4,"translation":"Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın gözləmə (iddə) müddəti barədə şübhə etsəniz, onların, eləcə də (yaşlarının azlığı üçün) hələ heyz görməmiş olanların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə (iddə) müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar."},{"id":5,"translation":"Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar."},{"id":6,"translation":"Onlara (boşadığınız qadınlara gözləmə müddətləri bitənədək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Əgər sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Əgər (bu işdə) razılığa gələ bilməsəniz, (bu zaman) uşağı ata üçün başqa bir qadın əmizdirməlidir."},{"id":7,"translation":"Qoy var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə ona verdiyindən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq edəcəkdir."},{"id":8,"translation":"Neçə-neçə məmləkət əhli öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onları şiddətli haqq-hesaba çəkib dəhşətli əzaba düçar etdik."},{"id":9,"translation":"Onlar əməllərinin cəzasını daddılar və aqibətləri ziyana uğramaq oldu."},{"id":10,"translation":"Allah onlar üçün şiddətli əzab hazırlamışdır. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etdi."},{"id":11,"translation":"İman gətirib saleh əməllər edənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi göndərdi. Kim Allaha iman gətirib saleh əməl etsə, Allah onu (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Allah ona gözəl ruzi bəxş etmişdir."},{"id":12,"translation":"Yeddi (qat) göyü və yeri də onun misli qədər (yeddi qat) yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın elminin hər şeyi əhatə etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında nazil olar."}]},{"id":66,"verses":[{"id":1,"translation":"Ey Peyğəmbər! Zövcələrinin razılığını diləyərək Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən?! Allah Bağışlayandır, Rəhmlidir."},{"id":2,"translation":"Allah, andlarınızı (kəffarə verməklə) pozmağı sizə izin vermişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Hikmət sahibidir."},{"id":3,"translation":"Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Hafsaya sirr olaraq bir) söz söylədi. O da (Hafsa da) bunu (Aişəyə) xəbər verdikdə və Allah da bunu ona (Peyğəmbərə) aşkar etdikdə, o (Peyğəmbər), bunun bir qismini (Hafsaya) bildirdi, digər bir qismini bildirməkdən isə vaz keçdi. (Peyğəmbər) bunu ona (Hafsaya) bildirdikdə o dedi: “Bunu sənə kim xəbər verdi?” O da: “Bunu mənə (hər şeyi) Bilən, (hər şeydən) Xəbərdar olan (Allah) xəbər verdi!”– dedi."},{"id":4,"translation":"(Ey Hafsa və Aişə!) Hər ikiniz Allaha tövbə etməlisiniz. Çünki ikinizin də qəlbi (günaha) meyl etmişdir. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə dəstək versəniz, (bilin ki,) Allah, Cəbrail və saleh möminlər onun (dostu və) yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır."},{"id":5,"translation":"Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha xeyirli, müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul və bakirə zövcələr nəsib etsin."},{"id":6,"translation":"Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və sərt təbiətli mələklər vardır."},{"id":7,"translation":"Ey kafir olanlar! Bu gün üzr diləməyin. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!"},{"id":8,"translation":"Ey iman gətirənlər! Allaha səmimi tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah, Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmaz .Onların nuru önlərindən və sağ tərəflərində gedərkən onlar: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”– deyəcəklər."},{"id":9,"translation":"Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir!"},{"id":10,"translation":"Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onların hər ikisi, Bizim saleh qullarımızdan iki qulun nikahında idilər. Onlar ərlərinə xəyanət etdilər və ərləri onları Allahdan (Allahın əzabından) heç cür xilas edə bilmədilər. Onlara: “Oda girənlərlə birgə ikiniz də ora girin!”– deyildi."},{"id":11,"translation":"Allah iman gətirənlərə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım qövmdən xilas et!”– demişdi."},{"id":12,"translation":"(Allah, həmçinin,) ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona (Cəbrail vasitəsilə libasının yaxasından) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu."}]},{"id":67,"verses":[{"id":1,"translation":"Mülk Əlində Olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır. O hər şeyə qadirdir."},{"id":2,"translation":"Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır."},{"id":3,"translation":"Yeddi göyü bir-birinin üzərində yaradan Odur. Sən Rəhmanın yaratdığında bir uyğunsuzluq görməzsən. Gözünü qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi?"},{"id":4,"translation":"Sonra gözünü qaldırıb (göyə) təkrar təkrar bax. Göz (orada bir uyğunsuzluq tapmayıb) zəlil və yorğun halda özünə tərəf dönəcəkdir."},{"id":5,"translation":"Biz səmanı ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq."},{"id":6,"translation":"Rəbbinə küfür edənlər Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir."},{"id":7,"translation":"Onlar (kafirlər) oraya atıldıqda Cəhənnəmin dəhşətli uğultuyla qaynadığını eşidəcəklər."},{"id":8,"translation":"Cəhənnəm qəzəbindən az qala parçalansın. Ora (Cəhənnəmə) hər dəfə bir dəstə atıldıqda onun gözətçiləri onlardan: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”– deyə soruşacaqlar."},{"id":9,"translation":"Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik."},{"id":10,"translation":"Onlar: “Əgər biz (peyğəmbərləri) dinləsəydik və ya anlasaydıq Cəhənnəm əhli içində olmazdıq!”– deyəcəklər."},{"id":11,"translation":"Onlar öz günahlarını etiraf etdilər. Cəhənnəm əhli (Allahın rəhmətindən) uzaq olsun!"},{"id":12,"translation":"Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat var."},{"id":13,"translation":"(Ey insanlar!) Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də (fərqi yoxdur). O, sinələrdə (qəlblərdə) olanları biləndir."},{"id":14,"translation":"Məgər yaradan (Allah) yaratdığını bilməzmi? O, Lətifdir (hər şeyi incəliyinə qədər biləndir) və (hər şeydən) Xəbərdar."},{"id":15,"translation":"Yeri sizin ixtiyarınıza verən Odur. Onun qoynunda gəzin və Allahın (sizə bəxş etdiyi) ruzisindən yeyin. Qayıdış da Onadır."},{"id":16,"translation":"(Ey kafirlər!) Göydə olanın (Allahın) sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir."},{"id":17,"translation":"Yaxud göydə olanın (Allahın) üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim (əzabla) qorxutmağımın necə olduğunu biləcəksiniz."},{"id":18,"translation":"Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Bir görəydin) Mənim (onları) həlak etməyim necə oldu!"},{"id":19,"translation":"Məgər onlar üstlərində dəstə-dəstə qanad çalaraq uçan quşları görmürlərmi? Onları (havada) ancaq Rəhman (olan Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir."},{"id":20,"translation":"Yaxud Rəhmandan başqa sizə yardım edəcək bu qoşununuz (tərəftarlarınız) kimdir? Kafirlər ancaq aldanmaqdadırlar!"},{"id":21,"translation":"Yaxud O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və (haqdan) boyun qaçırmaqda davam edirlər."},{"id":22,"translation":"Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda dik gedən?"},{"id":23,"translation":"(Ey Peyğəmbər!) De: “Sizi yaradan, sizə qulaqlar, gözlər və qəlblər verən Odur. Necə də az şükür edirsiniz!”"},{"id":24,"translation":"(Ey Peyğəmbər!) De: “Sizi yer üzünə yayan Odur. Siz Onun hüzuruna toplanacaqsınız!”"},{"id":25,"translation":"Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaqdır?”– deyirlər."},{"id":26,"translation":"(Ey Peyğəmbər!) De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!”"},{"id":27,"translation":"Kafirlər əzabın yaxınlaşdığını gördükdə üzləri qaralacaq və onlara: “İstədiyiniz (əzab) budur!”– deyiləcəkdir."},{"id":28,"translation":"(Ey Peyğəmbər!) De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, (bəs siz) kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”"},{"id":29,"translation":"(Ey Peyğəmbər!) De: “O, Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etdik. Kimin açıq-aydın azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz."},{"id":30,"translation":"(Ey Peyğəmbər!) De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?”"}]},{"id":68,"verses":[{"id":1,"translation":"Nun. And olsun qələmə və (insanların qələmlə) yazdıqlarına!"},{"id":2,"translation":"(Ey Peyğəmbər!) Sən Rəbbinin neməti sayəsində dəli deyilsən."},{"id":3,"translation":"Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat vardır."},{"id":4,"translation":"Həqiqətən də, sən böyük əxlaq sahibisən!"},{"id":5,"translation":"Sən də görəcəksən, onlar da görəcəklər –"},{"id":6,"translation":"hansınızın dəli olduğunu."},{"id":7,"translation":"Şübhəsiz ki, Rəbbin kimin Onun yolundan azdığını və (kimin də) haqq yolda olduğunu daha yaxşı bilir."},{"id":8,"translation":"(Ey Peyğəmbər! Elə isə haqqı) yalan sayanlara itaət etmə!"},{"id":9,"translation":"Onlar (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər."},{"id":10,"translation":"(Ey Peyğəmbər!) İtaət etmə hər tez-tez and içənə, alçağa,"},{"id":11,"translation":"qeybət edənə, (insanlar arasında) söz gəzdirənə,"},{"id":12,"translation":"xeyrə mane olana, (zülm etməklə) həddi aşana, günahkara,"},{"id":13,"translation":"daş ürəkliyə, bunlardan sonra da (özünü başqasının nəsəbinə sırıyan) fırıldaqçıya –"},{"id":14,"translation":"o, var-dövlət və oğul-uşaq sahibi olsa belə."},{"id":15,"translation":"Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– dedi."},{"id":16,"translation":"Biz onun burnuna damğa vuracağıq."},{"id":17,"translation":"Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da (Məkkə mürşiklərini də) sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (miskinlər gəlməzdən öncə bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər."},{"id":18,"translation":"İstisna da etməmişdilər (“inşallah” deməmişdilər)."},{"id":19,"translation":"Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü."},{"id":20,"translation":"(Bağ yanıb) zülmət gecə kimi (qapqara) oldu."},{"id":21,"translation":"Səhər açıldıqda bir-birlərinə səsləndilər:"},{"id":22,"translation":"“Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”"},{"id":23,"translation":"Onlar (bağa) yollandılar, (yol boyu) da bir-birlərinə pıçıldayaraq belə deyirdilər:"},{"id":24,"translation":"“Bu gün orada heç bir miskin yanınıza girməsin!”"},{"id":25,"translation":"Onlar bu məqsədlə (miskinləri bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər."},{"id":26,"translation":"Onlar bağı gördükdə (belə) dedilər: “(Deyəsən) biz səhv gəlmişik!"},{"id":27,"translation":"Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!”"},{"id":28,"translation":"Onların ən yaxşısı dedi: “Məgər mən sizə (Allahı) təsbih etməli olduğunuzu demədimmi?”"},{"id":29,"translation":"Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz zalımlardan olmuşuq!”– dedilər."},{"id":30,"translation":"Onlar dönüb bir-birlərini qınamağa başladılar"},{"id":31,"translation":"(belə) dedilər: “Vay halımıza! Biz həddi aşanlardan olduq!"},{"id":32,"translation":"Ola bilsin ki, Rəbbimiz bizə onun əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”."},{"id":33,"translation":"(Dünyadakı) əzab da belədir. Axirət əzabı isə daha böyükdür! Kaş ki biləydilər!"},{"id":34,"translation":"Şübhəsiz ki, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri vardır."},{"id":35,"translation":"Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?!"},{"id":36,"translation":"Sizə nə olub, necə hökm verirsiniz?!"},{"id":37,"translation":"Yoxsa sizin elə bir kitab var ki, (günahkarla itaətkarın eyni olduğunu) oradan oxuyursunuz?!"},{"id":38,"translation":"(Ya da) orada bəyəndiyiniz hər bir şeyin sizin üçün olacağı vardır?!"},{"id":39,"translation":"Yaxud Qiyamət gününədək hökm edib istədiyiniz hər şeyin sizin üçün olacağına dair Bizimlə əhd bağlamısınız?!"},{"id":40,"translation":"(Ey Peyğəmbər!) Onlardan soruş ki, kim buna zamindir?"},{"id":41,"translation":"Yoxsa onların şəriklərimi vardır? Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər."},{"id":42,"translation":"O gün baldır açılacaq və onlar səcdəyə dəvət olunacaqlar, lakin (kafirlər) bunu bacarmayacaqlar."},{"id":43,"translation":"(O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağ-salamat olduqları halda səcdəyə dəvət olunurdular."},{"id":44,"translation":"(Ey Peyğəmbər!) Bu Sözü (Quranı) yalan sayanları Mənə burax. Biz onları özləri də bilmədən tədricən əzaba sürükləyirik."},{"id":45,"translation":"Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox şiddətlidir."},{"id":46,"translation":"(Ey Peyğəmbər!) Yoxsa sən (risaləti təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və (buna görə də) onlar ağır bir borca düşüblər?!"},{"id":47,"translation":"Yoxsa qeyb (elmi) onların yanındadır onlar da (ona baxıb istədiklərini) yazırlar?!"},{"id":48,"translation":"Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunus peyğəmbər) kimi olma! Bir zaman o, (balığın qarnında) qəm-qüssə içində (Rəbbinə) dua etmişdi."},{"id":49,"translation":"Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (balığın qarnından heç bir bitki bitməyən) boş yerə atılacaqdı."},{"id":50,"translation":"(Lakin) Rəbbi onu seçib salehlərdən etdi."},{"id":51,"translation":"Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirsinlər. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər."},{"id":52,"translation":"Halbuki o (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir!"}]},{"id":69,"verses":[{"id":1,"translation":"Haqq olan (Qiyamət)!"},{"id":2,"translation":"Nədir haqq olan (Qiyamət)?"},{"id":3,"translation":"Sən nə biləsən ki, nədir haqq olan (Qiyamət)?"},{"id":4,"translation":"Səmud və Ad (qövmləri qəlbləri) qorxuya salan Qiyaməti yalan saydılar."},{"id":5,"translation":"Səmud (qövmü) qorxunc bir səslə məhv edildi."},{"id":6,"translation":"Ad qövmü isə olduqca soyuq və şiddətli küləklə məhv edildi."},{"id":7,"translation":"Allah onu (o küləyi) yeddi gecə, səkkiz gün ardıcıl onların üstündə əsdirdi. (Əgər orada olsaydın,) sən onların çürümüş boş xurma gövdələri kimi yerə sərilmiş görərdin."},{"id":8,"translation":"(İndi) sən onlardan qalan bir kimsə görürsənmi?!"},{"id":9,"translation":"Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (əhli olan Lut qövmü) də günah işlətmişdilər."},{"id":10,"translation":"Onlar Rəbbinin elçisinə asi oldular, Allah da onları (şiddəti) artan bir əzabla yaxaladı."},{"id":11,"translation":"Su aşıb-daşdığı zaman sizi gəmidə (Nuhun gəmisində) Biz daşıdıq."},{"id":12,"translation":"Biz bunu sizə bir ibrət olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (belə) etdik."},{"id":13,"translation":"Sur bircə dəfə üfürüləcəyi,"},{"id":14,"translation":"yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –"},{"id":15,"translation":"həmin gün Vaqiə qopacaq."},{"id":16,"translation":"Göy həmin gün zəyifləyib, parça-parça olacaqdır."},{"id":17,"translation":"Mələklər isə onun (göyün) ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır."},{"id":18,"translation":"(Ey insanlar!) O gün siz (Allaha) ərz olunacaqsınız. Heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır."},{"id":19,"translation":"Kitabı sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, oxuyun kitabımı!"},{"id":20,"translation":"Çünki mən (Qiyamət günü) öz hesabımla qovuşacağama inanırdım”."},{"id":21,"translation":"O, xoşbəxt həyat sürəcək –"},{"id":22,"translation":"uca bir Cənnətdə –"},{"id":23,"translation":"(elə bir Cənnətdə ki,) onun meyvələri yaxın olacaqdır."},{"id":24,"translation":"(Onlara:) “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– (deyiləcəkdir)."},{"id":25,"translation":"Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!"},{"id":26,"translation":"Hesabımı da bilməyəydim!"},{"id":27,"translation":"Kaş ilk ölümüm əbədi olaydı!"},{"id":28,"translation":"Malım mənə fayda vermədi (məni Allahın əzabından qurtarmadı)."},{"id":29,"translation":"Hökmranlığım da məhv olub getdi”."},{"id":30,"translation":"(Mələklərə deyiləcəkdir:) “Onu tutub bağlayın!"},{"id":31,"translation":"Sonra da Cəhənnəmə atın!"},{"id":32,"translation":"Sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın!"},{"id":33,"translation":"Çünki o, Əzəmətli olan Allaha iman gətirmirdi."},{"id":34,"translation":"Miskini yedirtməyə rəğbətləndirmirdi."},{"id":35,"translation":"Bu gün burada onun üçün bir dost tapılmaz."},{"id":36,"translation":"Qanlı irindən başqa yeməyi də yoxdur."},{"id":37,"translation":"Onu ancaq günahkarlar yeyər”."},{"id":38,"translation":"And içirəm gördüklərinizə,"},{"id":39,"translation":"Və görmədiklərinizə!"},{"id":40,"translation":"O, möhtərəm bir Elçinin sözüdür."},{"id":41,"translation":"O, şair sözü deyil! Nə az inanırsınız!"},{"id":42,"translation":"O, kahin sözü də deyil! Nə az düşünürsünüz!"},{"id":43,"translation":"O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!"},{"id":44,"translation":"Əgər o (Muhamməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,"},{"id":45,"translation":"Biz ondan şiddətli intiqam alardıq."},{"id":46,"translation":"Sonra da şah damarını kəsərdik."},{"id":47,"translation":"Sizdən heç kəs buna mane ola bilməzdi."},{"id":48,"translation":"Həqiqətən, o (Quran) müttəqilər üçün bir öyüd-nəsihətdir."},{"id":49,"translation":"Şübhəsiz ki, aranızdan (Quranı) yalan sayanlar olduğunu da bilirik!"},{"id":50,"translation":"Həqiqətən, o (Quran, Qiyamət günü) kafirlər üçün bir peşmançılıqdır."},{"id":51,"translation":"Şübhəsiz ki, o (Quran) gerçək bir həqiqətdir."},{"id":52,"translation":"(Ey Peyğəmbər!) Elə isə Əzəmətli Rəbbinin adı ilə təsbih et!"}]},{"id":70,"verses":[{"id":1,"translation":"İstəyən kimsə baş verəcək əzabı istədi –"},{"id":2,"translation":"(bunu) kafirlər üçün istədi. Onu (o əzabı kafirlərdən) dəf edəcək bir kimsə yoxdur."},{"id":3,"translation":"(O əzab), uca məqamlar sahibi olan Allahdandır."},{"id":4,"translation":"Mələklər və Ruh (Cəbrail) Allaha doğru müddəti əlli min ilə bərabər bir gündə yüksələrlər."},{"id":5,"translation":"(Ey Peyğəmbər!) Sən gözəl bir səbirlə səbir et!"},{"id":6,"translation":"Onlar (kafirlər) o əzabı uzaq olduğunu görürlər."},{"id":7,"translation":"Biz isə onun yaxın olduğunu görürük."},{"id":8,"translation":"O gün göy əridilmiş mədən kimi olacaqdır."},{"id":9,"translation":"Dağlar da (didilmiş) yun kimi olacaqdır."},{"id":10,"translation":"Dost dostun halını soruşmayacaqdır."},{"id":11,"translation":"Onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,"},{"id":12,"translation":"zövcəsini və qardaşını,"},{"id":13,"translation":"(Çətin gündə) ona sığınacaq verən qohum-əqrabasını"},{"id":14,"translation":"və yer üzündə olanların hamısını (fidyə versin) özünü (Allahın əzabından) xilas etsin."},{"id":15,"translation":"Xeyr! O, alovlu Oddur –"},{"id":16,"translation":"başın dərisini sıyırıb çıxaran (bir od)."},{"id":17,"translation":"(O od) çağırır (haqqa) arxa çevirəni, (ondan) üz döndərəni"},{"id":18,"translation":"və (mal-dövlət) yığıb saxlayanı."},{"id":19,"translation":"Həqiqətən, insan (mal-dövlətə) çox həris yaradılmışdır."},{"id":20,"translation":"Ona (yoxsulluq və xəstəlik kimi) bir şər toxunduqda özündən çıxar."},{"id":21,"translation":"Ona bir xeyir nəsib olduqda isə (Allah yolunda xərcləməkdən) xəsislik edər."},{"id":22,"translation":"Yalnız namaz qılanlardan başqa."},{"id":23,"translation":"O kəslər ki, namazlarında daimidirlər."},{"id":24,"translation":"O kəslər ki, onların mallarında bəlli bir haqq var –"},{"id":25,"translation":"dilənən və (həya edib istəmədiyinə görə) məhrum qalan kimsə üçün."},{"id":26,"translation":"O kəslər ki, Din gününü təsdiq edirlər."},{"id":27,"translation":"O kəslər ki, Rəbbinin əzabından qorxurlar."},{"id":28,"translation":"Çünki Rəbbinin əzabından əmin olmaq olmaz."},{"id":29,"translation":"O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyurlar –"},{"id":30,"translation":"yalnız zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Onlar (buna görə) qınanmazlar."},{"id":31,"translation":"Bundan artığını istəyənlər isə həddi aşanlardır."},{"id":32,"translation":"O kəslər ki, əmanətlərinə və əhdlərinə riayət edirlər.\n."},{"id":33,"translation":"O kəslər ki, şahidliklərində doğrudurlar."},{"id":34,"translation":"O kəslər ki, namazlarını qoruyarlar (namazlarını layiqincə əda edərlər)."},{"id":35,"translation":"Onlar Cənnətlərdə hörmət göstəriləcək kimsələrdir."},{"id":36,"translation":"(Ey Peyğəmbər!) Sənə doğru tələsən kafirlərə nə olub belə –"},{"id":37,"translation":"sağdan-soldan dəstə-dəstə (ətrafına yığışırlar)?"},{"id":38,"translation":"Yoxsa onların hər biri Nəim cənnətinə daxil olacağına ümidmi edir?!"},{"id":39,"translation":"Xeyr! (Bu mümkün deyil!) Biz onları bildikləri şeydən (bir qətrə nütfədən) xəlq etdik."},{"id":40,"translation":"And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, (elə bir) qüdrətə malikik ki, –"},{"id":41,"translation":"onları daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz."},{"id":42,"translation":"(Ey Peyğəmbər!) Vədə olunduqları günə qovuşanadək onları tərk et, qoy (batil inanclarına) dalsınlar və əylənsinlər."},{"id":43,"translation":"O gün onlar (dünyada ibadət etdikləri) bütlərə can atırmışlar kimi qəbirlərdən tələm-tələsik çıxacaqlar."},{"id":44,"translation":"(O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd edilmiş (Qiyamət) günüdür!"}]},{"id":71,"verses":[{"id":1,"translation":"Biz Nuhu: “Qövmünə ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl onları xəbərdar et!”– deyə öz qövmünə göndərdik."},{"id":2,"translation":"(Nuh) dedi: “Ey qövmüm! Mən sizi (Allahın əzabı ilə) açıq-aydın xəbərdar edənəm!"},{"id":3,"translation":"Allaha ibadət edin, Ondan qorxun və mənə tabe olun!"},{"id":4,"translation":"(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər. Allahın (müəyyən etdiyi) əcəl gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”"},{"id":5,"translation":"(Nuh) dedi: “Ey Rəbbim, mən qövmümü gecə-gündüz dəvət etdim."},{"id":6,"translation":"Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı."},{"id":7,"translation":"Onları bağışlayasan deyə, mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər."},{"id":8,"translation":"Sonra mən onları aşkarcasına dəvət etdim."},{"id":9,"translation":"Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib"},{"id":10,"translation":"dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!"},{"id":11,"translation":"(Əgər belə etsəniz) O, sizə göydən bol-bol yağış göndərər,"},{"id":12,"translation":"var-dövlətinizi və oğul-uşağınızı çoxaldar, sizin üçün bağlar yaradar və çaylar axıdar."},{"id":13,"translation":"Sizə nə olub ki, Allahı layiqincə uca tutmursunuz?"},{"id":14,"translation":"Axı O sizi mərhələlərlə (əvvəl nütfədən, sonra laxtalanmış qandan, sonra bir parça ətdən və sonda isə insan şəklində) yaratdı."},{"id":15,"translation":"Məgər Allahın yeddi (qat) göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüzmü?"},{"id":16,"translation":"Orada ayı bir nur, günəşi də çıraq etdi."},{"id":17,"translation":"Allah sizi (atanız Adəmi) yerdən bir bitki kimi bitirdi."},{"id":18,"translation":"Sonra sizi ora qaytaracaq və (qiyamət günü dirildib oradan təkrar) çıxardacaqdır."},{"id":19,"translation":"Allah yeri sizin üçün xalı təki döşədi ki,"},{"id":20,"translation":"orada geniş yollarda gəzəsiniz”."},{"id":21,"translation":"Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan kimsələrə (kafir başçılarına) tabe oldular."},{"id":22,"translation":"Onlar (kafir başçılar mənə qarşı) böyük bir hiylə işlətdilər"},{"id":23,"translation":"və (özlərinə tabe olanlara) dedilər: “İlahlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”"},{"id":24,"translation":"Onlar çoxlarını azdırdılar. (Ey Rəbbim!) Sən də zalımların azğınlığını artır”."},{"id":25,"translation":"Onlar günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar Allahdan savayı köməkçilər tapmadılar."},{"id":26,"translation":"Nuh dedi: “Ey Rəbbim! Yer üzündə kafirlərdən heç bir kimsəni sağ bıraxma!"},{"id":27,"translation":"Əgər Sən onları sağ buraxsan, onlar Sənin qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər."},{"id":28,"translation":"Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin olaraq daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zalımların isə ancaq həlakını artır!”"}]},{"id":72,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran eşitdik!"},{"id":2,"translation":"O, doğru yola yönəldir. Biz ona iman gətirdik və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq."},{"id":3,"translation":"Doğrudan da, Rəbbimizin əzəməti çox ucadır. O Özünə nə bir zövcə, nə də bir övlad götürmüşdür."},{"id":4,"translation":"Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz yalan danışırmış."},{"id":5,"translation":"Biz isə insanların və cinlərin Allah barəsində əsla yalan söyləməyəcəklərini zənn edirdik."},{"id":6,"translation":"Həqiqətən, insanlardan bəziləri (cahiliyyət dövründə) cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı."},{"id":7,"translation":"(Ey cinlər!) Onlar (insan) da siz zənn etdiyiniz kimi, Allah heç kəsi (öldükdən sonra yenidən) diriltməyəcəyini zənn edirdilər."},{"id":8,"translation":"Biz səmaya qalxdıqda onun (mələklərdən ibarət) sərt gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük."},{"id":9,"translation":"Halbuki (daha öncə) biz (mələklərin söhbətini) dinləmək üçün göyün bəzi yerlərində otururduq. Amma indi kim (onları) dinləmək istəsə, o, pusquda gözləyən yandırıb-yaxan ulduza rast gələr."},{"id":10,"translation":"Biz bilmirik (mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə), yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?"},{"id":11,"translation":"Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar kimi olmayanları da var. Biz ayrı-ayrı yollar tutmuşuq."},{"id":12,"translation":"Biz yer üzündə Allahı aciz buraxmayacağımızı və qaçaraq da Ondan canımızı qurtara bilməyəcəyimizi anladıq."},{"id":13,"translation":"Biz doğru yolu göstərən rəhbəri (Quranı) eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxar."},{"id":14,"translation":"Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) azanlar da. Müsəlman olanlar doğru yolu axtaranlardır."},{"id":15,"translation":"(Doğru yoldan) azanlar Cəhənnəm üçün odun olacaqlar”."},{"id":16,"translation":"Əgər onlar (Məkkə müşrikləri) o yolda sabit olsaydılar, Biz onlara bol-bol su verərdik."},{"id":17,"translation":"Onları bununla (bu nemətlə) imtahana çəkmək üçün etdik. Kim Rəbbinin zikrindən üz döndərərsə, (Allah) onu məşəqqətli bir əzaba məruz qoyar."},{"id":18,"translation":"Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!"},{"id":19,"translation":"Allahın qulu (Muhamməd) Allaha ibadət etmək üçün (namaz qılmağa) qalxdıqda (cinlər Quranı dinləmək üçün) az qala onun ətrafında bir-birinə üstünə topalaşırdılar."},{"id":20,"translation":"(Ey Peyğəmbər!) De: “Mən yalnız öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!”"},{"id":21,"translation":"De: “Mən sizə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm!”"},{"id":22,"translation":"De: “Məni Allahdan (Allahın əzabından) heç kəs xilas edə bilməz və mən Ondan başqa bir sığınacaq tapa bilmərəm!"},{"id":23,"translation":"(Edə biləcəyim) ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu vardır”."},{"id":24,"translation":"Onlar özlərinə vəd olunduqlarını (Qiyamət əzabını) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər."},{"id":25,"translation":"De: “Mən sizə vəd olunanın (Qiyamətin) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etdiyini bilmirəm."},{"id":26,"translation":"O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz;"},{"id":27,"translation":"yalnız razı qaldığı elçidən başqa. Allah onun önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyur ki,"},{"id":28,"translation":"(Peyğəmbərlərinin), Rəbbinin göndərdiklərini (necə) təbliğ etdiyini bilsin. Allah onların etdiklərini ehtiva etmişdir və hər şeyi ayrı-ayrılıqda hesaba almışdır”."}]},{"id":73,"verses":[{"id":1,"translation":"Ey (libasına) bürünən (Peyğəmbər)!"},{"id":2,"translation":"Gecəni az bir hissəsi müstəsna olmaqla (gecələr namaza) dur!"},{"id":3,"translation":"(Gecənin) yarısını, yaxud ondan bir az əskilt,"},{"id":4,"translation":"və ya ona artır. Quranı da aramla oxu!"},{"id":5,"translation":"Həqiqətən, Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik."},{"id":6,"translation":"Sözsüz ki, gecə (namaz qılmaq üçün) qalxmaq çox çətin və (Quran) oxumaq daha münasibdir."},{"id":7,"translation":"Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər var."},{"id":8,"translation":"Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!"},{"id":9,"translation":"O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Elə isə Onu (özünə) Himayəçi götür!"},{"id":10,"translation":"Onların (Müşriklərin) dediklərinə səbir et və onlardan gözəl tərzdə uzaqlaş."},{"id":11,"translation":"Məni, (ayələrimi) yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver."},{"id":12,"translation":"Bizdə (onlar üçün) qandallar və Cəhənnəm hazırlanmışdır,"},{"id":13,"translation":"boğazda tıxanıb qalan yemək və ağrılı-acılı bir əzab da (vardır)."},{"id":14,"translation":"O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcək."},{"id":15,"translation":"(Ey Məkkə əhli!) Biz (Musanı) Firona elçi göndərdiyimiz kimi sizə də (qiyamət günü əməllərinizə) şahidlik edəcək (Muhammədi) elçi göndərdik."},{"id":16,"translation":"Firon elçiyə (Musaya) asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq."},{"id":17,"translation":"Əgər küfr etsəniz, uşaqların saçlarını ağardan bir gündən (qiyamətin əzabından) özünüzü necə qoruyacaqsınız?"},{"id":18,"translation":"O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir."},{"id":19,"translation":"Bu bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar."},{"id":20,"translation":"(Ey Peyğəmbər!) Rəbbin, sənin və səninlə birlikdə olanların (səhabələrin) bir qismi (bəzən) gecənin üçdə ikisindən azını, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) qalxdığınızı bilir. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi (yaxud gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan sizə müyəssər olanı oxuyun! O, bəzilərinizin xəstə olacağını, digərlərinizin Allahın lütfündən (ruzi) axtarmaq üçün səfərə çıxacağını, bir qisminizin də Allah yolunda vuruşacağını bilir. Buna görə (namaz qılarkən) ondan (Qurandan) sizə müyəssər olanı oxuyun! Namaz qılın, zəkat verin və Allaha gözəl (könül xoşluğu ilə) bir borc verin. (Dünyada) özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Allahdan bağışlanma diləyin! Allah Bağışlayandır, Rəhmlidir!"}]},{"id":74,"verses":[{"id":1,"translation":"Ey (libasına) sarınan (Peyğəmbər)!"},{"id":2,"translation":"Qalx (insanları) xəbərdar et!"},{"id":3,"translation":"Rəbbini uca tut!"},{"id":4,"translation":"Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)"},{"id":5,"translation":"Pis şeyləri tərk et! (Bütlərə ibadət etməkdən uzaq dur!)"},{"id":6,"translation":"Çox görərək minnət qoyma. (Yaxşılığı təmənna məqsədilə etmə!)"},{"id":7,"translation":"Rəbbin üçün səbir et!"},{"id":8,"translation":"Sura üfürüləcəyi zaman,"},{"id":9,"translation":"O gün çətin bir gün olacaqdır."},{"id":10,"translation":"(Həmin gün) kafirlərə asan olmayacaqdır."},{"id":11,"translation":"(Ey Peyğəmbər! Anasının bətnində heç bir mal-dövləti və övladı olmadığı halda) tək olaraq yaratdığım kimsəni (Valid ibn Müğiranı) Mənə burax."},{"id":12,"translation":"Mən ona çoxlu var-dövlət bəxş etdim,"},{"id":13,"translation":"Hər zaman yanında olan oğullar (verdim),"},{"id":14,"translation":"onu hər cür imkanlarla təmin etdim."},{"id":15,"translation":"(Buna rəğmən) o, yenə də (ona verilən nemətləri) artırmağımı istəyir."},{"id":16,"translation":"Xeyr! Çünki o, ayələrimizə qarşı inadkarlıq edirdi."},{"id":17,"translation":"Mən onu məşəqqətli bir əzaba sürükləyəcəyəm."},{"id":18,"translation":"Çünki o, (Quran barədə nə deyəcəyini) fikirləşdi və qərar verdi."},{"id":19,"translation":"Ona ölüm olsun! Necə qərar verdi?!"},{"id":20,"translation":"Sonra ona ölüm olsun! Necə qərar verdi?!"},{"id":21,"translation":"Sonra nəzər saldı."},{"id":22,"translation":"Sonra (Qurana tənə etməyə bir şey tapmadıqda) üz-gözünü turşudub, qaşqabağını tökdü."},{"id":23,"translation":"Sonra da arxasını çevirib təkəbbürlük göstərdi."},{"id":24,"translation":"və dedi: “Bu, (sehrbazlardan) eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!"},{"id":25,"translation":"Bu, insan kəlamından başqa bir şey deyildir\"."},{"id":26,"translation":"Mən onu Səqərə (Cəhənnəmə) salacağam."},{"id":27,"translation":"(Ey Peyğəmbər!) Sən nə biləsən ki, Səqər nədir?!"},{"id":28,"translation":"O (kimsəni sağ) qoymaz, (salamat) buraxmaz!"},{"id":29,"translation":"dərini yandırıb-yaxar."},{"id":30,"translation":"Onun üzərində on doqquz (gözətçi mələk) var."},{"id":31,"translation":"Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə Kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin: “Allah bu məsəllə nə demək istəyir?”– demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Rəbbinin qoşunlarını yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir öyüd-nəsihətdir."},{"id":32,"translation":"Xeyr! And olsun aya!"},{"id":33,"translation":"And olsun dönüb gedən gecəyə!"},{"id":34,"translation":"And olsun ağarmaqda olan sübh çağına!"},{"id":35,"translation":"Doğrudan da o (Səqər) böyük bir bəladır."},{"id":36,"translation":"(O) insanlar üçün xəbərdarlıqdır."},{"id":37,"translation":"Sizlərdən (yaxşı işlər görüb) irəli getmək və ya (günah edib) geriyə qalmaq istəyənlər üçün."},{"id":38,"translation":"Hər kəs etdiyi əməlin girovudur."},{"id":39,"translation":"Yalnız sağ tərəf sahiblərindən başqa."},{"id":40,"translation":"Onlar cənnətlərdə bir-birlərindən soruşacaqlar –"},{"id":41,"translation":"günahkarlar barəsində."},{"id":42,"translation":"Sizi Səqərə salan nədir?"},{"id":43,"translation":"Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik."},{"id":44,"translation":"Miskini də yedizdirməzdik."},{"id":45,"translation":"Batilə dalanlarla birlikdə biz də dalardıq,"},{"id":46,"translation":"Haqq-hesab gününü yalan hesab edərdik –"},{"id":47,"translation":"ölüm bizə gələnə qədər”."},{"id":48,"translation":"Şəfaətçilərin şəfaəti onlara fayda verməz."},{"id":49,"translation":"Onlara nə olub ki, öyüd-nəsihətdən (Qurandan) üz döndərirlər?"},{"id":50,"translation":"Onlar sanki ürküdülmüş (vəhşi) uzunqulaqlardır."},{"id":51,"translation":"Ovçulardan (yaxud aslandan) hürküb qaçırlar."},{"id":52,"translation":"Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin (məhz) ona verilməsini istəyir."},{"id":53,"translation":"Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar."},{"id":54,"translation":"Xeyr! Bu (Quran) bir öyüd-nəsihətdir."},{"id":55,"translation":"İstəyən ondan öyüd alar."},{"id":56,"translation":"(Bilin ki,) Allah istəmədikcə onlar öyüd-nəsihət ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!"}]},{"id":75,"verses":[{"id":1,"translation":"And içirəm Qiyamət gününə!"},{"id":2,"translation":"And içirəm özünü qınayan nəfsə!"},{"id":3,"translation":"Məgər insan (ölüb çürüdükdən sonra) onun sümüklərini bir yerə yığa bilməyəcəyimizimi zənn edir?!"},{"id":4,"translation":"Bəli, Biz onun barmaq uclarını da bərpa etməyə qadirik."},{"id":5,"translation":"Lakin insan (bundan sonra da) günah etmək istəyər."},{"id":6,"translation":"O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə (rişxəndlə) soruşur."},{"id":7,"translation":"Göz bərələcəyi,"},{"id":8,"translation":"ay tutulacağı"},{"id":9,"translation":"günəşlə ayın qovuşacağı zaman –"},{"id":10,"translation":"o gün insan: “Qaçacaq yer haradadır?”– deyəcəkdir."},{"id":11,"translation":"Xeyr, (o gün) pənah aparılacaq yer olmayacaqdır."},{"id":12,"translation":"O gün qayıdış (ancaq) Rəbbinə olacaqdır."},{"id":13,"translation":"O gün insana etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir."},{"id":14,"translation":"Əslində, insan öz əleyhinə şahiddir."},{"id":15,"translation":"Hər cür üzrxahlıq etsə də (fayda verməz)!"},{"id":16,"translation":"(Ey Peyğəmbər! Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!"},{"id":17,"translation":"Şübhəsiz ki, onu (qəlbində) cəm etmək və (dilində) oxutmaq Bizə aiddir."},{"id":18,"translation":"Biz onu (Cəbrailin dili ilə) oxuduğumuz zaman sən onun oxunuşuna tabe ol."},{"id":19,"translation":"Sonra onu bəyan etmək də Bizə aiddir."},{"id":20,"translation":"Xeyr! Əksinə, siz tez ötüb keçəni (fani dünyanı) sevirsiniz."},{"id":21,"translation":"Axirəti isə tərk edirsiniz."},{"id":22,"translation":"O gün (bir çox) üzlər parlayacaq,"},{"id":23,"translation":"öz Rəbbinə baxacaqdır."},{"id":24,"translation":"O gün (bir çox) üzlər də tutulub qaralacaq,"},{"id":25,"translation":"ona böyük bir müsibət üz verəcəyini zənn edəcəkdir."},{"id":26,"translation":"Xeyr, (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;"},{"id":27,"translation":"“Kimdir ovsun edən?”– deyiləcək."},{"id":28,"translation":"(Can verən kimsə dünya həyatından) ayrıldığını yəqin edəcəyi"},{"id":29,"translation":"ayaq ayağa dolaşacağı zaman –"},{"id":30,"translation":"o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcək."},{"id":31,"translation":"O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı."},{"id":32,"translation":"Lakin (haqqı) yalan saydı və üz döndərdi."},{"id":33,"translation":"Sonra da lovğa-lovğa ailəsinin yanına getdi."},{"id":34,"translation":"Vay sənin halına, vay!"},{"id":35,"translation":"Sonra da vay sənin halına, vay!"},{"id":36,"translation":"Yoxsa insan başlı-başına buraxılacağınımı güman edir?!"},{"id":37,"translation":"Məgər o, mənidən axıdılan bir damla nütfə deyildimi?"},{"id":38,"translation":"Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir surət verdi."},{"id":39,"translation":"Ondan da biri kişi, biri qadın olmaqla iki cift yaratdı."},{"id":40,"translation":"Məgər (bunları edən) Allah ölüləri diriltməyə qadir deyilmi?"}]},{"id":76,"verses":[{"id":1,"translation":"İnsanın üzərindən elə bir dövr ötüb keçmişdir ki, o, (həmin dövrdə məxluqat arasında) xatırlanmağa layiq bir şey olmamışdır!"},{"id":2,"translation":"Biz insanı qarışıq nütfədən yaradaraq, onu sınağa çəkmək üçün eşidən və görən etdik."},{"id":3,"translation":"Biz ona haqq yolu göstərdik! (Bundan sonra o,) istər şükür etsin, istər nankor olsun."},{"id":4,"translation":"Biz kafirlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq."},{"id":5,"translation":"Yaxşı əməl sahibləri kafur qatılmış (şərabla dolu) badədən içəcəklər."},{"id":6,"translation":"O (kafur) elə bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onu istədikləri səmtə yönəldərlər."},{"id":7,"translation":"Onlar vəd etdikləri nəziri yerinə yetirər və şəri hər tərəfə yayılacaq gündən (Qiyamət günündən) qorxarlar."},{"id":8,"translation":"Özlərinin yeməyə olan istəyinə (ehtiyacına) rəğmən ondan miskinə, yetimə və əsirə yedizdirər"},{"id":9,"translation":"(və deyərlər:) “Biz sizi yalnız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedirdirik və sizdən nə bir qarşılıq, nə də bir təşəkkür istəyirik!"},{"id":10,"translation":"Biz, sərt və cətin bir gündə (Qiyamət günündə) Rəbbimizdən qorxuruq!”"},{"id":11,"translation":"Allah onları o günün şərindən qoruyar və onlara (üzlərinə) nur, (qəlblərinə) sevinc bəxş edər,"},{"id":12,"translation":"onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və (onları orada geyəcəkləri) ipəklə mükafatlandırar."},{"id":13,"translation":"Onlar orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də soyuq görəcəklər."},{"id":14,"translation":"(Cənnət ağaclarının) kölgələri onlara yaxınlaşacaq, meyvələri də onların ixtiyarına veriləcəkdir."},{"id":15,"translation":"Onların ətrafına (təamlarla dolu) gümüşdən qablar və büllur qədəhlər dolandırılacaq."},{"id":16,"translation":"Gümüşdən olan (şəffaflığından bayırından içərisi görünən) elə büllur qədəhlər ki, (Cənnətdəki xidmətçilər) onları (Cənnət əhlinin) içmək istədikləri həcmdə etmişlər."},{"id":17,"translation":"Onlara orada zəncəfil qatılmış (şərab) badəsi də içirdiləcəkdir."},{"id":18,"translation":"Oradakı Səlsəbil adlanan bir bulaqdan."},{"id":19,"translation":"Onların ətrafında həmişəcavan olan (xidmətçi) oğlanlar dolanacaqlar. Sən onları gördükdə (ətrafa) səpələnmiş mirvari olduqlarını sanarsan."},{"id":20,"translation":"(Cənnətdə) hara baxsan nemət və böyük bir mülk görərsən."},{"id":21,"translation":"Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər taxılacaqdır. Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir."},{"id":22,"translation":"(Onlara belə deyiləcəkdir:) “Bu sizin mükafatınızdır. Səyiniz (Allah yanında) məqbuldur”."},{"id":23,"translation":"(Ey Peyğəmbər!) Biz Quranı sənə hissə-hissə aramla nazil etdik."},{"id":24,"translation":"Elə isə Rəbbinin hökmünə səbr et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!"},{"id":25,"translation":"Səhər-axşam Rəbbinin adını zikr et!"},{"id":26,"translation":"Gecənin bir hissəsində Ona səcdə et (məğrib və işa namazlarını qıl). Gecədə uzun müddət Onu təsbih et! (Təhəccüd namazı qıl!)"},{"id":27,"translation":"Bunlar (Məkkə müşrikləri) keçici dünyanı sevir, qarşılarındakı ağır günə (qiyamət gününə) isə üz çevirərlər."},{"id":28,"translation":"Onları Biz yaratdıq və xilqətlərini möhkəmlətdik (oynaqlarını və əzələlərini bir-birinə bağladıq). Əgər istəsəydik, (onları) özlərinə bənzərləri ilə əvəz edərdik."},{"id":29,"translation":"Bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə Rəbbinə aparan bir yol tutar."},{"id":30,"translation":"Allah (Ona aparan doğru yol tutmağı kiməsə) istəməyincə, siz (bunu özünüz üçün) istəyə bilməzsiniz! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"},{"id":31,"translation":"Allah istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə ağrılı-acılı bir əzab hazırlamışdır."}]},{"id":77,"verses":[{"id":1,"translation":"And olsun bir-birinin ardınca göndərilənlərə (küləklərə, mələklərə yaxud peyğəmbərlərə)"},{"id":2,"translation":"və şiddətlə əsənlərə (küləklərə və ya mələklərə)!"},{"id":3,"translation":"And olsun (Allahın əmrini) yaydıqca yayanlara,"},{"id":4,"translation":"(haqqı batildən) ayırdıqca ayıranlara"},{"id":5,"translation":"və zikri (peyğəmbərlərə) çatdıranlara –"},{"id":6,"translation":"üzr diləmək və ya qorxutmaq üçün (çatdıranlara)!"},{"id":7,"translation":"Sizə vəd edilən (Qiyamət) mütləq vaqe olacaqdır."},{"id":8,"translation":"Ulduzlar sönəcəyi zaman;"},{"id":9,"translation":"Göy yarılacağı zaman;"},{"id":10,"translation":"Dağlar yerindən qoparılıb havada toz kimi uçacağı zaman;"},{"id":11,"translation":"Elçilərə (ümmətlərinə şahidlik etmələri üçün) vaxt təyin ediləcəyi zaman"},{"id":12,"translation":"(Belə deyiləcəkdir:) \"(Bunlara) hansı günə qədər möhlət verilmişdir?\""},{"id":13,"translation":"(Cavabında deyiləcəkdir:) “(Haqqı batildən, xoşbəxti bədbəxtən) ayırd ediləcəyi günə qədər!”"},{"id":14,"translation":"(Ey Peyğəmbər!) Sən nə bilirsən ayırd etmə günü nədir?!"},{"id":15,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":16,"translation":"Məgər Biz əvvəlkiləri həlak etmədikmi?!"},{"id":17,"translation":"Sonra axırda gələnləri də onlara qatacağıq."},{"id":18,"translation":"Biz günahkarlarla belə edərik."},{"id":19,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":20,"translation":"(Ey insanlar!) Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?"},{"id":21,"translation":"Biz onu (nütfəni) möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik."},{"id":22,"translation":"Məlum bir vaxta qədər."},{"id":23,"translation":"Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!"},{"id":24,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":25,"translation":"Məgər Biz yeri məskən etmədikmi –"},{"id":26,"translation":"dirilərə və ölülərə?"},{"id":27,"translation":"Biz orada möhkəm dayanan uca dağlar yaratdıq və sizə şirin su içirtdik."},{"id":28,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":29,"translation":"(Onlara belə deyiləcəkdir:) “Gedin (dünyada) yalan hesab etdiyinizə (Cəhənnəm əzabına)!"},{"id":30,"translation":"(Cəhənnəm tüstüsündən) üç qola ayrılan kölgəsinə gedin!”"},{"id":31,"translation":"Ora nə kölgə salar, nə də alovdan qoruyar."},{"id":32,"translation":"O (Cəhənnəm) saray boyda qığılcımlar püskürər."},{"id":33,"translation":"Sanki o (qığılcımlar) qara dəvələrdir."},{"id":34,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":35,"translation":"Bu, onların (günahkarların) danışa bilməyəcəkləri (bir) gündür."},{"id":36,"translation":"Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir."},{"id":37,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":38,"translation":"Bu (gün, haqqı batildən) ayırd etmə günüdür. (Ey kafirlər!) Biz həm sizi, həm də əvvəlkiləri (bir yerə) cəm etdik!"},{"id":39,"translation":"Əgər hiyləniz varsa, Mənə qarşı hiylə qurun!"},{"id":40,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":41,"translation":"Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında"},{"id":42,"translation":"və iştahları çəkdiyi meyvələr içində olacaqlar."},{"id":43,"translation":"(Onlara belə deyiləcəkdir:) “Etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin-için!"},{"id":44,"translation":"Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”"},{"id":45,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":46,"translation":"(Kafirlərə belə deyiləcəkdir:) “Yeyin və (dünyada) bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!"},{"id":47,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":48,"translation":"Onlara: “Rüku edin (namaz qılın)!”– deyildiyi zaman rüku etməzlər (namaz qılmazlar)."},{"id":49,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":50,"translation":"Onlar bundan (Qurandan) sonra hansı sözə inanacaqlar?!"}]},{"id":78,"verses":[{"id":1,"translation":"Onlar (müşriklər) nə barədə bir-birindən soruşurlar?"},{"id":2,"translation":"Böyük bir xəbər (Qiyamət) barəsində –"},{"id":3,"translation":"(elə bir xəbər) ki, onlar onun haqqında ixtilafdadırlar."},{"id":4,"translation":"Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) mütləq biləcəklər!"},{"id":5,"translation":"Bir daha xeyr! Onlar mütləq biləcəklər!"},{"id":6,"translation":"Məgər Biz yeri döşək etmədikmi?"},{"id":7,"translation":"Dağları da dirəklər?"},{"id":8,"translation":"(Ey insanlar!) Biz sizi (erkək və dişi olmaqla) cüt yaratdıq."},{"id":9,"translation":"Yuxunuzu da (sizin üçün) rahatlıq etdik."},{"id":10,"translation":"Gecəni örtük etdik."},{"id":11,"translation":"Gündüzü isə ruzi qazanmaq vaxtı etdik."},{"id":12,"translation":"Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq."},{"id":13,"translation":"Parlaq bir çıraq (günəş) yaratdıq."},{"id":14,"translation":"Biz buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,"},{"id":15,"translation":"onunla toxum və (digər) bitkilər yetişdirək,"},{"id":16,"translation":"habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq)."},{"id":17,"translation":"Həqiqətən, (haqqı batildən) ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!"},{"id":18,"translation":"(Ey insanlar!) Sur üfürüləcəyi gün siz (məhşərə) dəstə-dəstə gələcəksiniz."},{"id":19,"translation":"(O gün) göy açılacaq və (mələklərin yerə enməsi üçün göydə) qapıları olacaqdır."},{"id":20,"translation":"Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcəkdir."},{"id":21,"translation":"Həqiqətən, Cəhənnəm pusquda dayanıb (kafirləri) gözləyir."},{"id":22,"translation":"O, həddi aşanların qayıdacağı yerdir."},{"id":23,"translation":"Onlar orada əsrlər boyu qalacaqlar."},{"id":24,"translation":"Onlar orada nə bir sərinlik, nə də içəcək bir şey dadacaqlar."},{"id":25,"translation":"(İçdikləri) yalnız qaynar su və irin (olacaqdır) –"},{"id":26,"translation":"(Dünyada ikən etdikləri əməllərə) müvafiq bir cəza olaraq."},{"id":27,"translation":"Çünki, onlar hesaba çəkiləcəklərini güman etmirdilər."},{"id":28,"translation":"Ayələrimizi də qətiyyətlə təkzib edirdilər."},{"id":29,"translation":"Biz hər bir şeyi hesablayıb (lövhi-məhfuzda) yazmışıq."},{"id":30,"translation":"Elə isə dadın (əzabı)! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!"},{"id":31,"translation":"Həqiqətən, müttəqilər üçün qurtuluş vardır."},{"id":32,"translation":"(Həmçinin) bağlar və üzümlüklər,"},{"id":33,"translation":"dolğun döşlü həmyaşıd qızlar"},{"id":34,"translation":"(Cənnət şərabı ilə) ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!"},{"id":35,"translation":"Onlar orada nə boş bir söz, nə də bir yalan eşidəcəklər."},{"id":36,"translation":"(Bunlar) Rəbbindən olan mükafat, bol bol verilən töhfədir."},{"id":37,"translation":"Göylərin, yerin və onların arasında olanların Rəhman olan Rəbbindən. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar."},{"id":38,"translation":"O gün Ruh (Cəbrail) və mələklər səf-səf duracaq. Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. (İzin verdiyi kimsə də) doğrunu danışacaqdır."},{"id":39,"translation":"O haqq olan bir gündür. Kim istəsə Rəbbinə aparan yolu tutar!"},{"id":40,"translation":"Biz sizi yaxın bir əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə etdiyinə baxacaq, kafir isə: “Kaş mən torpaq olaydım!”– deyəcəkdir."}]},{"id":79,"verses":[{"id":1,"translation":"And olsun (kafirlərin canını) şiddətlə çəkib çıxaranlara!"},{"id":2,"translation":"And olsun (möminlərin canını) rahatlıqla alanlara!"},{"id":3,"translation":"And olsun (Allahın əmri ilə göydən yerə) sürətlə üzənlərə!"},{"id":4,"translation":"And olsun (Allahın əmrini əda etmək üçün bir-birini) ötdükcə ötənlərə!"},{"id":5,"translation":"And olsun işi yerinə yetirənlərə!"},{"id":6,"translation":"O gün (sura ilk üfürülüş ilə) lərzəyə gələn titrəyəcək."},{"id":7,"translation":"Onun ardınca təkrar titrəyəcəkdir (Sur ikinci dəfə üfürüləcəkdir)."},{"id":8,"translation":"O gün qəlblər (qorxudan) tir-tir əsəcək."},{"id":9,"translation":"(O qəlb sahiblərinin) gözləri (qorxudan) zəlil bir görkəm alacaqdır."},{"id":10,"translation":"Onlar deyərlər: “\"Doğrudanmı biz (öldükdən sonra yenidən) əvvəlki halımıza qaytarılacağıq?"},{"id":11,"translation":"Çürümüş sümüklər olduğumuzdan sonramı?"},{"id":12,"translation":"Onlar: “O zaman bu, ziyanlı bir qayıdışdır”– dedilər."},{"id":13,"translation":"O (surun axırıncı dəfə üfürülməsi) təkcə qorxunc bir səsdir."},{"id":14,"translation":"Onlar dərhal (qəbirlərindən) yerin səthinə çıxacaqlar."},{"id":15,"translation":"(Ey Peyğəmbər!) Musanın xəbəri sənə gəlib çatdımı?"},{"id":16,"translation":"O zaman Rəbbi ona müqəddəs Tuva vadisində (belə) nida etmişdi:"},{"id":17,"translation":"“Fironun yanına get! Çünki o, həddi aşmışdır."},{"id":18,"translation":"(Ona) de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?"},{"id":19,"translation":"Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”"},{"id":20,"translation":"(Musa) ona ən böyük ayəni göstərdi."},{"id":21,"translation":"O isə (haqqı) yalan saydı və asi oldu."},{"id":22,"translation":"Sonra da üz döndərib (tələsərək) getdi."},{"id":23,"translation":"O, (camaatını) toplayıb (onlara) nida edərək:"},{"id":24,"translation":"“Mən sizin ən uca Rəbbinizəm!”– dedi."},{"id":25,"translation":"(Beləliklə də) Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı."},{"id":26,"translation":"Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət vardır."},{"id":27,"translation":"Sizin yaradılışınız çətindir, yoxsa göyün? Onu (Allah) bina etdi."},{"id":28,"translation":"Onun tavanını yüksəltdi, düzəldib kamilləşdirdi."},{"id":29,"translation":"Gecəsini qaranlıq edib, gündüzünü də nurlandırdı."},{"id":30,"translation":"Bundan sonra yeri döşəyib (insanların orada yaşaması üçün onu yararlı bir hala gətirdi)."},{"id":31,"translation":"Ondan suyunu və otlağını çıxartdı."},{"id":32,"translation":"Dağları da (yerə) bərkitdi."},{"id":33,"translation":"Sizin və heyvanlarınızın faydalanması üçün."},{"id":34,"translation":"Ən böyük fəlakət (Qiyamət) gəldiyi zaman –"},{"id":35,"translation":"o gün insan etdiklərini xatırlayacaqdır."},{"id":36,"translation":"Cəhənnəm isə hər görənə göstəriləcəkdir."},{"id":37,"translation":"Amma kim həddi aşıbsa,"},{"id":38,"translation":"dünya həyatını (axirətdən) üstün tutubsa,"},{"id":39,"translation":"şübhəsiz ki, Cəhənnəm onun məskənidir."},{"id":40,"translation":"Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxubsa və nəfsə istəyini yasaq edibsə,"},{"id":41,"translation":"şübhəsiz ki, Cənnət onun məskənidir."},{"id":42,"translation":"(Ey Peyğəmbər!) Səndən Qiyamətin nə zaman qopacağı barəsində soruşurlar."},{"id":43,"translation":"Sən onu haradan biləsən?!"},{"id":44,"translation":"Onu kamil bilmək Rəbbinə aiddir."},{"id":45,"translation":"Sən yalnız ondan (Qiyamətdən) qorxanı xəbərdar edənsən."},{"id":46,"translation":"Onlar Qiyaməti gördükləri gün (dünyada) sanki bir axşam yaxud bir səhər qaldıqlarını güman edəcəklər!"}]},{"id":80,"verses":[{"id":1,"translation":"(Peyğəmbər) qaşqabağını tökdü və üz çevirdi –"},{"id":2,"translation":"yanına kor (Abdullah ibn Ümmi-Məktum) gəldiyinə görə."},{"id":3,"translation":"(Ey Muhamməd!) Nə bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi"},{"id":4,"translation":"yaxud öyüd dinləyib və bu öyüd ona fayda verəcəkdi!"},{"id":5,"translation":"(Öyüd-nəsihətinə) ehtiyacı olmayana gəlincə isə,"},{"id":6,"translation":"sən ona tərəf çevrilirsən."},{"id":7,"translation":"Onun (günahlardan) təmizlənməməsinin sənə bir aidiyyəti yoxdur."},{"id":8,"translation":"Amma tələsərək sənin yanına gələn,"},{"id":9,"translation":"(Allahdan) qorxan kimsəyə gəlincə,"},{"id":10,"translation":"sən ona məhəl qoymursan!"},{"id":11,"translation":"Xeyr (Bir daha belə etmə)! Şübhəsiz ki, bu (ayələr), bir öyüd-nəsihətdir."},{"id":12,"translation":"Kim istəsə, ondan öyüd-nəsihət alar."},{"id":13,"translation":"(Bu Quran) möhtərəm səhifələrdədir."},{"id":14,"translation":"uca və pak (səhifələrdə)."},{"id":15,"translation":"(Bu səhifələr) elçilərin (mələklərin) əllərindədir."},{"id":16,"translation":"möhtərəm və müti olan (mələklərin əllərində)."},{"id":17,"translation":"Ölsün (kafir) insan! O necə də nankordur!"},{"id":18,"translation":"(Qoy baxsın), Allah onu nədən yaratdı?"},{"id":19,"translation":"(Allah) onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı."},{"id":20,"translation":"Sonra onun yolunu asanlaşdırdı."},{"id":21,"translation":"Sonra onu öldürüb qəbirə saldı."},{"id":22,"translation":"Sonra da istədiyi vaxt onu (yenidən) dirildəcəkdir."},{"id":23,"translation":"Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir."},{"id":24,"translation":"Qoy insan yediyinə baxsın!"},{"id":25,"translation":"Biz yağışı bol-bol yağdırdıq."},{"id":26,"translation":"Sonra da yeri çat-çat yardıq."},{"id":27,"translation":"Orada dən yetişdirdik."},{"id":28,"translation":"(Habelə) üzüm və yonca,"},{"id":29,"translation":"zeytun və xurma (ağacları),"},{"id":30,"translation":"sıx-sıx bağlar,"},{"id":31,"translation":"meyvələr və otlar da (bitirdik)."},{"id":32,"translation":"Sizin və heyvanlarınızın faydalanması üçün."},{"id":33,"translation":"Qulaqları kar edən səs gələndə –"},{"id":34,"translation":"o gün insan qaçacaq öz qardaşından,"},{"id":35,"translation":"anasından, atasından,"},{"id":36,"translation":"həyat yoldaşından və övladlarından!"},{"id":37,"translation":"O gün onlardan hər birinin yetərincə işi olacaqdır."},{"id":38,"translation":"O gün (neçə-neçə) üzlər parlayacaq."},{"id":39,"translation":"Güləcək və fərəhlənəcək."},{"id":40,"translation":"O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq."},{"id":41,"translation":"Onları zülmət bürüyəcək."},{"id":42,"translation":"Məhz onlar kafirlər, günahkarlardır!"}]},{"id":81,"verses":[{"id":1,"translation":"Günəş büküləcəyi zaman;"},{"id":2,"translation":"ulduzlar (sönüb yerə) töküləcəyi zaman;"},{"id":3,"translation":"dağlar hərəkətə gətiriləcəyi zaman;"},{"id":4,"translation":"boğaz dəvələr başlı-başına qalacaqları zaman;"},{"id":5,"translation":"vəhşi heyvanlar bir yerə toplanacağı zaman;"},{"id":6,"translation":"dənizlər alovlanacağı zaman;"},{"id":7,"translation":"nəfislər (öz tayına) qovuşdurulacağı zaman;"},{"id":8,"translation":"diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –"},{"id":9,"translation":"hansı günaha görə öldürülmüşdür;"},{"id":10,"translation":"səhifələr (əməl dəftərləri) açılacağı zaman;"},{"id":11,"translation":"göy (yerindən) qopardılacağı zaman;"},{"id":12,"translation":"Cəhənnəm alovlandırılacağı zaman"},{"id":13,"translation":"Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;"},{"id":14,"translation":"hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir."},{"id":15,"translation":"And içirəm (gecə çıxıb gündüz) batan ulduzlara,"},{"id":16,"translation":"seyr edib gizlənən səyyarələrə,"},{"id":17,"translation":"qaralmaqda olan gecəyə,"},{"id":18,"translation":"açılmaqda olan səhərə!"},{"id":19,"translation":"Bu (Quran) möhtərəm bir elçinin (Cəbrailin) sözüdür."},{"id":20,"translation":"(O elçi ki,) qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir."},{"id":21,"translation":"Orada (mələklər arasında) itaət ediləndir, (vəhyi çatdırmaqda) etibarlıdır."},{"id":22,"translation":"Sizin yoldaşınız (Muhamməd) dəli deyildir."},{"id":23,"translation":"O, (Cəbraili) aydın üfüqdə gördü."},{"id":24,"translation":"O, qeyb barəsində paxıl deyildir (qeybi xəbərləri sizdən əsirgəməz)."},{"id":25,"translation":"Bu (Quran) daşqalaq olunmuş şeytanın sözü də deyildir."},{"id":26,"translation":"Elə isə (ondan üz döndərib) hara gedirsiniz?"},{"id":27,"translation":"Bu (Quran), aləmlərə yalnız bir öyüd-nəsihətdir."},{"id":28,"translation":"Sizlərdən doğru yolda olmaq istəyənlər üçün."},{"id":29,"translation":"Aləmlərin Rəbbi olan Allah (doğru yolda olmağınızı) istəməyincə, siz istəyə bilməzsiniz!"}]},{"id":82,"verses":[{"id":1,"translation":"Göy parçalanacağı zaman;"},{"id":2,"translation":"ulduzlar səpələnəcəyi zaman;"},{"id":3,"translation":"dənizlər daşıb bir-birinə qarışacağı zaman;"},{"id":4,"translation":"qəbirlər çevriləcəyi zaman;"},{"id":5,"translation":"hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir."},{"id":6,"translation":"Ey insan! Kərim olan Rəbbinə qarşı səni aldadan nədir?"},{"id":7,"translation":"O Rəbbin ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi."},{"id":8,"translation":"Səni istədiyi şəklə saldı."},{"id":9,"translation":"Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz!"},{"id":10,"translation":"Sizin üzərinizdə nəzarətçilər vardır."},{"id":11,"translation":"Hörmətli (əməllərinizi) yazan mələklər."},{"id":12,"translation":"Onlar sizin nə etdiklərinizi bilirlər."},{"id":13,"translation":"Həqiqətən, yaxşılar nemət içində olacaqlar."},{"id":14,"translation":"Günahkarlar isə Cəhənnəmdə olacaqlar."},{"id":15,"translation":"Onlar ora Din (hesab) günü girəcəklər."},{"id":16,"translation":"Onlar oradan çıxa bilməyəcəklər."},{"id":17,"translation":"(Ey Peyğəmbər!) Sən nə biləydin ki, Din günü nədir?"},{"id":18,"translation":"Sonra sən nə biləydin ki, Din günü nədir?"},{"id":19,"translation":"O gün heç kəs heç kəsə heç bir fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaqdır!"}]},{"id":83,"verses":[{"id":1,"translation":"Çəkidə və ölçüdə aldadanların vay halına!"},{"id":2,"translation":"O kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər."},{"id":3,"translation":"Onlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər."},{"id":4,"translation":"Məgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?!"},{"id":5,"translation":"(Özü də) əzəmətli bir gündə."},{"id":6,"translation":"O gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar!"},{"id":7,"translation":"Xeyr! Günahkarların kitabı Siccindədir."},{"id":8,"translation":"Sən nə biləsən ki, Siccin nədir?!"},{"id":9,"translation":"O, yazılı bir kitabdır!"},{"id":10,"translation":"O gün (Qiyaməti) yalan sayanların vay halına!"},{"id":11,"translation":"O kəslər ki, Din gününü yalan sayarlar."},{"id":12,"translation":"Bunu həddi aşan günahkardan başqa heç kəs yalan saymaz."},{"id":13,"translation":"Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər."},{"id":14,"translation":"Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür."},{"id":15,"translation":"Xeyr, o gün onlarla Rəbbi arasına pərdə çəkiləcəkdir!"},{"id":16,"translation":"Sonra onlar Cəhənnəmə girəcəklər."},{"id":17,"translation":"Sonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir."},{"id":18,"translation":"Xeyr! Yaxşıların kitabı İlliyyundadır!"},{"id":19,"translation":"Sən nə biləsən ki, İlliyyun nədir?!"},{"id":20,"translation":"O, yazılı bir kitabdır!"},{"id":21,"translation":"Ona, Allaha yaxın olanlar (mələklər) şahid olar."},{"id":22,"translation":"Həqiqətən, yaxşılar nemət içində olacaqlar."},{"id":23,"translation":"Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar."},{"id":24,"translation":"Sən onların üzündə nemətlərin sevincini görəcəksən."},{"id":25,"translation":"Onlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir."},{"id":26,"translation":"Onun sonu müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!"},{"id":27,"translation":"Onun qatışığı təsnimdəndir (təsnim bulağındandır)."},{"id":28,"translation":"O elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər."},{"id":29,"translation":"Günahkarlar (dünyada) iman gətirənlərə gülürdülər."},{"id":30,"translation":"Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər."},{"id":31,"translation":"Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar."},{"id":32,"translation":"Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər."},{"id":33,"translation":"Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər."},{"id":34,"translation":"Bu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər."},{"id":35,"translation":"Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar."},{"id":36,"translation":"Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!"}]},{"id":84,"verses":[{"id":1,"translation":"Göy yarılacağı"},{"id":2,"translation":"və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;"},{"id":3,"translation":"Yer dümdüz ediləcəyi,"},{"id":4,"translation":"içindəkiləri (kənara) atıb boşalacağı"},{"id":5,"translation":"və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;"},{"id":6,"translation":"Ey insan! Sən səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!"},{"id":7,"translation":"Kimin kitabı sağ əlinə veriləcəksə,"},{"id":8,"translation":"o, yüngül haqq-hesaba çəkiləcək"},{"id":9,"translation":"və ailəsinə sevinərək dönəcək!"},{"id":10,"translation":"Kimin kitabı arxa tərəfindən (sol əlinə) veriləcəksə,"},{"id":11,"translation":"o (özünə) ölüm diləyəcək"},{"id":12,"translation":"və alovlu atəşə atılacaq!"},{"id":13,"translation":"O, (dünyada ikən) ailəsində sevinc içində idi"},{"id":14,"translation":"Çünki o heç bir zaman (Rəbbinin hüzuruna) qayıtmayacağını zənn edirdi."},{"id":15,"translation":"Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü."},{"id":16,"translation":"And içirəm şəfəqə,"},{"id":17,"translation":"Gecəyə və (gecənin) ağuşuna aldıqlarına,"},{"id":18,"translation":"bədirlənmiş aya!"},{"id":19,"translation":"(Ey insanlar!) Siz mütləq haldan-hala düşəcəksiniz."},{"id":20,"translation":"Onlara nə olub ki, iman gətirmirlər?"},{"id":21,"translation":"Onlara Quran oxunduqda səcdə etmirlər?"},{"id":22,"translation":"Əksinə, küfr edənlər (haqqı) yalan sayırlar."},{"id":23,"translation":"Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!"},{"id":24,"translation":"Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ!"},{"id":25,"translation":"İman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat vardır."}]},{"id":85,"verses":[{"id":1,"translation":"And olsun bürclər sahibi olan göyə!"},{"id":2,"translation":"And olsun vədə verilmiş günə (Qiyamət gününə)!"},{"id":3,"translation":"And olsun şahidlik edənə və şahidlik edilənə!"},{"id":4,"translation":"Məhv olsun xəndək sahibləri!"},{"id":5,"translation":"Odunla alovlandırılmış (xəndəklər)."},{"id":6,"translation":"O zaman onlar xəndəklərin ətrafında oturub,"},{"id":7,"translation":"möminlərə etdiklərinə seyr edirdilər."},{"id":8,"translation":"(Kafirlər) onlardan yalnız Qüdrətli, Tərifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar."},{"id":9,"translation":"Göylərin və yerin mülkü Ona məxsusdur. Allah hər şeyə Şahiddir."},{"id":10,"translation":"Şübhəsiz ki, mömin kişilərə və mömin qadınlara işkəncə verib sonra da tövbə etməyənlərə Cəhənnəm əzabı və onları yandırıb-yaxan od əzabı vardır."},{"id":11,"translation":"İman gətirib saleh əməllər edənlər üçün (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər vardır. Bu, böyük uğurdur."},{"id":12,"translation":"(Ey Peyğəmbər!) Doğrudan da, Rəbbinin (günahkarları) yaxalaması çox şiddətlidir!"},{"id":13,"translation":"Həqiqətən, (hər şeyi) ilk olaraq yaradan və (öldükdən sonra onu) yenidən dirildən Odur."},{"id":14,"translation":"Çox bağışlayan da, çox Sevən də Odur!"},{"id":15,"translation":"Ərşin sahibidir, Şan-şöhrəti uca olandır!"},{"id":16,"translation":"İstədiyini edəndir."},{"id":17,"translation":"(Ey Peyğəmbər!) Qoşunların xəbəri sənə gəlib çatdımı?"},{"id":18,"translation":"Firon və Səmud (qoşunlarının)."},{"id":19,"translation":"Xeyr, küfr edənlər (haqqı) yalan saymaqdadırlar."},{"id":20,"translation":"Allah onları arxadan əhatə etmişdir."},{"id":21,"translation":"Xeyr, o şanlı Qurandır."},{"id":22,"translation":"O, lövhi-məhfuzdadır."}]},{"id":86,"verses":[{"id":1,"translation":"And olsun səmaya və Tariqə!"},{"id":2,"translation":"(Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Tariq nədir?"},{"id":3,"translation":"(O, qaranlıqları) dəlib keçən parlaq ulduzdur."},{"id":4,"translation":"Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi (mələk) olmasın!"},{"id":5,"translation":"Qoy insan nədən yaradıldığına bir baxsın!"},{"id":6,"translation":"O, atılan sudan (nütfədən) yaradılmışdır."},{"id":7,"translation":"O (su) bel və sinə sümükləri arasından çıxır."},{"id":8,"translation":"Şübhəsiz ki, Allahın onu (öldükən sonra) yenidən diriltməyə qadirdir."},{"id":9,"translation":"O gün (qəlblərdə olan) sirlər aşkar olunacaqdır."},{"id":10,"translation":"(O gün) onun (insanın) nə bir qüvvəsi, nə də bir köməkçisi olar."},{"id":11,"translation":"And olsun yağış sahibi olan göyə!"},{"id":12,"translation":"And olsun (növbənöv bitkilərlə) yarılan yerə!"},{"id":13,"translation":"Həqiqətən, bu (Quran, haqqı batildən) ayıran bir sözdür."},{"id":14,"translation":"O, əyləncə (boş söz) deyil."},{"id":15,"translation":"Onlar (kafirlər) hiylə qururlar."},{"id":16,"translation":"Mən də hiylə qururam."},{"id":17,"translation":"(Ey Peyğəmbər!) Kafirlərə möhlət ver! Onlara bir az da möhlət ver."}]},{"id":87,"verses":[{"id":1,"translation":"Ən Uca Rəbbinin adını təsbih et!"},{"id":2,"translation":"O Rəbbin ki, (hər şeyi) yaratdı və kamilləşdirdi."},{"id":3,"translation":"O Rəbbin ki, (hər şeyin müqəddəratını əzəldən) müəyyən etdi və yol göstərdi."},{"id":4,"translation":"O Rəbbin ki, otlağı çıxartdı."},{"id":5,"translation":"Sonra da onu (çürüyüb) qaralmış samana çevirdi."},{"id":6,"translation":"(Ey Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan."},{"id":7,"translation":"Yalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir."},{"id":8,"translation":"Biz səni ən asan olana (Cənnətə aparan əməllərə) müvəffəq edəcəyik."},{"id":9,"translation":"(Ey Peyğəmbər!) Xatırlatmaq fayda versə, xatırlat!"},{"id":10,"translation":"(Allahdan) qorxan öyüd-nəsihət götürəcəkdir."},{"id":11,"translation":"Ən bədbəxt (kafir kimsə) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır."},{"id":12,"translation":"O kimsə ki, ən böyük alova (Cəhənnəm alovuna) atılacaqdır."},{"id":13,"translation":"Sonra orada nə öləcək, nə də yaşaya biləcək."},{"id":14,"translation":"(Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır."},{"id":15,"translation":"O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır."},{"id":16,"translation":"Xeyr, siz dünya həyatını üstün tutursunuz."},{"id":17,"translation":"Axirət isə daha xeyirli və daha davamlıdır."},{"id":18,"translation":"Həqiqətən də, bu (anlatılanlar), əvvəlki səhifələrdə də vardır –"},{"id":19,"translation":"İbrahimin və Musanın səhifələrində."}]},{"id":88,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) Qiyamətin xəbəri sənə gəlib çatdımı?"},{"id":2,"translation":"O gün (neçə-neçə) üzlər (qorxudan) zəlil bir görkəm alacaqdır."},{"id":3,"translation":"Çalışıb, yorulacaq,"},{"id":4,"translation":"qızmar oda girəcək,"},{"id":5,"translation":"qaynar çeşmədən (su) içirdiləcək."},{"id":6,"translation":"Onların daridən (acı və pis qoxulu tikanlı bitkidən) başqa bir yeməyi olmayacaqdır."},{"id":7,"translation":"(O yemək onları) nə doydurar, nə də aclıqdan qurtarar."},{"id":8,"translation":"O gün (neçə-neçə) üzlər sevinəcək,"},{"id":9,"translation":"(dünyadakı) səylərindən razı qalacaq,"},{"id":10,"translation":"uca Cənnətdə olacaq,"},{"id":11,"translation":"orada faydasız bir söz eşitməyəcək."},{"id":12,"translation":"Orada axar çeşmələr vardır;"},{"id":13,"translation":"Orada hündür taxtlar,"},{"id":14,"translation":"qoyulmuş piyalələr,"},{"id":15,"translation":"yan-yana düzülmüş yastıqlar,"},{"id":16,"translation":"və sərilmiş xalçalar var."},{"id":17,"translation":"Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?"},{"id":18,"translation":"Göyə (baxmırlar ki) necə ucaldılmışdır?"},{"id":19,"translation":"Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?"},{"id":20,"translation":"Yerə (baxmırlar ki) necə döşədilmişdir?"},{"id":21,"translation":"(Ey Peyğəmbər!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən."},{"id":22,"translation":"Sən onların üzərində hökmdar deyilsən."},{"id":23,"translation":"Lakin kim üz döndərib küfr edərsə,"},{"id":24,"translation":"Allah onu ən böyük əzabla cəzalandırar."},{"id":25,"translation":"Şübhəsiz ki, onların dönüşü Bizədir."},{"id":26,"translation":"Sonra onları hesaba çəkmək də Bizə aiddir."}]},{"id":89,"verses":[{"id":1,"translation":"And olsun fəcrə (dan yerinin ağardığı vaxta)!"},{"id":2,"translation":"And olsun on gecəyə (zülhiccə ayının ilk on gecəsinə)!"},{"id":3,"translation":"And olsun cütə və təkə!"},{"id":4,"translation":"And olsun keçib getməkdə olan gecəyə!"},{"id":5,"translation":"Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?"},{"id":6,"translation":"(Ey Peyğəmbər!) Məgər Rəbbin (Hud qövmü) Ada nələr etdiyini görmədinmi?!"},{"id":7,"translation":"Sütunlar sahibi İrəmə (İrəm qəbiləsinə)?!"},{"id":8,"translation":"Halbuki yer üzündə onlar kimisi xəlq edilməmişdi."},{"id":9,"translation":"(Habelə) vadidə qayaları yonan (Salehin qövmü) Səmuda?!"},{"id":10,"translation":"Eləcə də dirəklər sahibi Firona?"},{"id":11,"translation":"Onlar məmləkətlərdə həddi aşmış,"},{"id":12,"translation":"Oralarda çoxlu fəsad törətmişdilər."},{"id":13,"translation":"Rəbbin də onlara əzab qamçısı endirdi."},{"id":14,"translation":"(Ey Peyğəmbər!) Həqiqətən Rəbbin (qullarının əməllərinə) nəzarət edir."},{"id":15,"translation":"İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərsə və ona nemət versə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər."},{"id":16,"translation":"Amma onu sınayıb ruzisini azaltsa: “Rəbbim məni alçaltdı!”– deyər."},{"id":17,"translation":"Xeyr! Əksinə siz yetimə ehtiram göstərmirsiniz."},{"id":18,"translation":"Miskini yedirməyə bir-birinizi təşviq etmirsiniz."},{"id":19,"translation":"Mirası hərisliklə yeyirsiniz."},{"id":20,"translation":"Mal-dövləti də olduqca çox sevirsiniz."},{"id":21,"translation":"Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,"},{"id":22,"translation":"Rəbbin və mələklər səf-səf düzülərək gələcək"},{"id":23,"translation":"və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaq. Lakin (bu) xatırlamanın ona nə faydası?"},{"id":24,"translation":"O: “Kaş (axirət) həyatım üçün öncədən hazırlıq görəydim!”– deyəcəkdir."},{"id":25,"translation":"O gün Allahın verdiyi əzabı kimsə verə bilməz."},{"id":26,"translation":"Onun bağladığı kimi kimsə bağlaya bilməz."},{"id":27,"translation":"(O gün möminə deyiləcəkdir:) “Ey arxayın olan nəfs!"},{"id":28,"translation":"Razı qalmış və razılıq qazanmış halda Rəbbinə tərəf dön!"},{"id":29,"translation":"(Saleh) qullarımın arasına keç!"},{"id":30,"translation":"(Onlarla birgə) Cənnətimə daxil ol!"}]},{"id":90,"verses":[{"id":1,"translation":"And içirəm bu şəhərə (Məkkəyə)!"},{"id":2,"translation":"Sən bu şəhərdə sakinsən. (Yaxud: Sənə bu şəhərdə istədiyini etmək halaldır)."},{"id":3,"translation":"And olsun ataya (Adəmə) və onun zürriyyətinə!"},{"id":4,"translation":"Biz insanı çətinlik içində xəlq etdik."},{"id":5,"translation":"Məgər o (insan), heç kəsin ona gücü çatmayacağınımı güman edir?!"},{"id":6,"translation":"O: “Mən (Muhammədə düşmənçilik yolunda) çoxlu mal xərclədim!”– deyir."},{"id":7,"translation":"Məgər o, heç kəsin onu görməyəcəyinimi zənn edir?!"},{"id":8,"translation":"Biz ona iki göz vermədikmi?!"},{"id":9,"translation":"Eləcə də, bir dil və iki dodaq (vermədikmi)?!"},{"id":10,"translation":"Biz ona iki yolu (haqqı və batili) göstərmədikmi?!"},{"id":11,"translation":"O, sərt yoxuşu aşa biləmədi."},{"id":12,"translation":"Sən nə bilirsən ki, o sərt yoxuş nədir?"},{"id":13,"translation":"(O,) kölə azad etməkdir"},{"id":14,"translation":"və ya aclıq günündə (möhtaca) yemək verməkdir –"},{"id":15,"translation":"qohumluğu çatan bir yetimə,"},{"id":16,"translation":"yaxud (aclıqdan) yerə sərilmiş miskinə!"},{"id":17,"translation":"Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır."},{"id":18,"translation":"Onlar sağ tərəf sahibləridir."},{"id":19,"translation":"Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir."},{"id":20,"translation":"Onları hər tərəfdən qapalı Cəhənnəm gözləyir."}]},{"id":91,"verses":[{"id":1,"translation":"And olsun günəşə və onun saçdığı şəfəqə!"},{"id":2,"translation":"And olsun onu təqib edən aya!"},{"id":3,"translation":"And olsun (günəşi) parlaq edən gündüzə!"},{"id":4,"translation":"And olsun (günəşi) örtüb-bürüyən gecəyə!"},{"id":5,"translation":"And olsun göyə və onu bina edənə! (Yaxud: And olsun göyə və onun yaradılışına)."},{"id":6,"translation":"And olsun yerə və onu döşəyənə!"},{"id":7,"translation":"And olsun nəfsə və ona (gözəl) biçim verənə,"},{"id":8,"translation":"ona (nəfsə) günahlarını və (Allahdan) qorxmasını təlqin edənə!"},{"id":9,"translation":"Nəfsini (günahdan) təmizləyən nicat tapmışdır."},{"id":10,"translation":"Onu (günaha) batıran isə ziyana uğramışdır."},{"id":11,"translation":"Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisi Salehi) inkar etdi."},{"id":12,"translation":"Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdığı zaman"},{"id":13,"translation":"Allahın elçisi (Saleh) onlara: “Allahın (bu) dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”– dedi."},{"id":14,"translation":"Onlar isə onu (Salehi) yalançı sayıb, dəvəni kəsdilər. Rəbbi də bu günahlarına görə onların hamısını məhv edib yerlə yeksan etdi."},{"id":15,"translation":"Allah bunun aqibətindən qorxmaz!"}]},{"id":92,"verses":[{"id":1,"translation":"And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!"},{"id":2,"translation":"And olsun (günəşin çıxması ilə) işıqlanmaqda olan gündüzə!"},{"id":3,"translation":"And olsun kişini və qadını (erkəyi və dişini) yaradana!"},{"id":4,"translation":"(Ey insanlar!) Sizin səyləriniz müxtəlifdir!"},{"id":5,"translation":"Kim (malını Allah yolunda) verər və (Allahdan) qorxarsa,"},{"id":6,"translation":"və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) təsdiq edərsə,"},{"id":7,"translation":"Biz onu ən asan olana (saleh əmələ) müyəssər edəcəyik."},{"id":8,"translation":"Kim də (malını Allah yolunda xərcləməyə) xəsislik edib, (Rəbbinə) ehtiyacı olmadığını güman etsə"},{"id":9,"translation":"və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) yalan hesab edərsə,"},{"id":10,"translation":"Biz onu ən çətin olana (şər əmələ) müyəssər edəcəyik."},{"id":11,"translation":"(Cəhənnəmə) düşdükdə var-dövləti ona fayda verməyəcək."},{"id":12,"translation":"Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir."},{"id":13,"translation":"Sözsüz ki, Axirət də, dünya da Bizimdir."},{"id":14,"translation":"(Ey insanlar!) Mən sizi alov saçan bir odla qorxutdum."},{"id":15,"translation":"Ona ancaq ən bədbəxt kimsə (kafir) daxil olar."},{"id":16,"translation":"O kimsə ki, (haqqı) yalan sayar və (ondan) üz döndərər."},{"id":17,"translation":"Allahdan ən çox qorxan isə (o Oddan) uzaqlaşdırılacaqdır."},{"id":18,"translation":"O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir."},{"id":19,"translation":"Onun boynunda başqa bir kimsəyə əvəz veriləcək heç bir minnət yoxdur."},{"id":20,"translation":"(O bunu) ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (ixlasla) edər."},{"id":21,"translation":"O, razı qalacaqdır!"}]},{"id":93,"verses":[{"id":1,"translation":"And olsun səhərə!"},{"id":2,"translation":"And olsun (zülməti ilə hər şeyi) örtən gecəyə!"},{"id":3,"translation":"(Ey Peyğəmbər!) Rəbbin nə səni tərk etdi, nə də (sənə) qəzəbləndi."},{"id":4,"translation":"Axirət sənin üçün dünyadan daha xeyirlidir."},{"id":5,"translation":"Rəbbin sənə (nemət) bəxş edəcək və sən də (Ondan) razı qalacaqsan."},{"id":6,"translation":"Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?!"},{"id":7,"translation":"Səni çaşqın halda tapıb doğru yola yönəltmədimi?"},{"id":8,"translation":"Səni yoxsul ikən tapıb zəngin etmədimi?"},{"id":9,"translation":"Elə isə yetimə xor baxma!"},{"id":10,"translation":"Dilənçini də qovma!"},{"id":11,"translation":"Və Rəbbinin nemətindən söhbət aç."}]},{"id":94,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) Məgər Biz sənin üçün sinəni (qəlbini) açıb genişlətmədikmi?"},{"id":2,"translation":"Yükünü səndən götürmədikmi? (Yaxud: Günahlarını bağışlamadıqmı?)"},{"id":3,"translation":"(Elə bir yük ki) belini bükmüşdü."},{"id":4,"translation":"Biz sənin ad-sanını ucaltmadıqmı?"},{"id":5,"translation":"Şübhəsiz ki, çətinliklə bərabər bir asanlıq vardır."},{"id":6,"translation":"Əlbəttə ki, çətinliklə bərabər bir asanlıq vardır."},{"id":7,"translation":"(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!"},{"id":8,"translation":"(Yalnız) Rəbbinə üz tut!"}]},{"id":95,"verses":[{"id":1,"translation":"And olsun əncirə və zeytuna!"},{"id":2,"translation":"And olsun Sina dağına!"},{"id":3,"translation":"And olsun bu əmin-aman şəhərə (Məkkəyə)!"},{"id":4,"translation":"Biz insanı ən gözəl biçimdə yaratdıq!"},{"id":5,"translation":"Sonra isə onu aşağı qatların ən aşağısına qaytardıq."},{"id":6,"translation":"Yalnız iman gətirib saleh əməllər edənlər müstəsnadır! Onlar üçün tükənməz mükafat vardır."},{"id":7,"translation":"(Ey insan!) bundan sonra səni dini (haqq-hesab gününü) yalan saymağa məcbur edən nədir?"},{"id":8,"translation":"Məgər Allah hakimlərin hakimi deyilmi?"}]},{"id":96,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) Yaradan Rəbbinin adı ilə oxu!"},{"id":2,"translation":"O, insanı qan laxtasından yaratdı."},{"id":3,"translation":"Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir."},{"id":4,"translation":"O, qələmlə (yazmağı) öyrətdi."},{"id":5,"translation":"İnsana bilmədiklərini öyrətdi."},{"id":6,"translation":"Xeyr! İnsan, doğrudan da, həddini aşır –"},{"id":7,"translation":"özünün ehtiyacsız olduğunu gördükdə."},{"id":8,"translation":"Şübhəsiz dönüş ancaq Rəbbinədir."},{"id":9,"translation":"Mane olan kimsəni (Əbu Cəhli) gördünmü?"},{"id":10,"translation":"Bir bəndəyə (Muhammədə) namaz qıldığı zaman?"},{"id":11,"translation":"Söylə görək, əgər o (bəndə) doğru yoldadırsa,"},{"id":12,"translation":"yaxud təqvanı əmr edirsə?"},{"id":13,"translation":"Söylə görək, əgər o (kafir haqqı) yalan sayıb üz döndəribsə?"},{"id":14,"translation":"Məgər o, Allahın (onu) gördüyünü bilmirmi?!"},{"id":15,"translation":"Xeyr! Əgər (o pis əməlinə) son qoymasa, Biz onun kəkilindən tutub (Cəhənnəmə) sürükləyəcəyik –"},{"id":16,"translation":"yalançı, günahkar kəkilindən."},{"id":17,"translation":"Qoy öz tərəfdarlarını (köməyə) çağırsın."},{"id":18,"translation":"Biz də zəbaniləri (əzab mələklərini) çağıracağıq."},{"id":19,"translation":"Xeyr, sən ona tabe olma! Səcdə et və (Allaha) yaxınlaş!"}]},{"id":97,"verses":[{"id":1,"translation":"Həqiqətən, Biz (Quranı) Qədr gecəsində nazil etdik!"},{"id":2,"translation":"(Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?"},{"id":3,"translation":"Qədr gecəsi min aydan daha xeyirlidir."},{"id":4,"translation":"O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər bir işə görə (yerə) enərlər."},{"id":5,"translation":"O gecə sübh açılanadək əmin-amanlıq olur."}]},{"id":98,"verses":[{"id":1,"translation":"Kitab əhlindən və müşriklərdən kafir olanlar özlərinə açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər."},{"id":2,"translation":"(Bu dəlil) pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir (Muhamməddir)."},{"id":3,"translation":"O səhifələrdə doğru yazılar (hökmlər) vardır."},{"id":4,"translation":"Kitab verilənlər özlərinə yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər."},{"id":5,"translation":"Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdur. Doğru din də elə budur!"},{"id":6,"translation":"Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən kafir olanlar, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən şərliləridirlər."},{"id":7,"translation":"İman gətirib saleh əməllər edənlərə gəlincə isə onlar məxluqatın ən xeyirliləridirlər."},{"id":8,"translation":"Onların Rəbbinin yanındakı mükafatı (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələr üçündür!"}]},{"id":99,"verses":[{"id":1,"translation":"Yer titrəyib lərzəyə gələcəyi zaman;"},{"id":2,"translation":"Yer öz yükünü bayıra atacağı"},{"id":3,"translation":"və insan: “Ona (yerə) nə olub?”– deyəcəyi zaman –"},{"id":4,"translation":"həmin gün yer öz xəbərlərini söyləyəcəkdir."},{"id":5,"translation":"Çünki Rəbbin ona belə vəhy etmişdir."},{"id":6,"translation":"O gün insanlar əməllərinin onlara göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar!"},{"id":7,"translation":"Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir."},{"id":8,"translation":"Kim də zərrə qədər şər bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir."}]},{"id":100,"verses":[{"id":1,"translation":"And olsun tövşüyərək qaçan atlara!"},{"id":2,"translation":"And olsun (dırnaqları ilə) qığılcım çıxaran atlara!"},{"id":3,"translation":"And olsun sübh çağı həmlə edən atlara."},{"id":4,"translation":"(Hücuma keçərək) tozanaq qaldıran atlara."},{"id":5,"translation":"Onunla (tozanaqla) dəstənin içərisinə soxulan atlara."},{"id":6,"translation":"Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur."},{"id":7,"translation":"O özü də buna şahiddir."},{"id":8,"translation":"Həqiqətən o, xeyirə (var-dövlətə) çox hərisdir."},{"id":9,"translation":"Məgər o bilmir ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı"},{"id":10,"translation":"və sinələrdə (qəlblərdə) olanlar aşkar ediləcəyi zaman –"},{"id":11,"translation":"O gün Rəbbi onlardan xəbərdardır."}]},{"id":101,"verses":[{"id":1,"translation":"(Qəlbləri qorxuya salan) Qariə!"},{"id":2,"translation":"Nədir Qariə?"},{"id":3,"translation":"Sən nə bilirsən ki, nədir Qariə?"},{"id":4,"translation":"O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr kimi olacaqlar."},{"id":5,"translation":"Dağlar isə didilmiş yun kimi olacaqdır."},{"id":6,"translation":"(O gün) kimin tərəziləri ağır gələrsə,"},{"id":7,"translation":"O xoş güzəran içində olacaqdır!"},{"id":8,"translation":"Kimin də tərəziləri yüngül gələrsə,"},{"id":9,"translation":"onun məskəni Haviyə olacaqdır."},{"id":10,"translation":"Sən nə bilirsən o (Haviyə) nədir?"},{"id":11,"translation":"O, çox qızmar bir oddur!"}]},{"id":102,"verses":[{"id":1,"translation":"(Ey insanlar!) Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,"},{"id":2,"translation":"nəhayət qəbirləri ziyarət etdiniz."},{"id":3,"translation":"Xeyr! Siz (aqibətinizi) biləcəksiniz!"},{"id":4,"translation":"Bir də xeyr! Siz (aqibətinizi) biləcəksiniz!"},{"id":5,"translation":"Xeyr! Kaş ki, yəqin biləydiniz."},{"id":6,"translation":"Siz Cəhənnəmi mütləq görəcəksiniz!"},{"id":7,"translation":"Sonra onu öz gözünüzlə mütləq görəcəksiniz!"},{"id":8,"translation":"Sonra da o gün nemətlər barəsində hökmən sorğu-sual olunacaqsınız."}]},{"id":103,"verses":[{"id":1,"translation":"And olsun əsrə (zamana, əsr vaxtına və ya əsr namazına)!"},{"id":2,"translation":"Həqiqətən, insan xüsran içərisindədir."},{"id":3,"translation":"Yalnız iman gətirib saleh əməllər edənlər, bir-birinə haqqı tövsiyə edənlər və bir-birinə səbri tövsiyə edənlərdən başqa."}]},{"id":104,"verses":[{"id":1,"translation":"Hər bir qeybət edənin, tənə vuranın vay halına!"},{"id":2,"translation":"O kimsə ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır."},{"id":3,"translation":"Mal-dövlət onu əbədi saxlayacağını (onu ölümdən qoruyacağını) güman edir."},{"id":4,"translation":"Xeyr! O, mütləq Hutəməyə atılacaqdır."},{"id":5,"translation":"Sən nə biləsən Hutəmə nədir?"},{"id":6,"translation":"(O,) Allahın yanar odudur."},{"id":7,"translation":"Elə bir od ki, qalxıb ürəklərə çatar."},{"id":8,"translation":"O (Od) onların üzərinə bağlı olacaqdır."},{"id":9,"translation":"(Onlar orada) yüksək dirəklərə bağlanmış olacaqlar."}]},{"id":105,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?"},{"id":2,"translation":"Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?"},{"id":3,"translation":"Onların üzərinə dəstə-dəstə quşlar göndərdi."},{"id":4,"translation":"(O quşlar) onların üstünə (odda bişmiş) gildən daşlar yağdırdı."},{"id":5,"translation":"(Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi."}]},{"id":106,"verses":[{"id":1,"translation":"Qureyşin birliyi xatirinə,"},{"id":2,"translation":"onların qış və yay səfərlərindəki birliyi xatirinə"},{"id":3,"translation":"onlar bu Evin Rəbbinə ibadət etsinlər."},{"id":4,"translation":"O Allah ki, onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi."}]},{"id":107,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) Dini (hesab gününü) yalan sayan kimsəni gördünmü?"},{"id":2,"translation":"O elə kimsədir ki, yetimi qovar"},{"id":3,"translation":"və (heç kəsi) miskini yedirtməyə təşviq etməz."},{"id":4,"translation":"Vay halına namaz qılanların –"},{"id":5,"translation":"o kəslərin ki, onlar namazlarında səhlənkardırlar."},{"id":6,"translation":"Onlar (namazlarında) riyakarlıq edərlər"},{"id":7,"translation":"və kiçik bir şeyi verməkdən belə imtina edirlər."}]},{"id":108,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) Biz sənə Kövsəri bəxş etdik."},{"id":2,"translation":"Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs!"},{"id":3,"translation":"Doğrusu, sənə ədavət bəsləyənin (As ibn Vailin) özü sonsuzdur."}]},{"id":109,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) De: “Ey kafirlər!"},{"id":2,"translation":"Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm."},{"id":3,"translation":"Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz."},{"id":4,"translation":"Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm."},{"id":5,"translation":"Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz."},{"id":6,"translation":"Sizin dininiz sizə, mənim dinim də mənədir!”"}]},{"id":110,"verses":[{"id":1,"translation":"Allahın köməyi və fəth (Məkkənin fəthi) gəldiyi zaman,"},{"id":2,"translation":"insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə,"},{"id":3,"translation":"Rəbbini həmd-səna ilə təsbih et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!"}]},{"id":111,"verses":[{"id":1,"translation":"Əbu Ləhəbin əlləri qurusun, qurudu da!"},{"id":2,"translation":"Ona nə malı fayda verdi, nə də qazandığı."},{"id":3,"translation":"O, alovlanan bir oda girəcəkdir."},{"id":4,"translation":"Onun odun daşıyan arvadı da."},{"id":5,"translation":"Onun (arvadının) boynunda xurma liflərindən kəndir olacaqdır."}]},{"id":112,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) De: “O Allah Təkdir!"},{"id":2,"translation":"Allah Möhtac deyildir."},{"id":3,"translation":"O, nə doğub, nə də doğulub,"},{"id":4,"translation":"Onun heç bir bənzəri də yoxdur”."}]},{"id":113,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) De: “Sığınıram sübhün Rəbbinə!"},{"id":2,"translation":"Xəlq etdiklərinin şərindən,"},{"id":3,"translation":"zülməti çökən gecənin şərindən,"},{"id":4,"translation":"düyünlərə üfürən (cadugər) qadınların şərindən"},{"id":5,"translation":"və həsəd apardığı zaman paxılın şərindən!”"}]},{"id":114,"verses":[{"id":1,"translation":"(Ey Peyğəmbər!) De: “Sığınıram insanların Rəbbinə,"},{"id":2,"translation":"insanların Sahibinə,"},{"id":3,"translation":"insanların İlahına!"},{"id":4,"translation":"Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qaçıb) gizlənən şeytanın şərindən"},{"id":5,"translation":"O şeytan ki, insanların sinələrinə (qəlblərinə) vəsvəsə salır,"},{"id":6,"translation":"(O şeytan) cinlərdən də olur, insanlardan da!”"}]}]
